Məhkəmə qərarları › İş №e-2(001)-754/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-754/2022

10.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-754/2022 10.06.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 və onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları:

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, korpus 3, ev 3, 6 saylı mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi və onların mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi korpus 3, ev 3, 6 saylı mənzilə 1997-ci il tarixindən gəlin gəlmiş və həmin ildə pasport qeydiyyatına alınmışdır. xx.xx.2015-ci il tarixinə kimi həmin mənzildə maneəsiz yaşamışdır. Keçmiş əri, qaynanası və baldızı tərəfindən döyülərək xx.xx.2015-ci il tarixində həmin mənzildən zorla çıxarılmışdır. Daha sonra məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun İddiaçı1 Səlim qızına qarşı “istifadə hüquqlarının tanınması və mənzilə köçürme tələbinə dair" iddiası təmin olunaraq, onun və uşaqları xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqadi rayonu, Binəqədi şossesi korpus 3, ev 3, 6 saylı mənzilə istifadə hüquqları tanınmaqla, onların həmin mənzilə köçürülməsi qət edilmişdir. İddiaçı1 Səlim qızı tərəfindən kassasiya şikayəti verilsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə şikayət təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin hakimi Məmməd Məmmədov tərəfindən xx.xx.2017-ci il tarixdə icra sənədi verilmiş və uzun müddətdən sonra xx.xx.2019-cu il tarixdə məhkəmə qərarı icra edildiyindən Binəqədi rayon icra şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. xx.xx.2021-ci il tarixdə iş üzrə borclu olan İddiaçı1 Səlim qızı öldükdən sonra, sonuncunun qızı Cavabdeh2 və borclunun oğlu Cavabdeh1 onlara həmin mənzildə yaşamağa imkan verməyərək, oradan çıxarmışdır. Nəticədə onlar kirayədə yaşamağa məcbur olmuşlar. Yuxarıda qeyd etdiyi məhkəmə qərarları ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi korpus 3, ev 3, 6 saylı mənzilə istifadə huquqları tanınmaqla, həmin mənzilə köçürülmələri qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindiyindən, hazırda işə baxacaq olan məhkəmə üçün preyudisial əhəmiyyətə malikdir. Hazırda sözügedən mənzilə həm özü, həm də uşaqları- xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2008-ci il təvəllüdlü X5 qeydiyyatdadırlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı2 nümayəndəsi, Vəkil1 izahatında bildirmişdir ki, İlhamə Hüseyenova həmin mənzilə anası öləndən sonra gəlmişdir. Əvvəllər isə həmin mənzildə yaşamayıb. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə iddiaçı bir dəfə himayəsində olan azyaşlı uşaqları ilə həmin mənizlə köçürülmüşdür. Hətta 2018-ci ildə kompensasiya ödənilməklə iddiaçının mənzilə istifadə hüququnun itirilməsi barədə iddia qaldırılmış və təklif edilən məbləğlə razılıq əldə edilmədiyindən iddia rədd edilmişdir. İlhamə xanımın iddiaçını döyməsi və tərəflərin polis bölməsində olmaları məlumdur. Hətta iddiaçının döyülməsi ilə bağlı video görüntülər də vardır. Qeyd edilən icra sənədinin 2019-cu ilədək icrası mümkünsüz olmuşdur. Bu səbəbdən icra sənədinin icrası gecikmişdir. Tərəflərin 2015-ci ildə də aralarında mübahisə olmuş və iddiaçının əli kəsilmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 3, 6 saylı mənzilə 1997-ci ildə gəlin köçmüş, həmin ildə qeydiyyata alınmışdır. 2015-ci ildə onu mənzildən çıxarmışlar. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçının İddiaçı1 Səlim qızına qarşı iddiası təmin edilərək onun və uşaqlarının mənzilə istifadə hüquqları tanınaraq mənzilə köçürülmələri qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, şikayət təmin edilməmişdir. İş üzrə verilmiş icra sənədi icra edildiyindən xx.xx.2019-cu il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Lakin xx.xx.2021-ci il tarixdə borclu olan İddiaçı1 Səlim qızı vəfat etdikdən sonra onun qızı Cavabdeh2 və Cavabdeh1 iddiaçıları həmin mənzildən çıxarmışlar və iddiaçılar hazırda kirayə yaşayır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, mübahisəli mənzil bina evidir. O, Seymurla nikaha daxil olduqdan sonra mənzilin arxa tərəfinə- 1 otaq və artırma olan hissəsinə köçmüşdür. Həmin vaxt giriş-çıxışları da ayrı idi. 2015-ci ildə o, Seymurla boşanmış və keçmiş əri, baldızı və qaynanası tərəfindən döyülərək mənzildən çıxarılmış və həmin vaxtdan kirayədə yaşamağa başlamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun və uşaqlarının İddiaçı1 və X1 həmin mənzilə istifadə hüquqları tanınaraq köçürülmələri qət edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsə də, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qərarı xx.xx.2019-cu ildə icra edilmiş və o, mənzilə köçərək qayınanası ilə yaşamağa başlamışdır. Seymur isə 2016-cı ildə təkrar nikaha daxil olaraq mənzilin arxa hissəsindəki artırmada yaşamağa davam etmişdir. O, mənzilə köçüb orada yaşasa da, əşyaları çox olduğu üçün hələdə kirayə tutduğu evdən istifadə etmişdir. Həm bu mənzildə, həm də kirayə mənzildə yaşamışdır. Bu mənzildə əşyalarını 1 yataq otağına yığmışdı və orada yaşayırdı, lakin mənzildən qaynanası ilə birlikdə ümumi istifadə edirdilər. Orada yaşayanda Cavabdeh2 mənzildə yaşamırdı. Çünki onu evdən qovmuşdular. 2021-ci ilin avqustunda qaynanası rəhmətə getdi. Bundan sonra İlhamə mənzilə qayıtdı və mənzilin kilidini dəyişərək oraya daxil olmağına maneə yaratdı. Belə ki, işdə olan zaman qızı ona zəng vuraraq demişdir ki, İlhamə mənzilə gəlib və mənzilin kilidini dəyişir. O, mənzilə getdikdə isə onu mənzilə buraxmayacağını, lakin uşaqlarının orada yaşamasına etiraz etmədiyini demişdir. Bununla bağlı 6 saylı polis bölməsinə şikayət etsə də, ona məhkəmə qərarının olmalı olduğu bildirilmişdir. Bundan sonra mənzildən əşyalarını götürüb kirayə tutduğu evə getmişdir. Onun cehiz əşyaları da kirayə tutduğu evdədir. Qaynanası rəhmətə gedəndən sonra indiyə qədər kirayədə yaşayır. Seymurla İlhamənin münasibətləri pisdir. Onun evə köçməyinə Seymurun etirazı yoxdur. O, məhkəmə iclasına gəlsə, bunu özü də qeyd edəcək. Onu evdən İlhamə çıxarmışdır.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, tərəflərindən iddiaçıya 2 otaqlı ev təklif edilmiş, lakin o razı olmamışdır. Yalnız onların yaşadığı evi istəyir. İddiaçının problemi onunladır. 2019-cu ildə iddiaçı mənzilə köçürülmüş və proses icra məmuru tərəfindən videoya çəkilib. 2002-ci il tarixində boşanıb həmin evə qayıtmışdır. 2020-ci ildə isə faktiki nikaha daxil olaraq həmin mənzildə yaşamışdır. İddiaçı özü qəsdən əlini kəsmiş, ona və qardaşına şər atmışdır. 2019-cu ildə mənzilə köçürüldükdən sonra evin açarını götürüb, getmişdir. O, Seymur yaşayan hissəyə köçmək istəyirdi. Hazırda o, iddiaçı ilə birlikdə yaşaya bilməz, iddiaçı Seymurdan ev tələb etməlidir. Mənzilin açarını isə o, dəyişməmişdir.

7. Bundan başqa Cavabdeh2 şahid ifadəsindən sonra izahatına əlavə olaraq bildirmişdir ki, o, 2019-cu ildən 2021-ci ilin avqust ayınadək mənzilə gedib-gəlmiş, anasının ölümündən sonra isə daimi olaraq yaşamışdır.

8. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı Sədaqət qardaşının keçmiş arvadı, Nüşabə isə qardaşının qızıdır. Sədaqət onların evinə gəlin gəldiyi vaxtdan onlarla yola getməmiş, anasınaa xəsarət yetirmişdir. Buna görə ona cinayət işi də açılmışdır. Qardaşına da şər ataraq ona qarşı cinayət işi açdırmışdır. Anası vəfat etdikdən sonra ev ona verilmişdir və hazırda vərəsəlik işi davam edir. Mənzil üstündə o, qardaşı və bacısı arasında vərəsəlik mübahisəsi vardır. Mənzil 4 otaqlıdır. Hazırda mənzildə o, yoldaşı və qızı yaşayırlar. Qardaşı qızı Nüşabə ona deyib ki, onlar Sədaqətlə birlikdə 5 illik kirayə müqaviləsi bağlamaqla Yeganə şadlıq sarayının yaxınlığındakı mənzildə yaşayırlar. Onlar mənzilə köçürülmə ilə bağlı qətnamə icra olunarkən iddiaçılara 2 otaqlı ev almağı təklif etsələr də Sədaqət onlarla razılaşmamışdır. Sədaqət həmin vaxt ona ya pul vermələrini, ya da onun evə köçməsini istədiyini demişdir. Hazırda isə Sədaqətlə ilə birgə yaşamaq istəmədiyini bildirdi.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini xahiş edir. İddiaçı tərəf onların mənzildən istifadəsinə mane olduğunu iddia etməsinə baxmayaraq, iddiaçıya qarşı hər hansı maneə yaradılmamışdır. Bu isə onu deməyə əsas verir ki, mübahisə yoxdur. İddiaçı mənzili özü tərk edib, könüllü olaraq kirayədə yaşamışdır. Deməli istifadə hüququna da, xitam verilmişdir. Mənzilin mülkiyyətçisi 3 nəfərdir. Cavabdehlərdən başqa digər vərəsə də vardır. Mənzilin mülkiyyətçisi dəqiq müəyyənləşənə qədər işin baxışı dayandırılmalıdır. Sonradan mənzil bölünərsə, İlhamə cavabdeh ilə yenə birlikdə qala bilməz. Cavabdeh evin açarını dəyişmədiyini deyir və əgər cavabdeh tərəfindən maneə yaradılırsa, bununla bağlı sübut təqdim edilməlidir.

10. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddiaçı qaynanası ölməzdən əvvəl mənzili tərk etmiş və kirayədə yaşamışdır. İddiaçı mənzilin qaynanasına məxsus hissəsində yaşamamışdır. Mənzilin hazırda 3 mülkiyyətçisi vardır. İddiaçı İlhaməyə yox, Seymura qarşı iddia qaldırmalı idi. Onu mənzildən İlhamə çıxarmayıb. Mənzilin kilidinin dəyişdirilməsi mənzilə daxil olmaq üçün maneə hesab oluna bilməz. İlhamə mülkiyyətçilərdən biridir və kilidi dəyişə bilər. Mənzildə hazırda İlhamə yaşayır. İddiaçı özü də etiraf edir ki, uzun müddət kirayə ev tutub orada yaşamışdır. Əgər əvvəldən də bu mənzildə yaşayırdısa, nəyə görə kirayə ev tuturdu.

11. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Lakin xx.xx.2022-ci il tarixində iddiaya dar münasibətini əks etdirən ərizəsini məhkəməyə təqdim etmişdir.

12. Ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iştirak etməməsini xəstələnməsi səbəbindən üzürlü hesab edilməsini xahiş etmişdir. Onun bacısı Cavabdeh2 və keçmiş həyat yoldaşı ünvan 1 ünvanda anası, qızları, həyat yoldaşı, bir oğlu yaşamışdır. Onun keçmiş yoldaşını orada yaşamaq üçün icra şöbəsi evə gətirərək yerləşdirmişdir. Anası xəstə olduğundan keçmiş yoldaşına kirayə pulunu artıq vermişdir ki, özü gəlib tək burada qalmasın. Amma qızları nənələri və onunla birlikdə qalırdılar. Xahiş edir ki, nə İlhamə, nə də keçmiş yoldaşı, iki qız uşağını keçmiş icra şöbəsinin verdiyi evi qüvvədə saxlanılsın,köçürülməsinə etirazı yoxdur.

13. Məhkəmə iclasında şahid qismindən dindirilən X4 ifadəsində bildirmişdir ki, o, tərəflərlə qonşudur və eyni blokda yaşayırlar. O həmin ünvanda 1978-ci ildən yaşayır. Sədaqətə maneə törədilməmişdir, belə ki, Sədaqət 2015-2016-ci ildə evdən çıxıb getmiş, 2019-cu ildə icraçı tərəfindən köçürülmüşdür. O isə Seymurun yaşadığı əlavə tikiliyə köçmək istəyirdi. Sədaqət əvvəl İlhamənin indi yaşadığı hissədə 1 otaqda yaşayırdı, sonradan artırılmış hissəyə köçmüşdür. Boşandıqdan sonra çıxıb getmiş və o vaxtdan yaşamamışdır. İlhamə isə anası vəfat edəndən sonra həmin evə köçmüşdür. Belə ki, İlhamə ailə həyatı qurandan sonra çıxıb getmiş və arada bir anasını ziyarətə gəlibgetmişdir. 2019-cu ildən isə Sədaqət orada yaşamamış, həmin mənzildə mərhum Nüşabə xanım yaşamışdır. İcraçı Sədaqəti köçürən zaman sonuncu balaca otağa köçmək istəməmişdi. Sual-cavab zamanı şahid əlavə olaraq bildirmişdir ki, məsələni detallı bilməyi ondan irəli gəlmişdir ki, tərəflərlə yaxın qonşuluq münasibətləri olmuş, Sədaqətlə ondan cinayət işində yalançı şahidlik eləməyi tələb olunana qədər münasibəti yaxşı olmuşdur. O deyirdi ki, gəl məhkəmədə Nüşabənin onu incitdiyinə şahidlik et və bundan sonra Sədaqətlə münasibətləri korlanmışdır. İcraçı gələn zaman da evin qapısı açıq olmuş və orada baş verən hadisələri eşitmişdir. Seymur 2020-ci ildə də ailəsi ilə birlikdə mənzildə yaşamışdır. Sədaqət də, həmin tərəfə köçmək istəyirdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

14. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 201586 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 Səlim qızı xx.xx.2021-ci il tarixində Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 avqust 2021-ci il tarixində 1365 № ilə qeyd edilmişdir.

15. Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 246078 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə İddiaçı2 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12 yanvar 2016-cı il tarixində 12 № ilə qeyd edilmişdir. Nikahın ləğvindən sonra kişiyə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir.

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı2 Bakı şəhəri, ünvan 2 ünvanında xx.xx.2015-ci il tarixdən qeydiyyatdadır. Ondan başqa İddiaçı1, X5, X2 həmin ünvanda qeydiyyatdadırlar.

17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 3 ünvanındakı daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ İddiaçı1 Səlim qızının adına xx.xx.2015-ci il tarixində daşınmaz əmlakın reyestrində 2347 nömrəli reyestr kitabının 218540 nömrəli vərəqində qeydiyyata alınmışdır.

18. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(103)-3237/2016 saylı qətnaməsindən görünür ki, Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 yanvar 2016-cı il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı2 cavabdeh İddiaçı1 Səlim qızına qarşı “mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması və azyaşlı övladları ilə birlikdə mənzilə köçürülmə tələbi barədə” iddiasının qismən təmin edilməsi, İddiaçı2 özünün və yetkinlik yaşına çatmamış övladı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, bina № 3 də yerləşən, 6 №-li mənzilə istifadə hüquqlarının tanınması və onların, habelə iddiaçının digər övladı xx.xx.2008-ci il təvəllüdlü X1 həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2017-ci il tarixli, 2(102)-245/17 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

20. Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən qəbul edilən xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi barədə qərardan görünür ki, Apellyasiya Məhkəməsinin 2(103)-3237/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi borclu tərəfindən tam icra edildiyindən icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

21. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ələddin Hüseynovun, Binəqədi rayonu 6-cı PB-nin əməkdaşı polis mayoru qoşqar Məmmədtağıyevin, tələbkar İddiaçı2, borclu İddiaçı1 Səlim qızının, qızı- Cavabdeh2, 16 saylı KYS-nin həkimi X3 və hal şahidlərinin iştirakı ilə tərtib edilən xx.xx.2019-cu il tarixli aktdan görünür ki, 2(103)-3237/2016 saylı, 17 iyun 2016-cı il tarixli icra vərəqinin icrası üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, bina № 3 də yerləşən, 6 №-li mənzilə gəlmişlər. Borclu İddiaçı1 Səlim qızına tələbkarın mənzilə köçürülməli olması izah edildi. Mənzildə tərəflər arasında, yəni borclu ilə tələbkar arasında mübahisə yaranmış və tərəflər sakitləşdirilmişdir. İcra sənədinə əsasən yuxarıda qeyd edilən şəxslərin iştirakı ilə İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, bina № 3 də yerləşən, 6 №-li mənzilə köçürülmüşdür. Tərəflərə mənzil qanunvericiliyinin tələbləri və birgə yaşayış qaydaları izah olunmuşdur. Giriş qapısını tərəflərə açan tələbkar olmuşdur.

22. İddiaçı2 ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və 17 iyun 2016-cı il tarixli, 2(103)-3237/2016 saylı icra sənədinin təkrar icra edilməsini xahiş etmişdir.

23. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-3237/2016 saylı qərarı ilə iddiaçının ərizəsinin “İcra haqqında” Qanunun 73.6-cı maddəsinə əsasən təmin edilməməsi qərara alınmışdır.

24. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 754/2022 saylı qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququnun həyata keçirilməsinə maneənin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Binəqədi Rayon Məhkəməsinin e-2(001)-754/2022 saylı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

25. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2821/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)-754/2022 saylı qərardadının ləğv edilməsi, mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması və s. qərara alınmışdır

26. Qərardad onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Qanunun 73.5-ci maddəsində qeyd olunmuşdur ki, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir.Hazırkı işin materiallarından görünür ki, tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törədən şəxs əvvəlki iş üzrə borclu olan İddiaçı1 Səlim qızı deyil, onun vərəsələri olan hazırkı iş üzrə cavabdehlərdir. Buna görə də mənzildən istifadəyə maneçiliyin aradan qaldırılması və mənzilə köçürülmə yalnız hazırkı cavabdehlərə qarşı yeni iddia qaldırmaq yolu ilə həyata keçirilə bilər.Əvvəlki iş üzrə mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi icra olunmaqla icra sənədi üzrə icraata xitam verilmiş və qətnamə icra olunduqdan sonra borclu İddiaçı1 Səlim qızı öldüyü günə qədər borclu tərəfindən tələbkar İddiaçı1 mənzildə yaşamasına (olmasına) maneçilik törədən hərəkətlərə yol verilməsi barədə iş materiallarında hər hansı məlumat yoxdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı2 cavabdeh İddiaçı1 Səlim qızına qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə barədə iddia tələbinin təmin olunması özü-özlüyündə həmin icra sənədi üzrə borclu olan İddiaçı1 Səlim qızının üzərinə tələbkar İddiaçı1 mənzildə yaşamasına (olmasına) maneçilik törədən hərəkətlərə yol verməmək öhdəliyi qoyurdu.“İcra haqqında” Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir.Həmin Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə, icra sənədi üzrə icraata xitam verilir.“İcra haqqında” Qanunun 31-ci maddəsi icra üzrə icraat zamanı icra məmurunun qərarına əsasən tərəflərdən biri sıradan çıxdıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz etməyi nəzərdə tutur.Bu zaman qanunverici orqan həm də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ifadəsindən istifadə etmişdir. Borclu İddiaçı1 Səlim qızının tələbkar İddiaçı1 mənzildə yaşamasına (olmasına) maneçilik törədən hərəkətlərə yol verməmək öhdəliyi onun şəxsi iştirakı olmadan icra oluna bilməz və məhkəmənin xx.xx.2017-ci il tarixli icra sənədi ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçə bilməz. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

27. İddiaçı2 Cavabdeh1 keçmiş həyat yoldaşı, digər Cavabdeh2 isə onun keçmiş baldızıdır.İddiaçı1 isə müvafiq olaraq cavabdehlərin qızı və ya qardaşı qızıdır.

28. İddiaçının qızı ilə birlikdə köçürülmək istədiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, bina № 3 də yerləşən, 6 №-li mənzil xüsusi mülkiyyət hüququ ilə mərhum qayınanası İddiaçı1 Səlim qızına məxsus olmuşdur. İddiaçı gəlin köçən zaman həmin mənzilə köçmüş, sonradan həmin ünvanda ayrı giriş-çıxışı olan əlavə tikilidə keçmiş həyat yoldaşı və uşaqları ilə yaşamışdır. İddiaçı2 ilə Musa Hüseynov arasında olan nikah münasibətlərinə xitam verildikdən sonra İddiaçı2 mənzildən çıxıb getmişdir. Musa Hüseynov ikinci dəfə nikaha daxil olmuş və ailəsi ilə birlikdə əlavə tikilidə yaşamağa davam etməkdədir.

29. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(103)-3237/2016 saylı qətnaməsi ilə İddiaçı2 cavabdeh İddiaçı1 Səlim qızına qarşı “mənzildə yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması və azyaşlı övladları ilə birlikdə mənzilə köçürülmə tələbi barədə” iddiasının qismən təmin edilməsi, İddiaçı2 özünün və yetkinlik yaşına çatmamış övladı xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, bina № 3 də yerləşən, 6 №-li mənzilə istifadə hüquqlarının tanınması və onların, habelə iddiaçının digər övladı xx.xx.2008-ci il təvəllüdlü X1 həmin mənzilə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 yanvar 2017-ci il tarixli, 2(102)-245/17 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. xx.xx.2019-cu il tarixində 2(103)-3237/2016 saylı, 17 iyun 2016-cı il tarixli icra vərəqinin icrası üçün İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, bina № 3 də yerləşən, 6 №-li mənzilə köçürülmüş, iş üzrə icraata xitam verilmişdir.

32. İddiaçı1 Səlim qızı xx.xx.2021-ci il tarixində vəfat etmiş, mənzilin paylı mülkiyyət olaraq vərəsələr arasında bölünməsi barədə vərəsəlik işi yekunlaşmamışdır. Cavabdeh2 və X8 miras əmlaka faktiki olaraq sahiblik etməklə müvafiq olaraq əsas və əlavə tikilidə yaşayırlar.

33. X6 anasının vəfatından sonra əsas tikilidə ailə üzvləri ilə birlikdə daimi olaraq yaşamağa başlamışdır. Bundan sonra İddiaçı2 ilə onun arasında mənzildə yaşamaqla bağlı mübahisələri yaranmışdır. Hal-hazırda da cavabdehlər İddiaçı2 oaraya köçürülməsinə etiraz edirlər, lakin uşaqların oraya köçürülməsinə etirazlarının olmadığını nümayiş etdirirlər.

34. İddiaçı2 ərizə ilə 2021-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və 17 iyun 2016-cı il tarixli, 2(103)-3237/2016 saylı icra sənədinin təkrar icra edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 3237/2016 saylı qərarı ilə iddiaçının ərizəsinin “İcra haqqında” Qanunun 73.6-cı maddəsinə əsasən təmin edilməməsi qərara alınmışdır.

35. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2, İddiaçı1 və yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, korpus 3, ev 3, 6 saylı mənzildən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi və onların mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. İddiaçılar iddianı onunla əsaslandırır ki, mənzilin keçmiş mülkiyyətçisiqayınanası öldükdən sonra o və uşaqları onun keçmiş baldızı Cavabdeh2 tərəfindən mənzildən çıxarılmışlar. Nəticədə kirayə yaşamaq məcburiyyətində qalmışlar.

37. Cavabdeh2 isə iddianı bir neçə səbəbdən qəbul etmir. Belə ki, ilk səbəb olaraq mənzilin vərəsələr arasında bölünməsi üçün vərəsəlik işinin tam olaraq yekunlaşmaması səbəbindən mənzilin mülkiyyətçisinin müəyyən edilmədiyini bildirir. Bundan başqa iddiaçının mənzildən çıxarılmadığını, onun həmin mənzili könüllü olaraq tərk etdiyini, kirayədə yaşamaqla mənzildə yaşamaq ehtiyaclarının aradan qalxdığını bildirir. Həmçinin mənzildən istifadəyə iddiaçılara hər hansı maneə yaradılmadığını və bu səbəbdən də mübahisənin olmadığına istinad etməklə iddianın rədd edilməsini xahiş edirlər.

38. Digər Cavabdeh1 isə İddiaçı2 münasibətdə iddiaya etiraz etsə də bununla bağlı hər hansı dəlil irəli sürməmiş, lakin uşaqlarının mənzilə köçürülməsinə etiraz etməmişdir.

39. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 754/2022 saylı qərardadı ilə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

40. Məhkəmənin qeyd edilən qərardadından şikayət verilmiş, şikayət təmin edilmədən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

41. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2821/2022 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(001)-754/2022 saylı qərardadının ləğv edilməsi, mülki işin mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılması və s. qərara alınmışdır.

42. Həmin qərarda göstərilmişdir ki, hazırki mübahisə eyni tərəflər arasında deyildir və hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 152.3 və 158.4-cü maddələri təşkil edir. Tətbiq edilən maddi hüquq normaları:

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

44. 152.3 cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

45. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

46. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin:

47. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

48. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

49. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı)

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı)

51. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində qeyd edilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmənin mövqeyi:

52. Əvvəla məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

53. Bundan başqa hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. Məhkəmə işin müəyyən edilən halları baxımından o qənaətə gəlir ki, iddiaçıların müvafiq tələblə hazırki cavabdehlərə qarşı iddia qaldırmağa subyektiv hüquqları mövcuddur və iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3 və 158.4-cü maddələri təşkil edir.

55. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(103)-3237/2016 saylı qətnaməsi ilə iddiaçıların Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, bina № 3 də yerləşən, 6 №-li mənzilə istifadə hüquqlarının həmin qətnamə icra olunan tarixədək tanınmışdır. Belə ki, qətnamə icra məmurunun müvafiq aktı və qərarı ilə xx.xx.2019-cu il tarixində icra edilmişdir.

56. Yəni faktiki olaraq iddiaçıların qeyd edilən mənzilə 2021-ci ilin avqust ayınadək istifadə hüquqlarının mövcudluğu işin mübahisəsiz halıdır və bu hüquq həmin vaxta qədər mülkiyyətçi tərəfindən mübahisələndirilməmişdir.

57. İşin mübahisələndirilən və mübahisənin həlli üçün araşdırılmalı olan məqamları:

58. – Cavabdeh2 iddiaya cavab verməli olan şəxs olmadığını iddia edir.

59. – cavabdeh tərəf iddiaçıların mənzili könüllü tərk etdiklərini iddia edir.

60. – cavabdeh tərəf Cavabdeh2 özü tərəfindən iddiaçıların mənzildən istifadəsinə və köçürülmələrinə maneə törədilmədiyini bildirir.

61. – cavabdeh tərəf iddiaçıların həmin mənzildə yaşamağa ehtiyaclarının aradan qalxdığını bildirir.

62. İşin halları ilə müəyyən edildi ki, mənzilin keçmiş mülkiyyətçisi İddiaçı1 (iddiaçının qayınanası və nənəsi) xx.xx.2021-ci il tarixində öldükdən sonra cavabdehlə anasından miras qalmış əmlaka faktiki olaraq sahiblik etməklə həmin mənzildə yaşayırlar.

63. İşin hallarından da müəyyən edildiyi kimi Cavabdeh2 anası öləndən sonra mübahisəli mənzildə daimi yaşamağa başlamışdır. Digər cavabdeh isə əvvəldən mənzilə bitişik əlavə tikilidə yaşamağa davam etmiş və əsas tikilidə istifadə qaydalarına müdaxilə etməmişdir.Həmin vaxta qədər mübahisəli mənzilin mülkiyyətçisi İddiaçı1 Səlim qızı olmuşdur və iddiaçıların istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tanınmışdır.

64. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, cavabdehlərin iddiaçıların mənzilə olan istifadə hüququnu mübahisələndirmək hüququ 2021-ci ilin avqust ayından sonra yaranmışdır. Belə ki, həmin dövrə qədər iddiaçıların istifadə hüququ mübahisə predmeti olmamışdır və cavabdehlər yüklü olaraq mirası faktiki qəbul etmişlər.

65. Odur ki, cavabdehlərin miras əmlaka dair mülkiyyət hüququnun müdafiəsi ilə bağlı subyektiv hüququ həmin dövrdən sonra yaranmışdır.

66. Bu baxımdan məhkəmə cavabdehlərin əvvəlki dövrə münasibətdə etirazının dəlillərini əsassız hesab edir.

67. 2021-ci ilin avqust ayından sonrakı dövrə münasibətdə isə məhkəmə İddiaçı2 mənzili könüllü olaraq tərk etməsi, yaşayış sahəsinə ehtiyacının aradan qalxması və iddiaçıya maneə törədilməməsi barədə cavabdehin eitrazının dəlillərini formal mülahizə hesab edir.

68. Belə ki, ən azından mübahisənin mövcudluğu onda özünü biruzə verir ki, cavabdehlər İddiaçı1 və yetkinlik yaşına çatmayan uşağın mənzilə köçürülməsinə etiraz etməsələr də İddiaçı2 mənzilə köçürülməsinə qəti şəkildə etiraz edirlər.

69. Bundan başqa cavabdehin iddiaçının uşaqları ilə birlikdə mənzili könüllü tərk etmələri barədə etirazı da əsassızdır. Belə ki, işin halları ilə o da müəyyən edilmişdir ki, İddiaçı2 bir otağa yerləşməyəcək həcmdə cehiz əşyaları vardır və həmin əşyaların hamısının həm mərhum İddiaçı1 tərəfindən, həm də hazırki cavabdehlər tərəfindən mübahisəli evə daşınmasına maneə törədilmişdir. Bu səbəbdən İddiaçı2 mənzil kirayələməsi, əşyalarını orada yerləşdirməsi və orada məskunlaşması anlaşılandır və onun yaşayış sahəsinə ehtiyacının aradan qalxması hesab edilməməlidir.

70. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.

71. Bundan başqa Cavabdeh2 iddiaya cavab verməli olmayan şəxs olması barədə etirazı da əsassızdır. Belə ki, Cavabdeh2 miras əmlak olan mübahisəli mənzildə faktiki olaraq yaşayır və miras əmlaka faktiki olaraq sahiblik edir.

72. Odur ki, cavabdehlərinin hərəkətləri əmlak hüquqlarının həyata keçirilməsinə törədilən maneə kimi qiymətləndirilməli və iddiaçıların mübahisəli mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsi cavabdehlərə qadağan edilməli, iddiaçılar və himayədə olan yetkinlik yaşına çatmayan uşaq mübahisəli mənzilə köçürülməlidirlər. Tətbiq edilən prosessual normalar:

73. Azərbaycan Respublikası Mülki-Proessual Məcələsinin:

74. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

75. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

76. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

77. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 3 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 3 ünvanında yerləşən 6 saylı mənzilə köçürülməlid, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

78. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 3 ünvanında yerləşən 6 saylı mənzildən istifadə hüququnun həyata keçirilməsinə maneə törədilməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 himayəsində olan xx.xx.2008-ci il təvəllüdlü X5 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 3 ünvanında yerləşən 6 saylı mənzilə köçürülsünlər. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar