Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-869/2023 12.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, Vəkil1, Cavabdehin nümayəndəsi, Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itiriməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə pay hüququnun müəyyən edilməsinə” dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küç 117B, bina 13, mənzil 25 ilə bağlı Cavabdeh istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi, vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küçəsi 117B, bina 13 ünvanında yerləşən 25 saylı mənzildən 6000 manat məbləğində kompensasiya verilməklə mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla, Cavabdeh 09 yanvar 2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Ailə qurduqdan sonra Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, Ruslan Allahverdiyev küç 117B, bina 13, mənzil 25 ünvanına köçmüşdür. Birgə nikahlarından 08 may 2018-ci il təvəllüdlü X4 və 27 sentyabr 2020-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-114/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə 09 yanvar 2018-ci il tarixli rəsmi nikahımız pozulmuşdur. Qətnamə ilə X4 və X1 analarının Cavabdeh yanında qalması qərara alınmışdır. Hal-hazırda da qızları X4 və X5 anaları Cavabdeh ilə ilə birlikdə yaşayır. Şifahi olaraq müraciət etdiyi ərazi polis orqanları məhkəmənin müvafiq aktı olmadan həmin şəxslərin qeydiyyatdan çıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istifadə hüququnun məhkəmə qaydasında itirilmiş hesab edilməsinin zəruri olduğunu söyləyirlər. Ümumiyyətlə, cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onu narahat edir, onun mənzilimə formal qeydiyyatına son vermək üçün hesab edir ki, məhkəmə qaydasında həmin mənzilə onların istifadə hüququ itirilmiş hesab edilməlidir.
4. İddiaçı Cavabdeh İddiaçı qarşı mənzilə pay hüququnun müəyyən edilməsi tələbinə dair qarşılılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117 B, ev 13, mənzil 25-dən onun (Mehdiyeva (Rüstəmova) Nərmin Adəm qızının) beşdə üç payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçının iddiası əsassızdır. Belə ki, İddiaçı ilə o, qeyri-rəsmi olaraq 2017-ci ildə evlənmişdir. Bu evlilikdən də, 08 may 2018-ci il təvəllüdlü X4 və 27 sentyabr 2020-ci il təvəllüdlü X5mız doğulmuşdur. Sadəcə olaraq onlar nikahlarını 09 yanvar 2018-ci il tarixdə rəsmiləşdirmişlər. İddiaçı ilə evli olduqları müddətdə 58.000 manata Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəs, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117B, ev 13, 25 saylı mənzili Hicran adlı xanımdan almışlar. Qeyd olunan mənzil alınarkən təmirli vəziyyətdə olmuşdur. Həmin pulun 48.000 manatını onun atası verib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi ray, Xocəsən qəs, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117B, ev 13, mənzil 25 İddiaçı mülkiyyətindədir. Çıxarışın tarixindən də görünür ki, mübahisə predimeti olan mənzil İddiaçı ilə onun rəsmi nikahda olduğu müddətdə alınmışdır və buna görə də, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-114/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə aralarında olan 09 yanvar 2018-ci il tarixli nikahları pozulmuşdur. Qətnamə ilə X4 və X1 onun yanında qalması qərara alınmışdır. Hal-hazırda X4 və X5 onun himayəsində yaşayırlar. Özü heç bir yerdə işləmir, uşaqların artan təlabatını valideyinlərinin köməkliyi ilə qarşılayır. Tərəflərin izahatları və iddiaya münasibəti:
6. Məhkəmə iclaslarında iştirak edən iddiaçı ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək izahatlarında bildirmişdir ki, 2017-ci ildə mənzili alanda "xxxx" MMC-ə tam olaraq pulu ödəmişdir və ona borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəyi olmadığına görə çıxarışı gec almışam. Bundan başqa Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilənin, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktların, Telekommunikasiya operatoru ilə Abunəçi arasında müqavilənin, elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin surətini və "xxxx" MMC-nin mədaxil qəbzinin əslini məhkəməyə təqdim etmişdir. Cavabdehlə toyu xx.xx.2017-ci il tarixdə olub. Toya qədər həmin mənzildə tək yaşamışdır. İlkin iddia üzrə cavabdeh həmin evə gəlin köçüb və cehizlərini gətirib. Cehiz əşyaları hazırda həmin mənzildədir. Mənzilə görə çıxarış almaq üçün şəxsən özü müqaviləni, maliyyə arayışını, şəxsiyyət vəsiqəsini “ASAN” Xidmətə təqdim edib.
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili ilkin iddia tələbini müdafiə edərək və qarşılıqlı iddiaya etiraz edərək izahatlarında bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı 2017-ci ildə mənzili alanda "xxxx" MMC-ə tam olaraq pulu ödəmişdir və ona borcunun olmaması ilə bağlı maliyyə arayışı verilmişdir. İlkin iddia üzrə cavabdeh bu faktı öz izahatlarında təsdiq etmişlər. Maliyyə arayışını da, məhkəməyə təqdim etmişlər. Həmin arayış 2017-ci il tarixli maliyyə arayışıdır. xx.xx.2019-cu ilin maliyyə arayışı ilə bağlı onlarda heç bir məlumat yoxdur. Bundan başqa qarşılıqlı iddia əsassızdır. Belə ki, ilkin iddia üzrə iddiaçı mənzili 2017-ci ilin may ayında almış, tərəflər mənzil alındıqdan iki ay sonra rəsmi olmayan vətəndaş nikahında olmuşlar. Lakin tərəflər rəsmi nikaha isə 2018-ci ildə daxil olmuşlar. Belə olan halda ilkin iddia üzrə cavabdehin həmin mənzilə dair heç bir hüququ yoxdur, pay tələb edə bilməz.
8. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edərək və ilkin iddiaya etiraz edərək izahatlarında bildirmişdir ki, mübahisəli mənzil birgə nikah dövründə cavabdehin atası tərəfindən ödənilən 48000 manat və ilkin iddia üzrə iddiaçının qardaşı tərəfindən ödənilən 10000 manat vəsait hesabına 58000 manata alınmışdır. Hətta mənzilin alğı-satqısına cavabdehin atası ilə iddiaçının qardaşı getmişlər. Heç alğı-satqıda Eminin özü iştirak etməmişdir. Mənzil isə Hicran adlı şəxsdən alınmış, həmin vaxt içində müəyyən əşyalar belə olmuşdur. Mənzili dəyərinin MMC-yə ödənilməsini təsdiq edən mədaxil qəbzi yoxdur. Məhkəmənin müvafiq sorğusuna MMC tərəfindən verilən cavab belə natamam olmaqla, iddiaçının mənafeyinə uyğun verilmiş cavabdır. Bundan başqa mənzilin alğı-satqısına dair müqavilədən də, görünür ki, mənzil birgə nikah dövründə alınıb.
9. Bundan başqa cavabdehin nümayəndəsi və vəkili ilkin iddiaya dair cavabdehin etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Binəqədi ray, Xocəsən qəs, Sulutəpə yaşayış massivi, R.Allahverdiyev küçəsi 117B, ev 13, mənzil 25 İddiaçı mülkiyyətindədir. Çıxarışın tarixindən də görünür ki, mübahisə predimeti olan mənzil İddiaçı olə cavabdehin rəsmi nikahda olduğu müddətdə alınmışdır və buna görə də, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(001)- 1690/2022 nömrəli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilərək, iddiaçı Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin 25 saylı mənzilindən istifadə hüququ tanınması və iddiaçının uşaqları - 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)- 4588/2022 nömrəli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, e-2(001)-1690/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5196/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 iyun 2022-ci il tarixli, 2(103)-4588/2022 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamələrdən və qardadan da görünür ki, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutupə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin 25 saylı mənzilindən istifadə hüququ tanınmış və o uşaqları - 08 may 2018-ci il təvəllüdlü X4 və 28 sentyabr 2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülmüşdür. Hal-hazırda da, o, uşaqları ilə birlikdə həmin mənzildə yaşayır.
10. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin mənzil 2018-ci ildə 48000 manatı atası tərəfindən, qalan hissəsini iddiaçı tərəfindən ödənilməklə alınıb. Özü həmin mənzilə gəlin köçmüşdür. Bundan başqa məhkəmə qərarı ilə həmin mənzilə köçürülmüşdür. Mənzildən çıxarılacağı təqdirdə uşaqlarla harada qalacağını bilmir. İddiaçı ona xəyanət etmişdir. Aralarında olan nikah pozulduqdan sonra atasıgildə yaşamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
11. Kürdəmir Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 226211 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X3 arasında 09 yanvar 2018-ci il tarixində nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixində 02 № ilə qeyd edilmişdir.
12. Kürdəmir Rayon Məhkəməsinn xx.xx.2022-ci il tarixli, 2(041)-114/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh iddiası təmin eilmiş, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 anaları Cavabdeh verilməklə onun yanında saxlanılmaları, İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
13. Kürdəmir Rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 413411 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikaha Kürdəmir Rayon Məhkəməsininxx.xx.2022-ci il tarixli, 2(041)- 114/2022 saylı qətnaməsi əsasında xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixində 76 № ilə qeyd edilmişdir.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən olan çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə Y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 13, mənzil 25 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir.
15. "xxxx" MMC tərəfindən verilən xx.xx.2017-ci il tarixli, 02/6-100 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi Rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən 13 saylı 6 mərtəbəli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmişdir. Həmin binanın 3-cü mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 83,5 kv.m olan, 25 saylı mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir. "xxxx" MMC-yə heç bir borcu yoxdur.
16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1960/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin, 25 saylı mənzilinə istifadə hüququnun tanınması və iddiaçının uşaqları- xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmişdir.
17. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmuru Kamran Mirzəyev, icra məmuru Məhəmməd Qaragözov, tələbkar Cavabdeh, 40-cı Polis bölməsinin leytenantı Lətif Cənnətovun, 17 saylı Təcili Tibbi yardım stansiyasının həkimi Şəbnəm Rəsulovanın iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1960/2022 saylı, xx.xx.2022-ci il tarixli, qətnaməsinin icrası üçün Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 13 saylı evin, 25 saylı mənzilinin qapısı zorla açılmış və Cavabdeh uşaqları- xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə birlikdə həmin mənzilə köçürülmüşlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-5196/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya MƏhkəməsi Mülki Kollegiyasının 2(103)-4588/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin qərarda göstərilir ki, Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(103)-4588/2022 saylı qətnaməsi ilə qətnamədən verilən apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi,Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117B, 13 saylı evin, 25 saylı mənzilinə xx.xx.2020-ci il tarixli çıxarışın verilməsinə əsas olmuş sənədlər:
20. - 28 noyabr 2019-cu il tarixli 02/05-854 saylı maliyyə arayışından görünür ki, Bakı şəhəri, Binəqədi Rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi 117B ünvanında yerləşən, 13 saylı, 6 mərtəbəli yaşayış binası "xxxx" MMC tərəfindən inşa edilmişdir. Həmin binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 83,5 kv.m olan, 2 otaqlı, 25 saylı mənzilə görə İddiaçı "xxxx" MMC-yə borcu yoxdur.
21. - İddiaçı ilə "xxxx" MMC arasında imzalanan 1690 saylı, xx.xx.2017-ci il tarixli yaşayış sahəsi üçün müqavilədən görünür ki, icraçı inşa etdiyi Binəqədi rayonu, Sulutəpə yaşayış massivi ünvanında yerləşən ümumi sahəsi 83,5 kv.m olan, 13 saylı, 6 mərtəbəli bina, 3-cü mərtəbədə yerləşən, 2 otaqlı 25 saylı mənzili bu müqavilədə nəzərdə tutulan şərtlərlə “Sifarişçiyə” satmağı, “Sifarişçi” isə bu müqavilə ilə nəzərdə tutulan qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öz öhdəsinə götürür.
22. İddiaçı ilə “Azəriqaz” İB arasında bağlanan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AK-1/17192 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir. Qaz sayğacı xx.xx.2017-ci il tarixində quraşdırılmışdır.
23. İddiaçı ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2017-ci il tarixli, 1101 seriyalı, 000390 saylı telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə abunəçi arasında olan müqavilədən görünür ki, "xxxx" MMC abunəçiyə müqavilədə göstərilən qaydada seçdiyi telekommunikasiya xidmətlərinin göstərilməsi və abunəçi tərəfindən bu xidmətlərin dəyərinin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.
24. "xxxx" MMC tərəfindən verilən mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən sudan istifadə üçün kommunal xərclər 2017-ci ilin iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün ödənilib.
25. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna verilən xx.xx.2023-cü il tarixli, 02/05-462 saylı məktubundan görünür ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, 117 B ünvanında yerləşən 13 saylı binanın, 25 saylı mənzilinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixli, 1690 saylı müqavilə tərtib edilmiş və xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı verilmişdir. Yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tələb edildiyi üçün İddiaçı adına xx.xx.2019-cu il tarixli 02/05- 854 saylı yenilənmiş maliyyə arayışı verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
26. İddiaçı ilə Cavabdeh rəsmi olaraq xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahlarından 2018 və 2020-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan uşaqları vardır. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə Y/s, R.Allahverdiyev küçəsi, 117B, ev 13, mənzil 25 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Tərəflər qeyri rəsmi nikaha daxil olduqdan(toy şənliyindən) sonra, yəni 2017-ci ilin iyul ayından cavabdeh həmin mənzilə köçmüşdür.
27. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə Cavabdeh mülkiyyətçinin ailə üzvü olduğundan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququ tanınmış və mənzilə köçürülməli olması müəyyən edilmişdir. Qətnamə icra olunaraq Cavabdeh uşaqları ilə birlikdə mənzilə köçürülmüşdür.
28. Tərəflər arasında bağlanmış nikaha Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-114/2022 saylı qətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir.
29. İddiaçı hazırda kompensasiya ödənilməklə mənzilə istifadə hüququnun itirilməsini, cavabdeh isə mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti olaraq tanınmasını və 3/5 hissədə payının müəyyən edilməsini tələb edir.
30. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 1690 saylı, xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzil İddiaçı təhvil verilmiş və satışdan sonra mənzilə görə qalıq borcun qalmaması barədə xx.xx.2017-ci il tarixli, 02/6-100 saylı maliyyə arayışı verilmişdir.
31. Lakin iş materiallarında eyni məzmunlu olsa da, 28 noyabr 2019-cu il tarixinə aid 02/05-854 saylı maliyyə arayışı mövcud olduğundan məhkəmə tərəfindən fərqin səbəbinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu verilmişdir.
32. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna verilən xx.xx.2023-cü il tarixli, 02/05-462 saylı məktubla müəyyən edildi ki, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, 117 B ünvanında yerləşən 13 saylı binanın, 25 saylı mənzilinə dair İddiaçı adına xx.xx.2017-ci il tarixli, 1690 saylı müqavilə tərtib edilmiş və xx.xx.2017-ci il tarixli, 02/06-100 saylı maliyyə arayışı verilmişdir. Yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə əlaqədar olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tələb edildiyi üçün İddiaçı adına xx.xx.2019-cu il tarixli 02/05- 854 saylı yenilənmiş maliyyə arayışı verilmişdir. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
34. 01 oktyabr 2009-cu ildən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
35. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər;
36. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar;
37. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair 22 yanvar 2015-ci il tarixli Qərardadından görünür ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslər ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdır.
39. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququndan nə zaman həyata keçirmək məsələsinə gəldikdə isə, Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir.Həmin konstitusion dəyərindən çıxış edərək məhkəmələr müraciətdə qaldırılan ikinci məsələsini - keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasını - həll etməlidirlər. Bu konstitusion dəyərin məqsədi konstitusiya hüquq və azadlıqların əsassız və həddən artıq məhdudlaşdırılmamasıdır. Bunu reallaşdırması üçün məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması vacibdir. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olubolmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərari).Bu hüquqi movqeyin davamı olaraq Konstitusiya Məhkəməsinin Palatası qeyd edir ki, məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin müəyyən edərkən işin faktiki halların araşdırıldıqdan sonra mütənasiblik konstitusiya prinsipindən çıxış edərək müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməlidirlər. Bunun üçün məhkəmə konkret işin müəyyən edilmiş halların araşdırılması zamanı keçmiş ailə üzvünün maddi vəziyyətini, tərəflərin bir yaşayış sahəsində birgə yaşamaq imkanını və diqqətəlayiq diqər halları nəzərə almalıdır.
40. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
41. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;
42. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;
43. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;
44. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
46. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
47. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
48. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Məhkəmənin mövqeyi
49. Məhkəmə işin mübahisələndirilən halları baxımından o qənaətə gəlir ki, əvvəlcə qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirmə aparılmalıdır. Belə ki, hazırki mübahisədə qarşılıqlı iddianın əsaslılığı ilkin iddianın mahiyyətini aradan qaldırır. Yəni mənzilin tərəflərin ümumi birgə mülkiyyəti olunduğu təsbit edildiyi halda, hər hansı istifadə hüququndan və ya onun itirilməsindən söhbət gedə bilməz.
50. Qarşılıqlı iddiaçı mənzilin həm onun atasının, həm də İddiaçı cuzi vəsaiti hesabına alındığını iddia edir və bu səbəbdən əmlakın ər-arvadın ümumi birgə mülkiyyəti kimi bölünməli olduğu qənaətindədir.
51. Halbuki işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil tərəflərin nikahda olmadıqları dövrdə, hətta faktiki nikaha daxil olmamışdan əvvəl alınmışdır. Belə ki, mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışı xx.xx.2017ci il tarixdə verilmişdir. Bu isə onu təsdiq edir ki, sifarişçi podratçıya xx.xx.2017-ci ildə mənzilin dəyərini tam ödəmişdir. Halbuki mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün əmlak nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməlidir.
52. Qarşılıqlı iddiaçının xx.xx.2019-cu il tarixli maliyyə arayışına istinad etməsi əsassızdır. Belə ki, verilmiş sorğuya cavab olaraq müəyyən edilmişdir ki, ikinci dəfə maliyyə arayışı yaşayış kompleksinə yeni ünvanın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən tələb edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, həqiqətən də müqavilədə nəzərdə tutulmuş mənzilin ünvanı dəyişmişdir(konkretləşmişdir). Belə ki, müqavilə bağlanan və ilkin maliyyə arayışı verildiyi zaman yaşayış sahəsinin ünvanı kimi Binəqədi rayonu, Sulutəpə yaşayış massivi göstərilsə də, sonradan ünvan konkretləşmiş və Bakı şəhəri, binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə y/s, R.Allahverdiyev küçəsi, 117 B, ev 13, mənzil 25 olaraq müəyyən edilmiş və bu formada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
53. Eyni zamanda mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının tarixi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Odur ki, mülkiyyət hüququnun nikah dövründə qeydə alınması, həmin hüququn daha əvvəl yaranmış olmasını istisna etmir.
54. Bundan əlavə qarşılıqlı iddianın dəlillərindən biri də iddiaçının atasının mənzilə dair 48000 manat vəsait ödəməsidir. Lakin iddiaçı bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
55. Bundan başqa əgər iddia edilən formada mənzilin alınması üçün ilkin iddia üzrə cavabdehin atası tərəfindən müəyyən həcmdə vəsait verilmişdirsə, tərəf ödədiyi pulu müstəqil iddianın predmeti kimi ilkin iddia üzrə iddiaçıdan tələb edə bilər. Bu isə hazırki mübahisənin predmeti olmadığı kimi, qarşılıqlı iddia üzrə iddiaçının mübahisəli mənzilə pay hüququnun yaranmasının əsası kimi çıxış etmir.
56. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi əsassızdır.
57. Məhkəmə ilkin iddia tələbini ona görə əsaslı hesab edir ki, cavabdehin nikahda olduqları vaxt istifadə hüququ tanınmış mənzilə dair nikah pozulduqdan sonra istifadə hüququ saxlanılmaya bilər.
58. Belə ki, istifadə hüququ ilə bağlı tərəflər arasında olan münasibətlər 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşür. Hansı ki, həmin məcəllənin 30.4-cü maddəsinə əsasən başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
59. Eyni zamanda həmin maddənin ikinci cümləsində qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
60. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdehin istifadə hüququnun tanınmasının əsası tərəflər arasında nikah münasibətlərinin mövcudluğu olsa da, hazırda nikah münasibətlərinə xitam verilmişdir. Eyni zamanda cavabdeh izahatlarında uşaqları ilə gedəcəyi başqa yaşayış sahəsinin olmadığını bildirmiş və bundan sonra iddiaçı tələbini artıraraq kompensasiya təklif etmişdir. Bununla yanaşı tərəflər arasında olan münasibətlər gərgindir və iddiaçı cavabdehlə birgə yaşaya bilməməsini nikaha xitam verilməsinə səbəb olan hallarla əsaslandırmışdır.
61. Odur ki, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarını, işin müəyyən edilmiş hallarını, tərəflərin diqqətəlayiq mənafelərini nəzərə alaraq hesab edir ki, iddiaçının kompensasiya təklifi keçmiş ailə üzvünün yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanmasının ədalətli kompensasiyasıdır. Belə ki, qanunvericilik məhz istifadə hüququnun müəyyən müddətə saxlanılması imkanını keçmiş ailə üzvünün özünü yaşayış sahəsi ilə təmin etmək üçün möhlət kimi nəzərdə tutmuşdur. Hazırki mübahisədə isə iddiaçı 6000 manat kompensasiya ödəməklə keçmiş ailə üzvünü həmin zərurətdən azad etmişdir. Çünki Binəqədi ərazisində yerləşən 2 otaqlı mənzilə görə kirayə haqqının minimum 500 manat olduğu ehtimal edilsə belə, hərçənd ki, kirayə haqqı daha azdır, bu keçmiş ailə üzvünə 1 il müddətə özünü yaşayış sahəsi ilə təmin etmək üçün möhlət verilməsinə bərabərdir.
62. Bu baxımdan məhkəmə verilən kompensasiyasını istifadə hüququnun saxlanmasının əvəzi olaraq işin hallarına uyğun hesab edir. Tətbiq edilən prosessual normalar:
63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
64. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
65. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;
66. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
67. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itiriməsi” tələbinə dair ilkin iddiası təmin edilməli, Cavabdeh 6000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, 117 B, ev 13, 25 saylı mənzilə olan istifadə hüququ itirilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, Cavabdeh İddiaçı qarşı “mənzilə pay hüququnun müəyyən edilməsinə” dair qarşılıqlı iddia ərizəsi təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
68. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itiriməsi” tələbinə dair ilkin iddiası təmin edilsin. Cavabdeh 6000 (altı min) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Sulutəpə yaşayış sahəsi, Ruslan Allahverdiyev küçəsi, 117 B, ev 13, 25 saylı mənzilə olan istifadə hüququ itirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzilə pay hüququnun müəyyən edilməsinə” dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev