Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-867/2024 28.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı miras əmlakın satışından əldə olunan 63500 manat vəsaitin ¼ hissəsini təşkil edən, kompensasiya olaraq 15875 manatın, dövlət rüsumuna görə 138 manatın tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı miras əmlakın satışından əldə olunan 63500 manat vəsaitin ¼ hissəsini təşkil edən, kompensasiya olaraq 15875 manatın, dövlət rüsumuna görə 138 manatın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, ünvan 1in 22 saylı mənzilinin miras şərikləri İddiaçı, X13, Cavabdeh və X8 anaları X3 miras olaraq qalmışdır. İddiaçı 2008-ci ildən, X19 2008-ci ildən, Cavabdeh 2005-ci ildən, X15 2008-ci ildən Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Mikayılov küçəsi 11 A saylı evin 22 saylı mənzilində qeydiyyatda olmuşlar. ünvan 1in 22 saylı mənzili üzərində Cavabdeh ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində xx.xx.2013-cü il tarixdə dövlət reyestrində 2013 nömrəli reyestr kitabının 185992 nömrəli vərəqində **********22-05101-093014 reyestr nömrəsi ilə qeydə alınan RX № ******* seriyalı çıxarış əsasında hüquqları tanınmışdır. Cavabdeh xx.xx.2014-cü il tarixdə 12 saylı notariat kontorunda yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən Cavabdeh ünvan 1in 22 saylı mənzilini X9 63500 manata satmışdır. İddiaçı, X19 və X15 xx.xx.2014-cü il tarixdə AGBank ASC və X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100.LN.1502.120214.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh ilə xx.xx.2014-cü il tarixində bağlanmış 100.CL.120214.00001/e №-li alqı-satqı və ipoteka müqaviləsi, ona edilmiş və ediləcək bütün əlavələrinə əsasən ünvan 1 ünvanında 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, 22 saylı 4 otaqlı mənzilin satılmasına və ipoteka kimi qoyulmasına razılıqlarını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və göstərilən ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Onlar hər birinə miras şərikləri olaraq düşən mənzilin satışından əldə olunan vəsaitdən 15875 manatı Cavabdeh hazırki tarixədək iddiaçıya ödəməkdən yayınmışdır. Bu azmış kimi, Cavabdeh sonradan qaytaracağı vədi ilə iddiaçının xx.xx.2020-ci il tarixdə Azərbaycan Beynəlxalq Bank ASC-dən 9300 manat kredit götürməsinə nail olmuş, bu vəsaiti iddiaçı tam olaraq cavabdehə vermişdir. Ona görə də X3 miras qalmış ünvan 1in 22 saylı mənzilinin satışından Cavabdeh tərəfindən əldə olunmuş 63500 manat vəsaitin ¼ hissəsini təşkil edən 15875 manatın kompensasiya olaraq, dövlət rüsumuna görə isə 138 manatın Cavabdeh İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, məhkəməyə təqdim etdikləri sübutları İddiaçı iddia tələbinin tam əsaslı olmasını təsdiq edir. Belə ki, İddiaçı bacıları ilə əvvəllər qeydiyyatda oldub yaşadıqları və anaları X3 miras qalmış əmlak onların bacısı Cavabdeh tərəfindən iddiaçının payı verilmədən satılmışdır. Cavabdeh satışdan əldə olunmuş 63500 manat pul vəsaitini götürmüş, iddiaçıya həmin pul vəsaitindən gələcəkdə pay verəcəyini bildirsə də, lakin həmin pul vəsaitindən bu vaxta qədər heç nə verməmişdir. Xeyli müddət keçdikdən sonra Cavabdeh İddiaçı Xırdalan şəhərindən onun adına ev alması vədi ilə Beynəlxalq Bankdan pul götürməsinə inandırmışdır. İddiaçı da cavabdehin bu vədinə inanaraq, Beynəlxalq Bankdan kreditlə pul götürmüş və Cavabdeh vermişdir. Cavabdeh də həmin mənzili öz adına rəsmiləşdirmişdir. Bu səbəbdən İddiaçı öz hüquqlarının müdafiəsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, ünvan 1in 22 saylı mənzili onlara analarından miras qalmış, mənzilin sənədi order olduğuna görə mənzil Cavabdeh adına özəlləşdirilmiş, 2014-cü ildə isə satılmışdır. Bundan sonra Biləcəri qəsəbəsində 2 otaqlı mənzil alınmış, sonuncu mənzil Ləman tərəfindən satıldıqdan sonra da, Ləman ona və böyük bacısına pay verməmişdir. Bundan sonra o, Ləmanın təklifi ilə bankdan 9300 manat kredit götürmüş, bu vəsaitlə X14 ilkin ödəniş edib ev almışdır. Lakin həmin mənzildə ona yaşamağa icazə verilmədiyindən, o, mənzili tərk edib son 3-4 ildə kirayədə yaşayır. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən döyüldüyünə görə o, Yasamal Rayon Polis İdarəsinə şikayət etmiş, evin onun adına keçiriləcəyi halda şikayətini geri götürəcəyini demiş, Ziya söz verdiyindən şikayətini geri götürmüş, lakin mənzil onun adına keçirilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, o, iddia ərizəsini qəbul etmir. Belə ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Mikayılov keçəsi 11A saylı evin 22 saylı mənzili onun anası X4 məxsus olmuş, anası vəfat etdikdən sonra həmin mənzil ona və digər bacıları X13, İddiaçı, X10 miras qalmış, onlar hamısı həmin mənzildə qeydiyyatda olmuşlar. Anasının vəfatından sonra üç bacı mənzilə olan paylarından onun xeyrinə imtina etmiş və o mənzili öz adına sənədləşdirmişdir. Bundan sonra isə o, mənzil xx.xx.2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən X1. Bacılar həmin mənzildə qeydiyyatda olmaqla mənzilin satılmasına razılıq vermiş, satışdan əldə olunan pul dörd bacı arasında bölünmüşdür. Bacıları öz paylarını aldıqları üçün evin satılmasına razılıq vermişlər. Hazırda iddiaçı olan bacısının ondan yenidən pul istəməsi tamamilə əsassızdır. Belə ki, onlar öz paylarını almışlar. Əgər onların aralarında razılıq olmasaydı mənzilin onun adına sənədləşdirilməsinə, 2014-cü ildə satılmasına razılıq verməzdilər. O, mənzili qeydiyyatda olan bacılarının razılığı əsasında 2014-cü ildə öz adına sənədləşdirmiş və evin satılmasından artıq 9 ilə yaxın bir müddət keçdikdən sonra iddiaçı ona qarşı iddia qaldırmışdır. Mübahisəli ev onun mülkiyyəti olmuşdur. Bundan başqa iddiaçı iddia ərizəsində guya Azərbaycan Beynəlxalq Bankından 9300 manat götürüb ona verməsini və sonradan həmin pulu özü ödəməsini göstəsə də həmin pulu ondan tələb etməməsi iddiaçının ona qarşı şər və böhtan atmasına bir sübutdur. Bütün bunlar iddiaçının tələbinin əsassız olmasını göstərir və iddianın təmin edilməməsi üçün əsaslar yaradır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia müddətinin təbiqinə dair ərizəsindən müəyyən olunur ki, cavabdeh iddiaçının iddia müddətini ötürməsini bildirib iddia tələbinə iddia müddətinin təbiq edilməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia ərizəsini qəbul etməyib, etirazın məzmununa uyğun izahat verib iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadəsini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, Seriya RX ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küşəsi 11A saylı evin 22 saylı mənzilinə dair Cavabdeh tam hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterində 2013 nömrəli reyestr kitabının 185992 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzil Komunal Təsərrüfat Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil X5 113 saylı Mənzil Komunal İstismar Sahəsinin xx.xx.2014-cü il tarixli 17 nömrəli arayışından müəyyən olunur ki, ünvan 1in 22 saylı mənzilində Cavabdeh, X19, İddiaçı və X17 qeydiyyatdadır. Kreditor-ipoteka saxlayan AGBank ASC, alıcı-ipoteka qoyan X16 və satıcı Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmaqla Bakı şəhəri 12 saylı notariat kontorunda təsdiq edilmiş № 100.CL.120214.00001/e saylı alqı-satqı və ipoteka müqaviləsindən müəyyən olunur ki, satıcı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilini alıcı-ipoteka qoyana 63500 manata satmış, mənzilin dəyərinin 19100 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 44400 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2014-cü tarixli 100.LN.1502.120214.00001 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana ödənilmişdir. Bakı şəhəri 12 saylı notariat ofisinin iş notariat işinə əlavə edilmiş X11, İddiaçı xx.xx.2014-cü il tarixli, X17 xx.xx.2014-cü il tarixli ərizələrindən müəyyən olunur ki, onlar X19, AGBank ASC və X16 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 100.LN.1502.120214.00001 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə bağlanılmış 100.CL.120214.00001/e nömrəli alqı-satqı və ipoteka müqaviləsi və ona edilmiş və ediləcək bütün əlavələrinə əsasən, Bakı şəhəri Binəqədi qəsəbəsi Mikayıl Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilinin satılmasına və ipotekaya qoyulmasına razı olduqlarını bildirmişlər. Türkiyə Respublikası Kemer (Antalya) 2 notarius ofisi tərəfindən təsdiq olunmuş X6 (Faiq qızı Mələk Erdoğan) xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunr ki, ünvan 1in 22 saylı mənzili onun anası X4 məxsus olmuş, anası vəfat etdikdən sonra həmin mənzil onlara, yəni dörd bacıya miras qalmış, hər biri həmin ünvandakı mənzildə qeydiyyatda olmuş, anası vəfat etdikdən sonra onlar üç bacı həmin mənzildəki paylarından Cavabdeh lehinə imtina etmiş, mənzil 2014-cü ildə onların razılığı ilə satılmış, əldə olunan vəsait hər birinə 15000 manat olmaqla dörd bacı arasında bölünmüşdür. X12 iddiası tamamilə əsassızdır. Bu iddia onların digər bacıları X7 təşəbbüsü ilə irəli sürülmüşdür. Bakı şəhəri Yasamal Rayon Polis İarəsinin 29-cu PŞ-nın xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, İddiaçı müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə Nümayəndə barəsində həmin maddə ilə cinayət işinin və Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətta haqqında icraatın başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid X18 ifadəsində göstərmişdir ki, məhkəməyə gəlməməsi üçün Nümayəndə onun evinə gələrək onun təhdid etmişdir. O, 2002-ci ildə nikaha daxil olduqdan sonra ərinin evində yaşayır. Ləmana inanmadığından o, Gülüşə mənzilə dair sənədləri cırmasını tapşırmışdır. Analarından onlara miras qalan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M. Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilinin satılmasına o, razı olmasa da, bacısı Ləman mənzili satmışdır. Ləman Gülüş üçün mənzil alacağına vəd verdiyindən o, mənzilin satılmasına razılıq vermişdir. Mənzil satılandan sonra Ləman iki mənzil almalı idi. Həmin mənzillərdən biri kirayəyə verilməli, digərində isə bacıları yaşamalı idilər. Mənzil satıldıqdan sonra Ləmanın ev almaq istəmədiyini gördüyündən o, Ləmandan payını tələb etmişdir. Ləman Biləcəridə 2 otaqlı mənzil alsa da bir müddətdən sonra həmin evi də satdığından onun Ləmanla münasibət kəsilmiş, kiçik bacısı Mələk də Ləmanın tərəfindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, 2014cü ildə tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilinin satışından cavabdeh əldə etdiyi vəsaitin müəyyən hissəsini iddiaçıya verməli idi. İddiaçı cavabdehlə 2014-cü ildə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilinin satışı zamanı aralarında olan şifahi razılığa əsasən, ona verilməli olan 15875 manatın cavabdeh tərəfindən ona verilmədiyini bildirsə də, bu halı təsdiq edə biləcək kifayət qədər mötəbər, təkzib olunmaz, bariz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının sübut növü olaraq məhkəməyə təqdim etdiyi şahid ifadəsinə, səs yazılarına məhkəmə münasibət bildirib qeyd edir ki, şahid ifadəsi və məhkəməyə təqdim olunan səs yazıları iddiaçının iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz. Belə ki, tərəflərin bacıları olan şahid L.F.Məmmədova ifadəsində cavabdehlə münasibətinin pis olmasını bildirmiş, X2 yazısı olaraq məhkəməyə təqdim olunan səs yazısında deyilənlər, sonuncunun notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd etdikləri ilə ziddiyyət təşkil edir. Bundan başqa iddiaçı mənzil satılandan sonra mənzilin pulunun bacılar arasında bərabər bölünəcəyini bildirsə də, şahid L.F.Məmmədova satılmış mənzilin puluna iki mənzil alınmalı olması barədə aralarında razılıq olmasını bildirmişdir. İddiaçı özü də izahatında mənzil satılandan sonra cavabdeh tərəfindən mənzil alınmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1. güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2. sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3. bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4. bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia tələbi əsassızdır, ona görə də təmin edilə bilməz. Məhkəmə cavabdehin, iddia müddətinin təbiqi ilə bağlı ərizəsinə münasibət bildirib qeyd edir ki, tərəflər arasında daşınmaz əmlakın satışından əldə olunan pul vəsaitinin öz aralarında razılaşdıqları paya uyğun bölünməsi ilə bağlı şifahi razılaşmaya əsasən iddiaçı cavabdehdən pul tələb etdiyindən, müqavilə tələbləri üzrə iddia müddəti isə üç il olduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini də ötürmüşdür. Ona görə də iddia ərizəsinin iddia müddətinin ötürülməsi səbəbindən də, təmin edilməsi qeyri-mümkündür. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddiaçı Cavabdeh qarşı miras əmlakın satışından əldə olunan 63500 manat vəsaitin ¼ hissəsini təşkil edən, kompensasiya olaraq 15875 manatın, dövlət rüsumuna görə 138 manatın tutulması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-867/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-867/2024
28.03.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver