Məhkəmə qərarları › İş №e-2(001)-965/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-965/2024

06.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-965/2024 06.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan mənzilin hərrac vasitəsilə satışı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 fevral 2024-cü il tarixdə açıq şəkildə keçirilən məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi, ev 18, 26 saylı mənzilin açıq hərracda satılması və əldə olunan vəsaitin ½ hissəsinin İddiaçı, ½ hissəsinin Cavabdeh verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bundan sonra məhkəmə müşavirədə olarkən iddiaçı yazılı ərizə təqdim edərək cavabdehlə barışdıqlarını və buna görədə iddianın baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxıla bilinmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan mənzilin hərrac vasitəsilə satışı” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar