Məhkəmə qərarları › İş №e-2(001)-7125/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7125/2025

31.10.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7125/2025 31.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvi və mənzilə vərəsəlik üzrə məcburi pay hüququnun tanınması tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvi və mənzilə vərəsəlik üzrə məcburi pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixidə məhkəməyə müraciət etmişdir. Daxil olmuş ərizəni araşdırarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinin tərtibi zamanı mülki prosessual qanunvericiliklə nəzərdə tutulmuş məcburi forma və məzmununa riayət edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmənin mövqeyi Hazırki iddia ərizəsini nəzərdən keçirərkən müəyyən olundu ki, iddiaçı işlədiyi quruma qarşı əmək mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət etsə də, ərizəsində istinad etdiyi hallara dair heç bir sübut əlavə etməmişdir. Yəni hazırki məqamda cavabdehlərə qarşı bir mülahizə, ehtimal əsasında mənzilin satılması şübhəsi ilə qeyri-konkret tələb irəli sürmüş, mənzilin satılmasına, alqısatqı və onun tərəflərinə dair heç bir əsaslı sənədlərini məhkəməyə təqdim etməmiş, o cümlədən də tələbində hazırki müqavilənin ləğvinə dair tələb ilə heç bir aidiyyti olmayan, vərəsəlik münasibətlərinə dair mübahisə açmış və hələ sağ olan şəxsə münasibətdə mirasdan məcburi payın müəyyən edilməsinə dair tələb irəli sürmüşdür. Sadalanan nöqsanlarla iddia ərizəsinin icraata götürülməsi isə gələcəkdə işin obyektiv araşdırılmasına maneəçilik törətməklə, mülki prosessual qanunvericiliyin işlərə baxılması zamanı lüzumsuz sənəd toplanılması, məhkəmə prosesinin dəfələrlə təxirə salınması və fasiləsizlik prinsipinin pozulması ilə yanaşı, natamam tələbin məhkəmə müstəvisinə çıxarılması ilə də nəticələnə bilər. Bu əsasla iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırdıqdan sonra, həmçinin sübutların toplanması və tələbinin konkretləşməsi ilə əlaqədar hüquqi yardım üçün (o cümlədən, qanunvericiliklə nəzərdə tutulmuş hallarda dövlət hesabına hüquqi yardım almaq) müvafiq qurumlara müraciət etməsi və təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 150.0.5, 151 və 152cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzil ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvi və mənzilə vərəsəlik üzrə məcburi pay hüququnun tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar