Məhkəmə qərarları › İş №e-2(001)-804/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-804/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-804/2024 03.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 894 manat əsas borc məbləği, gecikdirilmiş dövr üçün 40 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş haqq olaraq 150 manat, dövlət rüsumunun ödənilməsi üzrə xərc 31 manat olmaqla, cəmi 1115 manatın tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnam qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 6886/2023 saylı qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması və bununla bağlı növbəti prosessual hərəkətlər edilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında, borc verən tərəfindən Borc alana tərəflər arasında müəyyən edilmiş borc məbləğinin faizsiz olaraq verilməsini və borc alan tərəfindən borc məbləğinin borc verənə əvvəlcədən müəyyən edilmiş dövr ərzində geri qaytarmalı olduğunu nəzərdə tutan xx.xx.2022-ci il tarixli №**********75 saylı, xx.xx.2022-ci il tarixli №**********18 saylı və xx.xx.2021-ci il tarixli №**********55 saylı 12 aylıq ödəmə müddəti ilə borc müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə əsasən, müvafiq müqavilələr borcun borc verən tərəfindən borc alana verildiyi gündən qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tamamilə yerinə yetirdiyi günə qədər qüvvədə qalır. Belə ki, müvafiq müqavilələr üzrə 1757 manat məbləğində cavabdehə borc verilmişdir və ödənilməli olan ödənişlərin sayı, məbləği, o cümlədən, borc alanın götürdüyü məbləği hissələrlə 12 ay ərzində borc verənə ödəməli olduğuna dair müddəalar, ödəniş qrafikində əks olunmuşdur. Lakin, ödənişlər borc alan tərəfindən ödəniş qrafikinə əsasən həyata keçirilməmiş və buna görə də borc alanın borc verən qarşısında borc öhdəliyi yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli, №1983 saylı maliyyə arayışına əsasən Cavabdeh tərəfindən mövcud borcdan ümumilikdə 863 manat ödənilmiş, lakin geriyə qalan 894 manat hələ də ödənilməmişdir. Cavabdeh şəxs tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixində həyata keçirilmişdir. Beləliklə, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci il tarixli №**********75 saylı, xx.xx.2022-ci tarixli №**********18 saylı və xx.xx.2021-ci il tarixli №**********55 saylı müqavilələr üzrə götürmüş olduğu 1757 manat məbləğində borcdan 863 manat əbləğində ödəniş etdikdən sonra əsas borc məbləği 894 manat təşkil etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər aslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, borclu şəxs tərəfindən edilmiş sonuncu ödəniş xx.xx.2022-ci il tarixində edildiyindən, gecikmə üzrə borc məbləği 11 ay əsasında ((894*5%)/12)*11=40,98 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, mübahisənin cavabdehlərlə aralarında barışıq sazişinin bağlanması yolu ilə həll edilməsi razılığına gəlinmişdir. Bu səbəbdən cavabdehlərlə aralarında barışıq sazişi imzalanmışdır. Odur ki, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh barışıq sazişinin şərtlərinin və nəticəsinin onlara aydın olduğunu və iş üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Bu barışıq sazişi ("Saziş") aşağıdakı tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmışdır: Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilmiş və fəaliyyət göstərən, hüquqi ünvanı AZ1075, ünvan 1r Cəmiyyəti (VÖEN: **********) (iddiaçı) və Cavabdeh qeydiyyat ünvanı Binəqədi, Mədən 2, korpus 93 (cavabdeh) PREAMBULA İddiaçı Cavabdehə qarşı Binəqədi rayon Məhkəməsinə ("Məhkəmə") iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, cavabdehin iddiaçıdan aldığı mala görə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli iddia ərizəsinin məzmunundan görünür ki, Cavabdeh "xxxx" QSC-nə olan borcu (894 manat əsas borc məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 50 manat) cəmi 975 manat təşkil edir. (a) Məhkəmə iddia ərizəsini icraatına almış və e-2(001)-804/2024 saylı mülki iş üzrə məhkəmə icraatı başlamışdır. (b) Cavabdeh İnteqral QSC-nə ümumilikdə 975 manat borcu olduğunu etiraf edərək, 975 manatın (894 manat əsas borc məbləği, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilən 50 manat məbləğin) hissə hissə ödənilməsini öhdəsinə götürərək mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmiş və İddiaçının nümayəndəsi mübahisənin barışıq yolu ilə həll edilməsində maraqlı olduğunu bildirmişdir. Beləliklə, tərəflər mübahisənin həll edilməsi üçün aşağıdakı şərtlərlə hazırkı Sazişi imzalayırlar.

1. Sazişin predmeti 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 975 (doqquz yüz yetmiş beş) manat borcu etiraf edərək həmin məbləği, hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. iddiaçı "xxxx" QSC iddianın predmeti olan 975 manat məbləği cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək. 1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC- nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.

2. Sazişin hüquqi qüvvəsi Hazırki Saziş müvafiq məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.Xərclər Tərəflərin Saziş və Məhkəmə icraatı il əlaqədar xərcləri cavabdehə aid edilir. Məhkəmə barışıq sazişini, iş materiallarını araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4-cü maddəsinə əsasən məhkəmə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflərin razılığa gələrək imzalamaqla təsdiq etdikləri barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli və nəticədə yuxarıda qeyd edilən tələblə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: Bu barışıq sazişi ("Saziş") aşağıdakı tərəflər arasında xx.xx.2024-cü il tarixdə imzalanmışdır: Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təsis edilmiş və fəaliyyət göstərən, hüquqi ünvanı AZ1075, ünvan 1r Cəmiyyəti (VÖEN: **********) (iddiaçı) və Cavabdeh qeydiyyat ünvanı Binəqədi, Mədən 2, korpus 93 (cavabdeh)

1. Sazişin predmeti 1.1. Cavabdeh Sazişi imzalamaqla aşağıdakıları bəyan edir və öhdəsinə götürür: 1.1.1. İddiaçı hazırkı Saziş imzalandıqdan dərhal sonra Məhkəmə İcraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü və 261.0.5-ci maddələrinə əsasən (tərəflərin barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi) xitam verilməsinə etiraz etməyəcək; Cavabdeh 975 (doqquz yüz yetmiş beş) manat borcu etiraf edərək həmin məbləği, hissə-hissə ödəmək vəzifəsini üzərinə götürür. iddiaçı "xxxx" QSC iddianın predmeti olan 975 manat məbləği cavabdeh tərəfindən hissə-hissə ödənilməsini qəbul edir. 1.1.2. Hissə-hissə ödəniş aşağıdakı cədvələ uyğun həyata keçiriləcək. 1.1.3. İddiaçı və cavabdeh razılığa gəldilər ki, sazişin şərtlərinin cavabdeh tərəfindən yerinə yetirilməməsi dedikdə ödəniş müddətində, ödənişin ümumilikdə 2 dəfə olmaqla 5 iş günü gecikdirilməsi başa düşülür. Cavabdeh barışıq sazişin şərtlərini yerinə yetirmədikdə iddia məbləğinin həmin günə olan qalıq məbləğinin Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC- nə ödənilməsi üçün məhkəmə tərəfindən icraya yönəldiləcək.

2. Sazişin hüquqi qüvvəsi Hazırki Saziş müvafiq məhkəmə qərardadı ilə təsdiq edilmədiyi halda hüquqi qüvvəsini itirəcəkdir. 3.Xərclər Tərəflərin Saziş və Məhkəmə icraatı il əlaqədar xərcləri cavabdehə aid edilir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar