Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-89/2024 23.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair mülkiyyət və istifadə hüquqlarının pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmə baxışınadək iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair mülkiyyət və istifadə hüquqlarının cavabdeh tərəfindən pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandırılaraq mənzillərə sərbəst şəkildə giriş-çıxışına yaradılan maneələrin aradan qaldırılması, təmir işlərinə icazənin verilməsi və qeyd olunan mənzillərin onun istifadəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair X8 ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində alqı-satqı müqaviləsi bağlanmışdır. Bağlanmış alqı – satqı müqavilələrinə əsasən tərəfimdən mənzillərin dəyəri rəsmi qaydada tam ödənilmişdir. Notariat orqanı tərəfindən alqı-satqı müqavilələri bağlanarkən mənzillərin ipoteka ilə yüklülüyü, həbs altında olmaması və özgəninkiləşdirilməsinə dair qadağanın olmaması müəyyən olunmuşdur. Alqı-satqı müqavilələri bağlandıqdandan sonra tərəfindən alqı-satqı yolu ilə alınmış mənzillər üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 3653 və 3660 nömrəli reyestr kitabının 342820 və 342190 nömrəli vərəqlərində qabaqcadan qeydiyyata alınmışdır. Lakin mənzillərin yerləşdiyi Mahal MTK tərəfindən mənzillərə daxil olunmasına icazə verilmir. Əsas kimi isə mənzillərin üzərində həbsin olmasını və bununla bağlı mənzili ona satan şəxs barəsində cinayət təqibinin olması bildirilmişdir. Lakin müraciətinə cavab olaraq ASAN xidmət mərkəzindən verilmiş cavabda xx.xx.2022-ci il tarixə ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillər üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Bildirir ki, tərəfindən mənzillər rəsmi qaydada notariat orqanında bağlanmış alqı-satqı müqaviləsi əsasında əldə olunmuş, həmin mənzillər üzərində hüquqları mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu səbəbdən də MTK-nın onun öz mülkiyyətindən istifadə etməsinə icazə verməməsi onun konstitusion hüquqlarının kobud pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, əmlakın alıq-satqısı barədə bağlanmış müqavilələr etibarsızdırlar. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3660 nömrəli reyestr kitabının 342820 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2021-ci il. Hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 4 (Yeni qaydalarla: ünvan 3 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3653 nömrəli reyestr kitabının 342190 nömrəli vərəqində qabaqcadan qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2021-ci il. xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı adına qeydiyyatda olan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 4 üzərində məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, 5 saylı (Yeni qaydalarla: ünvan 4 mənzilə dair ilkin olaraq X6 adına Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 106 nömrəli protokolundan çıxarışına, xx.xx.2020-ci il tarixli, 278 nömrəli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, 4 saylı (Yeni qaydalarla: ünvan 3 mənzilə dair ilkin olaraq X6 adına Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli, 106 nömrəli protokolundan çıxarışına, xx.xx.2020-ci il tarixli, 281 nömrəli maliyyə arayışına əsasən xx.xx.2020-ci il tarixli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-85/2024 saylı qərarının surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Aöər Cinayətlər Məhkəməsinin X6 CM-in 178.4-cü naddəsi ilə məhkum edilməsinə dair xx.xx.2023-cü il tarixli, 1(101)-139/2023 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, mülkiyyətçi X8 ilə əldə edən İddiaçı (nümayəndəsi X3) arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 4 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 79.81 kv/m olan 1 otaqlı mənzili satıcı X8 83000 manata alıcı İddiaçı satmışdır. “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, mülkiyyətçi X8 ilə əldə edən İddiaçı (nümayəndəsi X3) arasında bağlanmış xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 106,09 kv/m olan 2 otaqlı mənzili satıcı X8 113500 manata alıcı İddiaçı satmışdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 1772/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər İddiaçı, X5, X8 və X4 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” barədə iddiası qismən təmin edilmiş, X8 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 127308 manat təşkil edən ünvan 5 ünvanında olan binanın 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən 5 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 278 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X8 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 95772 manat təşkil edən ünvan 5 ünvanında, yaşayış binasının 15-ci mərtəbəsində (yaşayışın 13-cü mərtəbəsi) yerləşən 4 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 281 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X8 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 493968 manat təşkil edən ünvan 6 ünvanında, yaşayış binasının 10-cu mərtəbəsində (yaşayışın 8-ci mərtəbəsi) yerləşən 3 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 280 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının, X8 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 205951 manat təşkil edən ünvan 6 ünvanında, yaşayış binasının 12-ci mərtəbəsində (yaşayışın 10-cu mərtəbəsi) yerləşən 2 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 279 nömrəli alqı-satqı müqaviləsi, həmin tarixli və nömrəli maliyyə arayışının və X8 ilə Cavabdeh MTK arasında bağlanmış ümumi dəyəri 170508 manat olan ünvan 7 ünvanında, yaşayış binasının 16-cı mərtəbəsində (yaşayışın 14-cü mərtəbəsi) yerləşən 1 saylı mənzilə dair xx.xx.2020-ci il tarixli 277 nömrəli alqı-satqı müqaviləsi və həmin nömrəli maliyyə arayışının etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı X2 Cavabdeh MTK-ya qarşı “manelərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Ziya Yusifzadə küçəsi ev 117, 119, 121, 123, mənzil 3 – yeni qaydalarla ünvan 8 ünvanında yerləşən 4 otaqlı mənzilin təhvil-təslim aktı əsasında açarları ilə ona təhvil verilməsi, mənzilə maneəsiz giriş-çıxışın təmin edilməsi və görüləcək təmir işlərinə maneçilik törədilməməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunur ki, kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mükiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini,kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alinmasını tələb etmək hüququ yaradır. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, iddiaçı ilə X8 arasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın qalı-satqısı barədə müqavilələr bağlanmış, həmin müqavilələr əsasında Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 4 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 79.81 kv/m olan 1 otaqlı mənzil (83000 manat) və Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 2, 4, 6, 6A, mənzil 5 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 106,09 kv/m olan 2 otaqlı mənzil (113500 manat) iddiaçıya satılmış və həmin müqavilələr əsasında daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına xx.xx.2021-ci il tarixdə qabaqcadan qeydiyyata alınmışdır. İddiaçı mənzillərin dəyərinə tam şəkildə ödəsə də və həmin mənzillər iddiaçının adına qeydiyyatda keçsə də, cavabdeh indiyədək həmin mənzillərə giriş-çıxışına iddiaçıya maneələr törətmiş, həmçinin həmin mənzilləri iddiaçının sahibliyinə və istifadəsinə verməmişdir. Belə olan halda, iddiaçı hazırki iddianı qaldırmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair iddiaçının mülkiyyət və istifadə hüquqlarının cavabdeh tərəfindən pozulmasının qarşısının alınaraq cavabdehin qanunsuz hərəkətlərinin dayandırılaraq mənzillərə sərbəst şəkildə giriş-çıxışına yaradılan maneələr aradan qaldırılmalı, təmir işlərinə icazənin verilməli və qeyd olunan mənzillər iddiaçının istifadəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 4 və 5 saylı (yeni qaydalarla ünvan 24 və m5) mənzillərə dair İddiaçı mülkiyyət və istifadə hüquqlarının Cavabdeh tərəfindən pozulmasının qarşısının alınaraq Cavabdeh qanunsuz hərəkətlərinin dayandırılaraq mənzillərə sərbəst şəkildə giriş-çıxışına yaradılan maneələr aradan qaldırılması, təmir işlərinə icazənin verilməsi müəyyən edilsin və qeyd olunan mənzillərin İddiaçı istifadəsinə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-89/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-89/2024
23.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver