Məhkəmə qərarları › İş №e-2(001)-7082/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7082/2022

16.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7082/2022 16.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu iddiaçı Hüseynova Zenfı̇ ra Abbas qızının iddianın dəyişdirilməsi barədə ərizəsinə baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Hüseynova Zenfı̇ ra Abbas qızı iddianın dəyişdirilməsi barədə ərizə ilə, daha sonra isə ərizə ilə müraciət edərək ərizənin geri qaytarılmasını xahiş etmişdir. Ərizəni araşdıraraq hesab edirəm ki, iddiaçının ərizənin qaytarılmasına dair ərizəsi məhkəməyə daxil olduğundan, iddianın dəyişdirilməsi barədə ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb q ə r a r a a l d ı m: İddiaçı Hüseynova Zenfı̇ ra Abbas qızının iddianın dəyişdirilməsi barədə ərizəsi geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar