Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-751/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi , İddiaçı və onun nümayəndəsi, Vəkil1 Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi, Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “sənədin etibarsız hesab edilməsi” tələbinə dair iddiası və iddiaçı X12 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzilin X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş, "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli protokolunun mübahisəli mənzilə aid hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddia tələbinin həcmini artıraraq, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzilin X16 verilməsi barədə 11 may 2018ci il tarixli protokolunun, Forma-2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: ünvan 15 "xxxx" Mənzil tikinti kooperativi tərfindən 2002-ci ilin ortalarında kooperativə üzv qəbul edilməklə ona verilmişdir. Ümumi sahəsi 215.11 kvadrat metr olan həmin mənzilə görə 47,324 manat məbləğində pul vəsaitini ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin pul vəsaitinin 42,324 manatını ödədikdən sonra Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışı və qəbzi də ona təqdim etmişdir. Sonradan tərəfindən xeyli məbləğdə pul vəsaiti sərf edilməklə mənzildə təmir işləri aparılaraq, təqribən 2003-cü ilin ortalarında oğlu X27, onun arvadı X17, övladları İddiaçı Fazil qızı və X18 ilə birlikdə həmin mənzilə köçmüşlər və orada yaşayırlar. Hal-hazıradək, yəni 19-il ərzində fasiləsiz olaraq həmin məzildə ailəsi ilə bir yerdə yaşayır və bütün kommunal xərcləri ödəyir, hal-hazıradək nə cavabdeh MTK tərəfindən, nə də ki, başqa bir şəxs tərəfindən mənzillə bağlı onlara heç bir irad bildirilməmişdir. Lakin 2020-ci ilin əvvəllərində həmin mənzili rəsmiləşdirmək qərarına gəldikdə, Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışın və qəbzlərin itirildiyini aşkar etdikdə oğlu Bakı şəhəri Baş Polis İdarəsinə müraciət etmişdir. Mənzilin sənədləri tapılmadığına görə onların dublikatının alınması üçün "xxxx" Mənzil Tikinti Kooperativinə müraciətlərinə, cavabdeh mübahisəli mənzilə dair heç bir sənədin onda olmadığını bildirmişdir. Bununla da cavabdeh onların sənədlərinin itirildiyindən xəbər tutduqdan sonra mübahisəli mənzili ikinci dəfə satıb qanunsuz yolla qazanc əldə etmək qərarına gəlmişdir. Belə ki, sonradan məlum olmuşdur ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən onlara məxsus olan və qanuni əsaslarla yaşadıqları mənzil üzərində, hüquqların qeydiyyatı üçün X26 adlı şəxsə saxta sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, və Forma 2 arayışı verilmişdir. Həmin saxta sənədlərə əsasən mübahisəli mənzil üzərində X12 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona 14 iyun 2018-ci il tarixdə **********20-05301-093043 reyestr nömrəli çıxarış verilmişdir. Sənədlərin saxtalaşdırıldığını, həmin mənzil üzərində artıq onun hüququnu təsdiq edən kooperativ üzvlərinin ümumi iclasının protokolu və həmin mənzildə onun ailə üzvlərinin yaşadığı sübut edir. Bundan başqa "xxxx" Mənzil Tikinti X1 verdiyi 11 may 2018- ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından, F2 arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də Habil Vahabovun guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni saxtalaşdırıldığını sübut edir. Bundan başqa "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən mübahisəli mənzilin on doqquz il əvvəl onlara verildiyi və həmin illər ərzində ailəsinin orada yaşaması Kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Halbuki, mənzildə yaşadığı 19 il ərzində cavabdeh MTK tərəfindən bütün ödənişlər qəbul edilmiş, nə Kooperativ, nə də Habil Vahabov tərfindən mənzillə bağlı heç bir irad bildirilməmişdir. Beləliklə, "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzili aldatma və etibardan sui-istifadə yolu ilə Habil Vahabova satmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı hüquqları pozulduğuna görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Azərbaycan Respublikasında 2009-cu il oktyabrın 1-dən qüvvəyə minmiş Mənzil Məcəlləsindən əvvəl, qüvvədə olmuş Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, İddiaçı MTK dan verilmiş protokoldan çıxarışa əsasən 23 dekabr 2002-ci il tarixdə mübahisəli mənzilə köçən zaman 1982-ci ilin məcəlləsi hələ də qüvvədə idi. Beləliklə, qüvvədən düşmüş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 10-cu maddəsinin 2 və 4-cü abzaslarına əsasən vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz.
4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 7 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı çıxarılması və cavabdeh tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "sənədin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş vardır. Həmin iş üzrə mübahisə predmeti olan mənzil ona məxsus olduğundan icraatınızda olan hazırki mülki iş onun hüquq və mənafelərinə birbaşa toxunur. O, uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin pulunu ödəyib almışdır və 14.06.2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məcələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin №1311837 saylı çıxarışından görünür ki, sözügedən mənzil ona tam pay hüququ ilə məxsusdur və onun xüsusi mülkiyyətindədir. Ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzildə başqa şəxslər, yəni cavabdeh İddiaçı və ailəsi qanunsuz olaraq istifadə etmişdir. Həmin şəxslərlə onun arasında heç bir müqavilə bağlanmamışdır, onun razılığı olmadan onun mənzilində qanunsuz olaraq yaşayırlar. Sonradan həmin şəxslərin mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edildi, X13, X7 və onların övladları İddiaçı Fazil qızı və X8 mənim mənzilindən çıxarılmaları və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.02.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən qüvvədə saxlanmışdır. Hal-hazırda cavabdeh İddiaçı mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı onun ailə üzvü deyil. qohumu deyil, onunla arasında heç bir hüquq münasibəti yaranmamış, heç bir müqavilə bağlanmamışdır. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi onun iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan ona məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Odur ki, hesab edir ki, mülkiyyətçi olaraq onun hüquq və mənafeləri təmin edilməli və cavabdeh mənzilindən çıxarılmalıdır. İddiaçı onun mənzilinə dair kommunal xidmətlərlə müqavilə imzalaması da qanunsuzdur. Qeyd edir ki, onun mülkiyyətçi hüquqlarının qəsdən pozulması Azərbaycan Respublikası Konstitusiyasına və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən yolverilməzdir. Tərəflərin izahatları və iddiaya münasibəti:
6. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, yaşağıdı evə dair order olmuşdur. Bu barədə ona ərinin köməkçisi Rövşən məlumat vermişdir. Rövşən demişdir ki, evin pulu binanın komendantına tam ödənilib. Həmin evdə 20 ilə yaxındır ki, yaşayırlar. MTK rəhbərliyi tərəfindən onlara bir dəfə belə evdən çıxmaları barədə məlumat verilməmişdir. Yaşadıqları evi bir neçə dəfə təmir etdirmişlər. Həmin ünvana qeydiyyata alınmışlar. Mənzil ilə bağlı onların müqaviləsi olmuşdur. Lakin mənzillə bağlı sənədləri 15 ildir ki, itirmişdir. Onlara qarşı hazırda haqsızlıq edilir. Mənzilə dair pul Gülşən xanıma ödənilib. Qalıq qalmış 5000 manat məbləğində borc isə qarajla əvəzləşdirilmişdir.
7. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil1 izahatında bildirmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinə qeyd edilən mənzilə dair orderin olub-olmaması barədə sorğu verilməlidir. Belə ki, Hüseyn müəllim köməkçisi ilə əlaqə saxlamış və ona bildirilmişdir ki, mənzilə dair order vardır. İddiaçının nümayəndəsinin bu barədə vəsatəti sübutların işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli olması əsası ilə təmin edilməmişdir.
8. İddiaçı nümayəndəsi, Vəkil1 İddiaçı X12 cavabeh İddiaçı qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq təhvil verilməsi barədə iddiasına 04.04.2022-ci il tarixində etiraz ünvanlamışdır.
9. Etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçivani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzilin X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas olmuş, "xxxx" Mənzil Tikinti Kooperativinin üzvlərinin ümumi iclasının 11 may 2018-ci il tarixli protokolunun mübahisəli mənzilə aid hissəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən X26 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan ünvan 7 (ünvan 1 ünvanında yerləşən mənzildən cavabdeh İddiaçı çıxarılması və cavabdeh tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X12 iddia ərizəsi əsassız olmaqla yanaşı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq verilmişdir. Çünki, H.Vahabov hazırki iş üzrə Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilyinə görə, qarşılıqlı iddia vermək hüququna malik olmadığına baxmayaraq, qarşılıqlı iddia ərizəsi vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar. Bundan başqa, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən iddiaçıya məxsus olan və qanuni əsaslarla ailəsi ilə yaşadıqları mənzil üzərində, hüquqların qeydiyyatı üçün X16 uydurma sənədlər, yəni eyni gündə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, və Forma 2 arayışı verilmişdir. Həmin uydurma sənədlərə əsasən mübahisəli mənzil üzərində X12 mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınaraq bu barədə ona 14 iyun 2018-ci il tarixdə **********20-05301-093043 reyestr nömrəli çıxarış verilmişdir. Halbuki, H.Vahabov heç vaxt həmin mənzildə olmamış, ona baxış keçirməmiş həmin mənzilin texniki pasportunu Məhkəməyə təqdim etməmiş, mənzilin yerləşdiyi yerin harada olduğunu belə bilmir. Mənzilin dəyəri cavabdeh tərəfindən ödənilmədiyinə görə, "xxxx" Mənzil Tikinti Kooperativinə və yaxud Banka ödənilməsini təsdiq edən kassa mədaxil orderi Məhkəməyə təqdim edilməmişdir. Bundan başqa "xxxx" Mənzil Tikinti X1 verdiyi 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarışdan, maliyyə arayışından, F2 arayışından görünür ki, kooperativ üzvlərinin ümumi iclasının keçirilməsi, mənzilin dəyərinin ödənilməsi, həm də Habil Vahabovun guya ki, başqalarına məxsus mənzilə köçüb yaşaması eyni günə təsadüf edir. Bu da öz növbəsində həmin sənədlərin və hərkətlərin eyni gündə aparılmasının mümkün olmadığını, yəni uydurma olduğunu sübut edir. Bundan başqa "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən mübahisəli mənzilin 20 əvvəl İddiaçı verildiyi və həmin illər ərzində ailənin orada yaşaması Kooperativin sədri tərəfindən vəzifəsindən sui-istifadə edilməklə və sadəcə tamah məqsədi ilə nəzərə alınmamışdır. Halbuki, mənzildə yaşadıqları 20 il ərzində cavabdeh MTK tərəfindən bütün ödənişlər qəbul edilmiş, nə Kooperativ, nə də Habil Vahabov tərfindən mənzillə bağlı heç bir irad bildirilməmişdir. Beləliklə, "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyi qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzili Habil Vahabovun adına rəsmiləşdirmişdir. Hesab edir ki, iddiaçının həmin mənzil üzərində hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.1-ci maddəsinən dəyişiklik edilənə qədər yaranmışdır. Belə ki, 23 dekabr 2003-cü il tarixli 566-İİQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 179.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi: 179.1. Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28 yanvar 2002ci il tarixli qəraında göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Hesab edir ki, İddiaçı ailəsi ilə birlikdə 2002-ci ildən sonra mübahisəli mənzilə on il ərzində öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik etdiyinə görə hazırki mübahisəyə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1 -cu maddəsi tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilən X12 İddiaçı qarşı ünvan 7 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və cavabdeh tərəfindən həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Vəkil1 izahatlarında bildirmişdir ki, iddiaçı ilə MTK arasında mənzilə dair alqı-satqı müqaviləsi olmayıb. İddiaçı kooperativin üzvlüyünə qəbul olunduqdan sonra hazırki mübahisəli mənzil ona verilmişdir. Nəticədə 19 ildir ki, iddiaçı Mədinə fasiləsiz olaraq həmin mənzildə yaşayır. İddiaçıya kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış və mənzilə görə ödəniş etdiyinə dair qəbz verilmişdir. Lakin iddiaçı həmin sənədləri itirmişdir. MTK-dan həmin sənədlərin dublikatını tələb etdikdə isə onlarda bu mənzilə dair heç bir sənəd olmadığını bildirmişlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, MTK mənzili X3. Habilə isə 11 may 2018-ci il tarixli kooperativ üzvlərinin ümumi iclasının protokolundan çıxarış, maliyyə arayışı, forma 2 verilmişdir. Bu sənədlər əsasında Habil mənzilə dair öz adına çıxarış almışdır. Evdə hazırda İddiaçı və oğlu Hüseynova Fazil yaşayır. Habil isə MTK sədrinin qohumudur. Habil mənzil üçün heç bir ödəniş etməmiş, mənzilə dair çıxarış əldə etmişdir. Mənzil üçün ödəniş edilibsə kassa mədaxil orderi təqdim edilməlidir. Ev hal-hazırda tam təmirlidir və orada yaşayış var. MTK tərəfindən mənzilin üçüncü şəxsə satılması ilə bağlı tərtib edilən protokol, ümumi yığıncağın qərarı saxtadır. Habilə “forma 2” adlı arayış verərək orada yaşadığını qeyd etsələr də, amma orada yaşamır. İddiaçı həyat yoldaşı Binəqədi rayonunun keçmiş icra başçısı olmuş və 2003-cü ildə vəfizəsindən azad edilmişdir. MTK rəhbərliyində olan şəxslərlə onun arasında müəyyən narazılıqlar baş verdiyi üçün MTK-nın onun mənzili başqa şəxsin mülkiyyətinə vermişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi, Vəkil2 izahatında bildirmişdir ki, hazırki iclas baxış iclasıdır. İddiaçı artıq bu mərhələyə qədər müvafiq sübutları toplamalı idi. Əlavə olaraq bildirmişdir ki, iddiaçı Mədinə və onun ailə üzvləri tərəfindən MTK-ya sənədlərin itirilməsi və buna görə sənədlərə dair dublikatın verilməsi tələb edilməmişdir. Həmin mənzillə bağlı iddiaçı tərəfindən MTK-ya ümumiyyətlə pul ödəməmişdir. Onların bu vaxta qədər hansı əsasla mənzildə məskunlaşmaları məlum deyildir. Bundan başqa məhkəmə iclasında dindirilən şahidlərin vermiş olduqları ifadələri qəbul etmir. Belə ki, həmin şahidlər mənzilin dəyərinin MTK-ya ödənilməsi barədə hər hansı məlumat verə bilməmişlər .Şahidlərin 2002-ci il tarixindən həmin binada yaşamaları belə dəqiq deyil .
12. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi, Vəkil2 izahatlarında bildirmişdir ki, İddiaçı orada heç bir sənədi olmadan yaşayır. Dəfələrlə mənzilə dair ödənişlər edilməsi üçün məlumat verilsə də, hər hansı ödəniş edilməmişdir. Mənzillə bağlı tərəflər arasında 2018-ci ilədək danışıqlar olmuşdur. Lakin bir nəticə əldə edilməmiş, iddiaçı və ailəsini mənzildən çıxarmaq mümkün olmamışdır. Daha sonra mənzil Habil Vahabovun mülkiyyətinə keçmiş və mənzilə dair sonuncu tərəfindən çıxarış alınmışdır. Ona görə də, MTK iddiaçı ilə mənzil barəsində olan mübahisəsinə davam etməmişdir. İddiaçının həyat yoldaşı Binəqədi rayonunun keçmiş icra başçısı olmuşdur və həmin dövrdə səlahiyyətlərindən istifadə edərək mənzilə qanunsuz daxil olmuşlar və orada yaşamağa başlamışlar.
13. Həmçinin, Cavabdeh "xxxx" MTK tərəfindən İddiaçı iddiasına etiraz ünvanlanaraq, bildirilmişdir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1-də yerləşən 23 nömrəli mənzilin X16 verilməsi barədə 11 may 2018-ci il tarixli protokolunun, Forma- 2 arayışının, həmin mənzil üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının etibarsız hesab edilməsi və məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, X26 uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilin pulunu ödəmiş və 14.06.2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakn Dövlət Reyestri Xidmətinin No1311837 saylı çıxarışından görünür ki, sözügedən mənzil X16 tam pay hüququ ilə məxsusdur və sonuncunun xüsusi mülkiyyətindədir. İddiaçı X26 cavabdehlər X19 va X10 qarşı sözügedən mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-478/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X27 tərəfindən apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-984/2022 saylı, 08.02.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-478/2021 saylı, 11.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzillə bağlı cavabdehlərin hər hansı sübutları mövcud deyildir. Bundan əlavə, İddiaçı hazırki iddia tələbini qaldırmağa dair heç bir subyektiv hüququ yoxdur. Nə İddiaçı, nə də onun ailə üzvləri hazırki mənzilə dair MTK ilə müqavilə bağlamayıblar, mənzilə görə MTK-ya heç bir ödəniş etməyiblər. Onların mənzilə dair heç bir hüquqmüəyyənedici sənədləri yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qaranında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmak üçün ilk növbədə mübahisəli mənzilə və ya onun bir hissəsinə mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi ki, iddiaçı tərəfindən belə bir sübut təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2063/2021 saylı, 19.03.2021-ci il tarixli qərardadı ilə iddiaçı X14 cavabdeh Azarbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin İ saylı Bakı Ərazi İdarəsinə qarşı X26 üçüncü şəxs qismində işə cəlb olunmaqla "ünvan 4 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən, ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmamışdır. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı və onun ailə üzvləri dəfələrlə ünvan 5 ünvanında yerləşən mənzillə bağlı mahkəmələrə müraciət etsələr də, iddia tələbi iddiaçının subyektiv hüququnun olması səbəbindən rədd edilmişdir. İddiaçı və onun ailə üzvlərinin bu kimi tələblərlə məhkəməyə müraciət etmələri məhkəmələrin vaxtının alınmasından va qarşı tərəfi məhkəmə süründürməçiliyinə salmaqdan başqa bir şey deyildir.
14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda iddiaçı X12 nümayəndəsi, Vəkil3 məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, sonuncu izahatını çıxışı kimi qəbul edilməsini, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia tələbinin rədd edilməsi və X9 cavabdeh İddiaçı qarşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Əvvəlki məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda iddiaçı X12 nümayəndəsi, Vəkil3 izahatında bildirmişdir ki, mübahisəli mənzil çoxdan alınıb. 2018-ci ildə isə Habil mənzilə dair çıxarış almışdır. Mənzilin alğı-satqısına dair protokoldan çıxarış və maliyyə arayışı vardır. Habilin özünün bir neçə mənzili vardır. Bu mənzil də Habilə alması üçün təklif edildiyi zaman ona mənzilin boş olması barədə məlumat verilib. O da mənzili pulunu ödəməklə əldə etmiş və mənzilə dair çıxarış almışdır. MTK tərəfindən ona mənzilə dair hər hansı mübahisənin olmadığı bildirilmişdir. Hazırda İddiaçı və ailəsi həmin mənzildə qanunsuz yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə mənzildə qanunsuz yaşayan şəxslərin bəziləri evdən çıxarılmışlar və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 08.02.2022-ci il tarixli, 2(103)-984/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
16. Məhkəmə iclasında şahid qismində dindirilən X24 ifadəsində bildirmişdir ki, Ağayeva Zümrüdün yaşadığı mənzilə 2002-ci il tarixində gəlin gəlmişdir. Ev təmir olunduğundan 6 ay sonra mənzilə köçə bilmişlər. Mədinə xanımla qonşudurlar və Mədinə xanımın evi onların evi ilə eyni vaxtda təmir olunub. O, əri ilə nişanlanan dövrdə əri mənzili 49000-50000 manata almışdır. 2002-ci ildən Mədinə xanım həmin ünvanda yaşayır. Evə verilən, işıq, qaz, su kimi kommunallar bir başa Mədinə xanımın adınadır. Arada onun yoldaşı Mədinə gilin də önənişlərini elekton qaydada aparmışlar. Lakin 2 il əvvəl yoldaşı ona demişdir ki, Mədinə gilin qaz və ya işıq qəbzləri başqa şəxsin adınadır. MTK-nın keçirilmiş iclasından məlumatı olmamışdır. Yaşadıqları mənzilin sənədlərini isə yoldaşı özünün səyi ilə almışdır. Belə ki, mənzillə bağlı ilk öncə onlara order, 2008-ci ildə isə çıxarış vermişlər.
17. Məhkəmə iclasında şahid qismindən dindirilən X28 ifadəsində bildirmişdir ki, həmin binanın, 7-ci mərtəbəsində, 22 saylı mənzilə 2002-ci ildən köçüb yaşamışdır. Mədinə xanım və ailəsi də, onlarla bir vaxtda binaya köçmüşlər. Mədinə xanım tərəfindən mənzilin dəyərinin ödənildiyini görməmişdir. Ancaq bilir ki, mənzilə dair ödəniş edilmişdir. Özlərinin yaşadıqları mənzili oğlu MTK-dan almışdır. Mənzillərinə dair sənədləri MTK-dan problemsiz bir şəkildə almışlar. Mədinə xanım ona evlərinə dair sənədlərini sürücünün itirdiyini demişdi. Hazırda Mədinə xanım oğlu ilə yaşayır. Habili isə ümumiyyətlə mənzildə görməmişdir. MTK-nın müvafiq iclası keçirilən zaman ona məlumat verilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
18. X5, X11, X4 və digərlərini iştirakı ilə tərtib edilən aktdan görünür ki, onlar Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzilin X20 məxsus olduğunu və bu mənzildə onun ailəsi ilə birlikdə yaşadığını təsdiq edirlər. ünvan 7 ünvanında yerləşən mənzil X20 məxsusdur. Bu mənzildən də, onun ailə üzvləri istifadə edərək, yaşayırlar. Hər iki mənzilin Hüseynovlar ailəsinə məxsus olduğunu, ailə üzvləri tərəfindən dəfələrlə təmir edildiyini, bütün kommunal xərclərin Hüseynov Fazil, İddiaçı, Hüseynov Hüseyn tərəfindən qarşılandığının şahidi olmuşlar. X6 və X21 tanımadıqlarını tərtib edilmiş aktla, öz imzaları ilə təsdiq etmişlər.
19. 2018-ci ilə aid olan kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən kommunal xidmətlərə görə 50 manat ödəniş edilmişdir.
20. 2017-ci ilə aid olan kassa mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən ödənişlər edilmişdir. Lakin ödənişlərin təyinatı müəyyən edilmir.
21. Binəqədi rayonu, Binəqədi Bələdiyyəsi tərəfindən verilən yerli (bələdiyyə) vergilərin və ödənişlərin qəbulu üçün 10.06.2014-cü ilə, 2013-cü ilin mart ayında aid olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Ə.ünvan 8 ünvanı üçün 40 manat əmlak vergisi ödəmişdir.
22. "xxxx" ASC-nin Binəqədi filialı tərəfindən verilən 18 avqust 2016-cı il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən ünvan 10 ünvanı üçün 133,10 manat məbləğində əmlak vergisi ödənilmişdir.
23. Azərbaycan Respubliası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 7, yeni qaydalarla: ünvan 11 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə X16 məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 2883 nömrəli reyestr kitabının 268945 nömrəli vərəqində 14.06.2018-ci il tarixində qeydiyyata aparılmışdır.
24. "xxxx" MTK üzvlərinin ümumi iclasının protokolundan olan 11 may 2018-ci il tarixli çıxarışdan görünür ki, X26 MTK-ya ərizə ilə müraciət edərək, onun kooperativliyinə üzv qəbul edilməsini xahiş etmişdir. MTK-nın sədri X25 tərəfindən X12 MTK-ya üzv qəbul edilməsi və ona MTK-nın Ə.Naxçıvani küçəsi, ev 14 kooperativ yaşayış binasında 1-ci giriş, 7-ci mərtəbə, sahəsi 122,9 kv.m, ümumi sahəsi 215,11 kv,m olan 5 otaqlı, 23 saylı mənzil verilməsi qərara alınmışdır.
25. "xxxx" MTK tərəfindən verilən 11 may 2018-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 12 ünvanda yerləşən kooperativ yaşayış binasında 1-ci giriş, 7-ci mərtəbə, ümumi sahəsi 215,11 kv.m, yaşayış sahəsi 122,9 kv.m, olan 5 otaqlı, 23 saylı mənzilin dəyəri "xxxx" MTK-ya X26 tərəfindən tam ödənilmişdir, MTK-ya borc yoxdur.
26. "xxxx" MTK tərəfindən verilən 11 may 2018-ci il tarixli Forma №2 arayışdan görünür ki, X26 həqiqətən Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində 14 saylı evin, 23 nömrəli mənzilində yaşayır. Mənzilin sahibi X22r.
27. Məhkəmə tərkibinin, iddiaçı, eyni zamanda cavabdehin nümayəndəsi, Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda iddiaçı X12 nümayəndəsi, Vəkil3 iştirakı ilə 01 aprel 2022-ci il tarixində saat 11:00da başlanılmaqla Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzildə yerində müayinə keçirilmişdir.
28. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzil 5 otaqlıdır və 190 m2-dən ibarətdir. Mənzil təmirlidir lakin, mənzilin hazırki vəziyyətindən təmirin uzun müddət əvvəl edildiyi müəyyən olunur. Mənzildə X27 həyat yoldaşı X17 və uşaqları yaşayır. İddiaçı həm bu mənzildə, həm də həmin binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzildə (həyat yoldaşı X29 ilə birlikdə) yaşayır. Ailə üzvləri İddiaçı hazırda həcc ziyarətində olduğunu bildirdilər.
29. Yerində müayinə zamanı İddiaçı nümayəndəsi, Vəkil1 bildirmişdir ki, bu mənzil Mədinə xanımın həyat yoldaşı Hüseyn Hüseynov tərəfindən alınmışdır. MTK Mədinə xanımın adına olan sənədləri ortaya çıxarmayaraq, mənzili Habil Vahabova vermiş və sonuncu da mənzilə dair çıxarış almışdır. Mənzil 2002-ci ildən Mədinə xanıma məxsus olmuşdur. Əgər mənzilə dair Mədinə xanımın və onun ailə üzvlərinin heç bir hüququ yox idisə, nəyə görə 17 il ərzində onların burada yaşamağına göz yumulmuşdur. Mənzil onlara məxsus olmasaydı, onlara heç binanın həyətinə girməyə belə icazə verməzdilər.
30. Yerində müayinə zamanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda iddiaçı X12 nümayəndəsi, Vəkil3 bildirmişdir ki, bu mənzil Habil Vahabovun mülkiyyətindədir. Bununla bağlı onun çıxarışı vardır. İddiaçı və onun ailə üzvləri qanunsuz olaraq mənzilə daxil olmuş və uzun müddət burada yaşamışlar. Fazil Hüseynovun və ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi qəbul edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə qalmışdır. Hazırda mənzildə yaşayan şəxslər mənzili qanunsuz olaraq zəbt etmişlər və mənzildən çıxarılmalıdırlar.
31. Yerində müayinə zamanı İddiaçı həyat yoldaşı X29 bildirmişdir ki, mübahisə predmeti olan mənzil onun tərəfindən alınmışdır. Belə ki, o, sürücüsü vasitəsilə MTK-nın keçmiş sahibi Rasim adlı şəxsə təxmini 40000 manat məbləğində pul verərək mənzili satın almışdır. Pulu sürücü MTK-nın sahibinə vermiş və mənzillə bağlı bütün sənədlər də sürücüdə olmuşdur. O, sürücüsünə inandığından sənədlərin aqibəti ilə maraqlanmamışdır. Onun sürücüsü rəhmətə getdiyindən sənədlərin aqibətini dəqiq bilmir. Güman edir ki, sürücü sənədləri itirmişdir. Mənzil 2001-ci ildə təmir olunmuş, 2002-ci ildə isə o, ailə üzvləri ilə birlikdə oraya köçərək təxmini 1 il yaşamışdır. Daha sonra oğlu X27 ailə quraraq bu mənzilə köçmüşdür. O da həmin binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzildə yaşamağa başlamışdır. O, Vahabov Habil adlı şəxsi ümumiyyətlə tanımır. Həmin şəxs 2018-ci ildə ortaya çıxmış və mənzilə dair çıxarışının olduğu onlara müəyyən olmuşdur. O, mənzili həyat yoldaşı İddiaçı adına almışdır. Mənzilə dair bütün kommunal xidmət müqavilələri də həyat yoldaşının adınadır. Onların mənzilə dair 5000 manat borcu qalmış və həmin borc da qaraj yerinin onlardan alınması ilə əvəzləşdirilmişdir. Onlar mənzilə dair ödənişləri Gülşən İsayevaya vermişlər. Hər ay 50 manat binanın kommunal xərclərinə dair ödəniş həyata keçirmişlər. Gülşən İsayeva MTK-nın keçmiş direktoru olmuşdur. Hazırda MTK-nın direktoru deyildir. O, 2003-cü ilə qədər Binəqədi rayonunun icra başçısı olmuşdur. MTK-nın hazırki sahibi Şahmar adlı şəxs ona qarşı qərəzli münasibət göstərir. Belə ki, Şahmar ona qohumunu işdən çıxardığına görə mənzili ondan alacağını bildirmişdir. Şahmar ondan əvəz çıxmaq üçün mənzili Habilə vermişdir. Ona isə mənzilin pulunu ödəmədiyini demişdir. X39 qohumudur.
32. Yerində müayinə zamanı İddiaçı oğlu X27 bildirmişdir ki, o, hazırda mənzildə ailəsi ilə birlikdə yaşayır. O, 2004-cü ildə X17 ilə ailə quraraq bu mənzildə yaşamağa başlamışdır. Ancaq mənzil 2001-ci ildə alınmış, 2002-ci ildə təmir olunmuşdur. O, əvvəlcə burada valideynləri ilə birgə yaşamış, sonradan valideynləri həmin binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzilə köçmüşlər. Onların mənzilin sənədləri mövcud olmuşdur. MTK-nın keçmiş direktoru Gülşən xanım sənədlərin onda olduğunu onlara demişdir. O, heç vaxt Vahabov Habili görməmişdir və onu tanımır. Əgər mənzil onların deyilsə, nəyə görə 17 il ərzində MTK onları bu mənzildən çıxarmayıb.
33. Yerində müayinə zamanı İddiaçı gəlini X17 bildirmişdir ki, o, 2004-cü ildə X27 ilə ailə quraraq bu mənzildə yaşamağa başlamışdır. Həmin tarixdən bu mənzildə o, həyat yoldaşı və uşaqları yaşayırlar. Mənzil onun qaynanası İddiaçı adınadır.
34. Yerində müayinə zamanı qonşu X15 bildirmişdir ki, o, bu binanın 6-cı mərtəbəsində yerləşən 17 saylı mənzilində yaşayır. Mənzili 2002-ci ildə onun həyat yoldaşı almış, 2004cü ildən orada yaşamağa başlamışlar və mənzilə dair çıxarışları vardır. O, 23 saylı mənzildə həmişə Hüseynov Fazil və onun ailəsinin yaşadığını müşahidə etmişdir.
35. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(001)-478/2021 saylı qətnaməsindən görünür ki, X12 X23, X10 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməsi, X27, X17 və onların övladları İddiaçı Fazil qızı, X18 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, m23 (yeni qaydalarla: ünvan 13 ünvanda yerləşən X12 mülkiyyətində olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq X16 təhvil verilməsi qət edilmişdir.
36. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18.10.2021-ci il tarixli, 2(001)-478/2021 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(001)-478/2021 saylı qətnaməsində dəyişiklik edilərək, qətnamənin mətnində “ünvan 110” sözləri, “ünvan 11” kimi oxunması qərara alınmışdır.
37. Bakı Apellyasiya Məhkəməsinin 08.02.2022-ci il tarixli, 2(103)-984/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(001)-478/2021 saylı qətnaməsinin cavabdeh X13 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş kommunal ödənişlərə dair kserosurətdən ibarət olan qəbzlər mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmaması və ya əksinə İddiaçı məxsus olması anlamına gəlmir. Cavabdeh X27 apellyasiya şikayətində anası İddiaçı 2002-ci ilin ortalarında "xxxx" MTK tərəfindən kooperativə üzv qəbul edilməsini, ümumi sahəsi 215,11 kv.m olan həmin mənzilə görə 47324 manat məbləğində pul vəsaiti ödəməli olduğu halda, 5000 manat borcu qalmaqla, həmin vəsaitin 42324 manatını ödədikdən sonra MTK-nın üzvlərinin ümumi iclasının protokolundan çıxarış və qəbzin ona təqdim edildiyini bildirsə də, həmin dəlilləri təsdiq edən heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Əksinə iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MTK məhkəməyə ünvanladığı 31.01.2022-ci il tarixli, 3662 saylı məktubunda göstərmişdir ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, mənzil 3) və ya həmin binada hər hansı başqa mənzil İddiaçı, X10 və X2, onlarla heç bir müqavilə bağlanmamışdır, maliyyə arayışı verilməmişdir, hər hansı mənzillə bağlı İddiaçı və ya onun ailə üzvləri tərəfindən "xxxx" MTK-ya heç bir ödəniş olunmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 19, M7, mənzil 3) "xxxx" MTK tərəfindən X3, həmin mənzil hazırda X12 mülkiyyətindədir. Bundan başqa cavabdehin ( X27) mübahisəli mənzilin əldə edildiyini iddia etdiyi tarixdə qüvvədə olmuş hüquq normalarına əsasənmənzil tikinti kooperativində mənzil əldə edən şəxsin kooperativ üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarı, mənzilə görə pay haqqının ödənilməsi tələb olunur ki, cavabdeh tərəf həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir.
39. Bakı İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(112)-2063/2021 saylı qərardadından görünür ki, iddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X26 üçüncü şəxs qismində cəlb edilməklə “ünvan 14 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu təsdiq edən ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasının mümkün hesab edilməməsi qərara alınmışdır.
40. İddiaçı ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında imzalanan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 31.10.2011-ci il tarixli müqavilədən görünür ki, müəssisə istehlakçını təlabatına uyğun içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, istehlakçı isə ona verilən suyun haqqını ödəməyi öhdəsinə götürür.
41. İddiaçı ilə "xxxx"Açıq Səhmdar Cəmiyyəti arasında imzalanan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 31.10.2011-ci il tarixli müqavilədən görünür ki, müəssisə istehlakçını təlabatına uyğun içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi, istehlakçı isə ona verilən suyun haqqını ödəməyi öhdəsinə götürür.
42. İddiaçı ilə “Azəriqaz” İB arasında imzalanan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə 03.11.2021-ci il tarixli, AKX-0344207/11- 2021 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə əsasən uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesabata əsasən ödəniş edir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
43. Birinci İddiaçı və onun nümayəndəsi həm iddia ərizəsinin əsaslandırılmasında, həm məhkəmə iclaslarında verdikləri izahatlarda, həm məhkəməyə yazılı qaydada təqdim edilmiş ərizələrində göstərirlər ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: ünvan 15 ünvanında yerləşən mənzil iddiaçıya məxsusdur. Belə ki, həmin mənzilin alınmasına dair onlar tərəfindən Kooperativə pul ödənilmişdir və iddiaçıya müvafiq sənədlər təqdim edilmişdir, lakin həmin sənədlər sonradan itirilmişdir. Bunu polisə sənədlərin itirilməsi ilə bağlı müraciəti ilə əsaslandırır. Bundan başqa mübahisəli mənzildən 2001-2002-ci ildən istifadə etdiyini, mənzilə sahiblik etdiyini və mənzillə bağlı bütün kommunal və.s ödənişlərin onun tərəfindən aparıldığını, qaz, işıq, su və.s aid müqavilələrin onunla bağlandığını bildirir. Bunu isə həmin ödənişlərlə bağlı müxtəlif tarixlərdə verilmiş qəbzlərlə və şahid ifadələri ilə əsaslandırır.İddiasını isə ona görə əsaslı hesab edir ki, mənzili aldığı vaxtdan 20 il müddət keçib və Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan 179-cu maddəsinə görə o, mülkiyyətçi hesab olunmalıdır və bu səbəbdən mənzilin digər şəxsə verilməsinə əsas olan sənədlər etibarsızdır. Cavabdeh MTK isə iddianı qəbul etmir və etirazını onunla əsaslandırır ki, iddiaçıya mənzilin satılması ilə bağlı hər hansı sənəd verilməmişdir,iddiaçıdan mənzilə dair hər hansı ödəniş alınmamışdır, iddiaçı və onun ailə üzvləri mənzildə qanunsuz olaraq məskunlaşmışlar, sözügedən mənzil X16 tam pay hüququ ilə məxsusdur və sonuncunun xüsusi mülkiyyətindədir.
44. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-751/2022 saylı, 01.04.2022-ci il tarixli yerində müayinə protokolu ilə müəyyən edilmişdir ki, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: ünvan 15 ünvanında yerləşən mənzil təmirlidir və orada İddiaçı oğlu arvadı ilə birlikdə yaşayır. İddiaçı isə həm həmin mübahisəli ünvanda, həm də həmin binanın 2-ci mərtəbəsində yerləşən 4 saylı mənzildə əri X29 ilə birlikdə yaşayır.
45. İddiaçı X26 isə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən şəxs kimi cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
46. X26 iddia edir ki, hazırki mülki iş onun hüquq və mənafelərinə birbaşa toxunur. O, uzun müddətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin pulunu ödəyib almışdır və 14.06.2018-ci il tarixdən həmin mənzilin mülkiyyətçisidir. Hal-hazırda cavabdeh İddiaçı mənzildən çıxarılması zərurəti yaranmışdır. Belə ki, cavabdeh İddiaçı onun ailə üzvü deyil. qohumu deyil, onunla arasında heç bir hüquq münasibəti yaranmamış, heç bir müqavilə bağlanmamışdır. Cavabdehin bu mənzildə yaşaması və ya istifadə etməsi onun iradəsinə və mənafeyinə ziddir. Cavabdehin heç bir hüququ olmadan ona məxsus evdə yaşaması və ya istifadə etməsi, mənzilə sahiblik etməsi onun mülkiyyətçi kimi mənafelərini pozur, o, öz mənzilindən istifadə edə, ona sahiblik edə bilmir. Cavabdeh tərəf isə həmin iddianı birinci iddialarının dəlillərinə istinad etməklə əsassız hesab edirlər. Eyni zamanda MTK-nın 20 il onların “qanunsuz” sahibliklərinə hansı səbəblə göz yummasını, Habil Vahabovun isə mənzilə baxış keçirmədən, orada yaşayışın olub-olmadığını müəyyən etmədən guya alqısatqı etməsini inandırıcı hesab etmirlər və bu proseslərin planlı şəkildə həyata keçirilməsindən əmin olduqlarını bildirirlər.
47. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(001)-478/2021 saylı qətnaməsindən görünür ki, X12 X19, X10 qarşı mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməsi, X27, X17 və onların övladları İddiaçı Fazil qızı, X18 Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, m23 (yeni qaydalarla: ünvan 16 ünvanda yerləşən X12 mülkiyyətində olan mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq X16 təhvil verilməsi qət edilmişdir.
48. Bakı Apellyasiya Məhkəməsinin 08.02.2022-ci il tarixli, 2(103)-984/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.08.2021-ci il tarixli, 2(001)-478/2021 saylı qətnaməsinin cavabdeh X13 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
49. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
50. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
51. Eyni zamanda, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
52. Bu baxımdan yanaşdıqda məhkəmə ilkin olaraq birinci iddia üzrə iddiaçının cavabdehlə üçüncü şəxsin arasında olan hüquqi münasibətləri mübahisələndirmək hüququnun olub-olmadığını müəyyən etməlidir.
53. İddiaçı subyektiv hüququnun olduğunu iki dəlillə əsaslandırır. Birincisi iddiaçı mübahisəli mənzilə dair MTK-ya pul ödədiyini, bunun məntiqi davamı olaraq ona müvafiq order, maliyyə arayışı və.s sənədlər təqdim edildiyini və nəticədə MTK-nın həmin mənzili onun sahiblik və istifadəsinə verdiyini bildirir.
54. Lakin işin müəyyən edilən hallarından görünür ki, həmin istinad olunan sənədlər nə iddiaçıda, nə cavabdehdə mövcuddur. Eyni zamanda itirilmə ilə bağlı Polis orqanına müraciət edilməsi isə həmin sənədləri əvəz etmir.
55. Belə ki, Mülki-Prosessual Məcəllənin 81-ci maddəsində sübutların mümkünlüyü ilə bağlı qeyd edilmişdir ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
56. Bununla bağlı həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsində mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilməsi, mənzil-tikinti kooperativi üzvünə yaşayış sahəsi verilməsinin qaydaları öz əksini tapmışdır.
57. Eyni zamanda 15 dekabr 2017-ci il tarixli dəyişikliyədək olan Mülki Məcəllənin 178.8-ci maddəsində qeyd edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
58. Lakin iddiaçı bununla bağlı müvafiq sənədləri təqdim etməmiş və həmin sənədləri itirdiyinə istinad etməklə MTK ilə onun arasında hüquqi münasibətlərin yaranmış olması faktını təsdiq etməyə çalışmışdır.
59. Məhkəmə hesab edir ki, iddiaçının bu cəhdi uğursuzdur və istinad olunan hallar həmin faktı təsdiq edə bilməz.
60. İkincisi iddiaçı təqribən 20 il müddətində mübahisəli mənzildən fasiləsiz və etirazsız istifadə etdiyini bildirir və Mülki Məcəllənin qüvvədən düşmüş 179.1-ci maddəsinə əsasən mülkiyyət hüququnu əldə etdiyinə istinad edərək, hazırki tələbi irəli sürməkdə haqlı olduğunu iddia edir.
61. Bu səbəbdən Mülki Məcəllənin əvvəlcə dəyişdirilmiş, sonradan qüvvədən düşmüş həmin normasına nəzərə yetirək.
62. Mülki Məcəllənin 23 dekabr 2003-cü ilədək qüvvədə olan 179.1-ci maddəsində qeyd edilmişdir ki, Daşınmaz əmlakın mülkiyyətçisi olmayan, lakin on il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).
63. Mülki Məcəllənin 23 dekabr 2003-cü ildən dəyişdirilən və 24 iyun 2005-ci ilədək qüvvədə olan 179.1-ci maddəsində qeyd edilmişdir ki, Daşınmaz əmlak mülkiyyət hüququ ilə hec kəsə mənsub olmadıqda və ya daşınmaz əmlakın mülkiyyətcisini müəyyən etmək mümkün olmadıqda, daşınmaz əmlakın mülkiyyətcisi olmayan, lakin on beş il ərzində ona öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən fiziki və ya hüquqi şəxs bu əmlaka mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti).
64. Sadalanan normaların məzmunundan göründüyü kimi həmin əldə etmə müddəti o daşınmaz əmlaklara aiddir ki, onların mülkiyyətçisi olmasın.
65. Lakin işin halları ilə müəyyən edilir ki, iddiaçının 2001-2002-ci ildən həmin daşınmaz əmlaka sahiblik etməsi tədqiq edilmiş sübutlarla(şahid ifadələri,
kommunal ödənişlərlə bağlı qəbzlər) təsdiq olunsa da, lakin mübahisələndirilən mənzil və onun tərkib hissəsi olan yaşayış sahəsi MTK-ya məxsus olmuş, sonradan pay haqqını ödəmiş üçüncü şəxsə(ikinci iddiaçıya) verilmişdir.
66. Odur ki, məhkəmə iddiaçının bu dəlilini də əsassız hesab edir və o qənaətə gəlir ki, iddiaçının sözügedən mənzilə dair sənədlərin etibarsız hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüququ yoxdur.
67. Məhkəmə üçüncü şəxs X12 cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbini isə əsaslı hesab edir.
68. Belə ki, işin halları ilə müəyyən edildiyi kimi Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 14, giriş 1, mənzil 23 (yeni qaydalarla: ünvan 15 xüsusi mülkiyyət hüququ ilə X16 məxsusdur və cavabdeh İddiaçı isə faktiki olaraq həmin mənzildə yaşayır.
69. Odur ki, iddiaçının mənzildən çıxarılma və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə tələbi Mülki Məcəllənin 157.2-ci maddəsinin tələbi baxımından əsaslıdır.
70. Belə ki, Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
71. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
72. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
73. Maddənin(MM 157.2) məzmunundan da göründüyü kimi, bu tələbin qanuni əsasının 3 dispozisiya şərti var. Birincisi iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, ikincisi cavabdeh əşyanın sahibi olmalıdır və üçüncüsü cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır.
74. Beləliklə məhkəmə hesab edir ki, maddənin üç dispozisiya şərti də mövcuddur, yəni əmlak iddiaçının mülkiyyətindədir, lakin cavabdeh iddiaçının etirazına baxmayaraq əmlaka faktiki sahiblik etməyə davam edir və cavabdehlərin sahibliyi qanunsuzdur, belə ki, tərəflər arasında mənzildən istifadə ilə bağlı və ya mənzilə dair hüquqlarını təsdiq edın hər hansı müqavilə işin faktiki halları ilə müəyyən edilmir.
75. Odur ki, mülkiyyətçi həm öz əmlakını tələb etməkdə, həm də mülkiyyət hüquqlarından sərbəst şəkildə və öz mülahizəsinə uyğun istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar:
76. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir.
77. Həmin məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
78. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
79. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:
81. Beləliklə, məhkəmə toplanmış sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “sənədin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
82. İddiaçı X12 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməli, cavabdeh İddiaçı X12 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: ünvan 17 ünvanında yerləşən mənzildən çıxarılmalı, cavabdeh İddiaçı tərəfindən həmin mənzil boşaldılaraq iddiaçı X16 təhvil verilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı (X26 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) “sənədin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı X12 cavabdeh İddiaçı qarşı “cavabdehin mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı X12 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 14, mənzil 23 (yeni qaydalarla: ünvan 17 ünvanında yerləşən mənzildən çıxarılsın və cavabdeh İddiaçı tərəfindən həmin mənzil boşaldılaraq iddiaçı X16 təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev