Məhkəmə qərarları › İş №e-2(001)-99/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-99/2024

02.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-99/2024 02.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sucayev Orxan Adıgözəl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə fərdi yaşayış evinə çəkilən xərcin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı tələbini sonradan dəyişdirməklə məhkəməyə müraciət edərək, məhkəmədən Binəqədi rayonu, Binəqədi kəndi, M.Ələkbərov küçəsi, döngə 1, yeni yaşayış massivində yerləşən, cavabdehlə birgə nikah dövründə inşa etdiyi fərdi yaşayış evinin dəyərinin yarısı qismində 30000 manat məbləğində pulun Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh məhkəmədə iddia qaldıraraq kompensasiya verilməsi yolu ilə mənim yaşayış evindən istifadə hüququma xitam verilməsi barədə qətnamə qəbul edilməsini istəmişdir. Həmin iddia ərizəsi Bakı şəhər Binəqədi rayon Məhkəmsinin icraatına daxil olmuşdur. Bildirirəm ki, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdərəsmi ailə qurmuşuq.Birgə nikahdan xx.xx.2012-ci il Dövlət rüsumunun ödənilməsi haqqında məlumat təvəllüdlü Aliyə və xx.xx.2014-il təvəllüdlü Elçin adlı uşaqlarımız olubdur. Nikahımız Qobustan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra keçmiş arvadım Cavabdeh mənim həmin evdə yaşamağımı mümkünsüz etmişdir. Yalandan hay-küy salaraq mənim həmin evi tərk etməyimə nail olmuşdur. Onun hərəkətlərindən dəfələrlə 102 xidmətinə müraciət etməyə məcbur olmuşam. Yaşamağa yerim olmadığından həmin evə məcburi köçürülməyim barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Bakı şəhəri Binəqədi rayon Məhkəməsi mənim həmin evə köçürülməyim barədəxx.xx.2021-ci il tarixli 2(001)- 2857 /2021 nömrəli Qətnamə qəbul etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmasına və mənim həmin evə köçürülməyim barədəə icra işinin yekunlaşmasına baxmayaraq , cavabdeh mənim həmin evdə yaşamağımı mümkünsüz edir. Yəni mən həmin həyətə daxil olan anda hay-küy qaldırır və dava-dalaş salır və məni şərləməyə başlayır. Hal-hazırda isə Binəqədi rayon Məhkəməsində iddia qaldıraraq kompensasiya verilməsi yolu ilə mənim həmin evdən çıxarılmağımı istəmişdir. Məndə öz növbəmdə hazırkı iddia vasitəsi ilə birgə nikah dövründə inşa etdiyim evin inşaatına çəkilmiş xərclərin dəyərləndirilməklə bölünməsini tələb etmək məcburiyyətində qalmışam.. . Evin inşası bizim birgə nikahımız dövründə əldə edilmiş pul vəsaiti hesabına başa gəlmişdir. Yəni ,əldə etdiyimiz pul vəsaitini əmlaka çevirmişik. Buna baxxmayaraq , cavabdeh öz əmlakımdan istifadə etməyimə imkan vermir ..Bu səbəbdən həmin evin başa gəlməsi üçün çəkilmiş xərclərin, birgə nikah dövründə əldə edilmiş əmlak kimi məhkəmə qaydasında qiymətləndirilməsini və 1/2 hissəyə bölünməsini tələb etmək məcburiyyətində qalmışam. Ailə Məcəlləsininn MM-nin 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən ər-arvadın nikah müddətində əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. nsan Hüquqları üzrə Avropa Məhkəməsi "Önəryıldız Türkiyəyə qarşı" iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-i maddəsinin 1-ci hissəsində "mülkiyyə" anlayışı fiziki mallar mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir. və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmayaraq asılı deyil:: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə arasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müdüanın məqsədləri üçün fiziki mallarla yanaşı,əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "əmlak hüquqları" və beləliklə ,"mülkiyyət" kimi qiymətləndirilə bilər. "Mülkiyyət anlayışı" "mövcud mülkiyyətlə" məhdudlaşmır və ərizəçinin maraqlarını ,o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və "qanuni gözləntiyə" malik olduğuna dair tələblərini də əhatə edə bilər. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı bildirmişdir ki, birgə nikah dövründə birgə təsərrüfat apararaq Binəqədi rayonu ərazisində fərdi yaşayış evi tikmişlər. Belə ki, torpağın alınması üçün 3500 manat pul vermişdir. Evin tikilməsi üçün cavabdehin anası onlara 5500 manat koməklik göstərmişdir. O evdən 2019-cu ilin sonlarında çıxmışdır. Çünki cavabdeh onu orda yaşamağa qoymurdu və dava salırdı. O evi tərk edən zaman evin divar kağızı və döşəmənin lakından başqa bütün təmir işləri görülmüşdü. Ev 4 otaqdan ibarət idi və 1 otağı da hələ də təmirsizdir. Ekspert hətta evin 4 otaqlı olduğunu nəzərə almamışdır. Evi özü tikmişdir, çünki özü ustadır. Evin olçüləri 9x9 dır. Arxa divarları 0.4 m qalınlıqlı daşdan, qabaq hissəsi isə 0.2 m qalınlıqdadı. Cavabdehin qardaşı və ya digər şəxslər ona hər hansı köməklik göstərməmişdir. Mənzilə köçürülmə qətnaməsi icra olunandan sonra ona otaq ayrılmışdır. Lakin o, hər dəfə evə gedəndə cavabdeh ona problem yaradır. Buna görə o həmin ərazidə yerləşən anasına məxsus evdə yaşayır. Evin hasarını 7 daş özü inşa etmiş, qalan hissəsini isə cavabdeh tikdirmişdir. Cavabdehin kreditə götürdüyü dediyi tikinti materiallarından qalan borcu birgə nikah dövründə ödəmişlər. Bundan əlavə iddiaçı ekspertiza tədqiqatında müəyyən edilən məbləğin az olduğunu və evin qiymətinin ən azı 60000 manat olduğunu bildirdi. Eyni zamanda iddiaçı cavabdehin ona 30000 manat verildiyi təqdirdə evdən imtina edəcəyi ilə bağlı təklifinə də razı olmadı.

4. Məhkəmə iclaslarında iştirak edən cavabdeh iddiaçının təmirlə bağlı, evin faktiki vəziyyəti ilə bağlı dedikləri ilə qismən razılaşaraq, divar kağızı, döşəmənin lakının, hasarın tamamlanma işlərinin onların ayri-təsərrüfat apardıqları dövrdə onun vəsaiti hesabına edildiyini bildirdi. Belə ki, nikahları pozulandan bir müddət sonra iddiaçını evə buraxmamış və evin tamamlama işlərini özü aparmışdır. Bundan əlavə anası 11000 manat şəhid pulunu da ona vermişdir. Evdə mətbəx mebeli, kombinin olmadığını, çöl daşlarının vurulmadığını, evin 4 otaqlı olduğunu, 1 otağın təmirsiz olduğunu və həmin otağın alçıpanla qapatıldığını cavabdeh də təsdiq etdi. Bundan əlavə cavabdeh iddiaçının torpağa görə borcunun qaldığını, kreditnən alınmış tikinti materiallarına görə pulun onun tərəfindən ödənildiyini bildirdi. Bununla yanaşı cavabdeh 2 uşağa baxdığını, iddiaçının 7-8 min aliment borcunun olduğunu və bunun nəzərə alınaraq ekspertiza tədqiqatı ilə müəyyən edilən məbləğin yarısını, yəni 20 min manat cavabdehə verməyə razı olduğunu bildirdi. Eyni zamanda cavabdeh iddiaçının tələb etdiyi kimi 30000 manat ona verildiyi halda evdən imtina edə biləcəyini təklif etdi. Bununla yanaşı evin qiymətinin ekspertiza tədiqatında müəyyən edilən məbləğdən ən çoxu bir neçə min baha olacağını bildirməklə iddiaya etiraz etdi. Bundan əlavə ekspert rəyində evin əşyaları ilə birlikdə qiymətləndirildiyini, halbuki ev əşyalarını onun aldığını bildirdi. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin mübahisəsiz və mübahisələndirilən halları:

5. İşin mübahisəsiz hallarına aiddir: Tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Qətnaməyə əsasən tərəflərin birgə nikahlarından olan 2 yetkinlik yaşına çatmayan uşaqların anasının yanında qalmaları və onların saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Tərəflər birgə nikahda olduqları dövrdə Binəqədi rayonu, Binəqədi kəndi, M.Ələkbərov küçəsi, döngə 1, yeni yaşayış massivində fərdi yaşayış evi tikmişlər. Evin ölçüləri və təmiri ilə bağlı vəziyyəti barədə tərəflər həmfikirdilər. Həmin evin hər hansı hüquq müəyyənedici sənədi yoxdur və ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Divar kağızının vurulması, döşəmənin rənglənməsi, hasarın 7 daşdan yuxarı hissəsinin tamamlanması tərəflərin ayrı təsərrüfat apardıqları dövrdə cavabdehin vəsaiti hesabına edilmiş, digər təmir işləri isə tərəflərin birgə nikahda olduqları və birgə təsərrüfat apardıqları dövrdə tamamlanmışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı mübahisəli evə köçürülmüş və evin 1 otağı ona təhvil verilmişdir. Cavabdeh İddiaçı qarşı 7000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi barədə iddia vermiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən iddia rədd edilmişdir. Cavabdehin anası tərəfindən evin tikilməsi üçün onlara 5500 manat pul yardım olaraq verilmişdir. Hər iki tərəf birlikdə yaşamağın mümkünsüz olduqlarını qəbul edirlər.

6. İşin mübahisələndirilən halları: tikinti materiallarının bir hissəsi nisyə alınmış və qalıq borc tərəflərin ayrı təsərrüfat apardıqları dövrdə cavabdehin vəsaiti hesabına ödənilmişdir. Evin bazar qiyməti ilə bağlı tərəflər razılaşmırlar, iddiaçı 4 otaqlı evin 40000 manat deyil, əslində 60000 manat bazar qiymətinin olduğunu, cavabdeh isə evin qiymətinin 40000 manatdan bir neçə min baha olduğunu bildirir.

7. Ekspertiza tədqiqatı zamanı müəyyən edilmişdir ki, Binəqədi rayonu, Binəqədi kəndi, M.Ələkbərov küçəsi, döngə 1, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin inşa edilməsi və hazırki vəziyyətə çatdırılması üçün aparılmış tikinti-təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 21088 manat məbləğində müəyyən edilmişdir. Binəqədi rayonu, Binəqədi kəndi, M.Ələkbərov küçəsi, döngə 1, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 40000 manat təşkil edir.

8. Ekspertiza tədqiqatı aparılan zaman mübahisələndirilən fərdi yaşayış evinə yaxın ərazilərdə yerləşən analoji evlərin internet saytları məlumatlarına əsasən qiymətinin orta bazar qiyməti 50-52(40+59+45) min manat olduğu müəyyən edilmişdir. Əsaslandırma:

9. Məhkəmə tədqiq edilmiş sübutları qiymətləndirirək, o qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir.

10. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

11. Məhkəmə işin müəyyən edilmiş faktiki halları baxımından o qənaətə gəlir ki, iddia tələbinin hüquqi əsasını ər-arvadın ümumi əmlakının bölünməsi təşkil edir.

12. Belə ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mülki dövriyyənin predmeti olmasa da, lakin o, iqtisadi dəyər kimi mövcuddur.

13. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.

14. Göstərilənlər baxımından məhkəmə hesab edir ki, iddiaçı birgə nikah dövründə tikilmiş və faktiki olaraq cavabdehin sahibliyində olan əmlakın dəyərinə münasibətdə pay tələb etməkdə haqlıdır. Belə ki, ər arvadın birgə nikah dövründə inşa etdikləri və iqtisadi dəyərə malik olan əmlakları onların ümumi əmlakını təşkil edir. Buna baxmayaraq məhkəmə hesab edir ki, iddiaçının əmlakın dəyərinə münasibətdə payı bərabər qaydada müəyyən edilməməlidir.

15. Belə ki, işin mübahisəsiz halı kimi müəyyən edilən cavabdehin ayrı təsərrüfat apardığı dövrdə evin təmirinin tamamlanması üçün əlavə vəsait xərcləməsini(divar kağızının vurulması, döşəmənin rənglənməsi, hasarın 7 daşdan sonra tamamlanması), cavabdehin anasının evin tikilməsi üçün 5500 manat məbləğdə yardım etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, göstərilən hallar arvadın diqqətəlayiq olan mənafeyi kimi qiymətləndirilməli və paylar müəyyən edilərkən nəzərə alınmalıdır.

16. Bununla yanaşı məhkəmə cavabdehin etirazının digər dəlillərini əsassız hesab edir. Belə ki, tikinti materiallarının nisyə alınması və qalıq borcun tərəflərin ayrı təsərrüfat apardıqları dövrdə cavabdeh tərəfindən ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.

17. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, ümumi əmlak üzərində iddiaçının 1/3 payı, cavabdehin isə 2/3 payı müəyyən edilməlidir.

18. Əmlakın qiymətinə münasibətdə isə məhkəmə aşağıdakı hüquqi dəyərləndirmə aparmışdır.

19. Əvvəla məhkəmə hesab edir ki, əmlakın real bazar qiymətinin müəyyən edilməsi baxımından ekspertiza tədqiqatının nəticəsi işin hallarına uyğun deyildir. Belə ki, fərdi yaşayış evinin orta bazar qiymətini müəyyən edərkən ekspert yalnız tikiliyə münasibətdə nəticəyə gəlmişdir. Halbuki işin mübahisəsiz halı kimi müəyyən edilən torpaq sahəsinin qiyməti, hasar tikilisinə xərclənən vəsait nəzərə alınmamış, evin vahid əmlak kimi dəyəri obyektiv olaraq qiymətləndirilməmişdir. Hansı ki, ekspert tədqiqatında həmin ərazidə evlərin 59000(3 otaqlı), 45000(3 otaqlı), 40000(2 otaqlı) manat olduğunu internet saytlarından müəyyən etmişdir.

20. Bundan əlavə evin ölçülərinin və otaqların sayının ekspert tərəfindən nəzərə alınmış olması da rəydən müəyyən edilmir. Hansı ki, hər iki tərəf evin ölçülərinin 81 kv.m(9x9) olduğunu və 4 otaqdan ibarət olduğunu işin mübahisəsiz halı kimi qəbul etmişlər.

21. Bu baxımdan yanaşdıqda, yəni 3 otaqlı təmirli evin qiymətinin 59000 manat, 45000 manat olması nəzərə alındıqda, 4 otaqlı kürsülü evin(bir otağı təmirsiz) orta bazar qiymətinin 60000 manat olması barədə iddiaçının dəlilləri inandırıcıdır. Cavabdehin evin əşyaları ilə birlikdə qiymətləndirilmiş olması barədə dəlili isə ona görə əsassızdır ki, ekspertin rəyində istinad olunan internet saytlarında evlərin dəyəri əşyaları ilə birlikdə olmamışdır.

22. Beləliklə məhkəmə cavabdehin də iddanı həmin hissədə qəbul etdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, ümumi əmlakın dəyərinin 1/3 hissəsi məbləğində, yəni 20000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tətbiq olunan maddi normalar:

23. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

24. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

25. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

26. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

27. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

28. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir;

29. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;

30. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

31. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

32. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

33. 37.3-cü maddəsinə əsasə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

35. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

36. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Tətbiq edilən prosessual normalar:

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

38. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

39. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

40. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur;

41. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir;

42. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

43. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır;

44. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

45. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

46. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikah dövründə inşa etdikləri Binəqədi rayonu, Binəqədi kəndi, M.Ələkbərov küçəsi, döngə 1, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin dəyərinin 1/3 hissəsinin əvəzi, yəni 20000 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

47. Bundan əlavə məhkəmə hesab edir ki, ekspertiza tədiqatının dəyəri olan 100 manat tərəflər arasında bərabər qaydada bölünməli və onlardan tutularaq dövlət büdcəsinə ödənilməlidir.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Tərəflərin birgə nikah dövründə inşa etdikləri Binəqədi rayonu, Binəqədi kəndi, M.Ələkbərov küçəsi, döngə 1, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin dəyərinin 1/3 hissəsinin əvəzi, yəni 20000(iyirmi min) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin əvəzi qismində 50(əlli) manat məbləğində vəsait İddiaçı, 50(əlli) manat isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar