Məhkəmə qərarları › İş №e-2(001)-7688/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7688/2022

21.12.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7688/2022 21.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abbasova Günel Məhərrəm qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC və qeyrilərinə qarşı “vərəsəlik hüququn, mənzilin mülkiyyət hüququnun bərpa olunması, ipoteka müqaviləsinin qanunsuz hesab edilməsi, mənzilin ipoteka predmetindən azad edilməsi və pul” tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə və X1 qarşı “vərəsəlik hüququn, mənzilin mülkiyyət hüququnun bərpa olunması, ipoteka müqaviləsinin qanunsuz hesab edilməsi, mənzilin ipoteka predmetindən azad edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiaçılar məhkəməyə təqdim etdiyi iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan vərəsəlik hüququn, mənzilin mülkiyyət hüququnun bərpa olunması, ipoteka müqaviləsinin qanunsuz hesab edilməsi, mənzilin ipoteka predmetindən azad edilməsi və pul tələbləri bir iddiada birləşdirmişlər. Bununla da, bir-biri ilə əlaqədar olmayan tələblər bir iddiada birləşdirildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara vərəsəlik hüququn, mənzilin mülkiyyət hüququnun bərpa olunması, ipoteka müqaviləsinin qanunsuz hesab edilməsi, mənzilin ipoteka predmetindən azad edilməsi və pul tələbinə dair iddialara ayrı-ayrı icraatda baxılmalı olduğunu, həmçinin Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" ASC-yə və qeyrilərinə qarşı “vərəsəlik hüququn, mənzilin mülkiyyət hüququnun bərpa olunması, ipoteka müqaviləsinin qanunsuz hesab edilməsi, mənzilin ipoteka predmetindən azad edilməsi və pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar