Məhkəmə qərarları › İş №e-2(001)-79/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-79/2024

08.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-79/2024 08.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh (Binəqədi rayonu Biləcəri bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və əmlakdan istifadə hüququna törədilmiş maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı (Binəqədi rayonu Biləcəri bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli Qərarına əsasən mənə verilmiş 400.0 kv.m torpaq sahəsindən çıxarılmasına, həmin torpaq sahəsində aparılmış qanunsuz tikinti işlərinin sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli qərarına əsasən Biləcəri Bələdiyyəsi hüdudları daxilində mənə fərdi yaşayış evinin tikintisi üçün 400.0 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən tam şəkildə X1 bank hesabına ödənmişdir. Ayrılan və istifadəyə verilən bu torpaq sahəsinə dair Biləcəri Bələdiyyəsi tərəfindən torpağın yerləşdiyi yer üzrə cizgi planı verilmiş, və torpağın harada yerləşməsi qeyd olunmuşdur. Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli qərarı Azərbaycan Respublikası Dövlət Arxivində mövcuddur. Qeyd olunan torpaq sahəsi iddiaçıya verilən gündən həmin yer bataqlıq olduğu və düz yanında dəmir yolu xətti keçdiyi üçün orada dərhal tikintiyə başlamaq mümkün deyildi. Bir müddət sonra dəmir yolu ləğv edildi, əraziyə isə gətirilib bələdiyyə və nümayəndəlik tərəfindən əlavə torpaq tökülərək bataqlığın tam qurudulacağı vədi verildi. Beləliklə, iddiçı inşaat üçün uyğun zaman gözləyirdi. Torpaq sahəsinin kənarlarına kiçik hündürlükdə hasar çəkmiş və mütəmadi olaraq gedib əraziyə baxırdı. Lakin maliyyə vəziyyəti ilə əlaqədar olaraq həmin evin tikintisini reallaşdırmaq mümkün olmamışdır. 2021-ci ilin dekabr ayında torpaq sahəsi iddiaçınınki ilə qonşuluqda yerləşən Ruslan adlı qonşu ona məlumat verdi ki, torpaq sahəsində kimsə tikinti işləri aparmaq istəyir. Dərhal ora gedərək, onlara bura “mənim torpaq sahəmdir” bildirdi, sənədləri göstərərək tikintini dayandırmalarını tələb etdi. O zaman orada olan və onunla heç bir tanışlığı olmayan şəxs Cavabdeh adlı qadın bildirdi ki, o bu torpağı kimdənsə 10-15 illik etibarnamə ilə alıb və torpaq onundur. Lakin dediklərini sübut edəcək hər hansı sənəd göstərməkdən imtina etdi. Cavabdehin bu qanunsuz hərəkətləri barədə Bələdiyyəyə, Qəsəbə Nümayəndəliyinə və Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə şikayət etdi. Əraziyə Qəsəbə Nümayəndəliyindən gələn mühəndis də onun sənədlərinə baxaraq torpaq sahəsinin ona aid olduğunu təsdiq etdi. Binəqədi RPİ-nin 4-cü PŞ-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ona hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etdilər. Lakin torpaqları qanunsuz zəbtetmə birbaşa cinayət məsuliyyəti yaratdığı üçün iddiaçı birbaşa Bakı şəhəri Baş Polisi İdarəsinə şikayət etdi. Şikayəti araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinə göndərildi. Hazırda Binəqədi RPİ-in İstintaq Şöbəsində araşdırma davam edir. Lakin bu heç bir şəkildə cavabdehə hələ də qanunsuz hərəkətlərini davam etməyə, tikinti işləri aparmağa mane olmur. Belə ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi tərəfindən Binəqədi Rayonu Biləcəri Qəsəbə Bələdiyyəsinə mübahisəli torpaq sahəsi ilə bağlı sənədlərin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixində sorğu göndərilmiş, lakin sorğuya cavab verilməmişdir. Bu davranışları ilə, yubanmalarla və cavabdehə heç nəyi qadağan etməməklə, cavabdehin ona məxsus olmayan torpaq sahəsində hər hansı bir icazə olmadan tikinti-təmir işləri aparmasına göz yummaqla bütün yuxarıda adı çəkilən dövlət qurumları qərəzli mövqe nümayiş etdirir. Hazırda iddiaçının mülki hüquqları kobud formada açıq-aşkar pozulur. Cavabdehin qanuna zidd hərəkətlərinə son qoymaq məqsədi ilə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianı müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiklərini bildirib, izahatında göstərdi ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli Qərarına əsasən müvəkkilinə 400 kvadrat metr sahə ayrılmışdır. Cavabdeh isə iddia edir ki, həmin torpaq sahəsi ona məxsusdur. ərazidə ekspert gəlib baxdıqda müəyyən olunmuşdur ki, mübahisəli sahə 400 kvadrat metrdir, cavabdehin sahəsi isə 500 kvadrat metrdir. Yerli baxış zamanı cavabdeh iştirak tmiş və orada bildirmişdir ki, onun sahəsi 600 kvadrat metr təşkil edir. Cavabdeh torpaq sahəsinin yerini bilmir. Sonda iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini bildirərək, izahatında və məhkəməyə təqdim etdiyi yazılı etirazında göstərdi ki, onun qanuni istifadəsində olan 500 kv.m torpaq sahəsi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarına əsasən X12 ayrılmışdır. O, həmin torpaq sahəsini 2020-ci ildə alqı-satqı yolu ilə X6 15000 manata almış, Əlişir Bayramovun həyat yoldaşı da notariusda razılıq ərizəsi vermişdir ki, əri tərəfindən torpaq sahəsinin ona satılmasına razıdır. O, torpaq sahəsini alanda torpaq sahəsi digər torpaqlardan ayrı olmaqla hasarın içində idi. Elə həmin tarixdən bu günə qədər o, ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsini açıq, fasiləsiz və etirazsız idarə etmiş, orada ev tikdirmişdir. İddiaçının torpaq sahəsi onunki ilə qonşuluqda yerləşir. Onun torpağı başqa, iddiaçının torpağı başqadır. Torpağın sxemindən də göründüyü kimi, onun 500 kv.m torpaq sahəsində tikdirdiyi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçını mübahisələndirdiyi torpaq sahəsinə bitişik olsa da, onun torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Oranı onlar tikdirmiş və oradan istifadə edirlər. Ona görə də iddiaçının ona qarşı iddia qaldırmağa subyektiv hüququ yoxdur, onun irəli sürdüyü iddia tələbi əsassızdır, heç bir hüquqi bazası yoxdur, o, torpaq sahəsini X6 almış və vidanlı alıcıdır. Mübahisə predmeti təşkil edən sahədə tikinti işləri getmir. Ekspert rəyində yazılmışdır ki, torpağın sahəsi 5,5 sot təşkil edir. O, torpağı Əlişir adlı şəxsdən almışdır. Torpağın alqı-satqısı notariusda baş tutmuşdur. Torpaq sahəsini etibarnamə ilə almışdır. Banka pul ödəmişdir. İddia qanunsuz və əsassız olduğundan iddianı qəbul etmir. Sonda məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatda bildirmişdir ki, sözügedən torpağın iddiaçıya heç bir aidiyyatı yoxdur buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ yoxdur. 2007-ci ildə həmin torpaq X2 və cavabdeh etibarnamə əsasında torpağı ondan almışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi verdiyi izahatında bildirdi ki, torpaq sahəsinə bələdiyyənin nümayəndəsi tərəfindən də baxış keçirmişdir. Torpaq sahəsi İddiaçı verilən sxemlə eynilik təşkil edir, Cavabdeh göstərdiyi sxemin bu sahəyə aidiyyati yoxdur. Həmçinin onun tikililərin əvvəl mövcud olması ilə bağlı dedikləri əsassızdır. Sputnik vasitəsi ilə hər il ərazilərin fotoşəkili çəkilir, onlarla sübut edilir ki, o tikili 5 il əvvəl mövcud olmayıb. Mübahisəli torpaq sahəsi birmənalı İddiaçı məxsusdur və cavabdehin inşa etdiyi tikili sözügedən torpaq sahəsində tikilmişdir. - Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli Qərarına əsasən, X8 ərazi hüdudlarında vətəndaş İddiaçı ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş cəmi 400 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə İddiaçı istifadəsinə ayrılmışdır. - 04.04.2007-ci il tarixli qəbzdən görünür ki, Səmədov X13 bələdiyyəsinin hesabına 696 manat pul köçürmüşdür. - Bakı şəhəri Binəqədi rayonu X9 xx.xx.2007-ci il tarixli, 136 saylı qərarına əsasən, X8 ərazi hüdudlarında ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş cəmi 500 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə X10 istifadəsinə ayrılmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDKR Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDKR Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, faktiki olaraq göstərilən mübahisəli torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, bir tərəfdən şərti və üzərindəki mövcud tikilinin çöl divarı və bir mişar daş hasarla, bir tərəfdən şərtidir, bir tərəfdən isə mişar daş hasar və şərti olaraq sərhədlənib. Mübahisəli torpaq sahəsinin üzərində bir ədəd birmərtəbəli yaşayış evi (tikintialtı sahəsi 72 kv.m) və bir ədəd yarımçıq tikilmiş yaşayış evinin (tikintialtı sahəsi 96 kv.m və beş mişar daşı hündürlüyündə) təməli mövcuddur. Faktiki olaraq torpaq sahəsi 505 kv.m təşkil edir. Faktiki göstərilən 505 kv.m sahəyə dair döngə nöqtələrinin koordinatları (X,Y) a) 400574.1548 (X) 4478220.2724 (Y) b) 400588.7438 (X) 4478219.7050 (Y) c) 400588.3897 (X) 4478185.2758 (Y) d) 400573.6021 (X) 4478185.8804 (Y) Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 505 kv.m sahənin 222 kv.m hissəsi yüksək gərginlikli (110 kvt) elektrik xəttinin mühafizəsində yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Çizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6041 nömrəli ekspert rəyində göstərilmişdir ki:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDKR Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, faktiki olaraq göstərilən mübahisəli torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, bir tərəfdən şərti və üzərindəki mövcud tikilinin çöl divarı və bir mişar daş hasarla, bir tərəfdən şərtidir, bir tərəfdən isə mişar daş hasar və şərti olaraq sərhədlənib. Mübahisəli torpaq sahəsinin üzərində bir ədəd birmərtəbəli yaşayış evi (tikintialtı sahəsi 72 kv.m) və bir ədəd yarımçıq tikilmiş yaşayış evinin (tikintialtı sahəsi 96 kv.m və beş mişar daşı hündürlüyündə) təməli mövcuddur. Faktiki olaraq torpaq sahəsi 505 kv.m təşkil edir. Faktiki göstərilən 505 kv.m sahəyə dair döngə nöqtələrinin koordinatları (X,Y) e) 400574.1548 (X) 4478220.2724 (Y) f) 400588.7438 (X) 4478219.7050 (Y) g) 400588.3897 (X) 4478185.2758 (Y) h) 400573.6021 (X) 4478185.8804 (Y) Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 505 kv.m sahənin 222 kv.m hissəsi yüksək gərginlikli (110 kvt) elektrik xəttinin mühafizəsində yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Çizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək olmur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDKR Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 mütəxəssis rəyində qeyd edilir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman iddiaçının nümayəndəsi tərəfindən həmin sahənin digər şəxslər tərəfindən zəbt olunaraq üzərində tikinti işləri aparıldığı bildirildi. Faktiki olaraq göstərilən mübahisəli torpaq sahəsi bir tərəfdən mişar daş hasarla, bir tərəfdən şərti və üzərindəki mövcud tikilinin çöl divarı və bir mişar daş hasarla, bir tərəfdən şərtidir, bir tərəfdən isə mişar daş hasar və şərti olaraq sərhədlənib. Mübahisəli torpaq sahəsinin üzərində bir ədəd birmərtəbəli yaşayış evi (tikintialtı sahəsi 72 kv.m) və bir ədəd yarımçıq tikilmiş yaşayış evinin (tikintialtı sahəsi 96 kv.m və beş mişar daşı hündürlüyündə) təməli mövcuddur. Faktiki olaraq torpaq sahəsi 505 kv.m təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində DƏDKR Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndis-inventarlaşdırıcısı X7 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, faktiki olaraq torpaq sahəsi 400 kv.m təşkil edir. Mübahisəli torpaq sahəsinin üzərində bir ədəd birmərtəbəli yaşayış evi (tikintialtı sahəsi 72 kv.m) və bir ədəd yarımçıq tikilmiş yaşayış evinin (tikintialtı sahəsi 96 kv.m və beş mişar daşı hündürlüyündə) təməli mövcuddur. Mübahisəli torpaq sahəsinə baxış iddiaçı, cavabdeh və Biləcəri bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə keçirildi. (Cavabdeh iddiaçı tərəfindən göstəriən sahənin ümumi ərazi olaraq 600 kv.m olmaqla, ona aid olduğunu bildirdi.) Mübahisəli torpaq sahəsi bələdiyyənin nümayəndəsi tərəfindən, bələdiyyə cizgisindəki perimetrik ölçülərə əsasən göstərildi. Faktiki göstərilən 400 kv.m sahəyə dair döngə nöqtələrinin koordinatları (X,Y) a) 400584.1338 (X) 4478218.1222 (Y) b) 400584.1143 (X) 4478191.5222 (Y) c) 400569.1143 (X) 4478191.5332 (Y) d) 400569.1338 (X) 4478218.1332 (Y) Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 505 kv.m sahənin 222 kv.m hissəsi yüksək gərginlikli (110 kvt) elektrik xəttinin mühafizəsində yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Çizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək olmur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Torpaq Məcəlləsi: Maddə: 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə: 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə: 56.1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. İşin müəyyən edilmiş halları ilə mübahisəli sahəyə dair iddiaçıya Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli qərarına əsasən Biləcəri Bələdiyyəsi hüdudları daxilində mənə fərdi yaşayış evinin tikintisi üçün 400.0 kv.m torpaq sahəsi ayrılmışdır. Cavabdeh mübahisəli sahəni alğı-satqı yolu ilə aldığını bildirsədə buna dair heç bir sübut təqdim edilməmişdir. Cavabdehə həmin sahəyə dair Ə.Bayaramov tərəfindən xx.xx.2020-ci ildə 70 il müddətinə etibarnamə verilmişdir. Hazırkı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hal cavabdehin mübahisəli torpaqda sahibliyinin, yəni iddiaçının mülkiyyət hüququna müdaxilənin qanuni olub olmamasıdır. Bu baxımdan cavabdehin istinad etdiyi faktların iddiaçıya qarşı irəli sürməkdə haqlı olub-olmadığına hüquqi qiymət verilməlidir. İş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin tabeliyində DƏDKR Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisinventarlaşdırıcısı X7 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilir ki, faktiki olaraq torpaq sahəsi 400 kv.m təşkil edir. Mübahisəli torpaq sahəsinin üzərində bir ədəd birmərtəbəli yaşayış evi (tikintialtı sahəsi 72 kv.m) və bir ədəd yarımçıq tikilmiş yaşayış evinin (tikintialtı sahəsi 96 kv.m və beş mişar daşı hündürlüyündə) təməli mövcuddur. Mübahisəli torpaq sahəsinə baxış iddiaçı, cavabdeh və Biləcəri bələdiyyəsinin nümayəndəsinin iştirakı ilə keçirildi. (Cavabdeh iddiaçı tərəfindən göstəriən sahənin ümumi ərazi olaraq 600 kv.m olmaqla, ona aid olduğunu bildirdi.) Mübahisəli torpaq sahəsi bələdiyyənin nümayəndəsi tərəfindən, bələdiyyə cizgisindəki perimetrik ölçülərə əsasən göstərildi. Faktiki göstərilən 400 kv.m sahəyə dair döngə nöqtələrinin koordinatları (X,Y) a) 400584.1338 (X) 4478218.1222 (Y) b) 400584.1143 (X) 4478191.5222 (Y) c) 400569.1143 (X) 4478191.5332 (Y) d) 400569.1338 (X) 4478218.1332 (Y) Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 505 kv.m sahənin 222 kv.m hissəsi yüksək gərginlikli (110 kvt) elektrik xəttinin mühafizəsində yerləşir. Sahə dövlət mülkiyyəti torpağıdır. Çizgidə dəqiq istinadlar və istinad məsafələri qeyd edilmədiyindən sənədin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək olmur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu X9 xx.xx.2007-ci il tarixli, 136 saylı qərarına əsasən, X8 ərazi hüdudlarında ünvanı cizgidə göstərilən fərdi yaşayış evi tikintisi üçün nəzərdə tutulmuş cəmi 500 kv.metr torpaq sahəsi alğı-satqı yolu ilə X10 istifadəsinə verilmişdir. Bakı şəhəri Binəqədi rayonu X9 xx.xx.2007-ci il tarixli, 136 saylı qərarına əsasən X12 X8 ərazi hüdudlarında 500 kv.metr torpaq sahəsi ayırldığı göstəriləsə də nə ekspert nə də mütəxəssis rəyində göstərilən sahənin 500 kv.metr olması müəyyən edilməmişdir. Cavabdehin istinad etdiyi sahənin 505 kv.metr olması ilə yanaşı orarda qanunsuz olaraq tikinti işlərinin də aparılması aşkar edilmişdir. Bununla yanaşı qeyd olunan rəydə faktiki olaraq torpaq sahəsinin 400 kv.m təşkil etiyi göstərilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli qərarına əsasən Biləcəri Bələdiyyəsi tərəfindən iddiaçıya məhz 400.0 kv.m. torpaq sahəsi ayırılmışdır. Bu faktı torpaq ayıran qurumun (Binəqədi rayonu Biləcəri bələdiyyəsi) nümayəndəsi də təsdiq etmişdir. Göstərilən hallar ona dəlalət edir ki, cavabdehin dəlilləri heç bir mötəbər sübuta əsaslanmamaqla yanaşı, formal mülahizələrdən ibarətdir. Faktiki olaraq iddiaçıya ayırılmış 400.0 kv.m. sahəsinə müdaxilə edərək oarad qanunsuz olaraq birmərtəbəli yaşayış evi (tikintialtı sahəsi 72 kv.m) və bir ədəd yarımçıq tikilmiş yaşayış evi (tikintialtı sahəsi 96 kv.m və beş mişar daşı hündürlüyündə) inşa etmişdir. Hazırkı halda iddiaçının mülakiyyət hüquqları qeydə alınmasada lakin mülki qanunvericiliyə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin(o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu iddia edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır. Beləliklə, Dövlət tərəfindən öz mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək hüququ iddiaçıya verilmiş, yəni iddiaçının həmin torpaq sahəsinə “qanuni gözləntisi” var. Belə olan halda, cavabdehin mübahisəli torpaqda iddiaçının iradəsi xaricində sahiblik etməsi faktı sonuncunun mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edilir. Qanunverici isə mülkiyyətə qanunsuz müdaxiləni qadağan edir və mülkiyyət hüququnu qoruyur. Ona görə də iddiaçının hazırkı tələblə çıxış etməsi əsaslıdır. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli Qərarına əsasən iddiaçıya ayırılmış 400.0 kv.m torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində aparılmış qanunsuz tikinti işlərinin sökülməsinə vəzifəsi cavabdehə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməli, ekspertiza xərcləri kimi ümumilikdə 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli Qərarına əsasən İddiaçı ayrılmış 400.0 kv.m torpaq sahəsindən çıxarılsın. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 301 nömrəli Qərarına əsasən İddiaçı ayırılmış 400.0 kv.m torpaq sahəsində aparılmış qanunsuz tikinti işləri Cavabdeh hesabına sökülsün. İddia qaldırmaq üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza xərci kimi 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar