Məhkəmə qərarları › İş №e-2(001)-892/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-892/2025

10.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-892/2025 10.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, İddiaçı, cavabdehin nümayəndələri (vəkillər) Vəkil2 və Vəkil1, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X23rşı əmrin ləğvi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmrinin ləğv edilməsi, həmin əmrin verilməsi ilə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə əlavə verərək Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, həmin əmrin verilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan (əldən çıxmış fayda) qismində 2 rüb üzrə əmək haqqının (5000 manat) 1 misli ilə ifadə olunan fərdi mükafat məbləğinin, yəni 10000 (on min) manat məbləğin cavabdehdən tutularaq ödənilməsi və mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1 mart 2021-ci il tarixdən etibarən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada əvvəlcə baş mütəxəssis, 2021-ci ilin avqustundan etibarən şöbə müdiri, 2022-ci ilin oktyabrından etibarən isə Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifələrində çalışır. Əmək fəaliyyəti dövründə əmək funksiyalarını daim yüksək səviyyədə və keyfiyyətli icra etdiyinə görə mütəmadi olaraq vəzifədə yüksəlmiş və ardıcıl olaraq fərdi mükafatlar almışdır. Lakin, 2024-cü ilin iyunun 28-də bir neçə struktur bölmə rəhbərinə, o cümlədən ona rəhbərliyin tapşırığı ilə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri tərəfindən işdənçıxma barədə ərizə yazmağına dair təzyiq göstərilmiş, əvvəlcə tərəfindən belə ərizə yazılmış, daha sonra həmin ərizənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə zidd qaydada alındığı göstərilərək tərəfindən etibarsız hesab edilməklə ləğv edilmişdir. Cavabdeh tərəf həmin ərizəyə cavab məktubunda da qeyd olunan hal təkzib olunmamış, ümumi şəkildə ərizənin nəzərə alındığı qeyd olunmuşdur. Daha sonra 29 iyun 2024-cü il tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra bu təzyiqlər davam etdirilmiş, qanunsuz və əsassız olaraq ona İdarə Heyəti sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024- cü il tarixli əmri ilə töhmət verilmişdir. Əmrin məzmunundan göründüyü kimi əmrin əsaslandırıcı hissəsində yalnız ümumi şəkildə yazılmışdır ki, "Əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı töhmət verilsin" Lakin əmrdən hansı əmək funksiyalarımın icrasında hansı nöqsana yol verdiyinin müəyyən edilməsi mümkün deyildir. Sübutetmə yükü işəgötürənə aid olduğu halda işəgötürən qeyd olunan əmri heç bir konkret fakt və ya halla əsaslandırmamışdır. Başqa sözlə, əmrdən hansı nöqsanın mövcud olması, varsa belə nöqsanın onun əmək funksiyalarına aid olması, habelə tətbiq olunan intizam tənbehinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə uyğunluğunu müəyyən etmək mümkün deyil. Məhkəmə iclasında şifahi qaydada ətraflı, müfəssəl izah etməyi nəzərdə tutduğum hadisələrin ümumi axarından asanlıqla müəyyən etmək mümkündür ki, bu töhmət ona sırf şəxsi qərəz, qisas, şəxsi ədavət və nifaq zəminində və təzyiq məqsədilə verilmişdir. İddia ərizəsinin dəqiqıləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Observatoriyanın İH sədri E.Səfərliyə, surəti məlumat üçün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri A.Səfixanlıya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinə ünvanlanmış "İşdənçıxma ərizəsinin etibarsız hesab edilməsi barədə" xx.xx.2024-cü il tarixli (10 iyul 2024-cü il tarixli daxilolma) ərizədə ərizəçi İddiaçı ondan işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 69-cu madddəsinin 7-ci bəndində sadalanmış hallardan bir-neçəsi baş verməklə işdənçıxma barədə ərizə (3-17-6/1-Ə- 189/2024 saylı xx.xx.2024-cü il tarixli) alındığını, həmin ərizənin alınma üsulunun Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə, habelə AR Cinayət Məcəlləsinin 309.1-ci maddəsinə zidd olduğunu bildirmiş və həmin ərizənin qeyri-qanuni üsullarla, sərbəst iradə ifadəsinə zidd alındığından etibarsız hesab edilməsinin nəzərə alınmasını xahiş etmişdir. Həmin ərizəyə Observatoriyanın İH sədri E.Səfərlinin "Müraciətə aidiyyəti üzrə baxılması haqqında" 25 iyul 2024-cü il tarixli 3-17-6/2-Ə-107/2024 saylı cavab məktubunda göstərilmişdir ki, "Sizin, işdənçıxma ərizənizin etibarsız hesab edilməsi haqqında 10 iyul 2024-cü il tarixli müraciətiniz Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aidiyyəti üzrə nəzərə alınmşdır." 08 iyul 2024-cü il tarixdə Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı məxsus ***- ***-**-** telefon nömrəsi ilə həmin qurumun İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Sevinc Axundluya məxsus ***-***-**-** telefon nömrəsi arasında Whatsapp proqram təminatı vasitəsilə yazışmadan görünür ki, İddiaçı S.Axundlu arasındakı işgüzar yazışmada S.Axundlu İddiaçı İH sədri E.Səfərlinin sifarişi ilə özü tərəfindən onun adından işdən çıxarılmaq üçün aldatma, hədə-qorxu və digər üsullardan istifadə edildiyini, sonuncudan işdən çıxmaq üçün ərizə yazılmasının tələb olunduğunu təkzib etməmiş, bütün bunların sədrin tapşırığı ilə onun tərəfindən edildiyini dolayısı ilə etiraf etmişdir. Təqdim olunan dialoqda aşağıdakı nüanslar xüsusilə əhəmiyyətlidir: "Q.Ə.- "Siz dediniz ki, İdarə Heyəti qərar verib ki, mən işdən çıxım, axı mən öyrəndim ayın 28-dən əvvəl İdarə Heyətinin hər hansı iclası olmayıb...Mən sizi başa düşürəm sizlik bir şey yoxdur, sizə belə deyilib, siz icraçısınız. S.A. - "Qaya müəllim, hər bir halda bu qərarla bağlı Sədrlə danışsanız daha doğru olar.” Ərizəyə əlavə edilmiş Observatoriyanın İH sədr müavini və əmək məzuniyyətində olan İdarə Heyətinin sədri E.Səfərlinin vəzifələrini müvəqqəti icra edən H.Abbasov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli elektron məktubda və sonuncu tərəfindən H.Abbasova ünvanlanmış cavab məktubundan görünür ki, İddiaçı qanunsuz olaraq işdən çıxartmaq, ona təzyiq göstərmək məqsədilə perspektivdə intizam tənbehi vermək üçün ona icrası əmək funksiyalarından və müvafiq tədbirlər planından kənar tapşırıqlar ünvanlanmış, İddiaçı tərəfindən isə H.Abbasova sözügedən tapşırıqların hər hansı tədbirlər planının təfsilatlı icra planı qaydasında onun rəhbərlik etdiyi struktur bölmələrə həvalə olunmadığı bildirilmiş, lakin bununla belə məsələyə konstruktiv yanaşaraq öz təşəbbüsü ilə hazırladığı sənəd layihələrini təqdim etmişdir. Observatoriyanın hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı qurumun Satınalma komissiyasının üzvlərinə və İdarə Heyətinin üzvü H.Abbasova korporativ elektron poçt vasitəsilə ünvanladığı xx.xx.2024-cü il tarixli elektron məktubundan göründüyü kimi qanunvericiliyin müvafiq tələblərinə riayət olunmadan aparılmış satınalma müqavilələrinin viza verilməsindən ötrü Hüquq və daxili nəzarət şöbəsinə təqdim edilməməsi xahiş edilmiş və belə pozuntularla bağlanmış satınalma müqavilələrinə sonuncu tərəfindən viza verilməsindən imtina olunmuşdur. Observatoriyanın hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı həmin qurumun İH sədri E.Səfərliyə ünvanlanmış X18 Alt Sistemində 3-17-6/3-1-314/2024 nömrəli xx.xx.2024-cü il qeydiyyat tarixli xidməti məruzəsində həmin qurumun İH sədr müavini H.Abbasov tərəfindən barəsində əmək funksiyalarının icrasında nöqsanlara yol verilməsi əsası ilə töhmət intizam tənbehinin tətbiq olunmasına razılıq verilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə ünvanlanmış 3-17-6/3-1-312/2024 nömrəli xidməti məruzəyə münasibət bildirərək aşağıdakı məsələlər xüsusilə qeyd olunmuşdur: "...Milli Observatoriyanın İdarə Heyətinin sədr müavini H.Abbasov tərəfindən barəmdə əmək funksiyalarının icrasında nöqsanlara yol verilməsi əsası ilə töhmət intizam tənbehinin tətbiq olunmasına razılıq verilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə 3-17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzə ilə müraciət olunmuşdur. Bununla yanaşı, vətəndaş X14 Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı vasitəsilə həmin Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya daxil olmuş 3-17/1-Ş-17675/2024 saylı xx.xx.2024cü il tarixli müraciətinin mətnində ərizəçinin qeyd etdiyi xüsusatlar barədə məlumatlı olması səbəbi ilə qurum rəhbərliyi tərəfindən şahid saxlamamaq üçün əmək hüquqlarının məhdudlaşdırılması və s. üsullarla təqib edilməsinin nəzərdə tutulduğu və bunun vaxtilə H.Abbasovun özü tərəfindən ərizəçiyə bildirildiyi iddia olunan əməkdaşlardan biri kimi adım hallandırılmışdır. Təsadüfi deyildir ki, həmin şikayətdə adları sadalanmış digər əməkdaşların əmək müqaviləsinə bu və ya digər əsaslarla artıq xitam verilmişdir. Bu baxımdan, Nazirliyin rəhbərliyinə İdarə Heyəti sədrinin müavini H.Abbasov tərəfindən ünvanlanmış 3-17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzə Milli Observatoriyanın rəhbərliyi tərəfindən ona qarşı aparılan ardıcıl təzyiqlərin, şəxsi ədavətin və ayrı-seçkiliyin məntiqi davamıdır...Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinin V hissəsini rəhbər tutaraq, X34 sədrinin müavini H.Abbasov tərəfindən ünvanlanmış 3-17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzəsinə yenidən baxılmasını, barəmdə toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) xahiş edirəm." Ərizəyə əlavə edilmiş Observatoriyanın Hüquq, kadr, sənədlərlə iş departamentinin müdiri İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi N.Rəcəbova xx.xx.2024-cü il tarixli "Vəzifəli şəxsin vəzifə səlahiyyətindən sui-istifadə və digər korrupsiya əməlləri barədə” şikayətinə və şikayətə əlavə edilmiş Observatoriyanın İH sədr müavini H.Abbasovun özü-özünün mükafatlandırılması barədə məsələ qaldırmasına dair xx.xx.2024-cü il tarixli 3-17-6/3-1-303/2024 SDAS nömrəli xidməti məruzədən, həmin sənədin SDAS-dakı qeydiyyat məlumatlarından, Azərbaycan Respublikası NK xx.xx.2024-cü il tarixli iclas protokolundan, qurumun keçmiş işçisi X14 Azərbaycan Respublikası Baş Nazirin müavinindən daxil olmuş şikayət ərizəsindən, habelə həmin şikayətin baxılmaq üçün digər əməkdaşa həvalə edilməsi barədə 3-17-6/3- 1-298/2024 saylı xx.xx.2024-cü il tarixli xidməti məruzədən görünür ki, ərizəçi İddiaçı müvafiq prokurorluq orqanına X25 sədri və sədr müavinin qanunsuz əməllərinə korrupsiyaya qarşı mübarizə haqqında qanunvericilik və cinayət qanunvericiliyi kontekstində hüquqi qiymət verilməsi barədə məsələ qaldırmışdır. Daha sonra iddiaçı qeyd edir ki, iddia ərizəsinə əlavə olunmuş Observatoriyanın İH sədri E.Səfərlinin "İddiaçı intizam tənbehi verilməsi haqqında” 30 avqust 2024-cü il tarixli 3-17-6/3-4-134/2024 nömrəli əmrindən görünür ki, qurumun hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı töhmət verilmişdir. Əmrin məzmunundan da göründüyü kimi əmrin əsaslandırıcı hissəsində yalnız ümumi şəkildə yazılmışdır ki, "Əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı töhmət verilsin" Lakin əmrdən hansı əmək funksiyalarımın icrasında hansı nöqsana yol verdiyinin müəyyən edilməsi mümkün deyildir. Sübutetmə yükü işəgötürənə aid olduğu halda işəgötürən qeyd olunan əmri heç bir konkret fakt və ya halla əsaslandırmamışdır. Başqa sözlə, əmrdən hansı nöqsanın mövcud olması, varsa belə nöqsanın onun əmək funksiyalarına aid olması, habelə tətbiq olunan intizam tənbehinin Əmək Məcəlləsinin 186cı maddəsinin 3-cü hissəsinə uyğunluğunu müəyyən etmək mümkün deyil. Məhkəmə iclasında şifahi qaydada ətraflı, müfəssəl izah etməyi nəzərdə tutduğu hadisələrin ümumi axarından asanlıqla müəyyən etmək mümkündür ki, bu töhmət ona sırf şəxsi qərəz, korrupsiya və sui-istifadə halları ilə bağlı şikayətlərinə görə qisas, şəxsi ədavət və nifaq zəminində və məni işdən çıxarmaq üçün təzyiq məqsədilə verilmişdir. Ərizəyə əlavə olunmuş Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı AR Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, İddiaçı həmin qurumun İH sədri E.Səfərli tərəfindən ona verilmiş töhmət növündə qanunsuz intizam tənbeh tədbirini mübahisələndirmiş, həmin əmrin əsassız olduğunu, habelə Nazirliyin 30 avqust 2024-cü il tarixdə kollegiya iclasında Nazir tərəfindən daxili nəzarət, yoxlamalar, intizam icraatı və digər məsələlərlə bağlı tapşırıq və metodiki tövsiyələrinə zidd olduğunu, əmrin qərəzli, sifarişli və məqsədli olduğunu, ayrı-seçkiliyə məruz qaldığını bildirmiş, həmin töhmətin ləğv edilməsini, tam, obyektiv, hərtərəfli intizam icraatının aparılmasını xahiş etmişdir. Məsələ burasındadır ki, həmin müraciətə Azərbaycan Respublikası ƏƏSMN Aparatının rəhbəri F.Musayevin ünvanladığı 03 oktyabr 2024-cü il tarixli 3-17/2-Ə-9061/2024 saylı 03 oktyabr 2024-cü il tarixli cavab məktubunda şikayətdə qeyd olunmuş xüsusatlar təkzib olunmamış, ümumi şəkildə göstərilmişdir ki, "Sizin Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətlərinizə baxılmışdır. Bildiririk ki, müraciətdə qeyd olunmuş məsələlər qiymətləndirilərək qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir”. İddia ərizəsinə əlavə edilmiş "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında” xx.xx.2024-cü il tarixli bildiriş xarakterli ərizədən görünür ki, Observatoriyanın hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı tərəfindən həmin qurumun sədri E.Səfərliyə "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında" Bildiriş ünvanlanmış, bildirişdə göstərilmişdir ki, "Dəfələrlə Sizə, Nazirliyin aidiyyəti qurumuna, Nazirliyin rəhbərliyinə ünvanladığım yazılı və elektron müraciətlərə və mediasiya təklifinə baxmayaraq, barəmdə 3-17-6/3-4-134/2024 saylı, 3.10.1-ci il tarixli töhmət növündə əsassız, qanunsuz, maddi və prosessual hüquq normalarına zidd əmr ləğv edilməmişdir. Bununla yanaşı, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq əmək məzuniyyəti hüququnun tətbiqindən əsassız olaraq imtina edilmişdir. Həmçinin, izahatında və digər müraciətlərində də fərdi qaydada tətil etmək hüququndan istifadə etməli olacağını bildirmişdir. Eyni zamanda, etdiyi şikayətlərə, etirazlara baxılmır, izahatı, ərizələri, müraciətləri nəzərə alınmır. Əksinə, ona qarşı ayrısekilik, təqib, inzibati təzyiqlər, hüquqlarının əsassız olaraq məhdudlaşdırılması davam etdirilir. AR Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məzuniyyət hüququnun həyata keçirilməsi, intizam tənbehinin verilməsi, əməyin mühafizəsinin təşkili və təmin edilməsi də aiddir. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq sözügedən fərdi əmək mübahisəsinin həlli məqsədilə aşağıdakı tələblərlə 10 sentyabr 2024-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixinədək - 1 (bir) ay müddətində əmək müqaviləsinə xitam vermədən əmək funksiyalarımın icrasını tam dayandıraraq təkbaşına tətil etməyə başlayacağımı bildirirəm: 1. Barəmdə intizam tənbehinin verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin (töhmətin ləğv edilməsi; 2. Əmək məzuniyyəti hüququmun təmin edilməsi; 3. ona qarşı ayrıseçkiliyin, qərəzin, əmək hüquqlarının məhdudlaşdırılmasının, təzyiqlərin və inzibati təqibin dayandırılması.". "Esosial" Əmək və X16 şəxsi elektron kabinetindən çıxarışdan görünür ki, tərəfindən işəgötürənə ünvanlanmış həmin müraciət (bildiriş) müvafiq elektron informasiya sistemi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 18:02 radələrində "İşəgötürən və işçilər arasında rəsmi yazışmalar" bölməsində **********1398 nömrə ilə qeydə alınmış və real vaxt rejimində baxılmaq üçün işəgötürənə göndərilmiş, işəgötürən tərəfindən məlumatlı olduğu və ya məlumatlı olmalı olduğu halda bu günə kimi cavablandırılmamışdır. Həmçinin bildirişin kağız daşıyıcıda təqdim edilmiş nüsxəsindəki qeydlərdən də göründüyü kimi, bildiriş qurumun sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ərizəçidən təhvil alınmışdır. Bununla yanaşı, iddia ərizəsinə əlavə edilmiş korporativ elektron poçtundan çıxarışdan göründüyü kimi həmin bildiriş qurumun İH sədri E.Səfərlinin, İnsan resurslarının idarə edilməsi şöbəsinin baş mütəxəssisi və şöbə müdiri vəzifələrini müvəqqəti icra edən E.Novruzovun korporativ elektron poçt ünvanlarına da paralel olaraq tərəfindən göndərilmişdir. Ərizəyə əlavə olunmuş "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında" xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı tərəfindən həmin qurumun sədri E.Səfərliyə "Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə təkbaşına tətil etmək haqqında" Bildiriş ünvanlanmış, bildirişdə göstərilmişdir ki, "Dəfələrlə Sizə, Nazirliyin rəhbərliyinə ünvanladığım yazılı və elektron müraciətlərə və mediasiya prosesinə və həmin proses çərçivəsində apardığımız danışıqlara baxmayaraq, barəmdə 3-17-6/3-4-134/2024 saylı, töhmət növündə əsassız, qanunsuz əmr bu günə kimi ləğv edilməmişdir. Bununla yanaşı, dəfələrlə etdiyi müraciətlərə baxmayaraq əmək məzuniyyəti hüququnun tətbiqindən əsassız olaraq imtina edilmişdir. Həmçinin, izahatında və digər müraciətlərində də fərdi qaydada tətil etmək hüququndan istifadə etməli olacağını bildirmişdir. Eyni zamanda, etdiyi şikayətlərə, etirazlara aidiyyəti üzrə baxılmır, izahatı, ərizələri, müraciətləri nəzərə alınmır, növbətçi şablon cavablar verilir. Əksinə, ona qarşı ayrıseçkilik, inzibati təzyiqlər, hüquqlarının qanunsuz və əsassız olaraq məhdudlaşdırılması davam etdirilir, ərizə yazaraq işdən çıxmağı üçün ona müxtəlif xarakterli təzyiqlər göstərilir. Həmçinin, 2022-ci ilin may ayında 14 nəfər digər köhnə işçilərlə yanaşı onun da əmək müqavilə onun yenidən tərtib edilməsi üsulu ilə qanunsuz olaraq müddətsiz əsasdan müddətli əsaslara keçirilmiş, bununla bağlı Nazirliyin rəhbərliyi tərəfindən irad tutulmuş, lakin əmək müqavilə yenidən müddətsiz şərtlərə qaytarılmamışdır. Qeyd olunanlara əsasən Əmək Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq sözügedən fərdi əmək mübahisəsinin həlli məqsədilə aşağıdakı tələblərlə 14 oktyabr 2024-cü il saat 10.30 tarixdən 07 noyabr 2024-cü il tarixədək əmək müqaviləsinə xitam vermədən əmək funksiyalarının icrasını qismən (tərəflər arasındakı onlayn əmək müqaviləsinin 3.1.2, 3.1.4-cü yarımbəndindəki funksiyaları) dayandıraraq təkbaşına tətil etməyə başlayacağını bildirir: 1. Barəmdə intizam tənbehinin verilməsi haqqında 3-17-6/3- 4-134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrin (töhmətin) ləğv edilməsi; 2. Əmək məzuniyyəti hüququnun təmin edilməsi; 3. ona qarşı ayrıseçkiliyin, qərəzin, əmək hüquqlarının məhdudlaşdırılmasının, işdən çıxmağı üçün təzyiqlərin və inzibati təqibin dayandırılması; 4. Əmək müqaviləmin müddətlə bağlı şərtlərinin ilkin vəziyyətə (müddətsiz əsaslara) qaytarılması." "E-sosial" Əmək və X16 şəxsi elektron kabinetindən çıxarışdan görünür ki, tərəfindən işəgötürənə ünvanlanmış həmin müraciət (bildiriş) müvafiq elektron informasiya sistemi tərəfindən xx.xx.2024-cü il tarixdə saat 10.30 radələrində **********8260 nömrə ilə qeydə alınmış və real vaxt rejimində baxılmaq üçün işəgötürənə göndərilmiş, işəgötürən tərəfindən məlumatlı olduğu və ya məlumatlı olmalı olduğu halda bu günə kimi cavablandırılmamışdır. İddia ərizəsinə əlavə edilmiş "Elektron ünvan ” şəxsi elektron poçtundan çıxarışdan göründüyü kimi sözügedən tətil bildirişi tərəfindən həm də X25 sədri E.Səfərlinin və İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri S.Axundlunun rəsmi korporativ elektron poçt ünvanlarına da paralel olaraq hər ehtimala qarşı göndərilmişdir. Həmin müraciətlərə Azərbaycan Respublikası ƏƏSMN aparatının rəhbəri F.Musayevin ünvanladığı 03 oktyabr 2024-cü il tarixli 3-17/2-Ə-9061/2024 saylı 03 oktyabr 2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, "Sizin Azərbaycan Respublikasının Baş Prokurorluğuna və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış müraciətlərinizə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd olunmuş məsələlər qiymətləndirilərək qanunamüvafiq tədbirlər həyata keçiriləcəkdir. Diqqətinizə çatdırırıq ki, "142 Çağrı Mərkəzinə" Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin əməkdaşı ilə bağlı müraciətdə qeyd etdiyiniz məsələ araşdırılmış və qanunvericiliyin tələbinin pozulması faktı öz təsdiqini tapmamışdır. Nəzərə almağınız xahiş olunur". İddia ərizəsinə əlavə edilmiş Bakı 18 saylı X10 Mediasiya Sessiyasında (İMS) İştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01021 saylı Arayışının (İntizam tənbehinin verilmsəi haqqında əmrin ləğvi və s. tələblər üzrə) "Tərəflərə göndərilən bildirişin tarixi və tərəflərə çatma tarixi" qrafasındakı qeydlərdən görünür ki, "xx.xx.2024, ***-***-**-** telefon nömrəsi ilə əlaqə saxlanılmışdır, qarşı tərəfin təşəbbüsü ilə tərəflər arasında razılıq əldə olunması məqsədilə danışıqlar aparıldığı üçün proses dəfələrlə təxirə salınsa da, iştirak etmədilər.". Məlumat üçün bildirir ki, qarşı tərəfin sözügedən danşıqlar prosesində təkidli tələbi və mövqeyi ondan ibarət olmuşdur ki, yalnız İddiaçı işdənçıxma barədə ərizə təqdim etdiyi halda sözügedən intizam tənbehinin (töhmətin) verilməsi barədə əmr ləğv oluna bilər, əks təqdirdə növbəti intizam tənbehləri verilə və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarılacaqdır. Tərəfindən belə bir təklif qəbul edilmədiyindən danışıqlar prosesi baş tutmamış və tərəflərindən həmin intizam tənbehinin tətbiq edilməsi barədə əmrin ləğvi ilə bağlı hazırki iddia qaldırılmışdır. Ərizəyə əlavə edilmiş Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı AR İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına ünvanlanmış xx.xx.2024-cü il tarixli "Əmək hüquqlarının pozulması barədə" şikayət ərizəsindən və həmin ərizənin rəsmi qaydada göndərilməsinə dair "xxxx" MMC-nin cü il tarixli 206835 nömrəli qaiməsindən görünür ki, şikayətdə aşağıdakı xüsusatlar öz əksini tapmışdır: "...Lakin, 2024-cü ilin iyunun 28-də bir neçə struktur bölmə rəhbərinə, o cümlədən ona İdarə Heyətinin sədri Elnur Səfərlinin tapşırığı və onun müavini Hasil Abbasovun müşayiəti ilə İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri tərəfindən işdənçıxma barədə ərizə yazmağına dair təzyiq göstərilmiş, əvəlcə tərəfindən belə ərizə yazılmış, daha sonra həmin ərizənin Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsinə zidd qaydada alındığı göstərilərək tərəfindən etibarsız hesab edilməklə ləğv edilmişdir. İşəgötürən tərəfindən həmin ərizəyə cavab məktubunda da qeyd olunan hal təkzib olunmamış, ümumi şəkildə ərizənin nəzərə alındığı qeyd olunmuşdur. Məlumat üçün bildirir ki, bununla bağlı şikayətinin bir nüsxəsi Azərbaycan Respublikası İnsan Hüquqları Müvəkkilinin (Ombudsmanın) Aparatına da göndərilmişdir. Həmin müraciətə əfsuslar olsun ki, bu günə kimi cavab verilməmişdir. Daha sonra 29 iyun 2024cü il tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra bu təzyiqlər davam etdirilmiş, qanunsuz və əsassız olaraq ona təzyiq məqsədilə İdarə Heyətinin sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmri ilə töhmət verilmişdir. Belə ki, ona işdən çıxmaq üçün təzyiq göstərmək məqsədilə məhz əmək məzuniyyətindən işə qayıtdığı gün məqsədli və sifarişli qaydada Milli Observatoriyada yoxlama keçirilməsi barədə əmr verilmiş, həmin əmrin mürəkkəbi soyumadan bir neçə dəqiqə ərzində ardınca Nazirliyin bir sıra əməkdaşlarının quruma ezam olunması barədə əmr verilmiş və yenə də məqsədli şəkildə yoxlama predmeti məhz rəhbərlik etdiyi istiqamətlər üzrə aparılmışdır. Daha sonra mütəmadi olaraq təzyiq göstərmək məqsədilə əmək funksiyalarımdan və rəhbərlik etdiyi struktur bölmənin mandatından kənar tapşırıqlar verilməyə başlanılmış, 13 gün əmək məzuniyyətindən qalmasına baxmayaraq bununla bağlı dəfələrlə etdiyi müraciətlər müxtəlif bəhanələr əsasında təmin edilməmiş, hətta bəzi hallarda ümumiyyətlə qeydiyyata alınmamışdır. Növbəti mərhələdə isə ona işdən çıxmaq üçün təzyiq göstərmək məqsədilə E.Səfərlinin və H.Abbasovun, habelə onların himayədarı S.Əliyevin sifarişi ilə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin bəzi əməkdaşları vasitəsilə təzyiqlər göstərilmiş, bilavasitə adıçəkilən şəxslərin sifarişini yerinə yetirən, onların əlaltısı R.Cavadov onun barəsində güya əllərində kifayət qədər kompromat olması ilə şantaj etmiş, ondan müxtəlif zəmində etirafedici izahatlar almaq üçün təzyiq göstərmiş, hətta Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin, Cinayət Məcəlləsinin 155-ci maddəsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarındakı hüquqi mövqelərə zidd olaraq agent kimi istifadə etdikləri digər keçmiş əməkdaşla vatsap yazışmalarını ona qarşı istifadə etməyə çalışmış, şəxsi yazışma və şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə etməkdən belə çəkinilməmiş, hətta bir qədər də irəli gedərək işəgötürən bu minvalla işçilərin, o cümlədən onun şəxsi yazışmalarına senzura tətbiq etməyə cəhd etmiş, onu vətəndaşlara onların müraciət hüququnu həyata keçirməyə kömək etməkdə və onları müraciət etməyə təhrik etməkdə ittiham etmişdir...Daha sonra tərəfindən əmək hüquqlarımın pozulması və ona qarşı inzibati təzyiqlərlə bağlı tərəfindən əmək funksiyalarının icrasından tam imtina etməklə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fərdi qaydada təkbaşına tətil elan edilmiş, barəsində verilmiş qanunsuz intizam tənbehinin ləğvi ilə bağlı mediasiya prosesi başladılmış, daha sonra tərəfindən məhkəməyə müraciət edilmişdir. Tətildən qayıtdıqdan sonra ona qarşı təzyiqlər davam etdirilmiş, bu minvalla tərəfindən yenidən xx.xx.2024-cü il tarixdə, bu dəfə əmək funksiyalarımın icrasından qismən imtina etməklə təkbaşına tətil elan edilmişdir. Daha sonra, İdarə Heyətinin sədri Elnur Səfərlinin tapşırığı ilə subordinasiya qaydaları pozularaq departament müdiri olduğu halda digər şöbənin baş mütəxəssisi Vüsal İsayev tərəfindən korporativ elektron poçt vasitəsilə 28 oktyabr 2024-cü il tarixdə saat 15.34 radələrində ondan rəhbərlik etdiyi departamentin əsasnaməsindəki vəzifələrdən və əmək funksiyalarından kənar verilmiş aidiyyəti olmayan tapşırıqların icra olunmaması əsası ilə izahat tələb olunmuşdur. Başqa sözlə, bu dəfə İdarə Heyətinin sədri Elnur Səfərli onu işdən çıxmaq məqsədilə təzyiq göstərmək üçün ona səlahiyyətindən və əmək funksiyalarından, habelə tabeliyindəki işçilərin əmək funksiyalarından və ixtisas istiqamətlərindən kənar tapşırıqlar vermiş və icrası mümkünsüz olan həmin tapşırıqların icra olunmaması ilə bağlı barəsində intizam icraatı başlatmış, həmin intizam icraatının aparılmasını isə əmək funksiyalarına, səlahiyyətlərinə və subordinasiya qaydalarına zidd olaraq başqa şöbənin baş mütəxəssisinə həvalə etmişdrir. Bütün bu baş verənlərlə bağlı tərəfindən 28 oktyabr 2024-cü il tarixdə saat 17.20 radələrində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 916 qaynar xəttinə müraciət edilmiş, Müvəkkilin Aparatının əməkdaşı tərəfindən şifahi müraciətində qeyd olunan xüsusatların yazılı qaydada Ombudsman Aparatına müraciət ünvanlanması ona tövsiyə olunmuşdur. Həmin tövsiyəyə müvafiq olaraq tərəfindən hazırki yazılı müraciət ünvanlanmaqdadır. Cavabdeh Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmri yuxarıda qeyd olunan əsaslarla qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Həmin qanunsuz əmr nəticəsində dəymiş maddi ziyan qismində 2 rüb üzrə fərdi mükafat məbləğləri (iddiaçının əmək haqqının 2 misli məbləğində) işəgötürəndən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın: 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DOST Agentliyi istisna olmaqla, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki DSMF, DMA, DTSERA, SXA, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın, TOM, SDM-in işçilərinin həvəsləndirmə qaydasını müəyyən edir. Həmin Qaydaların 10-cu bəndində işçilərin fərdi mükafatlandırılması halları da müəyyən edilmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Milli Observatoriyanın İdarə Heyətinin 22 dekabr 2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair Təlimat” əsasən: 5.2-ci bəndinə əsasən qiymətləndirmə işçilərin rüb ərzində olan fəaliyyətləri nəzərə alınmaqla rübdə 1 dəfə həyata keçirilir. 5.3-cü bəndinə əsasən qiymətləndirmə İ rüb üzrə (yanvar, fevral, mart ayları) aprel ayının, İİ rüb üzrə (aprel, may, iyun ayları) iyul ayının, İİİ rüb üzrə (iyul, avqust, sentyabr ayları) oktyabr ayının 20-nə, İV rüb üzrə (oktyabr, noyabr, dekabr) isə dekabrın 25-nə olan göstəricilər üzrə həmin ayın 25-30-na qədər həyata keçirilir. Həmin Qaydaların 6.1.3-cü bəndinə əsasən barəsində intizam tənbeh tədbiri tətbiq olunmuş işçilər intizam tənbehinin verildiyi gündən 6 ay ərzində fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsi bu Təlimata üzrə həyata keçirilmir. Göründüyü kimi qeyd olunan qanunsuz intizam tənbehi nəticəsində o, ardıcıl olaraq 2 rüb ərzində fərdi mükafatlandırmadan kənarda qalmış, onun xidməti fəaliyyəti fərdi mükafatlandırma məqsədilə qiymətləndirilməmiş, bununla da ona əmək haqqının 2 misli, yəni hər rüb üzrə 1 misli olmaqla - 5000 manat x2 = 10 000 (on min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı cavabdehdə işlədiyi dövrdə məhz bu Təlimata əsasən dəfərlərlə xidməti fəaliyyətinə görə fərdi qaydada əmək haqqının 1 misli miqdarında mükafatlandırılmışdır. Belə mükafatlandırma 2023-cü ilin dekabr ayınadək mütəmadi olaraq davam etmiş, məhz 2024-cü ildən etibarən iddia ərizəsində qeyd olunmuş konfrantasiya və təqib başlandıqdan sonra qərəzli olaraq dayandırılmışdır. Bundan əvvəl isə İddiaçı işlədiyi dövrdə demək olar ki, hər rüb fərdi qaydada mükafatlandırlmışdır. Əgər İddiaçı qanunsuz olaraq işdən azad edilməsəydi müvafiq Təlimatın şərtlərinə uyğun olaraq fərdi qaydada mükafatlandırılacaqdı. Lakin Təlimatın 6.1.3-cü bəndinə əsasən rüb ərzində barəsində intizam tənbeh tədbiri verilmiş işçilər 6 ay ərzində fərdi mükafatlandırma məqsədilə xidməti fəaliyyəti qiymətləndirilmədiyindən belə mükafatdan kənarda qalmışdır ki, bu da iddiaçıya dəymiş zərər kimi onun əldən çıxmış mənfəətidir. Eyni zamanda, iddiaçı 18 saylı Bakı Mediasiya təşkilatına xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən mediasiya rüsumu və poçt xərcləri üzrə cəmi 60 (altmış) manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini və ona etmiş olduğu dəqiqləşdirməni müdafiə edərək göstərmişdir ki, tələbin biri ilkin iddiada göstəriləndir, digəri isə əldən çıxmış faydanın ödənilməsidir. Belə ki, onlara hər rüb 1 dəfə mükafat verilirdi. Lakin, baş verən məlum hadisələrə görə o, həmin mükafatdan da məhrum edilmişdir. Ona ümumiyyətlə məlum deyil ki, o, hansı pozuntuya yol vermişdir. Cavabdeh tərəf gah iddia edir ki, güyə o, işçilərin müddətsiz əmək müqavilələrini müddətli müqavilə ilə əvəz etmiş, gah iddia edir ki, xidməti binaya daxil olarkən işçilərin davamiyyətini yoxlamaq məqsədli quraşdırılmış turniketin nasaz olmasına o, cavabdehlik daşımalıdır. Halbuki, onun işçilərin əmək müqaviləsində dəyişiklik etmək hüququ olmamışdır. Turniket isə o, məzuniyyətdə olduğu dövrdə xarab olmuş, məzuniyyəti bitən gün işə gəldikdə məhz onun cəzalandırılmağı üçün reyestrdə qeydiyyatdan keçməmiş yoxlama təşkil edilmiş və o, cəzalandırılmışdır. Cavabdehin nümayəndələri özləri də onun konkret hansı əsasla töhmət aldığını deyə bilmirlər. O, həmçinin göstərmişdir ki, təqdim etdiyi sənəd ilk növbədə vəzifə bölgüsü barədə əmrdi, orda ətraflı qeyd olunub ki, hansı vəzifələr üç nəfər arasında bölünmüşdür. Qanunsuz yoxlama xx.xx.2024-cü il tarixdə aparılıb, o, məzuniyyətdən işə xx.xx.2024-cü il tarixdə qayıtmışdır. Onun vəzifələrini heç kimə həvalə etməmişlər, tabeliyində 3 şöbə müdiri olmuş və olara həvalə olunması barədə əmr mövcud deyil. O, həmin dövrdə işdə olmamış və vəzifələrini icra etməmiş, sözügedən turniketlərin işləməsinə nəzarət edən əməkdaşlar var, olarada bu nasazlıq barədə məlumat verilməmişdir. Qeyri işlək vəziyyətdə nəzarətsiz qalmışdır. Digər əmr maddi məsul şəxsin təyin olunması barədə, həmin əmrdə qeyd olunur ki, ümumi istifadədə əmlak üzrə cavabdehliki iqtisadiyyat şöbəsinin müdiri daşıyır, onun rəhbərlik etdiyi şöbə qeyd olunmamışdır. Departament müdirləri isə yalnız özlərinin istifadəsində olan mlak üzrə cavabdehlik daşıyırlar. Turniket qurğusu bizim şəxsi istifadəsində olmamışdır. Əlavə olaraq, satınalma sənədləri təsdiq etməkdən imtina etmişdir, prosedur qaydalarına riayyət olunmadığı səbəbindən, buna dair cavab məktubları da, mövcuddur. Digər məsələ onun barəsində verilmiş təqdimatın əsassız və qanunsuz olduğudur, intizam icraatı başlandıqdan sonra ondan izahat alınmalı və sonradan nazirə təqdim olunmalı idi. Hazırkı məsələdə isə nazir məruzəni imzaladıqdan sonra ondan izahat alınmışdır. H.Abbasov onun barəsində təqdimat vermiş, dövlət qulluğu ilə bağlı kadrlar məsələsi ilə bağlıdır, göstərilən əksər məsələlər nöqsan kimi qeyd oluna bilməz. Ümumiyyətlə qeyd olunan nöqsanlar (telefon kitabçasının çap olunmaması, vakant 21 vəifə mövcud olması və s.) nöqsan kimi qiymət verilməsi absurddur və bu səbəbdən töhmət verib işdən azad etmək qanunsuzdur. Tərtib olunmuş tədbirlər planı isə arayış əsasında tərtib edilib, ona aidiyyəti olmayıb. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 17 fevral 2025-ci il tarixdə vermiş olduğu etirazı müdafiə edərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya qarşı əmrin ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə aşağıdakıları bidirməyi zəruri heab edirik. İddia ərizəsindən göründüyü kimi, İdarə Heyətinin sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4- 134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmri ilə iddiaçıya töhmət verilmişdir. İddiaçı əmrdə hansı nöqsana yol veridyinə görə töhmət verildiyinin heç bir konkret hal və ya faktla əsaslandırılmamasına görə onu qanunsuz hesab edir və iddia ərizəsi ilə əmrin ləğvi üçün məhkəməyə müraciət etmişdir. Əlavə olaraq iddiaçı qeyd edir ki, töhmət ona sırf şəxsi qərəz, qisas, şəxsi ədavət və nifaq zəminində və təzyiq məqsədilə verilmişdir. İddiaçıya töhmət verilməsi barədə əmrdə töhmətin verilməsinə səbəb “əmək fünksiyalarının icrasında nöqsanlara yol verilməsi” qeyd olunmuşdur, əsas kimi isə Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya üzrə kadr kargüzarlığının cari vəziyyətinin yoxlanılmasına, həmçinin qiymətləndirilməsinə, eyni zamanda funksional vəzifələrin icrası vəziyyətinin, eləcə də icra və əmək intizamının monitorinqinə dair xx.xx.2024-cü il tarixli aktda Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı münasibətdə qeyd olunmuş nöqsanlar öz əksini tapmışdır. Qeyd edilənlərlə yanaşı məhkəmənin nəzərinə çatdırırıq ki, 31 may 2024cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin İclasının protokulundan göründüyü kimi, 30 aprel 2024-cü il tarixində keçirilmiş İdarə Heyəti iclasının protokolunda alınan qərara müvafiq olaraq Hüquq və daxili nəzarət şöbəsinə (İddiaçı) 12 may 2024-cü il tarixinə qədər 2023-cü il və cari 2024-cü il üzrə keçirilmiş İdarə Heyətinin iclas protokolları üzrə müəyyən edilmiş icrası gecikən tapşırıqların gecikmə səbəblərinin araşdırılması və nəticə haqqında arayışın təqdim edilməsi ilə bağlı tapşırıq verilmişdir. Daxili Nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən X35 Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada funksional vəzifələrin icrası vəziyyətinin monitorinqinin nəticələri barədə xidməti məruzədən göründüyü kimi, xx.xx.2024-cü il tarixli akt xx.xx.2024-cü il tarixli 3-17/3-1-12612/2024 nömrəli daxili sənədlə Milli Observatoriyaya təqdim olunaraq qısa müddət ərzində nöqsan və çatışmazlıqların aradan qaldırılması, eyni zamanda müvafiq tədbirlərin görülməsi tapşırığı verilmişdir. Lakin, Milli Observatoriyanın xx.xx.2024cü il tarixli 3-17-6/3-1-300/2024 nömrəli daxili sənədlə təqdim etdiyi cavabında aktda qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmadığı müəyyən olunmuş, habelə yol verilmiş nöqsanlarla bağlı bildirilmiş münasibət şöbə tərəfindən qənaətbəxş hesab edilməmişdir. Sonda aparılmış monitorinqin nəticələri ilə bağlı funksional vəzifələrinin icrasında nöqsanlara yol vermiş, həmçinin vəzifə öhdəliklərini tam yerinə yetirməmiş əməkdaşlar barəsində intizam tənbeh tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə tapşırıq verilməsi xahiş edilmişdir. Daha sonra Milli Observatoriyanın İdarə Heyyətinin sədr müavini Hasil Abbasov tərəfindən iddiaçı barəsində əmək funksiyalarının icrasında nöqsanlara yol verilməsi əsası ilə töhmət intizam tənbehinin tətbiq olunmasına razılıq verilməsi ilə bağlı Nazirliyin rəhbərliyinə 3-17-6/3-1-312/2024 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məruzə ilə müraciət olunmuşdur. Əmək qanunvericiliyinin tələblərinə uyğun olara iddiaçıdan izahat alınmış və bunların nəticəsi olaraq töhmətin verilməsi də Əmək Məcəlləsinin bütün müvafiq tələblərinə uyğun olaraq rəsmiləşdirilmişdir. Yuxarıda qeyd edilənlər cavabdeh tərəfindən təqdim edilmiş iclas protokolları və digər sənədlərlə öz təsdiqini tapır, iddiaçı isə Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri olmaqla bu iclaslarda iştirak etmişdir. İddiaçı töhmətin verilməsi barədə əmrdə hansı nöqsanın mövcud olması varsa belə, bu nöqsanın onun əmək funksiyalarına aid olub-olmamasınının aydın olmamasını bildirmiş, bununla bağlı qeyd edilməlidir ki, Hüquq, kadr və sənədlərlə iş departamentinin Əsasnaməsi və həmin Departamentin müdiri barədə vəzifə Təlimatından göründüyü kimi, iddiaçı onun əmək funksiyalarının icrasında nöqsanlara yol vermişdir, bu nöqsanlar onun tərəfindən verilmiş müddət ərzində aradan qaldırılmamış və bu səbəbdən onun barəsində əmək qanunvericiliyi ilə nəzərdə tutulan Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti tətbiq edilmişdir. Digər tərəfdən, işçinin intizam məsuliyyətinə cəlb edilməsi barədə əmrdə intizam məsuliyyətinə cəlb etməyə səbəb olan pozuntunun açıqlanması barədə əmək qanunveriyiciliyinin tələbi yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 154-cü maddəsinin tələblərini rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya qarşı əmrin ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahi.etdi. O, həmçinin göstərmişdir ki, iddiaçı hesab edir ki, aşkar edilən pozuntu onun səlahiyyətlərinə aid deyil və töhmət verilərkən onun şəxsiyyəti nəzərə alınmayıb, ayır-seçkili olub. Hesab edir ki, hər iki əsas təsdiq olunmur. Onlar etiraza əlavə etmişlər ki, aşkar olunan pozuntu birbaşa onun səlahiyyətlərinə aiddir. Töhmət verilərkən bütün prosedur qaydalara əməl olunub, izahatı alınıb, münasibəti bildirilib. İddiaçı hesab edir ki, qüsursuz qulluğuna görə ona töhmət verilə bilməz, onlar isə hesab edirlər ki, bu yanaşma ümumiyyətlə düzgün deyil. Aşkar edilən pozuntu aktda qeyd olunub. Yoxlama gələndə müəyyən edib ki, işçilərin davamiyyətinə nəzarət edən elektron sistem işləmir. Buna görə də, işçilərin işə gəlmə-getmə vaxtlarını müəyyən etmək olmur. Bu pozuntunun aradan qaldırılması üçün iddiaçıya vaxt da verilib, lakin, heç bir tədbir görülməyib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil1 ondan qabaq izahat vermiş Vəkil2 göstədikləri xüsusatları təsdiq edərək, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi, həmin əmrin verilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan (əldən çıxmış fayda) qismində 2 rüb üzrə əmək haqqının (5000 manat) 1 misli ilə ifadə olunan fərdi mükafat məbləğinin, yəni 10000 (on min) manat məbləğin cavabdehdən tutularaq ödənilməsi və mediasiya xərclərinin əvəzi qismində 60 (altmış) manat rüsumun və poçt xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, vəzifə təlimatı ilə işçilərin davamiyyətinə nəzarət edən elektron sistem vəzifə təlimatına əsasən İddiaçı həvalə edilib. İşləmədiyi təqdirdə o, işçilərin davamiyyətinə nəzarət etmək üçün jurnaldan istifadə etməli idi. Lakin iyun-iyul aylarında davamiyyət təqdim edilmədiyindən, daxili nəzarət şöbəsinin məruzəsi əsasında araşdırma aparılıb, kamera görüntüləri çıxarılıb və töhmət verilib. Hesab edir ki, töhmət verilərkən düzgün araşdırma aparılıb, heç bir norma pozulmayıb, ümumilikdə bütün prosedurlara riayət edilərək töhmət verilib. O, həmçinin qeyd etdi ki, idia tələbinin maddi ziyanla bağlı hissəsidə əsassıdır. Belə ki, sənədlərdə daxili nizam-intizam qaydaları qeyd edilir və onların əsasında mükafatlandırma məsələsinə baxılır. Qaydalarda fərdi mükafat qeyd edilib, lakin hər dəfə verilmir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Mülki iş materiallarında olan: Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elnur Səfərli tərəfindən təsdiq edilmiş hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri barədə vəzifə təlimatından görünür ki, həmin şöbənin müdirinin məsuliyyəti aşağıdakı kimi qeyd edilmişdir: Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin lazımi səviyyədə icra edilməsinə; fəaliyyətin həyata keçirilməsi zamanı yol verdiyi Azərbaycan Respublikasının inzibatı cinayət və mülki qanunvericiliyi ilə müəyyən edilmiş qanun pozuntularına; Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi və həmçinin maddi məsuliyyət müqaviləsi ilə müəyyən edilmiş qaydada maddi ziyanın vurulmasına; xidməti fəaliyyəti ilə əlaqədar ona məlum olan dövlət, kommersiya sirn və qanunvericiliklə mühafizə olunan digər məlumatların, habelə Nazirliyin və Nazirliyin tabeliyində olan struktur bölmələrin işçilərinə aid şəxsi məlumatların, sənədlərin üçüncü şəxsə ötürülməsinə və ya yayılmasına; daxili nizam-intizam, əməyin mühafizəsi, etik davranış qaydalarına, sanitahyə və gigiyena, yanğın və texniki təhlükəsizlik qaydalarına və İdarə Heyəti tərəfindən qəbul edilmiş qaydalara riayət edilməsinə; tabeliyində olan işçilərin nizam-intizam qaydalarına, əməyin mühafizəsi qaydalarına, etik davranış qaydaları və yanğın təhlükəsizliyi qaydalarına riayət etməsinə; İmzaladığı sənədlərə görə şəxsən və şərtsiz məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydasının təsdiq edilməsi barədə 28 sentyabr 2021-ci il tarixli, **********3 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndinə əsasən

1. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (H.Məmişov), X17 (M.Abbasbəyli), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (A.Bayramov), Sosial Xidmətlər Agentliyi (V.Behbudov), Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya (E.Əsədov), Tikilməkdə olan Obyektlərin Müdiriyyəti, Sosial Dəstək Mərkəzi (İ.İsrafilov) bu əmrdən irəli gələn məsələlərin həllini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (F.Məmmədov) tapşırılsın ki, Agentliyin və DOST mərkəzlərinin işçilərinin bu Qaydaya uyğun olaraq həvəsləndirilməsi üçün Müşahidə Şurasına təklif versin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 01 oktyabr 2020-ci il tarixli **********4 nömrəli, 13 oktyabr 2020-ci il tarixli **********3 nömrəli və 29 iyul 2021 -ci il tarixli **********3 nömrəli əmrləri ləğv edilsin.

5. Nazirliyin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi (G.Nəsibova) bu əmrin surətinin Nazirliyin aidiyyəti struktur bölmələrinə çatıdırılmasını təmin etsin. Bu əmrin icrasına nəzarət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 02 aprel 2020-ci il tarixli **********7 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin 30 aprel 2024-cü il tarixli protokolundan görünür ki, içtimaiyyətlə əlaqələr istiqamətində 2023 və 2024-cü illər üzrə hesabatla çıxış edən F.Cəfərova dövr ərzində Milli Observatoriyanın fəaliyyəti haqqında ictimaiyyətlə paylaşılan press reliz, müsahibə, veriliş və süjetlərin statsitikası və əhatə dairəsi barədə məlumat verdi. Milli Observatoriyanın internet səhifəsinin fəaliyyətə başlaması, 2023-cü il üçün qarşıya qoyulmuş hədəflərin icra vəziyyəti, sosial media hesablarının idarə edilməsi prosesi və digər məsələlərlə bağlı iclas iştirakçılarına ətraflı məlumat verdi. İqtisadiyyat şöbəsinin müdiri K.Rəhimov şöbənin 2023 və 2024-cü illər üzrə hesabatı ilə çıxış etdi. Belə ki, məruzəçi şöbənin fəaliyyət istiqamətləri, 2023-cü il üzrə görülmüş işlər, 2024- cü ildə icra edilən işlər, şöbəyə daxil olan və qurumlara göndərilən sənədlərin hazırlanması ilə bağlı statistik məlumatları səsləndirdi. Əlavə olaraq K.Rəhimov əldə olunmuş nəaliyyətlər və İqtisadiyyat şöbəsinin qarşılaşdığı problemlərlə bağlı məlumatları da qeyd etdi. Cari məsələlərlə çıxış edən İdarə Heyətinin sədri E.Səfərli 2023-cü il və cari 2024-cü il üzrə keçirilmiş İdarə Heyətinin iclaslarının təsdiqlənmiş protokolları üzrə qərarlar və müvafiq olaraq tapşırıqların icra vəziyyəti ilə bağlı məlumatları iclas iştirakçılarının diqqətinə çatdırdı. Həmçinin həmin protokolda hüquq və daxili nəzarət şöbəsinin rəhbəri İddiaçı 12 may 2024-cü il tarixinə qədər 2023-cü il və cari 2024-cü il üzrə keçirilmiş İdarə Heyətinin iclas protokolları üzrə müəyyən edilmiş icrası gecikən tapşırıqların gecikmə səbəblərinin araşdırılması və nəticə haqqında arayışın təqdim edilməsi ilə bağlı tapşırıq verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin 31 may 2024-cü il tarixli protokolundan görünür ki, cari məsələlərlə çıxış edən İdarə Heyətinin sədri E.Səfərli struktur bölmələr tərəfindən görülmüş işlərlə bağlı daxili infosessiyanın keçirilməsinin məqsədəmüvafiq olduğunu bildirdi. 30 aprel 2024-cü il tarixində keçirilmiş İdarə Heyəti iclasının protokolunda alınan qərara müvafiq olaraq Hüquq və daxili nəzarət şöbəsinə (İddiaçı) 12 may 2024-cü il tarixinə qədər 2023-cü il və cari 2024-cü il üzrə keçirilmiş İdarə Heyətinin iclas protokolları üzrə müəyyən edilmiş icrası gecikən tapşırıqların gecikmə səbəblərinin araşdırılması və nəticə haqqında arayışın təqdim edilməsi ilə bağlı tapşırıq verilmişdir. Lakin İddiaçı tərəfindən bu tapşırıq icra edilmədiyi üçün E.Səfərli 2023-cü il və cari 2024-cü il üzrə keçirilmiş İdarə Heyətinin iclaslarının protokolları üzrə icrası gecikən tapşırıqlarla bağlı vəzifə bölgüsünə uyğun olaraq İdarə Heyəti sədrinin müavinlərinə müvafiq tapşırıqlar verilmişdir. Müraciətə baxılmasının digər əməkdaşa həvalə edilməsi haqqında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observtoriyanın İdarə Heyətinin sədri Elnur Səfərliyə xidməti məruzəsindən görünür ki, vətəndaş X14 Azərbaycan Respublikasının Nazirlər Kabinetindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı vasitəsilə həmin Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya daxil olmuş 3-17/1-Ş-17675/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətinə tərəfimdən baxılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunun 9.2-1-ci maddəsinə əsasən barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya X13 Alt Sisteminin hazırki sənəd üzrə müvafiq dərkənar məlumatlarından göründüyü kimi bir sıra etik davranış qaydaları pozuntularına dair ittihamların əks olunduğu sözügedən müraciətə baxılması xx.xx.2024-cü il tarixli dərkənarla bilavasitə barəsində şikayət olunan vəzifəli şəxsin özünə - yəni İdarə Heyətinin sədr müavini Hasil Abbasova həvalə edilmiş, sonuncu isə həmin müraciətə baxılmasını xx.xx.2024-cü il tarixli dərkənarla mənə həvalə etmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, müvafiq sənədə baxılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə İdarə Heyətinin sədr müavini Hasil Abbasova verilmiş dərkənar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 13-cü maddəsi kontekstində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-1-ci maddəsinin tələblərinə uyğun olmadığından, sonuncu tərəfindən verilmiş belə dərkənar da müvafiq tələblərə ziddir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, müraciətin mətnində ərizəçinin qeyd etdiyi xüsusatlar barədə məlumatlı olması əsası ilə əmək hüquqlarının məhdudlaşdırılması və s. üsullarla təqib edilməsinin nəzərdə tutulduğu iddia olunan əməkdaşlardan biri kimi adım hallandırıldığından müraciətdə istinad olunan bilavasitə özümlə bağlı həmin xüsusatların tam, obyektiv, qərəzsiz və hərtərəfli araşdırılmasında maraqlı şəxsəm. Ona görə də hesab edirəm ki, hazırki müraciətin tərəfimdən baxılması bununla bağlı araşdırmanın obyektivliyini və qərəzsizliyini şübhə altına ala bilər. Nazirliyin 2019-cu il 27 noyabr tarixli **********3 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 3.10.1-ci yarımbəndinə əsasən maraqların toqquşması barədə məlumat verilmiş rəhbər şəxs maraqların toqquşmasının qarşısının alınması və ya tənzimlənməsi istiqamətində öz səlahiyyətləri daxilində maraqların toqquşması vəziyyətinin yaranmasına səbəb olan və ya səbəb ola biləcək vəzifə funksiyasının digər əməkdaşa həvalə edilməsini təmin etməlidir. Ona görə də sözügedən müraciətə baxılmasının digər əməkdaşa həvalə edilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Müvafiq Aktda qeyd olunmuş məlumatların təqdim edilməsi barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observtoriyanın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Hasil Abbasova xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin əməkdaşı kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılmasının yoxlanılması və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada ezamiyyətdə olmuş, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya üzrə kadr kargüzarlığının cari vəziyyətinin yoxlanılmasına, həmçinin qiymətləndirilməsinə, eyni zamanda funksional vəzifələrin icrası vəziyyətinin, eləcə də icra və əmək intizamının monitorinqinə dair” 31 iyul 2024-cü il tarixli Akt tərtib edilmiş, həmin Akt üzrə qurumun müvafiq fəaliyyət istiqamətləri ilə bağlı bir sıra sənəd və məlumatlar tələb olunmuşdur. Belə ki, tərəflərindən Milli Observatoriyada əməkdaşların əmək intizamına nəzarətin və davamiyyətin araşdırılması məqsədilə inzibati binanın girişində xüsusi cihazlar vasitəsi ilə (turniket sistemi) tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun və iyul aylarının reyesterinin yoxlama dövründə təqdim olunmasının mümkün olmaması səbəblərini əks etdirən 05 avqust 2024-cü il tarixli Akt (müvafiq Akta əlavə) tərtib edilmiş (əlavə olunur), müvafiq məlumatlara texniki çıxış imkanı olan əməkdaş B.Mirzəyev qeyd olunan tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra tələb olunan məlumatları müvafiq proqram təminatından emal edərək elektron davamiyyət cədvəlinə daxil etmişdir (əlavə olunur). Məlumat üçün bildirmişdir ki, 2 iyul 2024-cü il tarixindən 5 avqust 2024-cü il tarixinədək turniket sistemi məlumatlarına çıxış icazəsi olan Hüquq və daxili nəzarət şöbəsinin baş mütəxəssisi B.Mirzəyev və turniket qurğusunun texniki yoxlanışına nəzarəti həyata keçirən Strateji təhlil və innovasiya şöbəsinin baş mütəxəssisi E.Talıbov əmək məzuniyyətində olduqlarından, həmin müddət ərzində turniket qurğusunda naməlum səbəbdən baş vermiş texniki nasazlığın aradan qaldırılması, bununla da 2024-cü ilin iyul ayı ərzində əməkdaşların işə davamiyyətinin elektron qeydiyyat məlumatlarının əldə edilməsi mümkün olmamışdır. Həmçinin bildirir ki, hal-hazırda inzibati binanın girişində quraşdırılmış turniket qurğusunda texniki nasazlıq aradan qaldırılmış, Strateji təhlil və innovasiya şöbəsinin baş mütəxəssisi E.Talıbov tərəfindən qurumun rəhbərliyi ilə razılaşdırılaraq turniket qurğusunun texniki vəziyyətinə cari nəzarətin mərkəzləşdirilmiş qaydada DOST X5 ötürülməsi istiqamətində işlər aparılır. Bununla yanaşı, sözügedən turniket qurğusunun proqam təminatının məlumatlarına Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin birbaşa çıxış imkanlarının yaradılması ilə bağlı tərəfimizdən DOST RİM qarşısında məsələ qaldırılmışdır. Təsdiq olunmuş iş planlarının icra vəziyyəti ilə bağlı müvafiq məlumatların icraçılar tərəfindən təqdim edilməsi ilə bağlı müvafiq Aktda göstərilmiş xüsuatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin X25 iclasının xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokolu ilə təsdiq edilmiş Əsasnaməsində müəyyən edilmiş fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri xaricindədir. Odur ki, təsdiq olunmuş iş planlarının icra vəziyyəti ilə bağlı müvafiq məlumatların icraçılar tərəfindən təqdim edilməsi ilə bağlı aidiyyəti struktur bölməyə və həmin tədbirlərin müvafiq iş planlarında müəyyən edilmiş icraçılarına göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X31 İdarə Heyəti sədrinin 21 iyun 2024-cü il tarixli, 3-17-6/3-4-73/2024 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində çalışan İddiaçı xx.xx.2023-xx.xx.2024-cü iş ili üçün nəzərdə tutulmuş 32 (əsas məzuniyyət 30 gün, əmək stajına görə əlavə 2 gün) gün emək məzuniyyətindən 19 təqvim günü verilməsi, məzuniyyətin başlama tarixi 8 iyul 2024-cü il, bitmə tarixi 26 iyul 2024-cü il, işə çıxma tarixi 29 iyul 2024-cü ildir (27-28 iyul 2024-cü il tarixləri həftələrarası istirahət günlər, olduğundan) İddiaçı bir aylıq vəzifə maaşı həcmində birdəfəlik müavinətin ödənilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X31 idarə heyətinin sədri Elnur Səfərlinin 30 avqust 2024-cü il tarixli, 3-17-6/3-4-134/2024 saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Nizamnaməsi”nin 4.11.7 və 4.11.11-ci yarımbəndlərinj rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, Əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyinə görə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı töhmət verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” üzrə kadr kargüzarlığının cari vəziyyətinin yoxlanılmasına, həmçinin qiymətləndirilməsinə, eyni zamanda funksional vəzifələrin icrası vəziyyətinin, eləcə də icra və əmək intizamının monitorinqinə dair 31 iuyl 2024-cü il tarixli aktdan görünür ki, Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin təlim və təhlil sektorunun müdiri vəzifəsində qulluq keçən X27, Daxili nəzarət və audit şöbəsinin daxili audit sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X8 və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sənəd dövriyyəsinin təhlili və monitorinqi sektorunda məsləhətçi vəzifəsində qulluq keçər X3 xx.xx.2024-cü il tarixindən 3 (üç) gün müddətinə kadr kargüzarlığının yoxlanılması kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılmasının yoxlanmas və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya (bundan sonra-Milli Ooservatorıya) Nazirliyin 29 07 2024-cü İİ tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə əsasən ezam edilmişlər. Yoxlama zamanı 2024-cü ilin İ yanmlliyi üzrə təsdiq olunmuş iş planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi, vətəndaşlardan, habelə digər dövlət və yerli idarəetmə orqanları, idarə müəssisə və təşkilatlardan daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən olmuş qaydada baxılması, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən verilmiş tapşırıqların və nazirlikdaxili əmirlərin, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və digər qanunvericilik aktları üzrə tapşırıqların icra, vəziyyəti mövcud dövr ərzində seçmə qaydada yoxlanılmışdır. Yoxlama dövrü ərzində müşahidə olunan mövcud vəziyyət, habelə müəyyən olunmuş nöqsan və çatışmazlıqlar barədə: Təsdiq olunmuş iş planlarının icra vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, Observatorıyada yoxlamanın əhatə etdiyi dövr ərzində cəmi 61 tapşırığın icrası nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı 2024-cü ilin İ yarımili üzrə icrası nəzərdə tutulan tapşırıqlarla bağlı görülmüş işlər aidiyyəti departament və şöbələr tərəfindən yalnız elektron poçt (e-mail) vasitəsilə rəhbərliyə təqdim edildiyindən qeyd olunan tapşırıqların icra vəziyyətinin qismən və ya tam həyata keçirilməsini müəyyən elmək mümkün olmamışdır. Bununla bağlı icraçılar tərəfindən, aidiyyəti tanı icra sənədləri yoxlamaya təqdim edilməmişdir. Həmçinin Nazirliyin 31,07.2018-ci ıl tarixi **********5 nömrəli əmrinə əsasən hesabat dövrünün başlamasına ən azı 10 iş günü qalmış Nazirliyin strukturuna daxil olan qurumların və tabeliyindəki müəssisələrin rəhbərləri tərəfindən imzalanmış iş planlarının təsdiq olunmaq üçün kurasiya üzrə Nazirliyin rəhbərliyinə təqdim olunması, eləcə də iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticələrinə dair məlumatın hər hesabat üzrə başa çatdıqdan sonra ildə 2 dəfə - yanvar və iyul aylarının 15-dək Aparatın Daxili nəzarət şöbəsinə verilməsi nəzərdə tutulsa da, Milli Observatorıyanın 2024-cü ilin İ yanmili uçüç iş planının təsdiqinin təqdim olunması nəzərdə tutulan vaxtdan qec həyata keçirilmişdir. Milli Observatorıyada əməkdaşların əmək intizamına nəzarətin və davamiyyətin araşdırılması məqsədilə inzibat binanın girişində xüsusi cihazlar vasitəsi lə (turniket sistemi) tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun və iyul aylarının reyesterinm təqdim olunması Milli Observatoriyamn idarə heyətinin sədrinə məlumat verilməklə aidiyyəti üzrə Hüquq, kadr və sənəd ərlə iş departamentinin müdiri İddiaçı istənilsə də, tələb olunan məlumatlar hazıradək təqdim olunmamışdır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi (bundan sonra - Şöbə) tərəfindən Nazirliyin inzibati binasında və yerli bölmələrində əməkdaşların işə gəlmə vaxtları, davamiyyəti və ümumilikdə əmək intizamı ilə əlaqədar həyata keçirdiyi daxili nəzarət tədbirləri ilə bağlı xx.xx.2024-cü ilin 3-17/3-1-5102/2024 nömrəli xidməti məruzəsində Milli Observatoriyada bir sıra əməkdaşların üzrsüz səbəbdən işə gec gəldiyi, müxtəlif səbəblərdən işburaxma halları müşahidə edilmiş, gecikmənin və işburaxmanın səbəbləri ilə bağlı həmin işçilərdən izahatlar alınmış və müvafiq təsdiqedici sənədlər toplanılmış, həmçinin üsürsüz gecikmələrin gələcəkdə qarşısının alınması məqsədilə işçilərlə profilaktik söhbətlər aparılaraq əmək intizamına nəzarətin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi barədə rəhbər şəxslərə tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların icrası ilə bağlı Milli Observatoriyanın xx.xx.2024-cü il tarixli 3-17-6/3- 1-204/2024 nömrəli məruzəsində qeyd olunan neqativ halın aradan qaldırıldığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” üzrə kadr kargüzarlığının cari vəziyyətinin yoxlanılmasına, həmçinin qiymətləndirilməsinə, eyni zamanda funksional vəzifələrin icrası vəziyyətinin, eləcə də icra və əmək intizamının monitorinqinə dair 05 avqust 2024-cü il tarixli aktda əlavədən görünür ki, Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin təlim və təhlil sektorunun müdiri vəzifəsində qulluq keçən E.Cəfərov, Daxili nəzarət və audit şöbəsinin daxili audit sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən M.Muradova və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sənəd dövriyyəsinin təhlili və monitorinqi sektorunda məsləhətçi vəzifəsində qulluq keçən T.Abdulmənəfov xx.xx.2024- cü il tarixindən 3 (üç) gün müddətinə kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılmasının yoxlanılması və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya (bundan sonra-Milli Observatoriya) Nazirliyin xx.xx.2024-cü il tarixli 3- 17/3-4-642/2024 nömrəli əmrinə əsasən ezam edilmiş, müvafiq qaydada yoxlama aparılmış və yoxlama dövrü ərzində müşahidə olunan mövcud vəziyyət, habelə müəyyən olunmuş nöqsan və çatışmazlıqlar barədə 31 iyul 2024-cü il tarixli Akt tərtib edilmişdir. Aktda qeyd olunmuş bir sıra xüsusatları aydınlaşdırmaq məqsədilə aşağıdakıları qeyd etməyi vacib hesab edirik: Belə ki, Aktda göstərilmişdir ki, "Milli Observatoriyada əməkdaşların əmək intizamına nəzarətin və davamiyyətin araşdırılması məqsədilə inzibati binanın girişində xüsusi cihazlar vasitəsi ilə (turniket sistemi) tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun və iyul aylarının reyesterinin təqdim olunması Milli Observatoriyanın İdarə heyətinin sədrinə məlumat verilməklə aidiyyəti üzrə Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı istənilsə də, tələb olunan məlumatlar hazıradək təqdim olunmamışdır.” Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, inzibati binanın girişində quraşdırılmış xüsusi cihazın (turniket sistemi) müvafiq proqram təminatına əməkdaşlardan Hüquq və daxili nəzarət şöbəsinin baş mütəxəssisi X7 və Strateji planlaşdırma və innovasiya şöbəsinin baş mütəxəssisi X12 çıxış imkanları mövcud olmuş, hər iki əməkdaş yoxlama dövründə əmək məzuniyyətində olmuş, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə saat 12.09, 12.26, 15.54, 15.55, 16.43 radələrində X15 ilə telefon əlaqəsi saxlayaraq ondan turniket sisteminin proqram təminatına daxil olmaq üçün köməklik göstərməsini, bunun üçün inzibati binaya yaxınlaşmasını xahiş etmiş, sonuncu isə şəxsi işləri ilə əlaqədar (Şuşa şəhərinə ona dövlət tərəfindən verilmiş mənzilə yerləşdirilməsindən ötrü şəxsi əşyalarım göndərməkdə olduğunu) yalnız saat 17.30 radələrində inzibati binaya yaxınlaşa biləcəyini bildirmiş, B.Mirzəyev saat 17.30 radələrində proqram təminatına daxil olmaq üçün inzibati binaya yaxınlaşsa da yoxlama qrupu saat 17.15 radələrində həmin gün üçün işini yekunlaşdırdığından bu mümkün olmamışdır. Növbəti gün isə B.Mirzəyevin inzibati binaya yaxınlaşması mümkün olmadığından və Strateji planlaşdırma və innovasiya şöbəsinin müdiri Nicat Əlizadə həmin şöbənin əməkdaşı baş mütəxəssis X20 ilə telefon əlaqəsi saxlamış, analoji xahişlə ona müraciət etmiş, sonuncu isə şəxsi işləri ilə əlaqədar yalnız 01 avqust 2024-cü il tarixdə inzibati binada ola biləcəyini bildirmişdir. Beləliklə, qeyd olunanlara əsasən obyektiv səbəblərdən inzibati binanın girişində sözügedən proqram təminatına yoxlama qrupu tərəfindən baxış keçirilməsi üçün texniki şərait yaradılması mümkün olmamış, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı və Milli Observatoriyanın müvafiq yoxlamada iştirak etmiş digər əməkdaşları da öz növbəsində yoxlama qrupuna həmin proqram təminatına baxış imkanı yaradılmasının, bu sahədə aşkarlığın və şəffaflığın təmin edilməsinin tərəfdarı olmuş, bu istiqamətdə bütün mümkün tədbirləri həyata keçirmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı və Milli Observatoriyanın müvafiq yoxlamada iştirak etmiş digər əməkdaşları müvafiq sahədə aşkarlığın və şəffaflığın təmin olunması üçün nəinki inzibati binada turniket sistemi tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun və iyul aylarının reyesterinin təqdim olunmasının, hətta həmin reyestr məlumatlarının inzibati binada quraşdırılmış təhlükəsizlik kameralarının müvafiq dövr üzrə məlumatları ilə müqayisəli təhlil edilməsinin, habelə qurumun inzibati binasında perspektivdə biometrik eyniləşdirmə giriş-çıxış cihazının quraşdırılmasının, onun proqram təminatına hər hansı müdaxilənin qarşısının alınması üçün onun şifrələnməsinin, habelə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə birbaşa çıxış imkanlarının yaradılmasının tərəfdarıdır. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada funksional vizəfələrin icrası vziyyətinin motitorinqinin nəticələri barədə daxili nəzarət və audit şöbəsi müdirinin Azərbaycan Respublikasının mək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimova xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin Daxili audit sektorunun aparıcı məsləhətçisi X1 kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılmasının yoxlanılması və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya ezam edilmişdir. Aparılmış monitorinqin nəticələri ilə bağlı tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt xx.xx.2024-cü il tarixli 3-17/3-1-12567/2024 nömrəli daxili sənədlə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə təqdim olunmuşdur. Aktda qeyd olunmuş nöqsanların 2 (iki) iş günü müddətində aradan qaldırılaraq nəticəsi barədə məlumat verilməsi məqdəsilə müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada kadr kargüzarlığının yoxlanılmasının nəticələri barədə dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimova xx.xx.2024-cü il tarixli, 3-17/3-1-12581/2024 saylı xidməti məruzəsindən görünür ki, bildiyiniz kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə uyğun olaraq Nazirliyin Aparatının Dövləl qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşı Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafis Məsələləri üzrə Milli Observatoriyada kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin car vəziyyətinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi məqsədilə həmin qurumda ezamiyyədə olmuşdur. Ümumilikdə yoxlanılan 34 istiqamətdən 10-da (29%) çatışmazlıqlar və nöqsanlar aşkar olunmuşdur. Nöqsanların aradan qaldırılması üçün zəruri tövsiyələr verilmişdir. Nəzərə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada 29-30 iyul 2024-cü il tarixlərində aparılmış kadr kargüzarlığının yoxlanılma nəticələri barədə ARAYİŞ Kadr məsələləri ilə bağlı yoxlama aşağıdakı sənədlərə baxış əsasında həyata keçirilmişdir.

№ Sənədlər Yoxlamanın nəticəsi Nöqsan Şəxsi işlərdə kadr uçotunun şəxsi vərəqələri nümunəvi formaya uyğun deyil. Vərəqədə fərdin

1. Şəxsi işlər məlumatları dolğun əks olunmamışdır (məsələn: Var (KUŞV, vətəndaşlığı, hərbi mükəlləfiyyəti və s.) Şəxsi işlər 3 avtobioqrafiya, bölməyə ayrılsa da əksər hallarda sənədlərin sənədlər) ardıcıllığı pozulmuşdur. Şəxsi işlərdə bəzi sənədlərin surətləri təkrardır və kənar sənədlər daxil edilmişdir. Əmək müqavilələri nümunəvi formaya uyğundur. Lakin müqavilələrə dəyişikliklər zamanı əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, 2020-ci və 2021 -ci illərdə işə qəbul edilmiş və müddətsiz əmək müqavilələri bağlanılmış 14 işçinin əmək müqavilələrinə dəyişiklik edilərək müddətsiz əmək müqavilələri müddətli əmək müqavilələri ilə əvəz edilmişdir. İlkin əmək Əmək müqaviləsinə və ona edilmiş dəyişikliklər nəzərə müqavilələri alınmaqla yenidən tərtib edilmiş əmək Var

2. (təsdiqli) müqavilələrində müqavilənin bağlanma, işçinin işə başlama və müqavilənin müddətinin hesablanması yanlış olaraq ilkin müqavilənin bağlandığı tarixdən götürülmüşdür. Halbuki, müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz olunması ilə bağlı hazırlanmış yeni əmək müqaviləsi kimi yalnız imzalandığı tarixdən sonrakı dövrdə əmək münasibətlərini əks etdirməlidir. ƏMAS-ın texniki imkanlarının dəyişiklikdə müddət axımının hesablanmasını ilkin müqavilənin bağlandığı tarixdən götürdüyünü nəzərə alaraq qeyd edilən halda yeni - müddətli əmək müqaviləsi bağlanmalı idi. Təyinat və xitam bildirişləri var. Bəzi hallarda bildirişlə əmr arasında tarix fərqləri var. Müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilərkən bildiriş sistemə daxil edildiyi tarixdən qüvvəyə minmiş və müddətli olaraq müddətinin qurtardığı tarix bildirişin sistemə daxil edildiyi

3. ƏMAS bildirişlər tarixdən hesablanmalıdır (ilkin müqavilənin bağlandığı tarixdən deyil). Kağızda bağlanmış müqavilələrlə ƏMAS bildirişləri arasında Var uyğunsuzluqlar var. Bəzi hallarda (4 əməkdaşda) bildirişdə müqavilənin bağlanma müddətinə dəyişiklik edilməsinə baxmayaraq tərəflərin razılaşdırması kağız daşıyıcıda mövcud deyil. Belə ki, İRİS sistemi vasitəsilə aparılmış yoxlama zamanı zərurət yaranmışdır ki, müqavilənin müddəti 2 aylıq müəyyən edilsin. ƏMAS-da dəyişiklik edilmiş, lakin kağızda bu dəyişiklik razılaşdırılmamışdır. 2024-cü ilin 1-ci yarımili üzrə iş planında kadr məsələlərinə aid 5 tədbir müəyyən edilmişdir. İş planı (təsdiqli) Təqdim olunmuş məlumatlara əsasən cari dövr

4. və onun icrası ərzində tədbirlərin 4-ü icra olunub, 1-nin icrasına Var başlanılmayıb. İcra olunmuş bəzi tədbirlərin icrası ilə bağlı məlumatlar sənəd və rekvizitləri qeyd edilmədən ümumi formada yazılmışdır. Hesabatların təqdim olunması ilə bağlı 2023-cü ildə

5. Hesabatlar 2 halda, 2024-cü ilin 1-ci yarımili ərzində 1 halda Var gecikmə olmuşdur. Xidməti məruzələr müvafiq formalara uyğun tərtib

6. Xidməti olunmuşdur. Hazıradək icra olunmamış 2 xidməti Var məruzələr məruzə mövcuddur. 2024-cü il üzrə əmək məzuniyyətinin növbəlilik Məzuniyyət cədvəli cari ilin yanvar ayında təsdiq edilmişdir. qrafiki (təsdiqli) Əmək məzuniyyətlərinin verilmə növbəsi ilə Var

7. və əlaqədar həmkarlar ittifaqları təşkilatının rəyi məzuniyyətdən yoxdur. Növbəlilik cədvəlindən aydın olur ki, bəzi istifadə struktur bölmələrdə eyni ayda əməkdaşların yarıdan çoxu məzuniyyətdədir. Əmək məzuniyyətindən istifadə edənlərin sayı 56 nəfərdir. İşə davamiyyət İş vaxtının uçotu tabeli var. İşə davamiyyət cədvəli və iş Qurumun yerləşdiyi inzibati binanın turniket sistemi

8. vaxtının uçotu ilə bağlı olduğundan və texniki problemlərlə Var tabeli əlaqədar məlumat itkisi baş verir. İşə davamiyyət cədvəli kağız və ya elektron daşıyıcıda təqdim olunmadı. 2024-cü ilin 1-ci yarımili ərzində işçilərə 15 arayış verilmişdir. Bəzi hallarda qeyri-müəyyən səbəblərdən arayışların əsli qurumda

9. Arayışlar saxlanılmışdır. Verilən arayışlara baxış zamanı Var müəyyən olunmuşdur ki, Qurumun blankında verilmiş xasiyyətnamədə 2 nəfər vəzifəli şəxsin imzası vardır. Əməyin Yeni əməkdaşlara əməyin mühafizəsi qaydaları, mühafizəsi üzrə yanğın, təhlükəsizlik qaydaları ilə bağlı ilkin

10. təlimatlandırma təlimatlandırılma aparılmışdır. Təkrar Var təlimatlandırılma aparılmamışdır. Əmrlər (təyinat, keçirilmə, xitam,

11. həvalə (boş və Əmrlər qanunvericiliyin tələblərinə uyğun tərtib müvəqqəti), olunmuşdur, əmrin əsası olan sənədlər mövcuddur. məzuniyyət, ezamiyyət)

12. Ərizələr Ərizələr qanunvericiliyin tələblərinə uyğundur. Ayrıca "Ərizə və izahatlar" qovluğu da var. Qeydiyyat və uçot (müqavilə,

13. əmr, əmək Sənədlərin qeydiyyatı və uçotu müvafiq jurnallarda kitabçası, daxili aparılır. və çıxan sənəd, ezamiyyə) Əmək kitabçaları ayrıca kiçik dəmir seyfdə saxlanılır. Qurumun nomenklaturu üzrə işçi sayı ilə

14. Əmək kitabçaları mövcud əmək kitabçalarının sayı eynidir. Əmək kitabçalarında müvafiq qeydlər aparılmışdır. Qurumun Qurumun nizamnaməsi Azərbaycan Respublikası

15. nizamnaməsi Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 95 (təsdiqli) nömrəli Qərarı ilə təsdiq edilmişdir. Struktur Struktur bölmələrin əsasnamələri X25 iclasının

16. bölmələrin xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokolu əsasnamələri ilə təsdiq edilmişdir. (təsdiqli) Vəzifə təlimatları (təsdiqli) və işə Struktur bölmələrin əsasnamələri X25 iclasının

17. qəbul zamanı xx.xx.2022-ci il tarixli **********1 nömrəli protokolu tələblərə riayət ilə təsdiq edilmişdir. olunması

18. Daxili qaydalar Təsdiq edilmiş daxili qaydalar mövcuddur. (təsdiqli) Qurumun qüvvədə olan ştat cədvəli 01,07.2024-cü Ştat cədvəli

19. il tarixli 3-17-6/3-2-22/2024 nömrəli əmr ilə təsdiq (təsdiqli) edilmişdir. Qurumda ştat sayı 70, işçi sayı 55, vakansiya sayı

20. İşçi sayı və 15-dir. Vəzifələrin 21%-i vakantdır. Ən uzun müddət vakansiyalar vakansiya olan vəzifə 2022-ci ildən vakantdır (Layihələrlə iş şöbəsində) İşçilərin siyahıları (müddətli, sosial

21. faktor, 65 yaş, Müvafiq siyahılar mövcuddur. xaricdə təhsil və s.) Təlim ehtiyacları, Təsdiq edilmiş Təlim Planı təqdim edilməmişdir.

22. təlim planı 2024-cü ilin 1-ci yarımili ərzində keçirilmiş 21 (təsdiqli) və təlimdə ümumilikdə 185 əməkdaş iştirak etmişdir. təlimlərin keçirilməsi 2024-cü ilin 1-ci yarımili ərzində 20 əməkdaş fərdi

23. Mükafatlandırma mükafatlandırılmış, kollektiv mükafatın həcmi əmək haqqının 1.5 misli təşkil etmişdir.

24. 2024-cü ilin 1-ci yarımili ərzində əməkdaşlar İntizam tənbeh barədində intizam tənbeh tədbiri tətbiq tədbirləri edilməmişdir.

25. 2024-cü ilin 1-ci yarımili ərzində 54 nəfər daxili Ezamiyyət ezamiyyədə, 4 nəfər xarici ezamiyyədə olmuşdur. 2024-cü ilin 1-ci yarımili ərzində X2 Sistemi vasitəsilə təyinatla bağlı 7, keçirilmə ilə bağlı 16 İRİS

26. nəfərin müvafiq qaydada yoxlanışı həyata keçirilmişdir. Əməkdaşların İRİS-ə daxil edilmə göstəricisi 100%-dir.

27. Vətəndaş Kadr məsələləri ilə bağlı 1 vətəndaş müraciəti daxil müraciətləri olmuşdur. 2024-cü ilin 1-ci yarımili ərzində 51 nəfər əmək

28. Bülletenlər qabiliyyətinin olmaması vərəqi təqdim etmişdir (aylıq orta hesabla işçilərin 15%-i). Son haqq-hesab və təhvil-təslim məsələləri müvafiq Təhvil-təslim

29. qaydada aparılıb və arxivləşdirilmiş şəxsi işlərə məsələləri əlavə olunub

30. Şəxsi işlərin Arxivləşdirilmiş şəxsi işlərə xitam əmrlərinin surətləri arxivləşdirilməsi və müvafiq sənədlər daxil edilib.

31. 2024-cü ilin 1-ci yarımili ərzində 2 məhkəmə işi ilə Məhkəmə işləri əlaqədar proses davam edir.

32. Çap olunmuş variantı yoxdur, yalnız elekton cədvəl Telefon kitabçası formasında aparılır.

33. Elektron imza Hazırda 54 nəfər elektron imza kartından istifadə kartı (tokeni) edir.

34. Hazırda 54 nəfər Nazirliyin mərkəzləşdirilmiş MİS-də qeydiyyat elektron informasiya sistemindən istifadə edir. Yoxlama nəticəsində aşkar olunmuş çatışmazlıqlar 29% Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada funksional vizəfələrin icrası vziyyətinin motitorinqinin nəticələri barədə daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimova xx.xx.2024-cü il tarixli, 3-17-/3-1-1-12672/2024 saylı xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin Daxili audit sektorunun aparıcı məsləhətçisi X1 kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılması və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya ezam edilmişdir. Aparılmış monitorinq zamanı Milli Observatoriyanın müvafiq fəaliyyət istiqaməti üzrə funksional vəzifələrin icrasında bir sıra nöqsan və çatışmazlıqlar müəyyən olunmuşdur. Aşkarlanmış nöqsan və çatışmazlıqlar xx.xx.2024-cü il tarixli qarşılıqlı imzalanmış aktla rəsmiləşdirilmişdir. Həmin akt xx.xx.2024cü il tarixli 3-17/3-1 -12612/2024 nömrəli daxili sənədlə Milli Observatoriyaya təqdim olunaraq qısa müddət ərzində nöqsan və çatışmazlıqların aradan qaldırılması, eyni zamanda müvafiq tədbirlərin görülməsi tapşırığı verilmişdir. Lakin, Milli Observatoriyanın xx.xx.2024-cü il tarixli 3-17-6/3-1-300/2024 nömrəli daxili sənədlə təqdim etdiyi cavabında aktda qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmadığı müəyyən olunmuş, habelə yol verilmiş nöqsanlarla bağlı bildirilmiş münasibət Şöbə tərəfindən qənaətbəxş hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, aparılmış monitorinqin nəticələri ilə bağlı funksional vəzifələrinin icrasında nöqsanlara yol vermiş, həmçinin vəzifə öhdəliklərini tam yerinə yetirməmiş əməkdaşlar barəsində intizam tənbeh tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə tapşırıq verilməsi xahiş edilmişdir. İdarə heyəti sədrinin vəzifə funksiyalarını icra edən İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun Azərbaycan Respublikasının mək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə xx.xx.2024-cü il tarixli, 3-17-6/3-1-312/2024 saylı xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 9 avqust 2024-cü il tarixli 3-17/3-1-12673/2024 nömrəli və Dövlət qulluğu və kadr məsələləri şöbəsinin 05 avqust 2024-cü il tarixli 3-17/3-1- 12581/2024 nömrəli xidməti məruzələrinə aidiyyəti üzrə tərəfimizdən baxılmışdır. Bildirilmişdir ki, kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılması və sənəd dövriyyəsi ilə bağlı keçirilmiş monitorinq nəticəsində bir sıra nöqsan və çatışmazlıqlar müəyyən olunmuşdur. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət intizam tənbeh tədbirinin tətbiq olunmasına dair razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” üzrə kadr kargüzarlığının cari vəziyyətinin yoxlanılmasına, həmçinin qiymətləndirilməsinə, eyni zamanda funksional vəzifələrin icrası vəziyyətinin, eləcə də icra və əmək intizamının monitorinqinə dair 31 iuyl 2024-cü il tarixli aktına əsasən, Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin təlim və təhlil sektorunun müdiri vəzifəsində qulluq keçən X27, Daxili nəzarət və audit şöbəsinin daxili audit sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən X8 və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sənəd dövriyyəsinin təhlili və monitorinqi sektorunda məsləhətçi vəzifəsində qulluq keçər X3 xx.xx.2024-cü il tarixindən 3 (üç) gün müddətinə kadr kargüzarlığının yoxlanılması kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılmasının yoxlanmas və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya (bundan sonra-Milli Ooservatorıya) Nazirliyin 29 07 2024-cü İİ tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə əsasən ezam edilmişlər. Yoxlama zamanı 2024-cü ilin İ yanmlliyi üzrə təsdiq olunmuş iş planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi, vətəndaşlardan, habelə digər dövlət və yerli idarəetmə orqanları, idarə müəssisə və təşkilatlardan daxil olmuş müraciətlərə qanunvericiliklə müəyyən olmuş qaydada baxılması, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən verilmiş tapşırıqların və nazirlikdaxili əmirlərin, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və digər qanunvericilik aktları üzrə tapşırıqların icra, vəziyyəti mövcud dövr ərzində seçmə qaydada yoxlanılmışdır. Yoxlama dövrü ərzində müşahidə olunan mövcud vəziyyət, habelə müəyyən olunmuş nöqsan və çatışmazlıqlar barədə: Təsdiq olunmuş iş planlarının icra vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, Observatorıyada yoxlamanın əhatə etdiyi dövr ərzində cəmi 61 tapşırığın icrası nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı 2024-cü ilin İ yarımili üzrə icrası nəzərdə tutulan tapşırıqlarla bağlı görülmüş işlər aidiyyəti departament və şöbələr tərəfindən yalnız elektron poçt (e-mail) vasitəsilə rəhbərliyə təqdim edildiyindən qeyd olunan tapşırıqların icra vəziyyətinin qismən və ya tam həyata keçirilməsini müəyyən etmək mümkün olmamışdır. Bununla bağlı icraçılar tərəfindən, aidiyyəti tanı icra sənədləri yoxlamaya təqdim edilməmişdir. Həmçinin Nazirliyin xx.xx.2018-ci ıl tarixi **********5 nömrəli əmrinə əsasən hesabat dövrünün başlamasına ən azı 10 iş günü qalmış Nazirliyin strukturuna daxil olan qurumların və tabeliyindəki müəssisələrin rəhbərləri tərəfindən imzalanmış iş planlarının təsdiq olunmaq üçün kurasiya üzrə Nazirliyin rəhbərliyinə təqdim olunması, eləcə də iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasının nəticələrinə dair məlumatın hər hesabat üzrə başa çatdıqdan sonra ildə 2 dəfə - yanvar və iyul aylarının 15-dək Aparatın Daxili nəzarət şöbəsinə verilməsi nəzərdə tutulsa da, Milli Observatorıyanın 2024-cü ilin İ yanmili uçüç iş planının təsdiqinin təqdim olunması nəzərdə tutulan vaxtdan qec həyata keçirilmişdir. Milli Observatorıyada əməkdaşların əmək intizamına nəzarətin və davamiyyətin araşdırılması məqsədilə inzibat binanın girişində xüsusi cihazlar vasitəsi lə (turniket sistemi) tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun vo iyul aylarının reyesterinm təqdim olunması Milli Observatoriyamn idarə heyətinin sədrinə məlumat verilməklə aidiyyəti üzrə Hüquq, kadr və sənəd ərlə iş departamentinin müdiri İddiaçı istənilsə də, tələb olunan məlumatlar hazıradək təqdim olunmamışdır. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi (bundan sonra - Şöbə) tərəfindən Nazirliyin inzibati binasında və yerli bölmələrində əməkdaşların işə gəlmə vaxtları, davamiyyəti və ümumilikdə əmək intizamı ilə əlaqədar həyata keçirdiyi daxili nəzarət tədbirləri ilə bağlı xx.xx.2024-cü ilin 3-17/3-1-5102/2024 nömrəli xidməti məruzəsində Milli Observatoriyada bir sıra əməkdaşların üzrsüz səbəbdən işə gec gəldiyi, müxtəlif səbəblərdən işburaxma halları müşahidə edilmiş, gecikmənin və işburaxmanın səbəbləri ilə bağlı həmin işçilərdən izahatlar alınmış və müvafiq təsdiqedici sənədlər toplanılmış, həmçinin üsürsüz gecikmələrin gələcəkdə qarşısının alınması məqsədilə işçilərlə profilaktik söhbətlər aparılaraq əmək intizamına nəzarətin artırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi barədə rəhbər şəxslərə tapşırıqlar verilmişdir. Verilmiş tapşırıqların icrası ilə bağlı Milli Observatoriyanın xx.xx.2024-cü il tarixli 3-17-6/3-1-204/2024 nömrəli məruzəsində qeyd olunan neqativ halın aradan qaldırıldığı qeyd olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” üzrə kadr kargüzarlığının cari vəziyyətinin yoxlanılmasına, həmçinin qiymətləndirilməsinə, eyni zamanda funksional vəzifələrin icrası vəziyyətinin, eləcə də icra və əmək intizamının monitorinqinə dair 05 avqust 2024-cü il tarixli aktına əlavədə qeyd edilmişdir ki, Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin təlim və təhlil sektorunun müdiri vəzifəsində qulluq keçən E.Cəfərov, Daxili nəzarət və audit şöbəsinin daxili audit sektorunda aparıcı məsləhətçi vəzifəsində qulluq keçən M.Muradova və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sənəd dövriyyəsinin təhlili və monitorinqi sektorunda məsləhətçi vəzifəsində qulluq keçən T.Abdulmənəfov xx.xx.2024cü il tarixindən 3 (üç) gün müddətinə kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılmasının yoxlanılması və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya (bundan sonra-Milli Observatoriya) Nazirliyin xx.xx.2024-cü il tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə əsasən ezam edilmiş, müvafiq qaydada yoxlama aparılmış və yoxlama dövrü ərzində müşahidə olunan mövcud vəziyyət, habelə müəyyən olunmuş nöqsan və çatışmazlıqlar barədə 31 iyul 2024-cü il tarixli Akt tərtib edilmişdir. Aktda qeyd olunmuş bir sıra xüsusatları aydınlaşdırmaq məqsədilə aşağıdakıları qeyd etməyi vacib hesab edirik: Belə ki, Aktda göstərilmişdir ki, "Milli Observatoriyada əməkdaşların əmək intizamına nəzarətin vo davamiyyətin araşdırılması məqsədilə inzibati binanın girişində xüsusi cihazlar vasitəsi ilə (turniket sistemi) tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun və iyul aylarının reyesterinin təqdim olunması Milli Observatoriyanın İdarə heyətinin sədrinə məlumat verilməklə aidiyyəti üzrə Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı istənilsə də, tələb olunan məlumatlar hazıradək təqdim olunmamışdır.” Bununla əlaqədar qeyd etməyi zəruri hesab edirik ki, inzibati binanın girişində quraşdırılmış xüsusi cihazın (turniket sistemi) müvafiq proqram təminatına əməkdaşlardan Hüquq və daxili nəzarət şöbəsinin baş mütəxəssisi X7 və Strateji planlaşdırma və innovasiya şöbəsinin baş mütəxəssisi X12 çıxış imkanları mövcud olmuş, hər iki əməkdaş yoxlama dövründə əmək məzuniyyətində olmuş, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı xx.xx.2024-cü il tarixdə saat 12.09, 12.26, 15.54, 15.55, 16.43 radələrində X15 ilə telefon əlaqəsi saxlayaraq ondan turniket sisteminin proqram təminatına daxil olmaq üçün köməklik göstərməsini, bunun üçün inzibati binaya yaxınlaşmasını xahiş etmiş, sonuncu isə şəxsi işləri ilə əlaqədar (Şuşa şəhərinə ona dövlət tərəfindən verilmiş mənzilə yerləşdirilməsindən ötrü şəxsi əşyalarım göndərməkdə olduğunu) yalnız saat 17.30 radələrində inzibati binaya yaxınlaşa biləcəyini bildirmiş, B.Mirzəyev saat 17.30 radələrində proqram təminatına daxil olmaq üçün inzibati binaya yaxınlaşsa da yoxlama qrupu saat 17.15 radələrində həmin gün üçün işini yekunlaşdırdığından bu mümkün olmamışdır. Növbəti gün isə B.Mirzəyevin inzibati binaya yaxınlaşması mümkün olmadığından və Strateji planlaşdırma və innovasiya şöbəsinin müdiri Nicat Əlizadə həmin şöbənin əməkdaşı baş mütəxəssis X20 ilə telefon əlaqəsi saxlamış, analoji xahişlə ona müraciət etmiş, sonuncu isə şəxsi işləri ilə əlaqədar yalnız 01 avqust 2024-cü il tarixdə inzibati binada ola biləcəyini bildirmişdir. Beləliklə, qeyd olunanlara əsasən obyektiv səbəblərdən inzibati binanın girişində sözügedən proqram təminatına yoxlama qrupu tərəfindən baxış keçirilməsi üçün texniki şərait yaradılması mümkün olmamış, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı və Milli Observatoriyanın müvafiq yoxlamada iştirak etmiş digər əməkdaşları da öz növbəsində yoxlama qrupuna həmin proqram təminatına baxış imkanı yaradılmasının, bu sahədə aşkarlığın və şəffaflığın təmin edilməsinin tərəfdarı olmuş, bu istiqamətdə bütün mümkün tədbirləri həyata keçirmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirik ki, Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı və Milli Observatoriyanın müvafiq yoxlamada iştirak etmiş digər əməkdaşları müvafiq sahədə aşkarlığın və şəffaflığın təmin olunması üçün nəinki inzibati binada turniket sistemi tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun və iyul aylarının reyesterinin təqdim olunmasının, hətta həmin reyestr məlumatlarının inzibati binada quraşdırılmış təhlükəsizlik kameralarının müvafiq dövr üzrə məlumatları ilə müqayisəli təhlil edilməsinin, habelə qurumun inzibati binasında perspektivdə biometrik eyniləşdirmə giriş-çıxış cihazının quraşdırılmasının, onun proqram təminatına hər hansı müdaxilənin qarşısının alınması üçün onun şifrələnməsinin, habelə Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinə birbaşa çıxış imkanlarının yaradılmasının tərəfdarıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 35-ci maddəsinə əsasən; İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. 16.1-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır. 16.3-cü maddəsinə əsasən əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. 16.4-cü maddəsinə əsasən ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. 182.1-ci maddəsinə əsasən müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisədaxili intizam qaydaları qəbul edilə bilər. 186-cı maddənin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək, ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər; 186-cı maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.; 187-ci maddənin 1-ci hissəsinə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187-ci maddənin 2-ci hissəsinə əsasən İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. 189-cu maddənin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 190.1-ci maddəsinə əsasən intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. 185-ci maddəsinə əsasən əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən: pul və ya qiymətli əşyalar hədiyyə edilməklə; əlavə məzuniyyət verilməklə; əmək haqqına fərdi əlavə edilməklə; daha yüksək məbləğdə fərdi sığorta edilməklə; sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə; müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk olaraq iddia tələbinin Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.Səfərlinin İddiaçı intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, intizam tənbehi işəgötürənin işçiyə əmək müqaviləsi ilə ona həvalə edilmiş əmək vəzifələrini yerinə yetirməməsinə və ya lazımınca yerinə yetirməməsinə, əmək intizamına (daxili əmək qaydalarına) əməl etməməsinə və ya əməyin mühafizəsi tələblərinin pozulmasına görə tətbiq edə biləcəyi qeyri-maddi məsuliyyətdir. Əmək intizamı təsbit edilmiş qaydadır və həmin qayda qorunmadan müəssisələrdə işçilərin birgə əmək prosesində uzlaşdırılmış fəaliyyətini təmin etmək mümkün deyildir. Ona görə də işçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, əmək müqaviləsinə, müəssisənin lokal normativ aktlarına müvafiq surətdə müəyyən olunmuş qaydalara tabe olmalıdırlar. İşçilərin birgə əmək fəaliyyəti zamanı davranışı lokal normativ akt olan müəssisədaxili intizam qaydaları ilə müəyyən olunur. İntizam - kollektivin bütün üzvləri üçün məcburi olan qəti surətdə təsbit edilmiş qaydaya tabeçiliyi ifadə edir. İntizam tənbehi intizam xətasına görə verilə bilər. İntizam xətasını səciyələndirən əlamətlərdən biri ondan ibarətdir ki, intizam xətası işçinin onun üzərinə əmək müqaviləsi, müəssisədaxili intizam qaydalarını tənzimləyən normativ aktlar və əmək hüququnun digər normaları ilə qoyulmuş əmək vəzifələrini hüquqazidd olaraq təqsirli surətdə icra etməməsində, yaxud lazımınca icra etməməsində ifadə olunur. Qanunvericilikdə işçi müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə işəgötürən tərəfindən intizam məsuliyyətinə cəlb edilə bilməsi müən edilmişdir. Bu pozuntuların işçi tərəfindən qəsdən törədilməsi ilə bağlı sübutetmə yükü də işəgötürənin üzərindədir. İlk növbədə qeyd olunmalıdır ki, mübahisəli əmrdə iddiaçıya töhmət verilməsinə əsas kimi “Əmək funksiyalarının icrasında nöqsanlara yol verdiyi” qeyd olunsa da bu nöqsənların tərkibi açıqlanmamış, konkret olaraq iddiaçı tərəfindən əmək qanunvericiliyinin və yaxud əmək müqaviləsinin hansı şərtlərinin pozulması şərh edilməmişdir. Bununla yanaşı əmrdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 9 avqust 2024-cü il tarixli 3-17/3-1- 12673/2024 nömrəli, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin 05 avqust 2024-cü il tarixli 3-17/3-1-12581/2024 nömrəli və Milli Observatoriyanın 27 avqust 2024-cü il tarixli 3- 17-6/3-1-312/2024 nömrəli xidməti məruzələrinə istinad olunmuşdur. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada funksional vizəfələrin icrası vəziyyətinin motitorinqinin nəticələri barədə daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimova xx.xx.2024-cü il tarixli, 3-17-/3-1-1-12672/2024 saylı xidməti məruzəsində “Milli Observatoriyanın müvafiq fəaliyyət istiqaməti üzrə funksional vəzifələrin icrasında bir sıra nöqsan və çatışmazlıqlar müəyyən olunduğu”, “İdarə heyəti sədrinin vəzifə funksiyalarını icra edən İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun Azərbaycan Respublikasının mək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə xx.xx.2024-cü il tarixli, 3-17-6/3-1- 312/2024 saylı xidməti məruzəsində keçirilmiş monitorinq nəticəsində bir sıra nöqsan və çatışmazlıqlar müəyyən olunduğundan əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət intizam tənbeh tədbirinin tətbiq olunmasına dair razılıq verilməsi”, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada kadr kargüzarlığının yoxlanılmasının nəticələri barədə dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimova xx.xx.2024-cü il tarixli, 3-17/3-1-12581/2024 saylı xidməti məruzəsində isə “Milli Observatoriyada kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi zamanı yoxlanılan 34 istiqamətdən 10-da (29%) çatışmazlıqlar və nöqsanlar aşkar olunduğu” qeyd edilmiş, həmin məruzəyə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada 29-30 iyul 2024-cü il tarixlərində aparılmış kadr kargüzarlığının yoxlanılma nəticələri barədə Arayış” təqdim edilmişdir. Qeyd olunmalıdır ki, həmin arayışın 1-10-cu bəndlərində nöqsanalrın mövcudluğu qeyd olunsa da, həmin nöqsanların bilavasitə iddiaçı tərəfindən öz vəzifələrini qəsdən yerinə yetirmədiyinin, hüquqlarından sui-istifadə etdiyinin, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinin nəticəsində baş verdiyini müəyyən etmək mümkün olmur. Birincisi arayışda kadr kargüzarlığının yoxlanılmasını qurumun hansı dövrlərini əhatə etdiyi əks edilməmişdir. Bundan başqa arayışın 1-ci bəndində “Şəxsi işlərdə kadr uçotunun şəxsi vərəqələri nümunəvi formaya uyğun deyil” göstərilsə də “nümunəvi forma”nın hansı normativ sənədlə təsdiqləndiyi açıqlanmamışdır, iddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada 2022-ci ilin oktyabrından etibarən Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri vəzifəsində işləsə də, arayışın 2-ci bəndində “2020-ci və 2021-ci illərdə işə qəbul edilmiş və müddətsiz əmək müqavilələri bağlanılmış 14 işçinin əmək müqavilələrinə dəyişiklik edilərək müddətsiz əmək müqavilələri müddətli əmək müqavilələri ilə əvəz edilmişdir” qeyd olunub, arayışın 7-ci bəndində “bəzi struktur bölmələrdə eyni ayda əməkdaşların yarıdan çoxu məzuniyyətdə” olduğu göstərilmiş, lakin əmək məzuniyyətinin verilməsi bilavasitə işəgötürənin səlahiyyətidir, 8-ci bənddə isə “qurumun yerləşdiyi inzibati binanın turniket sisteminin bağlı olduğundan texniki problemlərlə əlaqədar məlumat itkisi baş verir”nöqsan kimi qeyd olunsa da, bunun sırf texniki məsələ olması arayışın özündə əks olunur. Göründüyü kimi istinad edilən arayış üzrə iddiaçının intizam məsuliyyətinə səbəb olacaq hərəkətin (hərəkətsizliyin) mövcudluğu müəyyən edilmir. Daha sonra müəyyən edilmişdir ki, aparılmış monitorinqin nəticələri ilə bağlı tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt xx.xx.2024-cü il tarixli 3-17/3-1-12567/2024 nömrəli daxili sənədlə Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinə təqdim olunmuşdur. Aktda qeyd olunmuş nöqsanların 2 (iki) iş günü müddətində aradan qaldırılaraq nəticəsi barədə məlumat verilməsi məqdəsilə müvafiq tapşırıq verilməsi xahiş edilmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada funksional vizəfələrin icrası vəziyyətinin motitorinqinin nəticələri barədə daxili nəzarət və audit şöbəsi müdirinin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimova xidməti məruzəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə uyğun olaraq Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin Daxili audit sektorunun aparıcı məsləhətçisi X1 kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılması və sənəd dövriyyəsi ilə bağlı monitorinqlərin keçirilməsi məqsədilə Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya ezam edilmişdir. Aparılmış monitorinq zamanı Milli Observatoriyanın müvafiq fəaliyyət istiqaməti üzrə funksional vəzifələrin icrasında bir sıra nöqsan və çatışmazlıqlar müəyyən olunmuşdur. Aşkarlanmış nöqsan və çatışmazlıqlar xx.xx.2024-cü il tarixli qarşılıqlı imzalanmış aktla rəsmiləşdirilmişdir. Həmin akt xx.xx.2024-cü il tarixli 3-17/3-1 -12612/2024 nömrəli daxili sənədlə Milli Observatoriyaya təqdim olunaraq qısa müddət ərzində nöqsan və çatışmazlıqların aradan qaldırılması, eyni zamanda müvafiq tədbirlərin görülməsi tapşırığı verilmişdir. Lakin, Milli Observatoriyanın xx.xx.2024-cü il tarixli 3-17-6/3-1-300/2024 nömrəli daxili sənədlə təqdim etdiyi cavabında aktda qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmadığı müəyyən olunmuş, habelə yol verilmiş nöqsanlarla bağlı bildirilmiş münasibət Şöbə tərəfindən qənaətbəxş hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, aparılmış monitorinqin nəticələri ilə bağlı funksional vəzifələrinin icrasında nöqsanlara yol vermiş, həmçinin vəzifə öhdəliklərini tam yerinə yetirməmiş əməkdaşlar barəsində intizam tənbeh tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə tapşırıq verilməsi xahiş edilmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada kadr kargüzarlığının yoxlanılmasının nəticələri barədə dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdirinin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Anar Kərimova xidməti məruzəsinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/3-4-642/2024 nömrəli əmrinə uyğun olaraq Nazirliyin Aparatının Dövləl qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşı Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafis Məsələləri üzrə Milli Observatoriyada kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin car vəziyyətinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsi məqsədilə həmin qurumda ezamiyyədə olmuşdur. Ümumilikdə yoxlanılan 34 istiqamətdən 10-da (29%) çatışmazlıqlar və nöqsanlar aşkar olunmuşdur. Nöqsanların aradan qaldırılması üçün zəruri tövsiyələr verilmişdir. Həmin xidməti məruzəyə əlavə edilmiş arayışın 8-ci bəndində qeyd edilmişdir ki, iş vaxtının uçotu tabeli var. İşə davamiyyət qurumunun yerləşdiyi inzibati binanın turniket sistemi ilə bağlı olduğundan və texniki problemlərlə əlaqədar məlumat itkisi baş verir. İşə davamiyyət cədvəli kağız və ya elektron daşıyıcıda təqdim olunmamışdır. İdarə heyəti sədrinin vəzifə funksiyalarını icra edən İdarə Heyəti sədrinin müavininin Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə xidməti məruzəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin 9 avqust 2024-cü il tarixli 3-17/3-1-12673/2024 nömrəli və Dövlət qulluğu və kadr məsələləri şöbəsinin 05 avqust 2024-cü il tarixli 3-17/3-1-12581/2024 nömrəli xidməti məruzələrinə aidiyyəti üzrə tərəflərindən baxılmışdır. Bildirilmişdir ki, kadr kargüzarlığının yoxlanılması, kadr sənədləşmələrinin cari vəziyyətinin qiymətləndirilməsi, sənədlərlə işin aparılması, vətəndaş müraciətlərinin cavablandırılması və sənəd dövriyyəsi ilə bağlı keçirilmiş monitorinq nəticəsində bir sıra nöqsan və çatışmazlıqlar müəyyən olunmuşdur. Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması və gələcəkdə belə halların təkrarlanmaması məqsədi ilə əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş İddiaçı Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən töhmət intizam tənbeh tədbirinin tətbiq olunmasına dair razılıq verilməsi xahiş edilmişdir. Aktda qeyd olunmuş məlumatların təqdim edilməsi barədə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri İddiaçı Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observtoriyanın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Hasil Abbasova xidməti məruzəsi ilə müəyyən edilmişdir ki, 31 iyul 2024-cü il tarixdə tərtib edilmiş Akt üzrə qurumun müvafiq fəaliyyət istiqamətləri ilə bağlı bir sıra sənəd və məlumatlar tələb olunmuşdur. Belə ki, tərəflərindən Milli Observatoriyada əməkdaşların əmək intizamına nəzarətin və davamiyyətin araşdırılması məqsədilə inzibati binanın girişində xüsusi cihazlar vasitəsi ilə (turniket sistemi) tətbiq olunan qeydiyyatdan 2024-cü ilin iyun və iyul aylarının reyesterinin yoxlama dövründə təqdim olunmasının mümkün olmaması səbəblərini əks etdirən 05 avqust 2024-cü il tarixli Akt (müvafiq Akta əlavə) tərtib edilmiş (əlavə olunur), müvafiq məlumatlara texniki çıxış imkanı olan əməkdaş B.Mirzəyev qeyd olunan tarixdə əmək məzuniyyətindən qayıtdıqdan sonra tələb olunan məlumatları müvafiq proqram təminatından emal edərək elektron davamiyyət cədvəlinə daxil etmişdir (əlavə olunur). Məlumat üçün bildirmişdir ki, 2 iyul 2024-cü il tarixindən 5 avqust 2024-cü il tarixinədək turniket sistemi məlumatlarına çıxış icazəsi olan Hüquq və daxili nəzarət şöbəsinin baş mütəxəssisi B.Mirzəyev və turniket qurğusunun texniki yoxlanışına nəzarəti həyata keçirən Strateji təhlil və innovasiya şöbəsinin baş mütəxəssisi E.Talıbov əmək məzuniyyətində olduqlarından, həmin müddət ərzində turniket qurğusunda naməlum səbəbdən baş vermiş texniki nasazlığın aradan qaldırılması, bununla da 2024-cü ilin iyul ayı ərzində əməkdaşların işə davamiyyətinin elektron qeydiyyat məlumatlarının əldə edilməsi mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, hal-hazırda inzibati binanın girişində quraşdırılmış turniket qurğusunda texniki nasazlıq aradan qaldırılmış, Strateji təhlil və innovasiya şöbəsinin baş mütəxəssisi E.Talıbov tərəfindən qurumun rəhbərliyi ilə razılaşdırılaraq turniket qurğusunun texniki vəziyyətinə cari nəzarətin mərkəzləşdirilmiş qaydada DOST X5 ötürülməsi istiqamətində işlər aparılır. Bununla yanaşı, sözügedən turniket qurğusunun proqam təminatının məlumatlarına Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsinin birbaşa çıxış imkanlarının yaradılması ilə bağlı tərəfimizdən DOST RİM qarşısında məsələ qaldırılmışdır. Təsdiq olunmuş iş planlarının icra vəziyyəti ilə bağlı müvafiq məlumatların icraçılar tərəfindən təqdim edilməsi ilə bağlı müvafiq Aktda göstərilmiş xüsuatlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan məsələ Milli Observatoriyanın Hüquq, kadr və sənədlərlə iş departamentinin X25 iclasının xx.xx.2022ci il tarixli **********1 nömrəli protokolu ilə təsdiq edilmiş Əsasnaməsində müəyyən edilmiş fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri xaricindədir. Odur ki, təsdiq olunmuş iş planlarının icra vəziyyəti ilə bağlı müvafiq məlumatların icraçılar tərəfindən təqdim edilməsi ilə bağlı aidiyyəti struktur bölməyə və həmin tədbirlərin müvafiq iş planlarında müəyyən edilmiş icraçılarına göstəriş verilməsini xahiş etmişdir. İş üzrə müəyyən edilir ki, 31 iyul 2024-cü il tarixdə tərtib edilmiş Akt üzrə iddiaçı ona həvalə edilmiş vəzifələrin icrası ilə bağlı İdarə Heyətinin rəhbərliyinə xidməti məruzəsi ilə məlumat vermişdir. Məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Elnur Səfərli tərəfindən təsdiq edilmiş hüquq, kadr və sənədlərlə iş departamentinin müdiri barədə vəzifə təlimatında İddiaçı Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya üzrə kadr kargüzarlığının cari vəziyyətinin yoxlanılması, qiymətləndirilməsi, funksional vəzifələrin icrası, eləcə də quraşdırılmış turniketlərə nəzarət etməsi kimi bir vəzifəsi müəyyən edilməmişdir. Həmçinin məhkəmə iddia tələbinə etiraz ərizəsində 30 aprel 2024-cü il tarixində keçirilmiş İdarə Heyəti iclasının protokolunda alınan qərara müvafiq olaraq Hüquq və daxili nəzarət şöbəsinin müdiri İddiaçı 12 may 2024-cü il tarixinə qədər 2023-cü il və cari 2024cü il üzrə keçirilmiş İdarə Heyətinin iclas protokolları üzrə müəyyən edilmiş icrası gecikən tapşırıqların gecikmə səbəblərinin araşdırılması və nəticə haqqında arayışın təqdim edilməsi hissəsinə münasibətdə bildirir ki, həmin protokola əsasən İddiaçı tapşırılmış məsələlərin, məhz idarə heyətinin üzvlərinin vəzifə təlimatlarına aid məsələlər olmuşdur. Yəni, İddiaçı onun vəzifə təlimatlarına aid olmayan məsələ üzrə arayış tərtib etməsi onun vəzifə səlahiyyətlərinə aid olmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, cavabdeh tərəf qeyd edilən hallara istinad etsə də, bununla bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Halbu ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə 30 avqust 2024-cü il tarixli, 3-17-6/3-4- 134/2024 saylı tənbeh vermə haqqında əmrdə İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanları cavabdeh tərəf sübuta yetirə bilmədiyindən hesab edir ki, İddiaçı əmrin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə də iddia tələbi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmrin ləğv edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli və qeyd edilən əmr ləğv edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin tənbeh verilməsi nəticəsində iddiaçıya dəymiş maddi ziyan (əldən çıxmış fayda) qismində 2 rüb üzrə əmək haqqının (5000 manat) 1 misli ilə ifadə olunan fərdi mükafat məbləğinin, yəni 10000 (on min) manat məbləğin cavabdehdən tutularaq ödənilməsi hissəsi ilə bağlı bildirir ki, iddia tələbi həmin hissədə əsassızdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması nəzərdə tutlsa da, bu işəgötürənin vəzifəsi kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 28 sentyabr 2021-ci il tarixli **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların işçilərinin həvəsləndirmə Qaydası”nın: 1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DOST Agentliyi istisna olmaqla, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki DSMF, DMA, DTSERA, SXA, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın, TOM, SDM-in işçilərinin həvəsləndirmə qaydasını müəyyən edir. Həmin Qaydaların 10-cu bəndində işçilərin fərdi mükafatlandırılması halları da müəyyən edilmişdir. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Milli Observatoriyanın İdarə Heyətinin 22 dekabr 2022-ci il tarixli iclasının **********0 nömrəli protokolu ilə təsdiq edilmiş “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın işçilərinin fərdi mükafatlandırılması məqsədilə xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair Təlimat”ın 3.1-ci bəndinnə əsasən observatoriyanın Nizamnamə üzrə fəaliyyət istiqamətlərinin özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla Qaydanın 10-cu bəndində müəyyən edilmiş hallar xidməti fəaliyyətin qiymətləndirilməsi üzrə ifadə olunur. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qiymətləndirmə işçilərin rüb ərzində olan fəaliyyətləri nəzərə alınmaqla rübdə 1 dəfə həyata keçirilir. Həmin Qaydaların 6.6-cı bəndinə əsasən bu Təlimat işəgötürənin işçilər qarşısında hər hansı öhdəliyini yaratmır. Göründüyü kimi, cavabdeh işəgötürən tərəfindən fərdi mükafatların verilməsi müəyyən olunmuş meyyarlar əsasında həyata keçirilir və bu səlahiyyətin icrası onun vəzifəsi deyil, hüququdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi ziyan qismində 2 rüb üzrə əmək haqqının (5000 manat) 1 misli ilə ifadə olunan fərdi mükafat məbləğinin tutulması ilə bağlı tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.X19 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4-134/2024 saylı 30 avqust 2024-cü il tarixli əmri ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/18-2024-01021 saylı arayışından görünür ki, İddiaçı mediasiya xərci üçün 60 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 60 manat məbləğində pul vəsaitinin 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin İddiaçı intizam tənbehi verilməsi haqqında 30 avqust 2024-cü il tarixli, 3-17-6/3-4- 134/2024 saylı əmri ləğv edilsin. İlkin mediasiya sessiyasında iştirakla bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X26 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar