Məhkəmə qərarları › İş №e-2(001)-940/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-940/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-940/2025 10.06.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X2 cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (mübahisəs predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi və X2 cəlb edilməklə) “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında 17 mart 2021-ci il tarixində bağlanmış müqavilə üzrə onun tərəfindən ödənilmiş 12.000 manat məbləğində pulun və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyriyaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində vəsaitin, cəmi 15.200 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 17 mart 2021-ci il tarixində müqavilə imzalanmışdır. Həmin müqavilə Bakı şəhəri 11 saylı notariat ofisində təsdiqlənmışdır. Müqavilənin 1-ci bəndində göstərilir ki, “tərəflər xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv.m torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12.200 manata “İkinci tərəf” İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar.” Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, “Cavabdeh satılacaq torpaq sahəsinin üzərində icarə hüququnu 12.200 manata qiymətləndirir və torpaq sahəsinin üzərində icarə hüququnu həmin qiymətə “İkinci tərəf” İddiaçı satmağı, “İkinci tərəf” İddiaçı isə həmin torpaq sahəsinin üzərində icarə hüququnu 12.200 manata almağı öhdəsinə götürür. “İkinci tərəf” İddiaçı satış məbləğindən 12.000 manatını nəğd şəkildə “Birinci tərəf” Cavabdeh ödəyir, satış qiymətindən qalan 200 manatını isə torpağın üzərində icarə hüququnun alqı-satqısına dair əsas müqavilə bağlanarkən “Birinci tərəfə” ödəməyi öhdəsinə götürür”. O, müqavilədə göstərilən və üzərinə düşən öhdəlikləri yerinə yetirmiş və satış məbləğindən 12.000 manatını nəğd şəkildə Cavabdeh ödəmişdir. Bundan başqa Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyri-yaşayış sahəsinin təmirinə 3200 manat məbləğində vəsait xərcləmişdir. Hal-hazırda ona məlum olmuşdur ki, Babayeva X8 Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/B-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X1 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması” barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbləri təmin edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən 17 mart 2021-ci il tarixində bağlanmış müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv.m torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün deyildir. Hesab edir ki, Cavabdeh 17 mart 2021-ci il tarixində bağlanmış müqavilə üzrə öz öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Beləliklə, onun tərəfindən həmin müqavilə üzrə ödənilmiş 12.000 manat məbləğində pulun və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında 15 kv.m qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində vəsaitin, cəmi 15.200 manat məbləğində pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qanuna müvafiqdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iddianı qəbul etməyərək bildirmişdir ki, həmin obyekt 1992-ci ildən ona məxsusdur. Obyekti məcburi köçkün tərəfindən zəbt olunmuş, sonradan ona məlum olmuşdur ki, Cavabdeh qanunsuz yollarla onun obyektini ələ keçirərək, obyekti iddiaçıya icarəyə vermişdir. O, Bakı İnzibati Məhkəməsinə müraciət edərək həmin qərarı ləğv elətdirmiş və iddiaçıya dəfələrlə obyektin ona məxsus olması barədə məlumat vermişdir. Lakin iddiaçı onun sözünə qulaq asmamışdır. Hazırda obyekt ondadır, obyekti başqa şəxsə icarəyə vermişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin nümayəndələri bildirmişdirlər ki, hazırda tikili və torpaq başqa şəxslərə məxsusdur. Tikili ilə bağlı Cavabdeh icarə müqaviləsini bağlamaq üçün onlara müraciət etmiş, lakin icarə müqaviləsini bağlamaqdan onlar imtina etmişlər. Torpaq isə hazırda Quliyev Vasifə məxsusdur. Lakin heç bir torpaq vergisini ödəmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və və üçüncü şəxslər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 nömrəli qərarının surətindən göünür ki, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi, 37 saylı yaşayış binasının yanında öz vəsaiti hesabına inşa edərək istifadə etdiyi tikilinin altındakı 15 kv.m. torpaq sahəsi sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün vətəndaş X3 (hər kv.m. üçün YAN ilə 2 manat ödəmək şərti ilə) icarəsinə verilmişdir. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi ilə X7 arasında xx.xx.2008-ci il tarixdə bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında yerləşən 15 kv.m. torpaq sahəsi 49 il müddətinə sonuncunun icarəsinə verilmişdir. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ilkin müqavilənin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən tərəflər xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12200 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilənin 2.1-ci bəndinə əsasən Cavabdeh satılacaq torpaq sahəsinin üzərində icarə hüququnu 12200 manata qiymətləndirir və torpaq sahəsinin üzərində icarə hüququnu həmin qiymətə İddiaçı satmağı, İddiaçı isə həmin torpaq sahəsinin üzərində icarə hüququnu 12200 manata almağı öhdəsinə götürmüşdür. İddiaçı satış məbləğindən 12000 manatını nəğd şəkildə Cavabdeh ödəyir, satış qiymətindən qalan 200 manatını isə torpağın üzərində icarə hüququnun alrı-satqısına dair əsas müqavilə bağlanarkən Cavabdeh ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayə. Binasının yanında tikili altına ona icarəyə verilmiş 15 kv. metr torpaq sahəsinin istifadəsi ilə bağlı müvafiq dövlət orqanları, bələdiyyələr, fiziki və hüquq çəxslər qarşısında onu təmsil etməyi və sair hərəkətləri etməyi İddiaçı etibar etmişdir. Cavabdeh ünvan ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Bakı şəhəri X5 tərəfindən icarəsinə verilmiş 15 kv. metr torpaq sahəsinin istifadəsinə ehtiyacı yoxdur və həmin torpaq sahəsindən imtina edir və həmin icarə müqaviləsinin pozulması ilə əlaqədar qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. X5 ilə aralarında bağlanmış müqavilə pozulduqdan sonra həmin 15 kv. metr torpaq sahəsinə dair icarə müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı adına rəsmiləşdirilməsinə razıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-46/2024 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı “Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, BRB/b-10 saylı cavabı ilə müşayiət olunan hərəkətlərinin qanunsuz hesab edilməsi, Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında sahibkarlıq fəaliyyətilə məşğul olmaq üçün mərhum həyat yoldaşı, 2-ci qrup əlil X1 adına ayrılmış 15 kv.m. torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsi barədə” iddiası təmin edilməmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikili altında olan 15 kv.m torpaq sahəsi X4 icarəyə verilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixində müraciət edərək X3 ölümündən sonra torpaq sahəsi üzərində icarə hüquqlarının onun adına keçirilməsini xahiş etmişdir. Bələdiyyə müraciətin icrasından imtina etmişdir. Vətəndaş Cavabdeh Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, Ağ.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında X3 adına icarəyə verilmiş 15 kv.m torpaq sahəsinə icarə hüququnun davam etdirilməsi ilə icarə hüququna dair müqavilənin Cavabdeh ilə bağlanmasına dair öhdəliyin Binəqədi Bələdiyyəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5718/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli Qərarı ilə iddia tələbi təmin edilmiş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında mərhum X3 adına ayrılmış 15 kv.m torpaq sahəsinə dair icarə hüquqlarına dair müqavilənin iddiaçı Cavabdeh ilə bağlanması öhdəliyi Binəqədi Bələdiyyəsinə həvalə edilmişdir. Binəqədi Bələdiyyəsi xx.xx.2021-ci il tarixli, 02 saylı iclas protokolunun 09 nömrəli qərarı ilə Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikili altında olan 15 kv.m torpaq sahəsi Cavabdeh adına sənədləşdirilmiş və Cavabdeh ilə Binəqədi Bələdiyyəsi arasında xx.xx.2021-ci il tarixli, 01 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin direktoru X2 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə təqdim edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5718/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarının ləğv edilməsi və "xxxx" MMC-nin üçüncü şəxs kimi cəlb edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(112)-5718/2020 saylı qərar ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və "xxxx" MMC iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə təzələnmiş icraat üzrə xx.xx.2024-cü il tarixli 2-1(112)-46/2024 saylı Qərarı ilə Cavabdeh Binəqədi Bələdiyyəsinə qarşı Bələdiyyənin xx.xx.2008-ci il tarixli, 142 saylı qərarı ilə Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında X1 adına ayrılmış 15 kv.m torpaq sahəsinə, həmin hüquq və öhdəliklərin davam etdirilməsi üçün iddiaçı ilə icarə hüquqlarına dair müqavilənin bağlanması barədə qərar qəbul edilməsinə dair iddia tələbi təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırkı iddianın qaldırılması üçün məhkəməyə 135 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işin materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ilkin müqavilə bağlanmış, iddiaçı həmin müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Belə ki, müəyyən olunur ki, tərəflər xx.xx.2031-ci il tarixə kimi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında Cavabdeh icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdıqdan sonra 12200 manata İddiaçı satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər, müqavilə üzrə iddiaçı cavabdehə satılacaq torpaq sahəsinin üzərində icarə haqqı 12200 manat məbləğindən 12000 manatı ödəmişdir. Cavabdeh daha sonra Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, A.Gəraybəyli küçəsi 37 saylı yaşayış binasının yanında tikinti altında ona icarə hüququ əsasında ayrılmış 15 kv. metr torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, bu mümkün olmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklər icra edilməmişdir. Belə olan halda da, məhkəmə hesab edir ki, iddia tələbi 12000 manat pulun cavabdehdaən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və iddia bu hissədə təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin qeyri-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manatın alınması hissəsində hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehdən qeyr-yaşayış sahəsinin təmirinə xərclənmiş 3200 manat məbləğində pulun tutulmasını tələb etsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, onun tərəfindən qyri-yaşayış sahəsinin təmirinə 3200 manat məbləğində vəsaitin xərclənməsini mötəbər sübutlarla əsaslanıdıra bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12000 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 12000 (on iki min) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar