Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1085/2022 28.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2372.70 manat borc və ödənilmiş 43.72 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-in xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azerbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərancamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ile təmin edən yeganə techizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərefindən ödənilir. İddia ərizesinə əlavə edilmiş arayışdan ve abunə haqqrnda bildirişlərdən göründüyü kimi, abonent kodu **********00742 olan Cavabdeh elektrik enerjisinden istifadə etməsi ile baglı iddiaçı "xxxx" ASC-ye cəmi 2372.70 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ile bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanəlarlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 2372.70 manat borcu bu günə qədər ödəməyərək ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi ve cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilmesi onun öz öhdəliklərini etiraf etmesi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara göre iddia tələbi təmin edilməlidir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərərk, iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29.12.2021-ci il tarixli 305075 N-li müqavilədən görünür ki,”Azərişıq” ASC ilə abonent Cavabdeh arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. İş materialalrında olan abunə haqqında məlumatlara dair elektron çıxarışın məzmunundan görünür ki, Xırdalan, Qobu qəsəbəsi, Ev 0070, mənzil 1742 ünvan üzrə sayğac göstəricilərində istifadə eidlmiş elektrik enerjisinin miqdarı, ödənilməli olan məbləğ və qalıq borc qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qismində çıxış edən elektrik enerji təchizatı müəssiəsi tərəfindən 06.01.2015-cı il tarixdən hazıradək cavabdeh qismində çıxış edən istehlakçıya elektrik enerjisindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə elektrik enerjisinin istifadə eidlməsinə görə 1kVTs elektrik enerjisinə görə 0,08-0,09 (0,13) manat tarif üzrə (tarif qiymətləri tənzimləndikdə bu hal nəzərə alınmaqla) aylıq hesablaşma dövrü üzrə ödəniş edilməsi barədə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabadeh qismində çıxış edən istehlakçı görülmüş xidmətlərə görə qanunvericiliklə müəyyən eidlmiş qaydada və məbləğdə xidmət haqqını vaxtlı-vaxtında, lazimi qaydada icra etməmiş, nəticədə onun iddiaçı qarşısında mülki hüquqi məsuliyyətinə səbəb olan elektrik enerjisindən istifadə edilməsinə görə xidmət haqqının ödənilməməsi ilə bağlı borc öhdəliyi yaranmışdır. Həmçinin, məhkəmədə tədqiq eidlmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehin elektrik enerjisindən sitifadə eidlməsinə görə yaranmış qalıq borcun məbləği 2372,70 manat təşkil edir. Bu halda, məhkəmə cavabdehin borc öhdəliyinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi təmin eidlməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 43.72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;.119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2372.70 manat məbləğində borcu və ödənilmiş 43.72 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2372.70 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 43.72 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1085/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1085/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver