Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-114/2023 19.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi (anası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh və maraqlı şəxlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə və Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 İddiaçı və Cavabdeh qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiaları üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və maraqlı şəxlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, miras əmlak-vəfat etdiyi günədək X8 məxsus olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (həyətyanı torpaq sahəsi, dükan və qarajla birlikdə) və minik maşını (Mitsubishi Pajero İO markalı, ** LV ***) üzərində vərəsəlik hüququmun tanınması, mirasdan mənim 2/1 hissə ilə pay hüququmun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o- İddiaçı xx.xx.1963-cü il tarixdə ünvan 1 ünvanında anadan olmuşdur. X2, anası isə X5muşdur. Anadan olduğu gündən həmin evdə yaşamışdır. Ailə qurmağı ilə əlaqədar köçüb getmişdir. Lakin həmin ünvanda yaşayan atası ilə və bacısı ilə daimi sıx və mehriban əlaqələri olmuşdur. Atası xəstə olduğu dövrlərdə də onun qayğısına birlikdə qalmışlar. Atası ilə münasibəti normal olmuş, onun xx.xx.2022-ci il tarixdə vəfat etməsi ilə əlaqədar bütün dəfn xərclərini də birgə çəkmişlər. xx.xx.2022-ci il tarixdə atası uzun sürən xəstəlikdən vəfat etdi və ona “dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı” diqnozu qoyulmuşdur. Atasının vəfatından sonra cavabdeh bacısı Cavabdeh ilə danışığı belə oldu ki, başsağlığına gəlib-gedən qohum-əqrəbanı yola saldıqdan sonra aralarındakı razılıqla atalarından miras qalan evi (həyətyanı torpaq sahəsi, dükan və qarajla birlikdə) və minik maşını (Mitsubishi Pajero İO markalı, ** LV ***) digər varis olan qardaşı vəfat etdiyinə görə ikisinin arasında ədalətli şəkildə böləcəklər. Mənzil atasının xüsusi mülkiyyətində olmuşdur. Atası sağ olarkən minik maşınına dair onun həyat yoldaşı olan X4 adına xx.xx.2015-ci il tarixdə 6 il 9 ay 24 gün müddətinə etibarnamə vermiş, 2022-ci ilin aprel ayına kimi onların istifadəsində olmuşdur. Beləliklə atalarından miras qalan əmlaklara atasının vəfatından, eləcə də onun xx.xx.2022-ci il tarixdən vəfat etməsindən sonra hazıradək istifadə edərək, mirasa faktiki sahiblik və idarə etdiyindən həmin mənzilin mülkiyyətçisi sayılırlar. Lakin bacısı onu arxayın salaraq, ondan xəbərsiz notariat ofisinə müraciət etmişdir. Belə ki, atasının vəfatından altı ay keçmədən notariat ofisinə müraciət etməli oldu. Belə ki, müddətin bitəcəyini düşündüyü üçün bacısna bir yerdə notariusa getməyi təklif etdi. Lakin o hər dəfə bir bəhanə gətirərək, notariusa getməkdən yayınırdı. Belə olan halda onun özü tək müraciət etməli oldu. xx.xx.2022-ci il tarixdə notariat ofisindən ona yazılı cavab verildi ki, bacısı ondan əvvəl müraciət etdiyi üçün miras işi onun adına açılmışdır. O, gecikmişdir. Halbuki notarius miras işi açarkən digər vərəsələri də çağırmalı idi. Atasının vəfatından 6 ay keçmədən cavabdeh bacısı ilə birlikdə onu miras pay hüququndan məhrum etmək istəyən notarius müddəti ötürməyi ilə əlaqədar ona imtina cavabı verdi. Belə olan halda o, pozulmuş hüquqlarımın qorunması məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Valideynlərinin hər ikisi, anam və qardaşı vəfat etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X8 məxsus olmuş miras əmlak kütləsinə daxil olan bütün əmlaklara 1/3 hissəsə onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi Nümayəndə ərizəsini onunla əsaslandırmışdır ki, onun atası 20 dekabr 1966-cı il təvəllüdlü X15 14 avqust 1992-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması uğrunda Ermənistan Respublikasına qarşı aparılan İ Qarabağ müharibəsi dövründə ağır döyüşlərdə o, cəmi 7 aylıq olan zaman qəhrəmancasına şəhid olmuşdur. Ata babası X14 02 mart 2022-ci il tarixdə, ata nənəsi X12 isə xx.xx.2022-ci il tarixdə rəhmətə getmişlər. O, Azərbaycan Respublikasının vətəndaşı X16 ilə xx.xx.2017-ci il tarixdə nikaha daxil olduğu üçün 2018-ci ildən həyat yoldaşının dövlət müəssisəsində işlədiyi Almaniya Fedarativ Respublikasında yaşadığı, həmçinin himayəsində 2 və 3 yaşlı körpə övladları olduğu üçün babası və nənəsi rəhmətə gedərkən üzrlü səbəbdən Respublikaya gələ bilməmiş, yas mərasimində iştirak edə bilməmişdir. Lakin, anası Nümayəndə bütün yas mərasimlərində yaxından iştirak etmişdir.xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına gəlişi qısamüddətli olduğu üçün babasından qalan mirasın qəbul edilməsi barədə ərizəni müvafiq dövlət qurumuna etibarnamə üzrə nümayəndəsi təqdim etmiş, lakin Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 289 nömrəli məktubu ilə “mirasın qəbulu üçün müəyyən edilmiş müddət buraxılmışdır” səbəbi ilə imtina verilmişdir. xx.xx.2022-ci il tarixdə ölkədən getmək məcburiyyətində qaldığı üçün həmin vaxt məhkəməyə miras əmlakdan payının qəbul edilməsinə dair iddia ərizəsi ilə müraciət edə bilməmişdir. Buna görə də icraatınızda olan hazırki mülki iş üzrə mübahisə predmeti barədə Müstəqil tələb irəli sürən üçüncü şəxs 3-cü şəxs kimi işə qoşulmaq qərarına gəlmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ilkin iddia tələbinin rədd edilməsini, Müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin təmin edilməsini və miras əmlakın 3 bərabər hissədə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədiyini bildirərək, ilkin iddia tələbinin rədd edilməsini və özünün iddia ərizəsinin təmin edilərək miras əmlakın 3 bərabər hissədə bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxlər Bakı şəhəri 45 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə iddia tələbi üzrə maraqli şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ilkin iddiaçının iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli və Müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi isə tam təmin edilməlidir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları: İş materialalrında olan Bakı şəhəri 45 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, ünvan 1 ünvanında olan mənzildə yaşamış X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən “Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər”.Mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət buraxılmış və bu müddətin bərpası üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edimişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventaralşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya MH və 021967 nömrəli olan Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, ünvan 2 ünvanında olan mənzil xx.xx.1996-ci İ ltarixdə X6 adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş ƏN-İİİ seriyalı 456189 nömrəli etibarnamədən görünür ki, X14 tərəfindən Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil 6 il 9 ay 24 gün müddətinə (xx.xx.2022-cii l müdəttinə) X4 istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında tibbi şəhadətnamədən X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********53 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzil 128959 nömrəli 26.081974- cü il tarixli orderə,122 nömrəli xx.xx.1996-ci il tarixli forma 2 arayışına, Mustafayeva Salihə ,Cavabdeh tərəfindən verilmiş razılıq ərizələrinə əsasən xx.xx.1996-cı il tarixdə X6 adına qeydiyyatdan keçmiş və hazırda onun adınadır. İş materiallarında olan İV-ЖГ seriyalı 345758 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan АЗ seriyalı 176245 nömrəli doğum haqqında şəhadətnmaədən görünür ki, xx.xx.1963-ci il təvəllüdlü X1 anası X11, X2dur. İş materiallarında olan Vİ-ЖГ seriyalı 476148 nömrəli nikahın bağalanması haqqında şəhadətnamədən görünür ki, X10 ilə X7 arasında xx.xx.1998-ci il tarixdə 235 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarında olan Vİ-ЖГ seriyalı 401290 nömrəli nikahın bağalanması haqqında şəhadətnamədən görünür ki, X15 ilə X17 arasında xx.xx.1990-ci il tarixdə 2812 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarından görünür ki, AZ-T seriyalı 103599 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü X3 atası X15, anası-Nümayəndədır. Tətbiq edilən maddi normalar: Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1279-cu maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Həmin Məcəllənin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi: İşin mübahisəsiz halları ondan ibarətdir ki, X13 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, iddiaçı və cavabdeh isə miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs 3-cü şəxs miras qoyan şəxsin nəvəsi olmaqla (1992-ci ildə vəfat etmiş oğlunun qızı) mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideyni (atası) sağ olmamışdır. Miras əmlakın tərkibinə isə miras qoyan X8 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak və minik maşını (Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı) daxildir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı vəfat etmiş atasına məxsus olan bütün əmlakın iki bərabər hissədə (özünün və bacısı) payının müəyyən edilməsini tələb edir, cavabdeh və Müstəqil tələb irəli sürən üçüncü şəxs 3-cü şəxs isə iddia tələbinə etiraz edərək, miras qalmış bütün əmlakın üç bərabər hissəyə bölünməsini xahiş etmişdir. Məhkəmə miras əmlakın tərkib hissəsinə daxil olan əmlaklarla bağlı ilk olaraq onu qeyd edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzil və Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi qismində miras qoyan X13 çıxış etdiyindən, həmin əmlaklar miras əmlaka daxil olmaqla, onlara dair mülkiyyət hüququ üzrə vərəsələrin bərabər pay hüququ müəyyən edilməli və tərəflərin hər birinin miras əmlaka 1/3 issədə pay hüquqları tanınmalıdır. Həmçinin məhkəmə miras əmakın neçə bərabər hissədə bölünməsinə dair onu qeyd edir ki, İddiaçı və cavabdeh Nümayəndə isə miras qoyan şəxsin övladları olmaqla birinci növbəli vərəsələrdir, həmçinin Müstəqil tələb irəli sürən üçüncü şəxs 3-cü şəxsi isə miras Mülki Məcəllənin 1159.1.3-ci maddəsinə əsasən birinci növbəli vərəsə hesab edilərək, miras qalan əmlakdan vəfat etmiş atasına qalacaq pay hissəsini tələb etməkdə haqlıdır. Tətbiq edilən prosessual normalar: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu tərəflərə bərabər şəkildə aid edilməlidir. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə alır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən, müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsin tələbi isə tam təmin edilməli, miras qoyan qismində çıxış edən X6 miras əmlakına daxil olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzilə və Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə dair vərəsələr qismində çıxış edən tərəflərin- İddiaçı 1/3 hissədə, Cavabdeh 1/3 hissədə və X3 1/3 hissədə pay hüququ müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs üçüncü şəxsin tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Rövşən Rzayev küçəsi, ev 20, 9 saylı mənzilə və Mitsubishi Pajero İO markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobilə mülkiyyət hüququ üzrə İddiaçı 1/3 hissədə, Cavabdeh 1/3 hissədə və X3 1/3 hissədə vərəsəlik hüququ tanınsın və pay hüquqları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə (elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-114/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-114/2023
19.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver