Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6868/2022 31.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 713,84 avro (ödəniş gününə valyutanın manata məzənnəsi nəzərə alınmaqla manatla) borcun, həmçinin 32,13 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, kiçik mübahisələr üzrə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən cavabdeh X2 27 dekabr 2016-cı il tarixli 465323 saylı “Kompleks bank xidməti müqaviləsi”nə əsasən Visa Classic debet kart təqdim edilmişdir. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********465323001 saylı (valyuta EUR) kart hesabı üzrə 08 may 2017-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində 713 avro məbləğində texniki overdraft yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş “ödəniş kartların hazırlanmasına və verilməsinə dair” ərizədən görünür ki, kart hesabının valyutası olaraq AZN göstərilmişdir. 01 aprel 2019 - 05 aprel 2019-cu il tarixləri əhatə edən hesab haqqında məlumatdan görünür ki, Cavabdeh tərəfindən manat və dollar (USD) ilə əməliyyatlar həyata keçirilmişdir. 25 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh overdraft nəticəsində yaranan borcu 1.767,29 manat təşkil edir. Göründüyü kimi, iddia ərizəsinin başlığında cavabdeh olaraq Cavabdeh göstərilsə də, “xahiş edirəm” hissəsində pulun cavabdeh X1 tutulması göstərilmiş, cavabdeh tərəfindən 08 may 2017-ci il tarixdə aparılan əməliyyatlar nəticəsində 713 avro məbləğində texniki overdraft yarandığını təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. Əlavə edilmiş sənədlərdə 01 aprel 2019 - 05 aprel 2019-cu il tarixlərdə manatla və dollarla həyata keçirilmiş əməliyyatlar əks olunmuş, arayışda isə overdraftın məbləği 1.767,29 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinad edərək belə nəticəyə gəlirəm ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qəbul edilməsindən imtina edilməli, iddiaçıya həmin tələb üzrə iddia icraatı qaydasında iddia vermək hüququ izah edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 263-264, 284-1-284-6-cı maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanacaqdır. Qərardaddan şikayət verilə bilməz. Hakim Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-6868/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6868/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver