Məhkəmə qərarları › İş №e-2(001)-708/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-708/2024

02.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-708/2024 02.05.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar Yaqubova Zəmı̇ nə Beybala qızının, Qulı̇ yeva Həqı̇ qət Bəybala qızının cavabdehlər Cavabdeh1na, Məlı̇ kov Gülbala Bəybala oğluna və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, X40, X33, X41 və X42 üçüncü şəxs qismində cəlb edilməklə) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakında payın müəyyən edilməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçılar Yaqubova Zəmı̇ nə Beybala qızı və Qulı̇ yeva Həqı̇ qət Bəybala qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonradan tələbi dəqiqləşdirməklə, məhkəmədən 1) cavabdeh Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X30 tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda yerləşməklə X14 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixində Cavabdeh2 adına qeydə alınmış 2 V-118 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi, 2) cavabdeh Bakı şəhər 26 saylı Notariat ofisinin xüsusi notariusu X30 tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda yerləşməklə X14 mülkiyyətdə olan 0.12 hektar torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixində Cavabdeh2 adına qeydə alınmış 2V-118 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına xx.xx.2020-ci il tarixində qeydə alınmış çıxarışın ləğv edilməsi, 3) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda mülkiyyətdə olan 0.12 hektar torpaq sahəsinə dair bağlanmış ünvan 2iat ofisinin xüsusi notariusu X34 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 40- 117 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilə əsasında xx.xx.2023-cü il tarixli ARƏMDKYDƏ Dövlət Reyestrində qeydə alınmış Cavabdeh3 adına verilmiş çıxarışın etibarsız hesab edilərək, ləğv edilməsi, 4) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda olan 0.12 hektar torpaq sahəsinin iddiaçılar və cavabdehin hər birinin ¼ hissədə miras payı olaraq müəyyən edilərək, iddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamələrin verilməsinin cavabdeh Bakı şəhəri 26 saylı Notariat ofisinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Mülki iş üzrə X5 ölməsi səbəbindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6587/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Bəybala qızının cavabdehlər Bakı şəhəri 26 saylı Notariat Ofisinə, Cavabdeh2, X6 qarşı (Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras əmlaka paylarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə X6 aid hissədə icraata xitam verilməsi qərara alınmışdır.

3. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-6587/2023 saylı qərardadı ilə Cavabdeh3 cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir.

4. İddia tələbi və əlavəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin diqqətinə çatdırır ki, onlar iki qardaş iki bacı olmuşlar. Qardaşlarından biri dünyasını dəyişib. X7 xx.xx.1999-cü ildə, anaları X31 isə xx.xx.2007-ci ildə dünyasını dəyişmişdir. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən bağ AR Bakı şəhəri, İH Başçısı X8 İnkişafı və İstismarı Birliyi ilə anaları X31 arasında bağlanmış 1697 saylı müqaviləyə əsasən X15 məxsus idi. Anaları dünyasını dəyişdikdən sonra həmin ünvanda yerləşən bağ və ev onların istifadəsində və sərəncamında olmuşdur. Bir qardaşları dünyasını dəyişdiyindən və ata evin bütün bacı və qardaşların razılığı ilə rəhmətə gedən qardaşının övladlarına verildiyindən rəhmətə gedən qardaşının uşaqları mübahisəli bağa və orada yerləşən evə heç vaxt getməmişdirlər və hal-hazırda da iddiaçı deyillər. Anaları dünyasını dəyişsə də bağ rəsmi olaraq analarının mülkiyyətində qalmaqda davam edib. Onlar, bacı və qardaşlar həmin bağ və bağ evinin taleyini həlledəcək ortaq məxrəcə gəlməmişlər. Beləcə, uzun illər mübahisəli bağ və üzərində yerləşən ev anasının adında rəsmi olaraq qalmışdır. Bütün ötən bu illər ərzində iki bacı həmişə istirahətilərini həmin bağda keçirmişlər. Son illərə qədər xərclərini də özləri çəkmişlər. Yaxın vaxatlarda bizə məlum olmuşdur ki, həmin bağa kənar adamlar gedib gəlir. Buna görə də rəsmi olaraq əvvəlcə vəkil sorğusu ilə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDXDƏDK və reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət elədik. Həmin təşkilatdan verilən cavabdan məlum oldu ki, Cavabdeh2 etibarnamə (Bakı ş, 26 saylı notariat ofisində xx.xx.2019-cu il tarixində 7E-2314 reyestr nömrəsi ilə qeydə alınmışdır) üzrə nümayəndəsi X4 rayonu, Novxanı ərazisində 0.12 hektar torpaq sahəsi olan 821 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində ilkin qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Həmin ərizə və ərizə ilə təqdim edilmiş, Novxanıərazisində 0.12 hektar torpaq sahəsi olan 821 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında X27 ilə bağlanmış xx.xx.2007-i il tarixli 1697 nömrəli müqavilənin təsdiq olunmuş surəti, vərəsəlik işinin açılması və vərəsələr dairəsinin müəyyən edilməsi barədə 26 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli X-301 nömrəli məktubu əsasında Bakı ş, Binəqədi r, Novxanı kəndi, 821 saylı bağ evi və 0.12 hektar torpaq sahəsi vahid əmlak kimi xx.xx.2020-ci il tarixində mərhum X14 adına qeydiyyata alınmışdır. Bakı ş, 26 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə qeydə alınmış 2V-118 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözü gedən bağ evı xx.xx.2020-ci il tarixində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh2 adına ARƏMDKYDƏ Dövlət Reyestri Xidmətində xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarış verilmişdir. Daha sonra ünvan 2iat ofisinin xüsusi notariusu X34 tərəfindən təsdiq edilmiş, cavabdehlər Cavabdeh2 (nümayəndəsi) ilə X9 arasında bağlanmış, xx.xx.2021-ci il 4Ə- 117 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 5 ünvanında yerləşən ümumisahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda mülkiyyətdə olan 0.12 hektar torpaq sahəsi xx.xx.2021-ci il tarixində X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir (vəkilsorğusu ilə əldə edilən sənədlər məhkəmə hazırlıq iclasında təqdim eiləcəkdir). Bundan sonra cavabdehlə uzun müzakirələr apararaq mübahisəli torpaq və bağ evinə dair vərəsəlik məsələsini danışıqlarla həlletməyə çalışsaq da heç bir nəticə əldə edə bilmədik. Daha sonra yenidən vəkil sorğusu ilə Bakı şəhəri, 26 saylı notariat ofisinə müraciət etdik. Bakı ş, 26 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, X=275 saylı cavab məktubundan məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixində vəfat etmiş X14 vərəsəsi vərəsəlik işinin açılması üçün Bakış, 26 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2020-ci il tarixində tərəfimizdən vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün təqdim edilən sənədlərə baxış keçirilərkən mərhum X14 ölümündən sonra həmin bağın torpaq vergisi Cavabdeh2 tərəfindən ödənilir və onun istifadəsində olduğunu nəzərə alaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Baş vermiş bu qanunsuz proses barədə onlarda heç bir məlumat olmamışdır. Ümumi razılığa gələ bilmədiklərinə görə də vərəsəlik haqqında vərəsəlik işinin açılması və şəhadətnamənin alınması üçün müəyyən olunan müddət buraxılmışdır. Beləliklə, məlum olur ki, onların vərəsəlik hüquqları ciddi şəkildə pozulmuşdur və məhkəmə qaydasında bərpası zərurəti yaranmışdır. Lakin yuxarıda sadalanan qanunvericiliyin tələblərinə baxmayaraq vərəsə Cavabdeh2 notariat orqanına müraciət edərkən yazmış olduğu ərizədə və onların adları və ünvanlarnı əzbər bildiyi halda və vərəsələr olduqlarını bildiyi halda gizlətmiş, eyni zamanda bakı şəhər 26 saylı notariat ofisinin xüsusi notariusu X30 qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, digər vərəsələrin axtarılması üçün heç bir tədbir görmədən, qanunsuz şəkildə digər cavabdehlərin adına mirasdan tam pay alması barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Beləliklə, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qanunvericiliyə əsasən 1-ci növbə vərəsələr olan İddiaçı2 və İddiaçı1 vərəsəlik və mülkiyyət hüququnu pozan qeyri-qanuni hərəkətlərə yol verilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

5. Məhkəmə iclaslarında iştirak edın iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, tərəflər arasında razılaşmanın əldə edilməsi mümkünsüzdür. Odur ki, iddianın təmin edilməsini xahiş edir.

6. Əvvəlki məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi və vəkili izahatlarında bildirmişdir ki, iddiaçılar cavabdeh Məlı̇ kov Gülbala Bəybala oğlunun bacılarıdırlar. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən bağ Bakı şəhəri İcra Hakimiyyəti Başçısı X8 İnkişafı və İstismarı Birliyi ilə iddiaçıların anası X31 arasında bağlanmış1697 saylı müqaviləyə əsasən X15 məxsus idi. İddiaçıların anası dünyasını dəyişdikdən sonra həmin ünvanda yerləşən bağ və ev iddiaçıların istifadəsində və sərəncamında olmuşdur. İddiaçıların anası dünyasını dəyişsə də bağ rəsmi olaraq onların anasının mülkiyyətində qalmaqda davam edib. İddiaçılar qardaşları ilə həmin bağ və bağ evinin taliyini həlledəcək ortaq məxrəcə gəlməmişlər. Beləcə, uzun illər mübahisəli bağ və üzərində yerləşən ev iddiaçıların anasının adında rəsmi olaraq qalmışdır. Yaxın vaxatlarda iddiaçılara məlum olmuşdur ki, həmin bağa kənar adamlar gedib gəlir. Buna görə də rəsmi olaraq əvvəlcə vəkil sorğusu ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Həmin təşkilatdan onlara verilən cavabdan məlum olmuşdur ki, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X4 rayonu, Novxanı ərazisində 0.12 hektar torpaq sahəsi olan 821 saylı bağ sahəsi üzərində hüquqların dövlət reyestrində ilkin qeydiyyata alınması barədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Həmin ərizə və ərizə ilə təqdim edilmiş, Novxanı ərazisində 0.12 hektar torpaq sahəsi olan 821 saylı bağ sahəsinin istifadəyə verilməsi haqqında X27 ilə bağlanmış xx.xx.2007-i il tarixli 1697 nömrəli müqavilənin təsdiq olunmuş surəti, vərəsəlik işinin açılması və vərəsələr dairəsinin müəyyən edilməsi barədə 26 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli X-301 nömrəli məktubu əsasında ünvan 1 saylı bağ evi və 0.12 hektar torpaq sahəsi vahid əmlak kimi xx.xx.2020-ci il tarixində mərhum X14 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə qeydə alınmış 2V-118 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözü gedən bağ evı xx.xx.2020-ci il tarixində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh2 adına Dövlət Reyestri Xidmətində xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarış verilmişdir. Daha sonra Bakı şəhəri 11 saylı notariat ofisinin xüsusi notariusu X34 tərəfindən təsdiq edilmiş, cavabdehlər Cavabdeh2 ilə X9 arasında bağlanmış, xx.xx.2021-ci il 4Ə-117 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 31.9 kv.m olan bağ evi və həmin ünvanda mülkiyyətdə olan 0.12 hektar torpaq sahəsi xx.xx.2021-ci il tarixində X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda da mülkiyyətindədir. Bundan sonra iddiaçılar cavabdehlə uzun müzakirələr apararaq mübahisəli torpaq və bağ evinə dair vərəsəlik məsələsini danışıqlarla həll etməyə çalışsalar da heç bir nəticə əldə edə bilməmişlər. Daha sonra yenidən vəkil sorğusu ilə Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmişdir. Bakı şəhəri 26 saylı notariat ofisinin cavab məktubundan məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixində vəfat etmiş X14 vərəsəsi vərəsəlik işinin açılması üçün Bakı şəhəri 26 saylı notariat ofisinə müraciət etmiş və xx.xx.2020-ci il tarixində tərəflərindən vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün təqdim edilən sənədlərə baxış keçirilərkən mərhum X14 ölümündən sonra həmin bağın torpaq vergisi Cavabdeh2 tərəfindən ödənildiyi və onun istifadəsində olduğu nəzərə alaraq xx.xx.2020-ci il tarixdə Cavabdeh2 notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Baş vermiş bu qanunsuz proses barədə iddiaçılarda heç bir məlumat olmamışdır. İddiaçılar ümumi razılığa gələ bilmədiklərinə görə də vərəsəlik haqqında vərəsəlik işinin açılması və şəhadətnamənin alınması üçün müəyyən olunan müddət buraxılmışdır. Bağ sahəsini Məlı̇ kov Gülbala Bəybala oğlu 120000 manata Dəmı̇ rçı̇ yev Dəmı̇ rçi Məhəmməd oğluna satmışdır. Lakin sonradan bu məsələlər ortaya çıxanda sonra Dəmirçi Dəmirçiyev ona haram malın lazım olmadığını bildirmiş və Bəybaladan pulun tələb etmişdir. Onlarda olan məlumata görə X44 Dəmirçiyevə 105000 manat pul qaytarmışdır. Bəybala qalan 15000 manatı qaytarmadığına görə məsələ məhkəməyə kimi gəlib çıxıb. İddiaçılar mübahisənin məhkəmə müstəvisinə çıxmamışdan əvvəl bağ sahəsinin satılaraq 1/3 hissədə bölünməsinə razı idilər. Hətta birinci məhkəmə iclasından sonra Cavabdeh2 oğlu Mehdi ilə bağın satılaraq pulun 1/3 hissədə bölünməsi ilə bağlı razılığa gəldilər. Lakin Mehdi telefon zənglərinə cavab verməmişdir. Hazırda iddiaçılar bağ sahəsinin ¼ hissədə bölünməsini tələb edirlər. Əlavə olaraq bildirir ki, bağın hasarını iddiaçılar çəkdirmişlər.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili izahatlarında bildirmişdir ki, hələ də, qarşı tərəflə barışığa cəhd edilir. Odur ki, mübahisə olmadığından iddianın rədd edilməsini xahiş edir.

8. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin vəkili izahatlarında bildirmişdir ki, Cavabdeh2 bağın çıxarışının alınmasına və digər məsələlərə xərci çıxmışdır. Cavabdeh2 bağ sahəsinə hər birinin ¼ hissədə miras payının müəyyən edilməsinə razıdır. Cavabdeh2 hətta bağ sahəsini sataraq 50000 manat məbləğində pul vəsaitini iddiaçılara verməyə razıdır. Digər üçüncü vərəsələrdə paylarını istəsələr də onların payını verməyə hazırıq. Əlavə olaraq bildirirəm ki, iddiaçıların ata evi iddiaçıların və cavabdeh Məlı̇ kov Gülbala Bəybala oğlunun razılığı əsasında X28 verilmişdir. İddia tələbinin artırılmasına etiraz edir. Belə ki, Cavabdeh2 Cavabdeh3 120000 manatdan 105000 manat pul qaytarmış, hazırda 15000 manat borcu qalmışdır. Tərəflər arasında barışıq olduğu təqdirdə Cavabdeh2 bağ sahəsini satıb, Cavabdeh3 pulunu qaytaracaqdır. Hətta bununla bağlı Cavabdeh2la Rübabə Dəmirçiyev arasında razılıqda əldə olunmuşdur. Hesab edir ki, hazırki işdə heç bir mübahisə yoxdur. Belə ki, Cavabdeh2 notariat ofisində mərhum X11 miras qalmış əmlaklardan birinci növbəli vərəsələri olarsa onlara çatan payı verməyi öz üzərinə götürmüşdür.

9. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X32 izahatında bildirmişdir ki, iddia əsassızdır. Belə ki, bağ sahəsi onlara məxsusdur və heç bir qanunsuz iş görməmişlər. Bağ sahəsi ümumilikdə 24 sot olmuşdur. Qayınatası bağ sahəsinin 12 sotunu oğlu X19 adına rəsmiləşdirmiş, digər 12 sotu isə onun ərinə vermişdir. Lakin əri bağ sahəsini öz adına rəsmiləşdirməmişdir. X36 öz payına düşən 12 sotu satmışdır. X36 hazırda vəfat etmişdir, lakin yoldaşı Zəkirə Məlikova, oğlu Tərlan Məlikov, qızları Səbinə Məlikova, Səidə Məlikova və Sevinc Məlikova adlı övladları var. Onlar hamısı evlidirlər. Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2020-ci il tarixdə qeydə alınmış 2V-118 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözü gedən bağ evı xx.xx.2020-ci il tarixində yoldaşı Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh2 adına Dövlət Reyestri Xidmətində xx.xx.2020-ci il tarixində, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Çıxarış verilmişdir. Bu barədə iddiaçıları məlumatlandırmışlar. Hətta 2020-ci ildə iddiaçılara bağ sahəsini sataraq pulunun aralarında 1/3 hissədə bölünməsini də təklif etmişlər. Lakin iddiaçılar onların təklifi ilə razı olmamışlar, bağ sahəsinin onların adına keçirməyi və iki bacı arasında bölüşdürülməsini bildirmişlər. Daha sonra bağ sahəsini 120000 manata X1. Bağ sahəsi hazırda Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda da onların mülkiyyətindədir. Lakin iddiaçılar bağ sahəsinin satılmasına icazə vermədilər, 105000 manatı bağ sahəsini alan şəxsə qaytarmışlar, hazırda 15000 manat borcları qalıb. Bundan başqa bildirir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Nemətulla küçəsi, ev 11 A, 4 saylı mənzili satan zaman iddiaçılar vərəsəlikdən imtina etmişlər. Bağ sahəsini əri 120000 manata Dəmı̇ rçı̇ yev Dəmı̇ rçi Məhəmməd oğluna satmışdır. Daha sonra Dəmirçi Dəmirçiyevə 105000 manat pulunu qaytarmışlar və hazırda 15000 manat borcları var. Ümiyyətlə bağ sahəsini adlarına keçirtməklərindən iddiaçıların məlumatı olmuşdur. İddiaçılar heç vaxt bağa getməyiblər. X26 16 aprel 2007-ci ildə vəfat etməsinə baxmayaraq, iddiaçılar 18 aprel 2007-ci il tarixdə bağın istifadəyə verilməsi haqqında saxta müqavilə almışlar. Onun bağın çıxarışının alınmasına 2500 manat xərci çıxmışdır. Eyni zamanda 700 manat vergi ödənişi etmişdir. Bağ sahəsini sataraq 50000 manat məbləğində pul vəsaitini iddiaçılara verməyə razıdır.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, əri Dəmı̇ rçı̇ yev Dəmı̇ rçi Məhəmməd oğlu vəfat etdiyindən sonra onun qanun üzrə vərəsəsi kimi tanınmışdır. Mərhum əri sözügedən bağ sahəsini 120000 manata Məlı̇ kov Gülbala Bəybala oğlundan almışdır. Vərəsəlik ilə bağlı mübahisə oduğundan bağ sahəsini qaytarmışlar. Verdikləri 120000 manat məbləğində pul vəsaitindən 105000 manat onlara qaytarılsa da, cavabdeh Məlı̇ kov Gülbala Bəybala oğlunun 15000 manat borcu qalmışdır. Hazırda pulun qaytarılmasını tələb edir.

11. Cavabdeh Bakı Şəhəri 26 Saylı Notariat Ofisinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən məhkəməyə ünvanlanan müxtəlif tarixli ərizələrindən görünür ki, mülki iş üzrə şifahi məhkəmə icraatı qaydasında keçirilən məhkəmə iclaslarının notariat ofisinin nümayəndəsini iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

13. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X8 İnkişafı və İstismarı Birliyi ilə X31 arasında Novxanı ərazisindəki 821 nömrəli bağın istifadəyə verilməsi haqqında 1697 saylı müqavilədən görünür ki, birlik 821 №-li bağı 2007-ci ildən 2017-ci ilədək X14 istifadəsinə verir.

14. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 149254 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 17 mart 1999-cu il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 207 № ilə qeyd edilmişdir.

15. Binəqədi rayon VVADQ şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 248776 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X31 16 aprel 2007-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixində 505 № ilə qeyd edilmişdir.

16. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən Azıİ seriyalı, 097875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx xxxxxx 1959-cu il tarixində Bakı şəhərində doğulmuş, atası X35, anası X20r.

17. İ-ИЕ seriyalı, 371742 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X21 xx xxxx 1957-ci il tarixində Bakı şəhərində doğulmuş, atası X35, anası X20r.

18. Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən 19 saylı Vəkil Bürosuna ünvanlanan məktubda göstərillir: 16 aprel 2007-ci il tarixində vəfat etmiş X14 ölümündən sonra vərəsəsinin müraciəti ilə vərəsəlik işi açılmışdır. Vərəsəlik işinin açılması üçün təqdim edilən sənədlərə baxış keçirilərkən mərhum X14 ölümündən sonra həmin bağın torpaq vergisi Cavabdeh2 tərəfindən ödənilir və onun istifadəsində olduğu nəzərə alaraq, xx.xx.2020-ci il tarixdə Cavabdeh2 tərəfimizdən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

19. Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X14 vərəsəsi kimi Cavabdeh2 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 8 ünvanında yerləşən mülkiyyətində 0,12 ha torpaq sahəsi və ümumi sahəsi 31,9 kv.m bağ evindən ibarətdir.

20. X10 adından X32 tərəfindən 26 saylı notariat ofisində yazılan **********283 saylı ərizədən görünür ki, X17 16 aprel 2007-ci ildə ölən X12 qalan miras əmlakları tam həcmdə qəbul etdiyini bildirmişdir.

21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 №-li bağ evi X14 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 19061 nömrəli vərəqində qeydiyyata alınmışdır.

22. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən 1200 kv.m ibarət olan 821 saylı bağ X14 adınadır. X31 vəfat etdikdən sonra həmin bağın torpaq vergisi X17 tərəfindən ödənilir və onun istifadəsindədir.

23. Azərbaycan Respubliksı Milli Arxiv İdarəsi tərəfindən X22 ünvanlanan M-57 saylı arxiv arayışında göstərilir: Sizin 02 may 2018-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları İdarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1927-1928-ci illərə dair Bakı şəhəri Abşeron rayonu, Hökməli qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında 15 (sənəddə olduğu kimi) fevral (sənəddə olduğu kimi) 1927-ci ildə doğulan (soy adı qeyd olunmayıb) Səbiyyə Rəsul qızının təvəllüdü qeyd olunur.

24. Cavabdeh2 tərəfindən X23 verilən 08 aprel 2019-cu il tarixli etibarnamənin surətinən görünür ki, X23 birinciyə məxsus bütün əmlakların idarə edilməsi, bütün hallarda öz mülahizəsi ilə məbləği, müddəti və s. müəyyən etməklə qanunla müəyyən edilmiş bütün əqdləri: almaq, satmaq, bağışlamaq və s. bağlamağı, digər hərəkətləri etməyi 08 aprel 2024-cü il tarixinədək etibar etmişdir.

25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 №-li bağ evi X13 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir.

26. Cavabdeh2 ilə X9 arasında xx.xx.2021-ci il tarixdə bağlanan AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 821 saylı bağ sahəsini alıcı X6 120000 manata satmışdır. Müqaviləni Cavabdeh2 adından X32 imzalamışdır.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 №-li bağ evi X5 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 19061 nömrəli vərəqində qeydiyyata alınmışdır.

28. Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilən 16 sentyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il tarixində vəfat etmiş X5 vərəsəsi-arvadı Cavabdeh3 miras əmlakdan tam həcmdə pay almalıdır. Şəhadətnamə verilən əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən və ümumi sahəsi 31,9 kv.m sahədən ibarət bağ evidir.

29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan çıxarışdan görünür ki, ünvan 1 №-li bağ evi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində 193 nömrəli reyestr kitabının 19061 nömrəli vərəqində qeydiyyata alınmışdır.

30. Cavabdeh2 tərəfindən X23 verilən 11 aprel 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X23 birincini bütün məhkəmə instansiyalarında və s. dövlət strukturlarında təmsil etmək 11 aprel 2029-cu il tarixinədək etibar edilmişdir.

31. V-ЖГ seriyalı, 356523 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə X18 arasında 26 avqust 1991-ci il tarixində nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Məlikova” soyadı verilmişdir.

32. Cavabdeh1 tərəfindən verilən 09 iyul 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 17 mart 1999-cu il tarixində ölmüş X24 vərəsəsi Cavabdeh2 miras əmlakdan 1/1 hissədə tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi (Kirov qəsəbəsi) Ağa Neymətulla küçəsi ev №11 a, mənzil 4 ünvanında yerləşən ümumi sahəsi 52,06 kv.m, yaşayış sahəsi 37,68 kv.m olan 3 otaqlı yaşayış mənzilindən ibarətdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar və tərəflərin izahatları ilə müəyyən olunan faktiki hallar:

33. Qulı̇ yeva Həqı̇ qət Bəybala qızı, Yaqubova Zəmı̇ nə Beybala qızı və Cavabdeh2 miras qoyan X14 övladlarıdır, bundan əlavə miras qoyanın X36 adlı başqa övladı da olmuş, lakin o, vəfat etmişdir. X31 16 aprel 2007-ci il tarixdə vəfat etmiş və ondan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 821 №-li bağ sahəsi miras qalmışdır. Miras açılan zaman miras qoyanın birinci növbədən sağ olan 3 vərəsəsi olmuşdur. Belə ki, onun əri X35 da 17 mart 1999-cu il tarixdə vəfat etmişdir. Vərəsələrdən Cavabdeh2 xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və o, miras əmlak olan ünvan 9 ünvanında yerləşən mülkiyyətində ümumi sahəsi 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 31.9 kv.m olan bağ evindən tam hissədə pay almışdır. Daha sonra Cavabdeh2 həmin bağ evi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və bağ evini alqı-satqı müqaviləsi əsasında xx.xx.2021-ci il tarixdə 120000 manata X2. O da öz növbəsində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. D.Dəmirçiyevin ölümündən sonra isə ünvan 9 ünvanında yerləşən bağ evi onun qanun üzrə vərəsəsi Cavabdeh3 mülkiyyətinə keçmişdir. X3 alqı-satqı müqaviləsi üzrə ödədiyi 105000 manatı satıcı Cavabdeh2 geri almış, sonuncu isə ona 15000 manat borclu qalmışdır. Tərəflər öz aralarında razılaşmışlar ki, qalıq qalan vəsait ödənildikdən sonra bağ sahəsi satıcıya qaytarılacaqdır. Lakin hal-hazıradək həmin qalıq qalan vəsait nə sağlığında X6, nə də hazırki mülkiyyətçi Cavabdeh3 qaytarılmışdır.

34. İddiaçılar tələbində Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən bağ evindən tam hissədə pay almaqla bağlı verilən xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını və bundan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməklə miras əmlak üzərində hər birinin ¼ hissədə paylarının müəyyən edilməsini xahiş edirlər.

35. Tərəflərə mübahisəni məhkəmədən kənar həll edilməsi ilə bağlı kifayət qədər şərait yaradılsa da, bu mümkün olmamışdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

36. Məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinə vərəsəlik hüquq münasibəti, əqdlərin etibarsızlığı, vicdanlı əldə edən aspektindən qiymət verilməlidir.

37. Mübahisənin mahiyyətindən aydın olduğu kimi ilkin olaraq iddiaçılar miras əmlakı qəbul etdiklərini iddia edirlər və bu səbəbdən Cavabdeh2 miras əmlakdan tam hissədə pay alması barədə qanun üzrə vərəsəlik şəhadətnaməsini və onun nəticələrini mübahisələndirirlər.

38. Bununla bağlı mülki işin məhkəmənin icraatında olduğu vaxt qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarına nəzər yetirdikdə o qənaət formalaşır ki, iddiaçılar mirası qəbul etmələri ilə bağlı tələbində haqlıdırlar.

39. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Hansı ki, Mülki Məcəllənin 1301-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

40. Eyni zamanda həmin Plenum qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

41. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarından aydın olduğu kimi miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

42. Hazırki mülki işin hallarından da göründüyü kimi iddiaçılar mirasdan imtina etməmişlər və nəticədə onlar mirası qəbul etmiş hesab edilirlər. Odur ki, notariusun qanun üzrə vərəsəlik şəhadətnaməsi verən zaman hər hansı qanuna zidd davranışı olmasa da, Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən iddiaçıların da mirasdan pay almaq hüquqları təsbit edildiyindən Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşən bağ evindən tam hissədə pay almaqla bağlı verilən xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Məhkəmə bu qənaətə həmçinin ona görə gəlmişdir ki, miras qoyanın bölüşdürülməyən digər miras əmlakların olması istisna edilmir və gələcəkdə həmin qanun üzrə vərəsəlik şəhadətnaməsi onların hüquqlarını məhdudlaşdıra bilər.

43. Bundan başqa məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2 adına xx.xx.2020-ci il tarixində qeydə alınmış çıxarışın ləğv edilməsi tələbini ona görə əsassız hesab edir ki, artıq həmin çıxarış mövcud deyildir və onun ləğvi hər hansı hüquqi nəticə doğurmur.

44. Bundan əlavə məhkəmə iddia tələbini digər hissələrdə aşağıdakı göstərilənlərə əsasən əsassız hesab edir.

45. İddia tələbinin digər hissələri alqı-satqı müqaviləsinin etibarsızlığından irəli gələn hüquqi nəticələrlə bağlıdır. Hansı ki, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında və eyni məzmunlu digər qərarlarında göstərilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı).

46. Bundan əlavə əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

47. İşin hallarından göründüyü kimi iddiaçılar yalnız miras əmlakda olan paylarından məhrum edildiklərinə görə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edirlər. Lakin məhkəmə hesab edir ki, iddiaçıların mirası qəbul etmələri öz təsdiqini tapsa da, onların alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmələri əsassız olmuşdur. Çünki həmin alqı-satqı müqaviləsi bağlanan zaman alıcı vicdanlı olmuş və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə etimad göstərərək əmlakı əldə etmişdir. Hansı ki, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Bununla bərabər əqdin etibarsızlığı ilə bağlı digər hər hansı hal həm iddiaçılar tərəfindən mübahisələndirilməmiş, həm də məhkəmə araşdırması dövründə müəyyən edilməmişdir.

48. Bundan əlavə məhkəmə müqavilə üzrə tərəflərin müqavilənin ləğv edilməsi ilə bağlı hərəkətlərini, yəni pulun bir hissəsinin satıcı tərəfindən qaytarılması və bunun alıcı tərəfindən qəbul edilməsini müqavilənin ləğv edilmiş hesab olunması hüquqi nəticəsi yaratması baxımından yetərli hesab etmir. Belə ki, Mülki Məcəllənin 423.1-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Hansı ki, işin hallarından müəyyən edildiyi kimi söhbət notarial qaydada bağlanan alqı-satqı müqaviləsinin tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilməsindən gedir və müqavilə tərəfləri arasında bu barədə notarial qaydada razılaşma mövcud deyildir. Üstəlik müqavilə üzrə ödənilən məbləğ tam olaraq alıcıya qaytarılmamışdır.

49. Bununla belə məhkəmə hesab edir ki, hər bir halda iddiaçıların mirası qəbul etmələri təsbit edildiyindən, onların miras əmlakda olan paylarından məhrum edilmələri ilə bağlı dəyən zərəri tələb etmək hüququ istisna edilmir. Tətbiq edilən prosessual normalar:

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

51. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

52. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

53. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

54. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

55. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X14 vərəsəsi kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 31.9 kv.m olan bağ evindən ibarət miras əmlakdan Cavabdeh2 tam hissədə pay alması ilə bağlı Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X30 tərəfindən verilən xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. X14 vərəsəsi kimi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi və ümumi sahəsi 31.9 kv.m olan bağ evindən ibarət miras əmlakdan Cavabdeh2 tam hissədə pay alması ilə bağlı Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu X30 tərəfindən verilən xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar