Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-947/2024 23.08.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin və “X5” MMC-nin də üçüncü şəxs qismində cəlb olunduqları “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin və “X5” MMC-nin də üçüncü şəxs qismində cəlb olunduqları “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə ona bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 140 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında torpaq sahəsinin situasiya planı tərtib edilərək, Bələdiyyə tərəfindən təsdiq edilmişdir. Ona ayrılan torpaq sahəsində əvvəllər tanımadığı şəxslər tərəfindən qanunsuz tikinti işləri aparıldığından, o, həmin şəxslərdən tikinti işlərinin dayandırılmasını tələb etmişdir. Həmin şəxslər tikintinin bələdiyyə ilə razılaşdırdıqlarını və ona ayrılmış 140 kv.m torpaq sahəsinin ondan geri alınaraq, onlara veriləcəyini (və ya verildiyini) bildirmişlər. Qanunsuz aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə xx.xx.2023-cü il tarixdə Bələdiyyəyə yazılı şəkildə müraciət etsə də, tikinti işləri davam etdirilmişdir. Bundan sonra o, məcbur qalaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə və həmin torpaq sahəsində qanunsuz tikintini aparan üçüncü şəxs Cavabdeh Sadiq oğluna qarşı, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə ona bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi və üçüncü şəxs Cavabdeh Sadiq oğlu tərəfindən aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsində işə baxılan zaman vəkili tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinə vəkil sorğusu göndərilmiş və həmin sorğu əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə ona bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən hər hansı tikinti işlərinin aparılıb-aparılmaması, tikinti işləri aparılırsa bələdiyyənin həmin tikintini hansı hüquqi əsasla aparması barədə məlumat verilməsi, həmçinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə ona bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsinə dair Cavabdeh Sadiq oğlu adlı fiziki şəxsə bələdiyyə tərəfindən hər hansı hüquqmüəyyənedici sənədin verilib-verilməməsi, verilmişsə hansı əsasla verilməsi barədə məlumatın verilməsi və həmin hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunması xahiş edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən vəkil sorğusuna cavab olaraq göndərilmiş 11 oktyabr 2023-cü il tarixli, 01/306 nömrəli məktubda göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə İddiaçı bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən tikinti 2023-cü ilin mart ayında başlanılmış, sözügedən torpaq sahəsində qəbristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması üçün fəaliyyət göstərən şəxslərə minimum şərait yaratmaq üçün xidməti və texniki otaqlar tikilmiş, onun, yəni İddiaçı şikayəti əsasında 2023-cü ilin mart ayının sonunda tikinti dayandırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsində bələdiyyənin hüdudları daxilində vətəndaş Cavabdeh Sadiq oğlunun adına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. Bələdiyyə tərəfindən vəkil sorğusuna verilmiş cavab məktubuna Biləcəri Bələdiyyəsinin 416a saylı xx.xx.2005-ci il tarixli qərarı ilə ona satılan 140 kv.m torpaq sahəsində mart 2023-cü il tarixində bələdiyyə tərəfindən qanunsuz tikintinin aparılmasına dair fotolar, həmçinin üçüncü şəxs Cavabdeh Sadiq oğlunun 2023-cü ilin mart ayının sonu, aprel ayının əvvəlində qanunsuz tikintinin aparılmasına dair fotolar əlavə edilmişdir. Cavabdeh Sadiq oğlunun adına həmin torpaq sahəsinin ayrılması barədə hər hansı qərar olmadığı üçün, Bakı İnzibati Məhkəməsi həmin iddianın inzibati icraat qaydasında baxılmalı iddia olmaması əsası ilə xx.xx.2023-cü il tarixli qərardadla iddianın qeyri-mümkün hesab olunması barədə qərardad qəbul etmişdir. Həmin qərardadda göstərilmişdir ki, iddiaçının tələbi bələdiyyə qərarı ilə ayrılmış sahədə aparılan tikinti ilə bağlı olduğundan, iddiaçının tələbi tikinti işlərini aparan Cavabdeh Sadiq oğluna qarşı yönəlməli, bu səbəbdən mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Ümumiyyətlə işin araşdırılması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Sadiq oğlu ona məxsus torpaq sahəsini hər hansı hüquqmüəyyənedici sənədləri olmadan, qazilik statusundan istifadə etməklə qanunsuz şəkildə ələ keçirmiş, mülkiyyət hüquqlarına qəsd etmiş, ona məxsus torpaq sahəsində qanunsuz tikintilər aparmışdır. Həmin şəxsin ona məxsus torpaq sahəsində qanunsuz tikinti aparmasına şərait bilavasitə Biləcəri Bələdiyyəsi tərəfindən yaradılmış, beləliklə də, bələdiyyə Cavabdeh ilə əlbir olaraq, onun hüquq və azadlıqlarını pozan qanunsuz əməllərinə dəstək olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə ona, yəni İddiaçı bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Cavabdeh Sadiq oğlu tərəfindən aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin ona satılmasını əsas gətirərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” MMC-nin nümayəndəsi X1 torpaq sahəsinin “X5” MMC-nin ərazisi olduğunu, mütəmadi olaraq şirkət tərəfindən həmin ərazilərdə qanunsuz inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq şirkətin qanuni istifadəsinə qaytarılması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etdiklərini, həmçinin Bələdiyyə sənədlərinin mübahisələndirildiyini əsas gətirərək, şirkətə ayrılmış torpaq sahələrinin özgəninkiləşdirilməsinə etiraz etdiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və digər üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçının nümayəndəsi Aslan Heydərov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının iddiaçının və onun iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə İddiaçı və digər üçüncü şəxs Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh Sadiq oğlunun və üçüncü şəxs “X5” MMC-nin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9673/2023 saylı 02 noyabr 2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə qarşı Cavabdeh inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “aparılmış tikinti işlərinin qanunsuz hesab edilməsi, həmin tikililərin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2023-cü il tarixli 15(102)-76/2023 saylı qərarından görünür ki, iddiaçı (ərizəçi) İddiaçı kassasiya şikayəti təmin olunmamış və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 iyul 2023-cü il tarixli, 15(103)-59/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş A-1793 saylı 30 dekabr 2019-cu il tarixli arayışın surətindən görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən Biləcəri Bələdiyyəsinin hüdudları daxilində bələdiyyənin xx.xx.2005-ci il tarixli 416a saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 140.0 kv.m topaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 416a saylı, 08 avqust 2005-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Biləcəri bələdiyyəsi hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 140.0 kv.metr torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı yolu ilə Ordubad rayonu, Vənəndkəndi ünvanında yaşayan İddiaçı ayrılması qərara alınmışdır. Torpağın müəyyən edilmiş satış qiymətinə görə bir kv.metri 11.200 (on bir min iki yüz) manat olmaqla, Biləcəri bələdiyyəsinin “Kapitalbank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı h/hesabına ödənilməsi və ödəmə barədə qəbzin Biləcəri bələdiyyəsinə təqdim edilməsi İddiaçı tapşırılmışdır. İş materiallarında olan 02 avqust 2005-ci il tarixli qəbzin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən 1.568.000 manat məbləğində pul vəsaiti Biləcəri Bələdiyyəsinin “Kapitalbank”ın 1 saylı Binəqədi filialında olan ********** saylı hesabına ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən “Kəngərli və Partnyorları” Vəkil bürosunun vəkili Aslan Heydərova ünvanlanmış 01/306 saylı 11 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, onun müraciətinə bələdiyyə tərəfindən baxılmış və bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı qərarı ilə İddiaçı bələdiyyənin hüdudları daxilində alqı-satqı yolu ilə satılmış 140 kv.m torpaq sahəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi tərəfindən tikinti 2023-cü ilin mart ayında başlanılmışdır. Sözügedən torpaq sahəsində qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması üçün fəaliyyət göstərən şəxslərə minimum şərait yaratmaq üçün xidməti və texniki otaqlar tikilirdi. İddiaçı şikayəti əsasında 2023-cü ilin mart ayının sonunda tikinti dayandırılmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Bələdiyyəsində bələdiyyənin hüdudları daxilində vətəndaş Cavabdeh adına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli 3-16-16/2-10/1143 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 84 m2 təşkil edir. Torpaq sahəsi üzərində 1 ədəd qeyri-yaşayış obyekti mövcuddur. Bundan əlavə mübahisəli torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olundu. Sxemə əsasən torpaq sahəsinin koordinatları aşağıdakı kimidir. X= 397393.3250, Y= 4477749.6070, X= 397383.8120, Y= 4477745.2690, X= 397381.2650, Y= 4477749.5360, X= 397382.6097, Y= 4477750.2007, X= 397381.1043, Y= 4477753.1373. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil). Sahə bütövlükdə yüksək gərginlikli elektrik (6 kVt-lıq) xəttinin mühafizəsində yerləşir. Həmçinin sahə qəbiristanlıqla həmsərhəd olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti başçısının 26 sentyabr 2000-ci il tarixli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Binəqədi rayonu üzrə Biləcəri qəsəbəsinin 750.56 ha, Hacı-Həsən qəsəbəsinin 74.19 ha, Sulutəpə qəsəbəsinin 22.60 hektar torpaq sahələrinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Biləcəri qəsəbə Bələdiyyəsinə təhvil verilməsi barədə sərəncam verilmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəs mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Beləliklə, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 416a saylı Qərarı ilə ona bələdiyyənin hüdudları daxilində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə 140 kv.m torpaq sahəsinin ayrıldığına əsaslanaraq, Cavabdeh tərəfindən aparılmış “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbini irəli sürsə də, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2024-cü il tarixli 3-16-16/2-10/1143 nömrəli ekspert rəyi ilə təsdiq edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 84 m2 olmaqla yanaşı, torpaq sahəsi üzərində 1 ədəd qeyri-yaşayış obyekti mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir (Binəqədi Oil). Sahə bütövlükdə yüksək gərginlikli elektrik (6 kVt-lıq) xəttinin mühafizəsində yerləşir. Həmçinin sahə qəbiristanlıqla həmsərhəd olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, daşınmaz əmlakla bağlı hüquqların müdafiəsi üçün iddia irəli sürmək hüququ həmin daşınmaz əmlakın mülkiyyətçisi, yaxud Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə məxsus olduğundan, mübahisəli torpaq sahəsi dövlət mülkiyyəti olmaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “X5” MMC-nin istifadəsinə verilmiş ərazi olduğundan, İddiaçı sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürməklə bağlı subyektiv hüquqa malik olmadığından, onun iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinin və “X5” MMC-nin də üçüncü şəxs qismində cəlb olunduqları “tikinti işlərinin qanunsuz hesab edilməsi, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-947/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-947/2024
23.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver