Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-854/2025 04.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində yaranmış və «Azər – Türk Bank» Açıq SəhmdarCəmiyyətinə olan 284.34 ( iki yüz səksən dörd manat, otuz dörd qəpik) manat borcunun, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-6830/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ”Azər-Türk Bank” ASC (bundan sonra “Bank”) ilə aranızda “Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 26 noyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən, Bank, ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmiş və onun istifadəsində olmuşdur. xx.xx.2022-ci il tarixində RRN **********56, RRN **********35 nömrəli əməliyyatlar revers (geri çəkilmə) olsa da texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir. Bununla əlaqədar olaraq Banka 284.34 ( iki yüz səksən dörd manat, otuz dörd qəpik) manat həcmində ziyan dəymişdir. Yuxarıda qeyd edilən əsasdan Abiyev X2 hesabına 284.34 ( iki yüz səksən dörd manat, otuz dörd qəpik) manat məbləğində əsassız varlanmışdır. Tərəflərin izahatları və iddiaya münasibəti:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. "xxxx" QSC tərəfindən onların müvafiq sorğusuna cavab verilməsi üçün proqresinq mərkəzinə milli karta sorğu ünvanlanmışdır. Nəticə etibarilə milli kartdan verilən cavabaha görə kart üzrə hər iki əməliyyat uğursuz olub. Vəsait isə xx.xx.2022-ci il tarixində reversal edilməklə, müştərinin kartına geri qaytarılıb. Əgər milli kart tərəfindən həmin vəsait ATB hesabına qaytarılmış olsaydı, müştərinin hesabında mənfi balan göstərilməzdi. Revers əməliyyatları fayllarla icra olunduğundan pulun çıxması ilə geri qaytarılması arasında müddət fərqi var. Banklar arası yazışmalar mail sistemi üzərində aparıldığından məhkəməyə təqdim edə biləcəkləri sübut yazışmadan çıxarış formasında olmuşdur. Ümumilikdə borc 300 manat olsa da, kartda olan vəsait borca çıxdıqdan sonra, hazırda qalıq qalan borc tələb edilir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, son araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vəsait birbaşa iki bank arasında yox, üçüncü bank tərəfindən, yəni cip pay hesabı üzərindən Azər-Türk Bank" ASC-yə gəlmişdir. Texniki over draft yaranmışdır. Bunun səbəbi isə həmin həmin vaxtı Mərkəzi Bankla əlaqənin kəsilməsi olmuşdur. Vəsait revers (geri çəkilmə) olsa da, uğursuz olmuşdur. Yəni vəsait CİB hesabından çıxmamış, həmçinin onlardan da vəsait azalmamışdır. Məsələnin araşdırılması üçün bank tərəfindən CİB pay-ın bağlı olduğu "xxxx" QSC-yə sorğu göndərilmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatlarında bildirmişdir ki, ATB əməkdaşları ilə son görüşündə özləri də, pulun daxil olmasını proqram üzrə göründüyünü, lakin əməliyyat kimi təsdiq edilmədiyini bildirirlər. Maraqlı şəxs ASC isə revers (geri qaytarma) əməliyyatının olmadığını bildirir. İstəyir ki, Maraqlı şəxs ASC-yə rəsmi şəkildə müraciət edilməklə həmin dövr üçün RRN əməliyyat nömrələri yoxlanılmaqla, geri çəkilmə varsa təsdiq edilsin. Çünki, sərbəst qaydada bank ona həmin sənədləri təqdim edə bilmir. O, əmək haqqı kartından digər kartına 150 manat məbləğində pul göndərmişdir. Bu zaman səhvən iki dəfə 150 manat olmaqla 300 manat pul göndərdiyindən, səhvən göndərdiyi 150 manat pulu əmək haqqı kartına qaytarmış və digər kartdan 150 manat məbləğində pul vəsaitini bankomatdan çıxarmışdır. Təxminən 5 gün sonra İddiaçı ASC-yə məxsus bank kartında balansı 300 manat mənfiyə düşmüşdür. Hətta 15 manat həmin karta ödəniş etsə də, həmin məbləğ də, borca silinmişdir. Bu barədə İddiaçı ASC-yə bildirmiş, bankın əməkdaşı texniki səbəbdən səhvən silinmə olduğunu bildirirək, pulun yenidən kartına yüklənəcəyini bildirmişdir. Bundan bir müddət sonra bankla əlaqə saxlamışdır və ona banka gəlməyini bildirdilər. Banka gedərkən özü ilə bank hesabından çıxarışı aparmışdır. Özü audit üzrə mütəxəssisdir. Bankın əməkdaşına öz pulunu çıxardığını, eyni zamanda bankın əməkdaşlarının səhvini bildirsə də, bankın əməkdaşı bankın sistemində yalnışlıq olduğunu bildirmişdir. Lakin buna baxmayaraq, pulu ödəməli olduğunu bildirmişdirlər. Daha sonra dəfələrlə "xxxx" ASC ilə əlaqə saxlamış, bankın əməkdaşları guya məbləğin geri çəkilməsini ona bildirmişlər. Bu barədə həm Kapital Bank ASC-yə, həm də ki, Paşa Bank ASC-yə müraciət etmiş, hər iki bankın əməkdaşları pulun geri çəkilmədiyini bildirmişlər və "xxxx" ASC tərəfindən onlara sorğu verilməsini bildirmişlər. Lakin "xxxx" ASC hazırki məsələyə laqeyd yanaşırlar. Əmək haqqı kartı "xxxx" ASC-yə aiddir. Əmək haqqı kartından digər kartına 2022-ci ilin aprel ayında pul köçürmüşdür Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
8. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli, ******************** saylı fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, İddiaçı ASC borcalana “MC World” növdə 3 il müddətinə debet kart təqdim etmiş, ******************** saylı kart hesabı açılmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən limitdən artıq istifadə edilən məbləğə (overdrafta), məbləğ əmələ gələn gündən başlayaraq, bankın overdraft kreditləri üçün müəyyən etdiyi faiz dərəcəsi ilə faiz hesablanır və belə məbləğ müştəri tərəfindən 1 ay ərzində Banka ödənilməlidir. Ödənilmədiyi halda bu müddət bitdiyi gündən başlayaraq, tam ödənilən günə qədər Bankın overdraft kreditlərinin ödənişinin gecikdirilməsi üçün müəyyən etdiyi faiz dərəcəsi ilə cərimə hesablanır.
9. İddiaçı ASC-nin 23 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 284,34 manat məbləğində borcu vardır.
10. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan bildirişin surətindən görünür ki, cavabdehə borcunu 5 iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
11. İddiaçı ASC-nin yazışmalarla bağlı mail ünvanından olan çıxarışdan görünür ki, bankın müvafiq sorğusuna vəsaitin xx.xx.2022-ci il tarixində revers edildiyi cavabı verilmişdir.
12. İddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir; Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
13. Tərəflər arasında bağlanan «Fiziki şəxslərə ödəniş kartının (debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi” dair 26 noyabr 2021-ci il tarixli, ******************** saylı müqavilə (bundan sonra “Müqavilə”) əsasında Bank Bank tərəfindən müvafiq kart cavabdehə təhvil verilmişdir. İddiaçı iddia edir ki, kart üzrə xx.xx.2022-ci il tarixində RRN **********56, RRN **********35 nömrəli əməliyyatlar revers (geri çəkilmə) olsa da texniki xəta səbəbindən balans azalmamış və müştəri vəsaiti istifadə etmişdir.
14. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, tərəfindən hər hansı texniki overdrafta yol verilmədiyini, bu barədə programda hər hansı xəta görünmədiyini iddia edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
16. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
17. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
18. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
19. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
20. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh "xxxx" ASC-də debet hesabı olmuşdur və hesab sahibi başqa bank hesabından xx.xx.2022-ci il tarixdə hər biri 150 manat olan 2 əməliyyat icra etmişdir. Həmin əməliyyatın isə birbaşa deyil, üçüncü hesab vasitəsilə (CİB hesabı) icra edilməsinə cəhd edildiyi müəyyən edilmişdir. Cavabdehin də məhkəmə iclaslarında bildirdiyinə görə onun məqsədi Kapital bank hesabında olan 150 manat məbləğində vəsaiti "xxxx" ASC-də olan hesabına köçürərək, sonuncudan məxaric etmək olmuşdur. Lakin bankın mobil tətbiqində texniki xəta baş verdiyindən əməliyyatı 2 dəfə icra etmiş və onun Kapital bankda olan hesabından 300 manat silinmiş, eyni zamanda o, "xxxx" ASC-yə köçən 300 manat vəsaiti bu və ya digər şəkildə məxaric etmişdir. Halbuki, tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, cavabdehin icra etdiyi əməliyyat vəsaitin Kapital Bankdan birbaşa "xxxx" ASC-yə köçürülməsi yolu ilə deyil, cavabdehin Accesbankda olan CİB hesabı vasitəsilə olmuşdur. Hansı ki, cavabdehin Accesbankda olan 510306******8056 saylı kartından(CİB hesabı) olunan əməliyyat daha sonra, daha dəqiq 7:01 saatda geri çəkilmişdir. Nəticə etibarı ilə cavabdehin icra etmək istədiyi əməliyyat onun CİB hesabına qayıtsa da, o, "xxxx" ASC olmayan vəsaitindən 300 manat, hazırki vəziyyətdə 284.34 manat istifadə etməklə əsassız olaraq varlanmışdır. Odur ki, məhrum olanın tələbi ilə varlanmış şəxs əldə etdiklərini geri qaytarmalıdır. Tətbiq edilən prosessual normalar:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 284,34 (iki yüz səksən dörd manat, otuz dörd qəpik) pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 284,34 (iki yüz səksən dörd manat, otuz dörd qəpik) pul vəsaiti, həmçinin 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev