Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6902/2022 20.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh9 və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı cavabdehlərin və digər şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 və Cavabdeh11 qarşı cavabdehlərin və digər şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzili Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-130/2020 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında alış qiyməti 92000 manat olmaqla açıq hərraca çıxarımışdır. İddiaçı həmin hərracda iştirak edərək hərracın qalibi olmuşdur. Sözügedən mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Bundan sonra Hərracın Yekunları barədə 107/22 saylı, 30 iyun 2022-ci il tarixli Protokol imzalanmışdır. Həmçinin bundan sonra, sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrinə daxil edilmiş və bu barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən **********60-05301-093040 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. Hazırda isə iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzilə köçüb yaşamaq istəsə də, cavabdehlərin mənzildə yaşadıqlarını görmüş və iddiaçı onlara sözügedən mənzilin ona məxsus olduğunu və həmin şəxslərdən mənzili tərk etmələrini tələb etməyinə baxmayaraq onun sözlərimə əhəmiyyət vermədən həmin mənzildə yaşamaqda davam edirlər. Qeyd olunanlara əsasən iddiaçı ünvan 2 ünvanında yerləşən 9 saylı mənzilə dair cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh11, Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10 və azyaşlı X3, X2 və X1 və digər şəxslərin mənzildən çıxarılması və mübahisə predmeti olan mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi və cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş halların yenidən hazırkı məhkəmə iclası çərçivəsində müzakirə olunması və araşdırılması qanunvericiliyin tələblərinə ziddir. ünvan 2, mənzil 9 mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və bunu təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilib. Belə olan halda iddia ərizəsi tam həcmdə təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında məhkəməyə bildirdi ki, o, uzun illərdir həkim işləyir, mübahisəli mənzili də özünün qazandığı vəsait hesabına məhkəmə hökmünün çıxarılmasına əsas olmuş halların baş verməsindən illər öncə almışdır. Başa düşmür ki, onun mənzilinin ümumiyyətlə cinayət işinə nə aidiyyəti var. İndi də hələ iş bitməmiş, mübahisə davam edən müddətdə, qışın günündə İddiaçı gedib evə dair kommunal xidmətlərin verilməsini dayandırıb. Bu insanlığa sığmır. İddia ərizəsinin rədd edilməsini xahiş edir. Belə ki, onun evi cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh9 izahatında məhkəməyə bildirdi ki, heç kim valideynlərinin etdiyi əməllərə görə cavabdeh olmamalıdır. Bir şəxsin cinayət törətməsinə görə hal-hazırda neçə ailə evsiz-eşiksiz, məhkəmə yollarında qalıb. ünvan 2, mənzil 9 cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmayıb. Cavabdeh3 özü 30 ildən artıqdır ki, həkim işləyir və evi də məlum hadisələr baş verəndən illər öncə almışdır. Belə olan halda hansı əsaslarla həmin mənzil hal-hazırda İddiaçı keçməlidir anlaşılan deyil. Həmin şəxs Elmira Şirinovanın hərəkətlərindən zərər çəkmiş ola bilər, amma həmin zərərin əvəzi onların – məsələlərdən xəbərsiz və günahsız şəxslərin hesabına ödənilməməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında məhkəməyə bildirdi ki, iddia qanunsuz və əsassızdır və rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında məhkəməyə bildirdi ki, mübahisəli evdə hal-hazırda yaşamır, amma həmin evdə qeydiyyatdadır və qeydiyyata düşməyə başqa yeri yoxdur. İddia qanunsuz və əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2, mənzil 9 xx.xx.2022-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh2, Cavabdeh11, Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10, xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 ünvan 2, mənzil 9 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-130/2020 saylı icra vərəqəsində göstərilmişdir ki, “ ... cinayət işi üzrə zərərçəkmiş şəxslər ... İddiaçı ... cəmi 73530 manat ... ödənilsin. ... mülki iddianın təmin edilməsi üçün cinayət işi üzrə üzərinə həbs qoyulmuş ... Cavabdeh3 adına ... ünvan 2, mənzil 9 ... üzərinə qoyulmuş həbs saxlanılsın”. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-646/2022 saylı qərarında aşağıdakılar göstərilmişdir: “... Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı, 16 may 2019cu il tarixli qərardadından görünür ki, ünvan 4 ünvanında yerləşən 108 saylı, ünvan 5erləşən 5 saylı və ünvan 6əşən 9 saylı mənzillərin üzərinə həbs qoyulmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-130/2022 saylı icra vərəqindən görünür ki, cinayət işi üzrə mülki iddiaların təmin olunması üçün ünvan 4 ünvanında yerləşən 108 saylı, ünvan 5erləşən 5 saylı və ünvan 6əşən 9 saylı mənzilləri üzərinə qoyulmuş həbs saxlanılmışdır. ... "xxxx" MMC-nin Hərrac yekunları barədə xx.xx.2022-ci il tarixli, 107/22 nömrəli protokolundan görünür ki, ünvan 2 ünvanında yerləşən 9 saylı mənzil ünvan 701.2-22-ci il tarixli icra vərəqəsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-11975-16 saylı, xx.xx.2022-ci il tarixli sifarişi əsasında 30 iyun 2022-ci il tarixdə keçirilmiş təkrar hərracda 92000 (doxsan iki min) manata İddiaçı satılmış və tələbkar İddiaçı tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad edilmişdir. ... Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış məktubunun surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-130/2022 saylı icra sənədi üzrə borclu Cavabdeh3 məxsus olan ünvan 6əşən 9 saylı mənzil xx.xx.2022-ci il tarixdə hərrac vasitəsi ilə İddiaçı satılmışdır. Qeyd edilənlərin nəzərə alınması, ünvan 6əşən 9 saylı mənzilin üzərindən məhdudiyyətin götürülməsi və qalib alıcı kimi İddiaçı adına rəsmiləşdirilməsi xahiş olunmuşdur”. Həmin qərarla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5(001)-358/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı ilə ünvan 6əşən 9 saylı mənzilin üzərinə qoyulmuş həbs götürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə müvafiq olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə görə, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinə müvafiq olaraq, şəxs yaşayış yerini dəyişdikdə ... başqa ölkədə yaşayış yeri seçdikdə ... yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə ... müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə iddia ərizəsinin “digər şəxslərə” aid hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi həmin hissədə təmin edilə bilməz. Belə ki, iş üzrə cavabdeh qismində cəlb edilməmiş və prosessual hüquqları təmin edilməmiş şəxslər üçün hər hansı vəzifə yaradan qətnamənin qəbul edilməsi çəkişmə prinsipi ilə ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh11, Cavabdeh5, Cavabdeh1, Cavabdeh9, Cavabdeh10, xx.xx.2008-ci il təvəllüdlü X6, Cavabdeh2 və azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi,1a saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməli, onlar mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh11, Cavabdeh5, Cavabdeh1, Cavabdeh10, Cavabdeh9, azyaşlı övladı xx.xx.2008-ci il təvəllüdlü X6, Cavabdeh2, azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi, 1a saylı evin 9 saylı mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh11, Cavabdeh5, Cavabdeh1, Cavabdeh10, Cavabdeh9, azyaşlı övladı xx.xx.2008-ci il təvəllüdlü X6, Cavabdeh2, azyaşlı övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 Bakı şəhəri, Binəqədi rayonu, R.Behbudov küçəsi, 1a saylı evin 9 saylı mənzilindən çıxarılsın. ünvan 2, mənzil 9 boşaldılaraq İddiaçı təhvil verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №e-2(001)-6902/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6902/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver