Məhkəmə qərarları › İş №e-2(001)-696/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-696/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-696/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı MTK-nin Cavabdeh qarşı “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və s” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mənzil Tikinti Koopertivi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospektində yerləşən 9 A mənzili/əmlakın (faktiki zəbt edilmiş əraziləri daxil) üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 9 A mənzili/əmlakı, (faktiki zəbt edilmiş əraziləri daxil) mənzilin/əmlakın sökülməsi, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 9 A mənzili/əmlakin (faktiki zəbt edilmiş əraziləri daxil), yerində tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən yeni mənzilin Cavabdeh mülkiyyətinə verilməsi. (istəmədiyi təqdirdə əmlakın real orta bazarq iymətinin müəyyən edilərək İddiaçı MTK tərəfindən ödənilməsi və ya real orta bazar qiyməti həddində mənzillə təmin edilməsi), yeni çoxmərtəbəli yaşayış binası tikilənədək İddiaçı MTK tərəfindən Cavabdeh cəmi hər ay cəmi 400 manat məbləğində kirayə haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 yanvar 2025-ci il tarixdə İddiaçı MTK-nin nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanılmasını, təqdim edilən sənədlərin geri qaytarılmasını, eləcə də ödənilmiş dövlət rüsumuniun geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı, eləcə də ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun büdcədən iddiaçıya geri qaytarılması təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş PAYSİS MMC-nə məxsus 66790623 nömrəli qəbzdən (çek) görünür ki, İddiaçı MTK Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə 100 (yüz) manat məbləğində dövlət rüsumü ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəlləsinin 114.2-ci maddəsinə əsasən, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı MTK-nin Cavabdeh qarşı “mənzil üzərində mülkiyyət, sahiblik və istifadə hüquqlarına xitam verilməsi və s” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün İddiaçı MTK (PAYSİS MMC-428552******4282, VÖEN - **********) tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbzin nömrəsi - 66790623, ödəniş tarixi – 04 oktyabr 2024-cü il) büdcədən İddiaçı MTKnə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar