Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-780/2024 08.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi(vəkili)Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 9400 ABŞ dolları məbləğində pul vəsaitinin, məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 140 manatı və hüquqlarını müdafiə etmək üçün hüquqi yardıma ödənilmiş 500 manatı cavabdehdən tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, NTD daşınma şirkətinin direktoru vəzifəsində işləməkdədir. 2021-ci il tarixində Çin Respublikasından İran İslam Respublikasında fəaliyyət göstərən daşınma şirkəti vasitəsi ilə gətizdirdiyi yük ilə bağlı İran İslam Respublikasında problem yaranmışdır. Həmin daşınma şirkəti ilə əlaqə saxlayıb səbəbini soruşduqda Cavabdeh adlı şəxsin onlara 9500 ABŞ dolları borcu olduğundan və həmin borc bağlandıqdan sonra yükləri təhvil verəcəklərini bildirmişdirlər. Məsələ ilə bağlı Cavabdeh ilə əlaqə saxlanılmış və 17 noyabr 2021-ci il tarixində 9400 ABŞ dolları məbləğində pul vəsaiti onun tərəfindən cavabdehə verilmiş və mallar təhvil alınmışdır. Onunla cavabdeh arasında olan razılaşmaya əsasən cavabdeh 01 dekabr 2021-ci il tarixinə qədər borc məbləğini ona ödəməyi öhdəlik olaraq götürmüşdür. Lakin bu günə qədər cavabdeh tərəfindən 9400 ABŞ dolları məbləğində pul vəsaiti ona ödənilməmiş, müxtəlif bəhanələr gətirilərək ödəməkdən yayınmışdır. Bununla əlaqədar olaraq onun tərəfindən 16 mart 2023-cü il tarixində Nərimanov Rayon Polis İdarəsinin 16cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən 25 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Hesab edir ki, Cavabdeh tərəfindən 9400 ABŞ dollarıməbləğində pul vəsaiti ona ödənilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, onun iddiaçıya 9400 ABŞ dolları məbləğində borcu olduğunu, qalan hissədə iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəs(vəkili) iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddia ərizəsində qeyd edilənlər doğrudur. Belə ki, iddiaçı onun əvəzinə malların borcunu ödəmiş, bununla da onun iddiaçıya 9400 ABŞ dolları məbləğində borcu var və həmin məbləği də qaytaracaq. Ona görə də iddianın qismən təmin edilməsinə, yəni ondan 9400 ABŞ dolları məbləğində pulun iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş 25 mart 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması tərəflər arasında olan məsələnin mülki xarakterli olması və toplanmış materialda hər hansı bir cinayət hadisəsinin baş verməsinin müəyyən edilməməsi əsası ilə rədd edilmişdir. 20 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Ona görə də məhkəmə hesab edir ki, iddia 9400 ABŞ dolları məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi “hüquqlarını müdafiə etmək üçün hüquqi yardıma ödənilmiş 500 manatın tutulması” hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən hüquqlarını müdafiə etmək üçün hüquqi yardıma 500 manat ödəməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddianın verilməsi üçün ödənilmiş 140 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9400 (doqquz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddianın verilməsi üçün ödənilmiş 140 (yüz qırx) manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-780/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-780/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver