Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1205/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı məxsus AT-İV ******* nömrəli, xx.xx.1989-cu il tarixli əmək kitabçasına əsasən, xx.xx.1997-ci il tarixli əmrlə Cavabdeh MMC-də mühasib vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.1997-ci ildən isə maliyyə direktoru vəzifəsinə keçirilmişdir.
2. Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı “Yazılı qaydada xəbərdarlıq edilməsi barədə” xx.xx.2023-cü il tarixli 60№-li əmrə əsasən, 06 aprel 2023-cü il tarixli əmrə əsasən 24 aprel 2023-cü il tarixindən etibarən X2 rəisi B.İ.Tarverdiyev məzuniyyətdə olduğu dövrdə onun vəzifə səlahiyyətlərinin icra olunması müvəqqəti olaraq SPS Bazasını növbə rəisi X4 tapşırılmışdır. Həmin Əmrin 5-ci bəndinə əsasən E.Z.Quliyevə vəzifə səlahiyyətlərini icra etdiyi müddətə Əmǝk Məcəlləsinin 61-ci maddəsinin 1-ci bəndinə və 162 maddəsinin 1-ci bəndinə əsasən əvəz etdiyi iş üzrə vəzifə maaşı arasındakı fərqə görə əmək haqqı hesablanıb ödənilməsi şirkətin Maliyyə Direktoru İddiaçı tapşırılmışdır. Maliyyə Direktoru Y.V. Anançenkonun 01 may 2023-cü il tarixdə elektron poçt vasitəsilə Z. Nəsirova və Ə. Bayramovaya ünvanlanan məktubunda vəzifə maaşları arasındakı fərqin Kadrlar şöbəsi tərəfindən hesablanaraq əmrə əlavə edilməsini tələb etmiş və beləliklə vəzifə öhdəliklərini pozaraq əmri icra etməkdən imtina etmişdir. Bundan əlavə, Y.V. Anançenkonun elektron poçt vasitəsilə Z. Nasirovaya və Ə.Bayramovaya ünvanladığı məktubda Səftər Qulu-zadənin məzuniyyət günlərində Ülvi Əsadovun onu əvəz etməsi ilə bağlı əmək qanunvericiliyin tələblərinə əsasən əmək haqları arasındakı məbləğin hesablanması ilə bağlı Z.Nəsirovanın müraciətinə cavab olaraq "Maliyyə şöbəsi heç bir maaş fərqini hesablamır" deməklə əmək funksiyalarının icrasından imtina etmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı Y.V. Anançenkodan izahat yazılması tələb edilsə də, İddiaçı izahat yazmaqdan imtina etmişdir. Yuxarıda qeyd edilənlər İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirmədiyini sübut edir. Belə ki, "xxxx" MMC və İddiaçıVladimirovna arasında bağlanmış Əmək müqaviləsinin 3.2-ci maddəsinə əsasən işçi mühasibat, maliyyə və administrativ, bank işləri və əmək haqqının ödənilməsi daxil olmaqla fəaliyyətinə rəhbərlik etmək Y.V. Anançenkonun əmək funksiyasına daxildir. Vəzifə təlimatına ǝsasən şirkətin mühasibat, maliyyə və inzibati baliyyətinə, (bank əməliyyatları və əməyin ödənişi daxil olmaqla) rəhbərlik etməyə görə məhz Y.V. Anançenko cavabdehlik daşıyır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "d" bəndini və həmin məcəllənin 186-cı maddəsinin 3-cü bəndini rəhbər tutaraq Baş mühasib- Maliyyə direktoru vəzifəsində çalışan İddiaçı yazılı qaydada xəbərdarlıq edilməsi, əmrin 1-ci və 2-ci bəndlərində qeyd edilmiş öhdəliklərin qısa müddətdə icrasının İddiaçı tapşırlması əmr edilmişdir.
3. Cavabdeh MMC tərəfindən tərtib edilmiş İddiaçı və Gülşən Babayevaya “Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2023-cü il tarixli 104№-li əmrə əsasən, Cavabdehndə Maliyyə Direktoru vəzifəsində çalışan Elena Anançenko 27-28 iyul 2023-cü il tarixlərində, Mühasib vəzifəsində çalışan X1 27 iyul 2023-cü il tarixində hər hansı bir üzrlü səbəb olmadan və bu barədə işəgötürənə məlumat vermədən bütün iş günü ərzində işə gəlməmiş və bununla da, əmək müqavilələrində müəyyən olunan əmək vəzifələrini kobud şəkildə pozmuşlar. İşçilərin üzrlü səbəb olmadan işə gəlməmələri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozuntusu halı hesab edilir və bu halda işəgötürənin Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçilərin əmək müqaviləsinə xitam vermək hüququ var. Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinə əsasən "İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir". Hər iki işçidən işə gəlməmələrinin səbəblərini göstərən izahat yazmaları tələb edilmişdir. Gülşən Babayeva izahatında şəxsi məqsədləri üçün işə gəlmədiyini etiraf etmiş və işəgötürəni bu barada xəbərdar etməsə də E. Anançenkoya məlumat verdiyini izahatında bildirmişdir. E.Anançenko izahat verməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin "d" bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsininin 2-ci hissəsinin “b” bəndinə əsasən, Maliyyə direktoru vəzifəsində çalışan Elena Anançenkoya və mühasib vəzifəsində çalışan Gülşən Babayeva “sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi əmr edilmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MMC-in direktorlar şurasının sədri Elçin Ağakişiyeva və Cavabdeh MMC-in baş direktoru Nikolas Horeyə yazdığı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh MMC-də hər hansı bir qərarın qəbul edilməsində şəffaflığın olmaması, baş direktor tərəfindən müəssisəsinin Nizamnaməsinin, etik normalarının, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, onun əmək hüquqlarının kobud surətdə pozulması, ona qarşı göstərdiyi təzyiq səhhətinə mənfi təsir göstərmişdir. Təzyiq, hədə-qorxu, inamsızlıq, şəraitində xidməti vəzifələrinin davam etdirməyi mümkün hesab etmir. Yuxarıda göstərilən səbəblərdən onu 20 sentyabr 2023-cü il tarixdən tutulduğu vəzifədən azad etməyi xahiş etmişdir.
5. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 119№-li Əmri ilə Cavabdeh MMC-in Maliyyə Direktoru-Baş Mühasibi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə A.R.Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 20 sentyabr 2022-ci il tarixindən öz xahişi ilə xitam verilməsi və işçinin tutduğu vəzifədən azad edilməsi; İşlədiyi son təqvim ayının iş günləri və istifadə etmədiyi 12 məzuniyyət günlərinə görə son haqq=hesabın qanunvericiliyə uyğun şəkildə hesablanıb işçiyə ödənilməsi; bütün lazımi sənədləri rəsmiləşdirməyin İnsan Resursları üzrə Menecer vəzifəsini icra edən Ə.Əbayramovaya və Maliyyə Departamentinə tapşırılması əmr edilmişdir. İddia tələbi
6. İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-də 14 fevral 1997-ci il tarixdən baş mühasib vəzifəsinə təyin edilmiş, daha sonra 20 avqust 1997-ci il tarixdən isə maliyyə direktoru vəzifəsinə keçirilmişdir. Onun sonuncu vəzifəsi Cavabdeh MMC-də maliyyə direktoru vəzifəsi olmuşdur. Ona görə ki, Cavabdeh MMC-nin baş direktoru 2023cü ilin əvvəllərindən İddiaçı qanunsuz hərəkətlər etməyi tapşırmış, İddiaçı maliyyə direktoru vəzifəsində çalışmasından istifadə etməklə, ona maliyyə ilə bağlı qanuna zidd hərəkətləri etməyi barədə göstəriş vermişdir. İddiaçı Cəmiyyətin baş direktoru tərəfindən ona tapşırılan tapşırıqların qanuna zidd olması ilə bağlı baş direktora məlumat vermişdir. Ancaq Cəmiyyətin baş direktoru İddiaçı hədə-qorxu gələrək, təzyiqlər edərək onun göstərişinə əməl etməsini bildirmişdir. MMC-nin baş direktoru cəmiyyətin nizamnaməsinə və qanunvericiliyin tələblərinə zidd olan qərarlar verdiyi üçün İddiaçı belə bir mühitdə işləməyə davam edə bilməmişdir. Bir sözlə cəmiyyətin baş direktoru İddiaçı təzyiq göstərərək, ona hədə-qorxu gələrək, yaxud başqa üsulla onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etmişdir. Bu səbəbdən də iddiaçı 08 sentyabr 2023-cü il tarixində Cavabdeh MMC-yə ərizə təqdim edərək, Cavabdeh MMC-dəhər hansı bir qərarın qəbul edilməsində şəffaflığın olmaması, baş direktor tərəfindən müəssisənin Nizamnaməsinin, etik normalarının, Əmək Məcəlləsinin, onun əmək hüquqlarının kobud şəkildə pozulması, ona qarşı göstərilən təzyiqlərin onun səhhətinə mənfi təsir göstərdiyini qeyd etməklə, ona qarşı təzyiqlərin, hədə-qorxuların olduğu üçün 20 sentyabr 2023-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilmişdir. Halbuki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndinə əsasən İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Cavabdeh MMC-nin baş direktoru X9 isə 20 sentyabr 2023-cü il tarixli 119 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam vermişdir və tutduğu vəzifədən azad etmişdir. Hesab edirik ki, cəmiyyətin baş direktoru əmək qanunvericiliyini kobud surətdə pozmuşdur. Belə ki, cəmiyyətin əmrində istinad etdiyi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, İddiaçı işdən çıxma səbəbi təzyiq, hədə-qorxu olduğu halda cəmiyyətin baş direktoru işçini ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad etmişdir ki, həmin normada da belə bir azad olma əsası mövcud olmamışdır. Əksinə ƏM-nin 69-cu maddəsinin 7-ci bəndi isə imperativ qaydada müəyyən etmişdir ki, İşəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Başqa sözlə desək, cəmiyyətin baş direktoru İddiaçı ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi ilə işdən azad edə bilməzdi və kobud qanun pozuntusuna yol vermişdir. Belə ki, mahiyyət etibarı ilə eyni olan və vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2(102)- 4892/2022 nömrəli (hakim – İlqar Xələfov) Qərarını məhkəmənin diqqətinə çatdırırlar. Həmin Qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Əmək məcəlləsinin 69.7-ci maddəsinin tələblərinə görə işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Burada işlədilən «iradəsinin əleyhinə» ifadəsi tətbiq edilən maddənin dispozitiv şərtinin bu işçinin üstün mövqeyinin dominantlığını müəyyən edir. Ona görə işçinin iradə ifadəsinin dəqiq müəyyən edilməsi vəzifəsi işəgötürənin üzərinə düşür. Həmçinin mahiyyət etibarı ilə eyni olan və vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən digər Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)-2122/2020 nömrəli (hakim – Gündüz Quliyev) Qərarını məhkəmənin diqqətinə çatdırırlar. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi dəlil, yəni işdən çıxma barədə ərizəni sərbəst iradəsi ilə yazmamış olması faktı ağlabatan və inandırıcıdır; eyni zamanda onun işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli əmr verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya baxışı zamanı iddiaçının dəlillərinin yoxlanılması üçün X1 sorğu verilmiş, sorğu əsasında göndərilmiş SD diskdə əks olunmuş telefon danışığı tədqiq olunarkən, iddiaçının xx xxx 2019-cu il tarixdə (yəni işdən çıxma barədə ərizə verdiyi gün) saat 15:56-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə zəng edərək, onu işdən qanunsuz çıxarmaq istədiklərini bildirdiyi və köməklik göstərilməsini xahiş etdiyi müəyyən olunmuşdur. Bu xüsusat, eyni zamanda ərizə verdiyi gün 72 saylı MKİS-in rəisinə ərizəsinin ləğv edilməsi xahişi ilə məktub ünvanlaması belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının işdən çıxmaq istəyi olmamış, müvafiq ərizəni o, iddia etdiyi kimi, məhz MKİS rəisinin təkidi, yaxud təsiri ilə yazmışdır. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının 4 azyaşlı uşağı vardır və başqa iş yeri tapmadan, habelə əmək haqqı ödənilən natamam iş günü, yaxud natamam iş həftəsi ilə işləmək hüququ olduğu halda, bu hüququndan istifadə etməyərək, öz xahişi ilə işdən çıxmaq istəməsi ağlabatan mühakimə əsasında inandırıcı hesab oluna bilməz. Göründüyü kimi Vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmə qərarında xüsusilə vurğulayır ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi dəlil, yəni işdən çıxma barədə ərizəni sərbəst iradəsi ilə yazmamış olması faktı ağlabatan və inandırıcıdır. Eyni zamanda onun işdən azad olunması barədə xx.xx.2019-cu il tarixli əmr verilərkən Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmuşdur. İddiaçının işdən çıxmaq istəyi olmamış, müvafiq ərizəni o, iddia etdiyi kimi, cavabdehin təkidi, yaxud təsiri ilə yazmışdır. İddiaçının öz xahişi ilə işdən çıxmaq istəməsi ağlabatan mühakimə əsasında inandırıcı hesab oluna bilməz. Vahid məhkəmə təcrübəsinin formalaşmasını əks etdirən Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarlarını nəzərə alaraq qeyd edirik ki, İddiaçı Cavabdeh MMC-də 26 ildir ki, fasiləsiz olaraq maliyyə direktoru vəzifəsində çalışmışdır. İşdən çıxarılma barədə yazılan 08 sentyabr 2023-cü il tarixli ərizə İddiaçı iradəsini ifadə etmir. Çünki heç bir başqa qazancı olmadığı halda, onun son 26 il müddət ərzində fasiləsiz işlədiyi işdən könüllü, öz iradəsinə uyğun olaraq getməsi inandırıcı və ağlabatan deyildir. Cavabdeh MMC-nin baş direktoru Yelena Anençenkonun işdən çıxması üçün ona hədə-qorxular, təzyiqlər etməklə yanaşı işdən azad olunmamışdan əvvəl son bir ayda ona heç bir əsası olmayan şiddətli töhmət verməklə, ona hədə-qorxu gəlmişdir. Birsözlə iddiaçı Yelena Anençenkoya işdən azad olunmamışdan əvvəl son bir ayda şiddətli töhmətin verilməsi təzyiq və hədə-qorxunun açıq-aşkar şəkildə sübutudur. İddiaçının işdən çıxmaq istəyi olmamış, işdən çıxma barədə ərizəni MMC-nin təkidi ilə məcburən yazmışdır. Eyni zamanda qeyd edirik ki, İddiaçı işdən çıxma barədə ərizəni MMC-nin təkidi ilə yazmamışdan əvvəl MMC tərəfindən ona hədə-qorxu gəlindiyi üçün 11 sentyabr 2023-cü il tarixindən 20 sentyabr 2023-cü il tarixinə qədər məzuniyyətə çıxması ilə bağlı MMC-yə məzuniyyət ərizəsi təqdim etmişdir. 08 sentyabr 2023-cü il tarixində isə MMC-nin təkidi ilə 20 sentyabr 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilmə barədə ərizə yazmışdır. İddiaçı 11 sentyabr 2023-cü il tarixindən 19 sentyabr 2023-cü il tarixi daxil olmaqla məzuniyyətdə olmuşdur. Həmçinin qeyd edirik ki, İddiaçı tutduğu vəzifədən 20 sentyabr 2023-cü il tarixdən azad edilməsinə baxmayaraq sonuncu həmin əmrin məzmunu ilə tanış edilməmiş və sözügedən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. İşdən azad edilməsinə əsas olan əmrin surətinin və əmək kitabçasının əldə edilməsi üçün tərəfimizdən Cavabdeh MMC-yə 13 noyabr 2023-cü il tarixində ərizə ilə müraciət edilmişdir. Cavabdeh MMC isə əmrin surətinin, əmək kitabçasının və son haqqhesabın açıqlanmış izahatının tərəfimizdən əldə edilməsi üçün şəxsiyyətini və səlahiyyətini təsdiq edən müvafiq sənədlərlə birlikdə Cavabdeh MMC-yə yaxınlaşmağını bildirmişdir. MMC tərəfindən əmrin surəti, əmək kitabçası və son haqq-hesabın açıqlanmış izahatı iddiaçının nümayəndəsi olaraq ona 13 dekabr 2023-cü il tarixində rəsmi qaydada təqdim edilmişdir. Elə həmin tarixdə texniki vasitələrin təhvil-təslim edilməsinə dair akt tərtib edilməklə, tərəflərin imzası ilə təsdiq edilmişdir. Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi müvafiq əmrin, əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) aldığı gün onun hüququnun pozulduğu gün hesab olunur və həmin gündən etibarən 1 təqvim ayı ərzində həmin şəxs məhkəməyə müraciət edə bilər. Beləliklə, iddia müddətinin axımının başlanması günü – işçiyə əmrin, yaxud əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdimedildiyi günün ertəsi hesab olunmalıdır. Bu da onu göstərir ki, hal-hazır ki, əmək mübahisəsi ilə bağlı İddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş 30 günlük müddət buraxılmamışdır. Belə ki, tərəfimizdən MMC-dən əmrin surəti və əmək kitabçası 13 dekabr 2023-cü il tarixində əldə edildikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülmədən Cavabdeh MMC tərəfindən qəbul edilmiş 20 sentyabr 2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma üçün əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məcburi olaraq ilkin mediasiya sessiyası tələb olunduğundan Əmək Məcəlləsinin 296cı maddəsinin tələblərinə əsasən 1 təqvim ayı müddətini ötürmədən 11 yanvar 2024-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə cavabdehə təklif göndərdik, mediasiya haqqında qanunvericilikdə nəzərdə tutulan 10 günlük müddət ərzində cavabdeh tərəf mediasiya prosesinin tətbiqi barədə təklifə münasibət bildirmədiyi üçün 22 yanvar 2024-cü il tarixində ilkin mediasiya sessiyasının keçirilməsi üçün ərizə ilə elektron poçt vasitəsilə 3 saylı Mediasiya təşkilatına müraciət etdik və elə həmin tarixdə tərəflərindən müraciət qəbul edildi və əmək mübahisəsi ilə bağlı mediator Mirrəhim Muradov təyin edildi. 3 saylı Mediasiya Təşkilatının mediatoru Mirrəhim Muradov tərəfindən ilkin mediasiya sessiyasının keçirilmə tarixi 13 fevral 2024-cü il tarixə saat 16:00-a təyin edildi. Tərəflər arasında razılıq əldə edilməsi üçün isə həmin tarixdən 16 fevral 2023-cü il tarixə saat 12:00-a təyin edildi. Lakin 16 fevral 2023-cü il tarixdə saat 12:00-12:30 radələrində tərəflər arasında mübahisənin mümkün həll variantına razılıq verilməsi mümkün olmadığından ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə mediator tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/3/2024-00069 nömrəli arayış təqdim edilməklə, tərəfimizdən 60 (altmış) manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Bundan başqa onu da qeyd edir ki, Cavabdeh MMC-nin baş direktoru tərəfindənİddiaçı iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilməsi nəticəsində işsiz qaldığından ona mənəvi ziyan dəymişdir. O mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə ki, İddiaçı Cavabdeh MMC-də 14 fevral 1997-ci il tarixdən baş mühasib vəzifəsində işləmiş, 20 avqust 1997-ci il tarixdən 20 sentyabr 2023-cü il tarixinə qədər isə maliyyə direktoru vəzifəsində işləmiş və hər zaman işini layiqincə yerinə yetirmişdir. Lakin cəmiyyətin baş direktoru İddiaçı təzyiq göstərərək, ona hədə-qorxu gələrək, yaxud başqa üsulla onun iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etməsi onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirdiyindən onun ağır mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur və ona görə də iddiaçı ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini cavabdehdən tələb edə bilər. Mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı işdə Cavabdeh MMC-nin İddiaçı iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilməsi, onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirilməsi faktları özüözlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, ona mənəvi zərərin dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildiririk ki, Ali Məhkəmənin Plenumunun adı çəkilən qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. İddiaçının təzyiq altında hədə-qorxu ilə işdən azad edilməsi onun şəxsiyyətinə və işgüzar nüfuzuna xələl gətirdiyindən, nəticədə keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair Dövlət rüsumunun ödənilməsi haqqında məlumat X8 Azaddır - əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar Ərizəni imzalayan şəxs haqqında məlumat: xx.xx.2024 diqqətəlayiq halları nəzərə alaraq hesab edirik ki, Cavabdeh MMC-dən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 15.000 (on beş min) manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən hesab edirik ki, xx.xx.2023-cü il tarixli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də maliyyə direktoru vəzifəsinəbərpa edilməli, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli və iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 (on beş min) manat məbləğində mənəvi zərər (kompensasiya) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə etiraz
8. Cavabdeh MMC iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində tez-tez cavabdehin ona hədə-qorxu gəldiyi, təzyiqlər etdiyi və əmək müqaviləsinin onun iradəsinə zidd ləğv etməyə məcbur etdiyini bildirsə də, həmin hədəqorxunun və təzyiqlərin nədə ifadə edilməsi barədə heç bir fakt göstərməmişdir. İddiasını hüquqi cəhətdən əsaslandırmaq üçün istinad etdiyi bir sıra maddi hüquq normaları və Azərbaycan Respublikasının Ali Məhkəməsinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarının ümumiyyətlə təqdim edilən iddia ilə əlaqəsi yoxdur. İddianın əsası kimi qurulmuş hədə-qorxunun gəlinməsi, təzyiqlərin edilməsi və onun iradəsinə zidd hərəkətlərin edilməsi ilə bağlı faktın olmasını bildirsə də, iddiaçı qeyd olunan faktla ilə bağlı heç bir sübut göstərməsə d,ə cavabdeh tərəfindən guya iddiaçıya edilmiş təzyiqləri dolayı olaraq digər faktiki hallarla uzlaşdırmağa çalışmış, bununla uydurma hadisəni sübut etməyə cəhd etmişdir. İddiaçının işdən azad olunmadan əvvəl son bir ayda ona şiddətli töhmətin verilməsini, iddiaçıya cavabdeh tərəfindən hədə-qorxu gəlməsinin sübut növü kimi göstərilməsi əsassızdır. İddiaçı tərəfindən bir işçi olaraq əmək funksiyasını lazımi qaydada yerinə yetirmədiyindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ona intizam tənbehi olaraq sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Bununla bağlı müvafiq əmr iddiaçıya rəsmi qaydada təqdim edilmişdir və o, əmri imza etməklə qəbul etmişdir. İddiaçı əmri mübahisələndirməmiş və bununla da həmin əmrin verilməsinə əsas olmuş əmək funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi faktını etiraf etmiş və beləliklə intizam tənbehinin verilməsinin hüquqi cəhətdən düzgün olmasını qəbul etmişdir. İddia ərizəsində iddiaçının heç bir başqa qazancı olmadığı halda, onun son 26 il müddət ərzində fasiləsiz işlədiyi işdən könüllü, öz iradəsinə uyğun olaraq getməsi inandırıcı və ağlabatan olmamasını sübut növü kimi göstərilməsi əsassızdır. Həmçinin mülki iş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinə nəzər yetirsək, məlum olacaqdır ki, iddiaçı Rusiya Federasiyasında Omsk şəhərində anadan olmuşdur və hazırda onun 57 yaşı vardır. İddiaçının öz dediyinə görə övladlarının və digər qohumlarının Rusiya Federasiyasında yaşaması və gələcək həyatın həmin ölkədə davam etdirmək arzusu nəzərə alınmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəni bilavasitə iş yerində, özünün dediyi kimi işəgötürənin təzyiqi və hədəqorxusu altında deyil, iş yerindən kənarda, heç bir təzyiq olmadığı halda yazmış və ərizəni poçt vasitəsilə göndərmişdir. Belə ki, ərizədə yazılma tarixi 08 sentyabr 2023-cü il qeyd edilsə də faktiki olaraq iddiaçı ərizəni 12 sentyabr 2023-cü il tarixdə poçt vasitəsilə işəgötürənə göndərmişdir (Poçt qəbzinin surəti əlavə edilir). 11 sentyabr 2023-cü il tarixdən 20 sentyabr 2023-cü il tarixə (əmək müqaviləsinə xitam verilməsi tarixi) qədər isə iddiaçı məzuniyyətdə olmuşdur. Qanunvericiliyin tələbinə əsasən İddiaçı işdən çıxma barədə ərizəni məzuniyyətdən öncə, məzuniyyət dövründə və ya məzuniyyətdən sonra işə çıxan zaman təqdim etmək hüququna malikdir və iddiaçı, qeyd olunan hüquqdan istifadə etmişdir. İddiaçı cavabdeh təşkilatda maliyyə meneceri vəzifəsində işləyirdi və ona çox yaxşı məlum idi ki, faktiki olaraq onun tutduğu vəzifəyə işə qəbul və həmin vəzifədən işdən azad edilməsi barədə qərarı Direktorlar Şurası verir. Başqa sözlərlə iddiaçıya münasibətdə işəgötürən Şirkətin Baş direktoru deyil, Direktorlar Şurasıdır. Əgər iddiaçının iddia etdiyi kimi onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ona hədə-qorxu gəlinmişdirsə, bu hədəqorxunun kim tərəfindən gəlindiyi, nə üçün ona hədə-qorxu gəlindiyi iddia ərizəsində dəqiq göstərilməli, bu hədə qorxu barəsində Direktorlar Şurasına və/yaxud əmək münasibətləri sahəsində dövlət nəzarətini həyata keçirən X6 Xidmətinə müraciət etməli idi. Lakin iddiaçı iddia etdiyi kimi ona qarşı edilən “təzyiq və hədə-qorxular” barədə heç bir rəsmi quruma müraciət etməmiş və əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi üçün müraciət etmişdir. İddiaçının işdən çıxmaq barədə ərizəsində göstərdiyi kimi guya ona “hədə-qorxu gəlinməsi və əmək hüquqlarının kobud şəkildə pozulması, ona qarşı təzyiq göstərilməsi” faktlarını yoxlamaq üçün işəgötürənin araşdırma aparmaq imkanı olmamışdır. Belə ki, iddiaçı ərizəni verdikdə nəinki məzuniyyətdə olmuş və iş yerində olmamışdır, ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən işəgötürənin yazılan ərizə ilə bağlı araşdırma aparmaq imkanı olmamışdır. İddiaçının işdən çıxamaq barədə ərizəsinin könüllü yazması faktı aşkar olduğu üçün orada yazılan ittihamları işəgötürən ciddi qəbul etməmiş və iddiaçıya əmək funksiyalarının düzgün icra etmək barədə rəhbərliyin qanuni tələblərinə qarşı isterik etiraz kimi qiymətləndirmişdir. İddiaçının əmək funksiyalarını düzgün icra etməməsi barədə kifayət qədər sübutlar mövcuddur. Şirkətin Baş direktorunun iddiaçıdan əmək funksiyalarını düzgün icra etməsi barədə göstərişlər verməsi Əmək Məcəlləsinin 11-ci maddəsinin tələblərinə əsasən işəgötürənin əsas hüquqlarından hesab edilir. Baş direktorun iddiaçıdan əmək funksiyalarını dürüst icra etməsi barədə göstərişlər verməsi iddiaçıya qarşı hədə-qorxu və təzyiq kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində hədə qorxunun nədə ifadə edildiyi, hansı səbəbdən iddiaçıya qarşı belə təzyiqlər olmasını sübut edə və ya heç olmasa açıqlaya da bilməmişdir. Başqa sözlərlə cavabdehin iddiaçıya qarşı təzyiq göstərməsi və hədə-qorxu gəlməsinin motivi yoxdur. Bundan başqa iddiaçı iddia edir ki, tutduğu vəzifədən 20 sentyabr 2023-cü il tarixdən azad edilməsinə baxmayaraq həmin əmrin məzmunu ilə tanış edilməmiş və sözügedən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. Lakin iddiaçı əmək müqaviləsinin xitam verilməsi barədə ərizəni ümumiyyətlə iş yerində deyil, kənardan yazaraq poçt vasitəsi ilə təqdim etmişdir və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmri iddiaçının ünvanına sürətli poçt vasitəsi ilə göndərilmişdir. Qeyd olunan məktub iddiaçının ünvanına çatdırılsa da, iddiaçı ünvanda olmamışdır və məktub onun qonşusu tərəfindən imza etməklə qəbul edilmişdir. Göründüyü kimi, İddiaçı Vladimirova öz iddia ərizəsində qeyd etdiyi kimi ona hədə-qorxu gəlməsi, təzyiqlərin edilməsi və əmək müqaviləsinin onun iradəsinə zidd ləğv edildiyinin məcbur edilməsi hallarının mövcud olmasını və əmək məcəlləsinin müvafiq maddələrin tələblərinin pozulmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən isə iddiaçı tərəfindən ərizənin yazıb poçt vasitəsi ilə MMC-yə təqdim etməsi, onun könüllü olaraq əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin tərtib edilib verilməsinin etirafıdır, bu da cavabdehi ərizənin iddiaçı tərəfindən könüllü şəkildə tərtib edərək göndərməsini sübut etmə vəzifəsindən azad edir (ərizə və poçt qəbzi əlavə olunur). İşin mübahisəsiz halı ondan ibarətdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə ərizə iddiaçı tərəfindən yazılmışdır. Bundan əlavə, işin digər mübahisəsiz halı ondan ibarətdir ki, işçi əmək müqaviləsinə xitam vermək barədə ərizəni bilavasitə iş yerində kiminsə təzyiqi və hədə-qorxusu altında deyil, kənarda yazaraq poçt vasitəsilə göndərmişdir. Demək ki, işçi ərizə yazarkən bilavasitə kiminsə təzyiqi altında və ya hədə qorxusu və diktəsi altında deyil, iş yerindən kənarda sərbəst şəkildə yazmışdır. Əslində işçini əmək müqaviləsini xitam verməyə vadar edəcək heç bir hal olmamışdır. İşçidən əmək funksiyalarının icra edilməsini tələb etmək, ona qarşı hədə-qorxu və təzyiq kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsinin 5-ci vərəqinin 8-ci abzasında onun iradəsinin əleyhinə əmək müqaviləsinə xitam verilməsinə dair ərizə yazmağa məcbur edilməsini qeyd edərək, işsiz qaldığından ona mənəvi ziyan dəydiyini bildirir. Sonra iddia ərizəsində mülki hüquq pozuntusu (delikt) ilə bağlı bir neçə maddi hüquq normaları və mənəvi zərərin ödənilməsi ilə bağlı AR Ali Məhkəməsinin Plenumunun qərarını qeyd edərək, hesab edir ki, cavabdeh tərəfindən onun mülki hüquq pozuntusu (delikt) mövcud olmuşdur və buna görə ona mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı cavabdeh tərəfindən onun mülki hüquq pozuntusu (delikt) mövcud olduğunu sübuta yetirmədiyi halda, daha bir halı - işgüzar nüfuzuna xələl gətirildiyindən onun ağır mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olan halları da sübut etmədən cavabdehdən əsassız pul əvəzini tələb edir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar müəyyən edilməlidir. İddiaçı tərəfindən ağır mənəvi sarsıntının və iztirab keçirdiyini və əgər bu hal baş veribsə onun əmək müqaviləsinə xitam verdikdən sonra baş verdiyini, həmçinin iztirablara məruz qalmasının nədə ifadə etdiyini sübut edə bilmir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.Etirazın hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 69, 186, 290 Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.3, 154.1 Mülki Məcəllənin 21.2, 23.6, 1096.1-ci maddələrinə istinad edilmişdir.
9. Cavabdeh MMC iddia tələbinə yazılı etiraza əlavə verərək iddiaçının bilavasitə əmək funksiyasına daxil olan cavabdehin vergi bəyannamələrinin göndəsilməsi ilə bağlı bildirir ki, 2022-ci ilin Mənfəət vergi bəyannaməsi 30 mart 2023-cü il tarixində göndərilmişdir. 31 mart 2023-cü il tarixində mənfəət vergisi bəyannaməsi ilə bağlı **********271200 saylı kameral uyğunsuzluq və 24 iyun 2023-cü il tarixində mənfəət vergisi bəyannaməsi ilə bağlı **********873600 saylı kameral uyğunsuzluq məktubları daxil olmuşdur və qeyd edilən məktublardakı uyğunsuzluqlar aradan qaldırılmadığı və cavablandırılmadığı üçün 24 iyun 2023-cü il tarixində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********805100 saylı qərara əsasən 615 621.67 manat məbləğində kameral hesablama aparılmışdır. 11 iyul 2023-cü il tarixində dəqiqləşdirilmiş Mənfəət vergi bəyannaməsi təqdim edilmişdir. 11 iyul 2023-cü il tarixində dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi ilə bağlı **********206600 saylı kameral uyğunsuzluq məktubu daxil olmuşdur və qeyd edilən məktubdakı uyğunsuzluqlar aradan qaldırılmadığı və məktub cavablandırılmadığı üçün yenidən 19 sentyabr 2023-cü il tarixində vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********704000 saylı qərara əsasən 727 597.51 manat məbləğində kameral hesablama aparılmışdır. Beləliklə 2022-ci il üzrə kameral hesablama məbləği 727 597.51 manat və müvafiq olaraq 2023-cü il üzrə vergi məcəlləsinin 151.1-ci maddəsinə əsasən hər rüb üzrə əlavə 181 899.38 manat məbləğində mənfəət vergisi hesablanmışdır. 2022-ci il üzrə 727 597.51 manat və 2023-cü ilin 3 rübü üzrə cəmi 545 698.14 əlavə hesablama aparılmışdır. Cəmi 1 273 295.65 manat məbləğində hesablama olmuşdur və büdcəyə ödənilmişdir. Əlavə olaraq Vergi Məcəlləsinin 125-1 maddəsinə əsasən güzəştli vergi tutulan X3 qeydiyyatda olan M-İ Holdings (BVİ) Ltd şirkətinə 2020-ci ilin 3 və 4-cü rüblərinə aparılmış cəmi 6,585,991.61 manat ödənişdən 658,599.16 manat 10% vergi ödəmə mənbəyində tutulmamışdır və müvafiq olaraq Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən 329,299.58 manat 50% maliyyə sanksiyası tətbiq olunacaqdır.
10. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.
11. Məhkəmənin tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, iddiaçı cavabdeh şirkətdə 27 il işləyib. O, şirkətdə maliyyə direktoru işləyib. Onun əmək haqqısı 11000 manat olub. Şirkətdə rəhbərlik və işçilər dəyişdikdən sonra tərəflər arasında münasibətlər gərginləşməyə başlayıb. Şirkətin müdiri xarici ölkənin vətəndaşıdır. O, iddiaçıdan onun vəzifə funksiyasına aid olmayan işləri görməyi tələb edib. İşdə iddiaçını psixoloji və mənəvi cəhətdən o qədər sıxıblar ki, o, işdən çıxmağa məcbur qalıb. O, işdə stress keçirib. Buna görə o, keçən ilin avqust ayında həkimə müraciət edib. Xəstəxana arayışında şikayətin əsası kimi iş yerində keçirdiyi stress qeyd edilib. İddiaçıya bir ay ərzində iş yerində həm xəbərdarlıq, həm də töhmət verilib. O, 8 sentyabr 2023-cü ildə imzaladığı işdən çıxma ərizəsində də onun məcburiyyətdən, stressdən, şirkətin əməkdaşlarının ona hədə-qorxu gəldiyindən işdən çıxdığını qeyd etmişdir. İddiaçı işdən çıxma ərizəsini şirkətdə yazmayıb, həmin ərizəni poçtla yollayıb. Şirkət də həmin ərizə ilə bağlı araşdırma aparmayıb. Ancaq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən şirkət bu faktı araşdırmalı idi. İddiaçı iş yerində yaranmış təzyiqlə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etməyib. İddiaçı həm də şirkətdən qorxduğu üçün işdən çıxıb. Düşünüb ki, əgər öz ərizəsi ilə çıxmasa onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxaracaqlar. İddiaçının işdən çıxma iradəsi olmayıb. Cavabdehin nümayəndəsi və vəkili bildirir ki, guya iddiaçı Rusiyaya köçmək üçün işdən çıxıb. Ancaq bu, yalandır. İddiaçıya iş yerində mənəvi iztirab verilib. 26 il qüsursuz işləyən iddiaçıya bir ay ərzində həm xəbərdarlıq, həm də töhmət verilməsi mənəvi iztirab kimi qəbul edilməlidir. İş yerində iddiaçıya elə şərait yaradılmışdı ki, onun orada işləməyi mümkünsüz idi. Ona qarşı fiziki şiddət göstərilməsə də, mənəvi iztirab verilib. İddiaçının yaxşı iş şəraiti olmayıb. Cavabdeh bildirir ki, guya iddiaçı şirkətə maddi ziyan vurub. Ancaq bu da yalandır. Əgər iddiaçı şirkətə ziyan vurubsa şirkət onu yenidən işə götürsün, iddiaçı da vurduğu ziyanı ödəyər. İddiaçının nümayəndəsi və vəkili göstərilənləeə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı şirkətdə maliyyə direktoru işləyib. O, illərlə şirkətdə qanunsuz işlərlə məşğul olub. O, şirkətə ******* dollardan çox maddi ziyan vurub. Bununla bağlı Prokurorluğuna şikayət edilib, iddiaçı Rusiya Federasiyasına getdiyi üçü onun izahatını prokurorluq orqanları ala və işi hərtərəfli araşdıra bilmir. İddiaçı düzgün işləmirdi. Ona Cavabdeh MMC tərəfindən əmək funksiyalarını yerinə yetirməsi və düzgün işləməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilib. Ancaq o, şirkətin göstərişlərini yerinə yetirməyib. Məsələn şirkət ona deyib ki, işçilərin əmək haqqısını hesabla, o isə şirkətə bildirib ki, mən işçilərin əmək haqqısını hesablamıram, işçilərin əmək haqqlarını şirkətin kadrlar şöbəsi hesablasın. Halbuki işçilərin əmək haqqlarını hesablamaq kadrlar şöbəsinin vəzifəsi deyil, maliyyə direktorunun birbaşa vəzifəsidir. İddiaçı şirkətə email hesabı vasitəsi ilə cavab verirdi. İddiaçıya buna görə töhmət, yazılı xəbərdarlıq verilib. İddiaçı da həmin tənbeh qərarlarını qəbul edərək onlardan heç bir şikayət verməmişdir. İddiaçının vəkili bildirir ki, iddiaçı şirkətdə illərdir qüsursuz işləyib. Əgər bu belə idisə iddiaçı ona verilmiş tənbeh tədbirindən şikayət verərdi. O, öz ərizəsi ilə işdən çıxdıqdan sonra bununla bağlı nə şirkətin Direktorlar Şurasına, nə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə şikayət verməmişdir. İddiaçının vəkili bildirir ki, iddiaçıya işdə guya hər hansısa təzyiqə, hədə-qorxuya, stressə məruz qalıb. Amma iddiaçı tərəf bununla bağlı hər hansısa sübut təqdim etmir. Hər bir tərəf iddia etdiyini sübut etmək öhdəliyi daşıyır. İşçiyə intizam tənbeh tədbirinin verilməsi ona qarşı təzyiq vasitəsi kimi qəbul edilməməlidir. Belə ki, İddiaçı hansı əmək funksiyalarının yerinə yetirilməsindən boyun qaçırması tənbehlə bağlı əmrdə sadalanmış və bu hallara görə iddiaçı özü izahat verərək qəbul etmişdir. İddiaçı işdən çıxması barədə heç bir təzyiq, hədə-qorxudan söhbət gedə bilməz. Bunla yalnız iddiaçının mülahizələri xarakterini daşıyır və sübut edilmir. Bundan əlavə, iddiaçı işdən çıxmaq ərizəsi yazanda işdə olmamışdır, ölkədən kənarda olmuşdur. Xarici ölkədə olan şəxsə necə təzyiq göstərilə bilər? Şirkət tərəfindən iddiaçıya verilən töhmət işəgötürənin hüququdur. Bu, işçiyə təzyiq kimi qəbul edilə bilməz. İddiaçı işdən çıxmaqla özünü cinayət məsuliyyətdən qurtarmaq istəyir, çünki şirkətin əvvəlki rəhbərliyi ilə belə işləyib. İddiaçının vəkili iddiaçıya göstərilən təzyiqin nədə ifadə olunduğunu sübut edə bilmir. İddiaçı şirkətin başqa əməkdaşlarının email hesablarına məktub yollayıb dövlət sirrini əldə edib, çünki şirkətin səhmlərinin bir qismi dövlətə məxsusdur. İddiaçı şirkətin nizamnaməsini yaxşı bilir. O, hər dəfə email hesabı ilə göndərdiyi məktublarda nizamnamələrin bəndlərinə istinad edirdi. Şirkətdə həmkarlar ittifaqı yoxdur. İddiaçı şirkətin Direktorlar Şurasının iclasında sabotaj etməyə çalışıb. Şuranın üzvləri isə onu xəbərdarlıq ediblər ki, artıq qanunsuz əməllərlə məşğul olma, düzgün işlə. İddiaçının işində audit aparılıb. Şirkət iddiaçının işləməyindən narazı olub, ona nöqsanlarının olduğu bildirilib. Belə ki, iddiaçıya iş tapşırılırdı, o isə işləmirdi. İddiaçı məzuniyyətdən qayıtmadı, ərizəsində göstərdiyi gün işdən çıxmışdır. Şirkət bu halda niyə onu işə bərpa etməlidir? İddiaçının vəkili bildirir ki, iddiaçının ərizəsində qeyd etdiyi hallarla bağlı şirkət araşdırma aparmayıb. Şirkətin iddiaçının ərizədə qeyd etdiyi faktlarla bağlı araşdırma aparmaq öhdəliyi yoxdur. Burada sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı şirkətdə ona təzyiq, hədəqorxu göstərildiyini sübuta yetirməli idi. İddiaçıya heç vaxt iş yerində təzyiq göstərilməyib və iş yerində konfliktli şərait olmayıb. Sadəcə olaraq işçidən əmək funksiyalarının düzgün icrası tələb edilib. Cavabdeh şirkətdə işçinin işdən çıxarılması proseduru ikimərhələlidir: birinci mərhələdə şirkətin direktorlar şurası işçinin işdən çıxarılması barədə qərar qəbul edir, ikinci mərhələdə isə şirkətin rəhbəri həmin işçini işdən çıxarır. Cavabdehin nümayəndəsi və vəkili göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
14. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
15. Maddə 3 (4-1-ci hissə) Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir
16. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək..
17. Maddə 68 (1-ci hissə) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 69 (1-ci hissə) İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
19. Maddə 69 (2-ci hissə) Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
20. Maddə 69 (3-cü hissə) İşçi aşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
21. Maddə 69 (7-ci hissə) İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
22. Maddə 83 (2-ci hissə) Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
23. Maddə 84 (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
24. Maddə 84 (2-ci hissə) Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
25. Maddə 300 (1-ci hissə) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
26. 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
27. Maddə 9 (1-ci hissə) Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
28. Maddə 9 (3-cü hissə) Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
29. Maddə 14 (2-ci hissə) Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 76 (1-ci hissə) Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
31. Maddə 77 (1-ci hissə) Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
32. Maddə 106 (1-ci hissə) İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
34. Maddə 119 (1-ci hissə) Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Maddə 217 (4-cü hissə) Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma
36. İddia əsassızdır.
37. Belə ki, işin faktiki hallarına əsasən, İddiaçı Cavabdeh MMC-də xx.xx.1997-ci il tarixdə mühasib vəzifəsinə təyin edilmiş, daha sonra xx.xx.1997-ci ildən isə maliyyə direktoru vəzifəsinə keçirilmişdir. İşəgötürənin xx.xx.2023-cü il tarixli 119№-li Əmri ilə Cavabdeh MMC-in Maliyyə Diretoru-Baş Mühasibi olan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə A.R.Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 20 sentyabr 2022-ci il tarixindən işçinin öz xahişi ilə xitam verilmiş və işçinin tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir.
38. İddiaçı həmin əmrin ləğv edilməsini, iddiaçının işə bərpa edilməsini xahiş edərək, işçi tərəfindən işdən çıxma ərizəsinin təzyiq altında verilməsini bildirmiş və mövqeyinin əsası kimi MMC-nin yeni rəhbəri ilə iddiaçının münasibətlərinin yaxşı olmaması, işəgötürən tərəfindən qısa müddət ərzində tənbeh tədbirlərinin verilməsini, işçinin ərizəsində qeyd edilən təzyiq hallarının işəgötürən tərəfindən araşdırılmamasını qeyd etmişdir.
39. İşəgötürən iddiaçının göstərilən dəlillərinə etirazını belə əsaslandırmışdır ki, “iddiaçının işdən çıxmaq barədə ərizəsində göstərdiyi kimi guya ona “hədə-qorxu gəlinməsi və əmək hüquqlarının kobud şəkildə pozulması, ona qarşı təzyiq göstərilməsi” faktlarını yoxlamaq üçün işəgötürənin araşdırma aparmaq imkanı olmamışdır. Belə ki, iddiaçı ərizəni verdikdə nəinki məzuniyyətdə olmuş və iş yerində olmamışdır, ümumiyyətlə Azərbaycan Respublikasının hüdudlarından kənarda olmuşdur. Bu səbəbdən işəgötürənin yazılan ərizə ilə bağlı araşdırma aparmaq imkanı olmamışdır. İddiaçının işdən çıxamaq barədə ərizəsinin könüllü yazması faktı aşkar olduğu üçün orada yazılan ittihamları işəgötürən ciddi qəbul etməmiş və iddiaçıya əmək funksiyalarının düzgün icra etmək barədə rəhbərliyin qanuni tələblərinə qarşı isterik etiraz kimi qiymətləndirmişdir”
40. Məhkəmə ilk olaraq qeyd edir ki, işçi ilə əmək müqaviləsinin ləğv edilməsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçinin ərizəsində göstərildiyi gün əmək müqaviləsinin ləğv edilməsi) ilə əsaslandırılmışdır, həmin əmrin tərtib edilməsi və rəsmiləşdirilməsində Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə uyğunsuzluq müəyyən edilməmişdir.
41. Məhkəmə iddiaçının tələbinin və cavabdehin etirazının dəlillərini qarşılıqlı nəzərə alıb işin faktiki hallarını əmək qanunvericiliyinin normaları ilə əlaqəli qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçı “işdən çıxmaq barədə ərizəni işəgötürənin hədə-qorxusu, təzyiqi altında, inamsızlıq şəraitində yazması” ilə bağlı halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda işəgötürən tərəfindən təzyiq və hədəqorxunun hansı formada edilməsi barədə ardıcıl, bir-birilə əlaqəli faktlar göstərməmiş, işdən çıxarılması barədə ərizəsində qeyd etdiyi “inamsızlıq şəraitində, təzyiq altında xidməti vəzifələrini davam etdirə bilməmək” ilə bağlı vəziyyətin nədən ibarət olması və bu halın məhz işəgötürənin hərəkətləri nəticəsində yaranmasının ağlabatan izahını verə bilməmişdir.
42. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, İddiaçı yazılı qaydada xəbərdarlıq edilməsi haqqında xx.xx.2023-cü il tarixli 60№-li əmr və ona “Sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” xx.xx.2023cü il tarixli 104№-li əmr işçi tərəfindən mübahisələndirilməmiş, eləcə də işçi MMC-nin yeni rəhbərliyi tərəfindən əmək funksiyalarına aid olmayan tapşırıqların icrasına məcbur edilməsi və təzyiq göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə və ya şirkətin aidiyyəti rəhbərliyinə hər hansı müraciət və ya şikayət etməmişdir.
43. Məhkəmə onu da qeyd edir ki, hazırkı işin faktiki hallarına əsasən intizam tənbeh tədbirlərini işçiyə təzyiq vasitəsi kimi qiymətləndirilə bilməz. Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından suiistifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbehlərindən birini verə bilər.
44. Yuxarıda adı çəkilən intizam tənbeh tədbirləri barədə əmrlər işəgötürən tərəfindən əsaslandırılmaqla, iddiaçının hansı pozuntulara yol verməsinə görə həmin tədbirlərin onun barəsində tətbiq edilməsi göstərilmiş, işçi həmin əmrlərlə tanış edilmiş və tənbeh tədbirlərini qəbul etmişdir.
45. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən işəgötürən, yəni cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları baş verməmişdir. Bununla da, iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur.
46. Məhkəmə iddia tələbinin məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 manat məbləğində zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin tələblər iddiaçının işdən çıxarılması barədə əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbindən doğan tələb olduğundan iddia tələbinin həmin hissələrdə də təmin olunması üçün əsaslar yoxdur. Nəticə
47. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
48. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddiaçı Cavabdeh MMC-ə” qarşı İddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş 15.000 (on beş min) manat məbləğində mənəvi zərərin (kompensasiyanın) cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova