Məhkəmə qərarları › İş №e-2(001)-700/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-700/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-700/2025 21.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “qarajdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “qarajdan istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "DOSTLAR” Mənzil Tikinti Kooperativi tərəfindən ona məxsus Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 87A, 07 saylı, 26 kv.m olan qarajdan istifadəsinə və sahibliyinə yaratdığı maneələrə son qoyulması və həmin qarajdan sərbəst istifadə etməyi üçün şərait yaradılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıYaqub oğlu 20 iyun 2016-cı il tarixdə "DOSTLAR” Mənzil Tikinti Kooperativi ilə bağladığı müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blokunun 3-cü mərtəbəsində yerləşən 4 otaqlı 6 Saylı 162,0 kv.m. sahəsi olan mənzilin pay haqqını 178.200 manat olmaqla tam ödəyərək əldə etmişdir. Mənzili təmir edib faktiki olaraq orada yaşayır. Mənzilə dair cavabdehlə arasında mübahisə yoxdur. Orada yaşadığı müddətdə cavabdeh "DOSTLAR” MTK tərəfindən binanın -1 zirzəmi hissəsində yerləşən 2 mərtəbəli qarajın -1 qarajlardan birinin iddiaçıya satılması ilə əlaqədar cavabdehlə razılığa gəlmiş, qaraja görə pulu 10 000 manat olaraq 2016-cı ildə ödəsə də, Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsi, ev 87A saylı binanın 1-ci blokunun 1-ci girişində 07 saylı 26 kv.m. olan -1 qaraja dair müqavilə 04 iyun 2022-ci il tarixdə bağlanmışdır. Qarajdan iddiaçı uzun müddət, yəni 2023-cü ilin may ayınadək heç bir maneə olmadan istifadə etmiş və digər şəxslərlə heç bir mübahisəsi yoxdur. Artıq beş ilə yaxın müddətdir ki, qaraj onun istifadəsində və sahibliyində olmuşdur. 2023-cü ilin ilk rübündə cavabdehin səlahiyyətli nümayəndələri müqavilə əsasında İddiaçıYaqub oğluna satılan -1 mərtəbədə yerləşən qaraj sahəsini ticarət obyekti kimi istifadə etmək istədiklərini və buna görə də -1 mərtəbədə yerləşən qaraj sahəsini -2 mərtəbədə yerləşən qaraj sahəsi ilə dəyişdirilməsini təklif etmişdirlər. Qeyd edir ki, binanın zirzəmisində -1-ci mərtəbədən -2 mərtəbədə yerləşən qaraj sahələrinə enən istiqamətdə "xxxx" MTK tərəfindən qanunsuz olaraq aptek istifadəyə verilmişdir ki, bu səbəbdən də -2-də yerləşən qaraj sahəsinə enən istiqamətdə keçid hissənin eni qısaldılmışdır ki, hətta 1 avtonəqliyyət vasitəsinin belə giriş-çıxışına ciddi şəkildə maneələr törədir. Cavabdeh tərəfindən yaradılmış maneə ilə əlaqədar olaraq, yazılı müraciətləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı birliyinin əməkdaşları tərəfindən 28 avqust 2023-cü il tarixdə həmin əraziyə baxış keçirmiş və cavab məktubunda ümumi istifadə üçün nəzərdə tutulan həyət MTK tərəfindən zəbt olunmuş və ərazidə qaraj tikərək, obyektə çevrilməsi faktını təsdiq etmişdirlər. Qeyd edilənlərə əsasən iddiaçı qarşı tərəfin bu təklifi ilə razı olmadığını, onların təklifinin İddiaçıYaqub oğlunun əmlak şəraitinin pisləşməsi ilə nəticələnəcəyini və müqavilə ilə onun sahibliyində olan -1 mərtəbədə yerləşən qaraj sahəsindən istifadə edəcəyini bildirmişdir. Lakin, 2023-cü ilin may ayından Cavabdeh ilə aralarında razılıq baş tutmamasına baxmayaraq, cavabdeh qarajın giriş-çıxış hissəsini tam şəkildə bağlayaraq, iddiaçının həmin qarajdan istifadə hüququnu tam məhdudlaşdırmışdır. Cavabdeh iddiaçının qarajını digər qarajlardan da istifadə etməklə birləşdirməklə özü üçün ticarət obyekti kimi istifadə etmək istəyir. Qarajın giriş-çıxış hissəsində yaradılmış maneələrin aradan qaldırılması üçün tərəflərindən Cavabdeh MTK-nın sədrinə bir neçə dəfə müraciət etsələr də, həmin ərazinin ticarət obyekti kimi istfadə ediləcəyi bildirilərək imtina etmişdirlər. Bununla əlaqədar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra qarajın giriş qapısında quraşdırılmış məhdudiyyət aradan qaldırılsa da, bir neçə gün sonra yenə də cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Hazırda Cavabdeh MTK müqavilə öhdəliklərini pozaraq, iddiaçının qarajdan istifadə və sahiblik hüququnu qanunsuz olaraq tam məhdudlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək iddianın qəbul etdiyini və həmin binadan iddiaçıya qaraj verilməsinə onlar tərəfindən heç bir maneələr törətmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Cavabdeh (“Kooperativ”) ilə İddiaçı (“Payçı”) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Kooperativ” Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti, 32 saylı yaşayış binasının qarşısında tikilməkdə olan binanın İİ blokunda İİİ mərtəbədə 4 otaqlı 6 saylı mənzilin tikintisini öz öhtəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi: 162,0 m². Müqavilənin qiyməti: 178200 manat. Cavabdeh tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın payçısıdır və 178200 manat məbləğində pay haqqını tam ödəmişdir. Cavabdeh ilə İddiaçı (“Payçı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Kooperativ” Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 87A saylı yaşayış binasının İ blokunda, -1 mərtəbədə 07 saylı qarajın tikintisini öz öhtəsinə götürmüşdür. Qarajın ümumi sahəsi: 26.0 m². Müqavilənin qiyməti: 10000 manat. Cavabdeh tərəfindən verilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nın payçısıdır və 10000 manat məbləğində pay haqqını tam ödəmişdir. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, keçirilən baxış zamanı məlum olmuşdur ki, sakinlərin ümumi istifadələri üçün nəzərdə tutulan həyət, MTK tərəfindən zəbt olunmuş və ərazidə qaraj tikərək, obyektə çevirmişlər. Sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə görülən işlər, fövqəladə hal zamanı yanğın maşınlarının həyətə girişini mümkünsüz etdiyindən, əməkdaşlar tərəfindən MTK-nın məsul şəxslərinə həyətin ilkin vəziyyətə gətirilməsi barədə xəbərdarlıq edilmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, baxış zamanı Binəqədi rayonu, 8-ci mikrorayon, Nizami Nərimanov küçəsində yerləşən yaşayış binasında avtodayanacaq kimi nəzərdə tutulmuş sahəyə layihədən kənar fasad hissədən 4 ədəd vitrinlərin quraşdırılması, lakin həmin sahənin istismar olunmadığı müşahidə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən binaya dair layihə sənədləri təqdim olunmamışdır. Həmçinin ekspert tərəfindən qeyd olunur ki, binanın həyət səviyyəsi 0 səviyyəsi qəbul edilərsə, həyət səviyyəsindən aşağıda yerləşən ilk yeraltı mərtəbə -1 mərtəbəsi, ondan aşağıda yerləşən növbəti yeraltı mərtəbə isə -2 mərtəbəsi sayılır. Odur ki, iddiaçı tərəfindən iddia olunan sahə -1 mərtəbəsində, cavabdeh tərəfindən təklif olunan sahə isə -2 mərtəbəsində yerləşir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər; 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir; 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir; Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X1 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Mülki iş materiallarında olan müqavilələrdən görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müqavilənin bağlanmış, həmin müqaviləyə əsasən “Kooperativ” Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, N.Nərimanov küçəsi, 87A saylı yaşayış binasının İ blokunda, -1 mərtəbədə 07 saylı qarajın tikintisini öz öhdəsinə götürmüş, iddiaçı isə həmin qarajın dəyəri tam şəkildə ödəmişdir. İddiaçı qarajdan uzun müddət istifadə etmiş, lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya məxsus qarajdan istifadəyə maneələr törədilmişdir. Göründüyü kimi, hazırda cavabdeh iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan qarajı zəbt etməklə iddiaçının həmin qarajdan istifadə etməsinə maneə yaradır. Belə olan halda, iddiaçı mülkiyyətçi kimi hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə şərh olunanları və cavabdehin iddianın qəbul edilməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1, 07 saylı, 26 kv.m olan qarajdan istifadəyə və sahibliyə yaratdığı maneələr aradan qaldırılmalı və iddiaçıya həmin qarajdan sərbəst istifadə edilməsi üçün cavabdeh tərəfindən şərait yaradılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 1, 07 saylı, 26 kv.m olan qarajdan istifadəyə və sahibliyə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın, İddiaçı həmin qarajdan sərbəst istifadə edilməsi üçün Cavabdeh tərəfindən şərait yaradılsın. Cavabdehndən 100 (yüz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində vəsait Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar