Məhkəmə qərarları › İş №e-2(002)-1225/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1225/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1225/2024 07.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «mənzildən istifadə hüquqlarının tanınması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun himayəsində olan X3 ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «mənzildən istifadə hüquqlarının tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il təvəllüdlü azyaşlı qızı X9 ilə birlikdə ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzilə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2383/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzinin qeydiyyat şöbəsində 230 saylı akt qeydi ilə bağlanmış nikahları pozulmuş və bu nikahdan olan qızı X1 Ülviyyə Əfqan qızının himayəsində və yanında saxlanılmışdır. Nikahlarına xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə 467 saylı akt qeydi aparılaraq, nikahın pozulmasına dair şəhadətnamə təqdim olunmuşdur. ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışa əsasən ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən, ümumi sahəsi 63,27 m2 olan mənzil xüsusi mülkiyyət hüququ əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. Bildirmək istəyir ki, Cavabdeh ilə nikah münasibətlərinə xitam verilməsinə baxmayaraq, cavabdeh onun mülkiyyətində olan mənzildə yaşayır və mənzili tərk etmir. Dəfələrlə ondan mənzili boşaltmağı tələb etsə də, o, müxtəlif bəhanələrlə bundan imtina edir. Bu isə onun mülkiyyət hüququnu pozur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə İddiaçı ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Nigar adlı bir uşaqları doğulmuşdur. Nikahları xx.xx.2023-cü il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuşdur. O, iddiaçı ilə ailə qurarkən mübahisəli mənzil orderlə mərhum qayınatası X7 adına olmuşdur. Rəhmətlik qayınatası onun xalasının yoldaşı olmuşdur. İddiaçı xalası oğludur. Mənzil də order əsasında mərhum qayınatasının adına olmuşdur. İddia ərizəsinə əlavə edilmiş çıxarışdan da görünür ki, mənzil 2024-cü ildə rəsmi qeydiyyatdan keçmişdir. O, həmin mənzilə gəlin gəlmişdir və ona məxsus əmlak da həmin mənzildə yerləşdirilmişdir. Mənzildə olan bütün əmlaklar ona məxsusdur, o, mənzilə köçərkən mənzil boş olmuşdur. O, azyaşlı qızı ilə həmin evdə ailə üzvü kimi yaşasalar da, onları qeydiyyata saldırmamışlar. Mənzili İddiaçı öz adına rəsmiləşdirərək xx.xx.2024-cü il tarixdə çıxarış almışdır. Onun bundan xəbəri olmamış, yalnız məhkəmədən bildiriş gəldikdən sonra bu barədə xəbəri olmuşdur. Hazırda iddiaçı onu və uşağını həmin mənzildən çıxartmaq istəyir. Onun və azyaşlı uşağının başqa yaşamağa yerləri yoxdur, həmin mənzil onun və uşağının yeganə yaşayış yeridir. O, ailə qurub mənzilə köçdüyü vaxt mənzil orderlə olmuş, o da ailə üzvü kimi həmin mənzildə yaşamışdır. Onun həmin mənzildə istifadə hüququ vardır. Eyni zamanda, hazırki mübahisə ailə münasibətlərindən irəli gəlir və məhkəmədən əvvəl mediasiya sessiyasında iştirak zəruridir. Lakin iddiaçı mediasiyaya müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bununla da, onun qanunla qorunan hüquqlarını pozmuşdur. Ona mediasiyada iştirak etmək üçün heç bir təklif göndərilməmiş və məhkəmədən əvvəl mübahisəyə mediasiya qaydasında baxılmamışdır. Buna dair məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Həmin vaxt məhkəmə hazırlıq iclası ümumiyyətlə keçirilməmişdir. Ona görə də, məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə saat 11:40-a təyin edilmişdir. O isə iddiaçının mediasiyada iştirak etmədiyinə görə iddia tələbinin baxılmamış saxlanılması barədə ərizəsini isə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Həmin ərizəni isə məhkəmə xx.xx.2024-cü il tarixli iclasda əsassız hesab etmişdir. Məhkəmənin bu barədə ərizəsinə qiymət verməmişdən əvvəl qarşılıqlı iddia ərizəsi ilə müraciət edə bilməzdi. Əvvəlcə onun ərizəsinə qiymət verilməli idi. Bundan sonra o, qarşılıqlı iddia ərizəsi ilə müraciət etməli idi. Lakin məhkəmə həmin ərizəni əsassız hesab etmiş, həmin gün də ona vaxt vermədən işi məhkəmə baxışına təyin etmişdir. Bununla da, onun müdafiə hüququ pozulmuşdur. Ona görə də, qarşılıqlı iddia ərizəsini baxış iclasında təqdim edir. Məhkəmə iddianın baxılmamış saxlanılması barədə ərizəsini təmin etmədiyi təqdirdə məhkəmə hazırlıq iclasını təxirə salmalı idi ki, o, hər hansı bir sübutunu və ya qarşılıqlı iddia ərizəsini təqdim edə bilsin. Bu vaxt isə ona yaradılmamış, baxılmamış saxlanılma barədə vəsatəti təmin edilmədiyi gün iş məhkəmə baxışına təyin edilmişdir. Göründüyü kimi, qarşılıqlı iddianın MPM-nin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə verilməməsi onun təqsiri səbəbindən deyildir. İddia ilə bağlı bildirir ki, onunla cavabdeh arasında nikah pozularaq keçmiş ailə üzvü sayılsa da, onların birgə nikahdan bir azyaşlı (iki yaşında) övladları var. Nikahları məhkəmənin qətnaməsinə əsasən pozulmuş, azyaşlı övladının onun himayəsində saxlanılması və uşağın saxlanılması üçün İddiaçı aliment tutulmuşdur. Övladları İddiaçı ailə üzvü sayılır. Özü heç bir yerdə işləmir və övladı da onun himayəsindədir. Mübahisəli mənzil orderə əsasən qarşılıqlı iddia üzrə cavabdehin ailə üzvlərinə verilmişdir. O isə xx.xx.2021-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq həmin mənzilə köçmüşdür və indiyə kimi də azyaşlı övladı ilə həmin mənzildə yaşayır. Onun azyaşlı övladı ilə başqa yaşayış yeri və başqa yerdə yaşamağa imkanı yoxdur. Onların arasında hüquq münasibətləri mənzil orderlə olduğu zaman yarandığından həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 2383/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair ilk iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzinin Qeydiyyat şöbəsində 230 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2022-ci il təvəllüdlü X9 anası Cavabdeh himayəsində və yanında saxlanılmış, Cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı hər ay 220 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmiş, dövlət rüsumu, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməli olması, məhkəmə qərardadına əsasən müvəqqəti alimentin tutulmasının nəzərə alınması barədə göstərişlər qeyd olunmuşdur. - 10 fevral 2024-cü il tarixdə Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 484209 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Qaradağ rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(002)-2383/2023 saylı qətnaməsinə əsasən 27 noyabr 2023-cü il tarixdə xitam verilmiş, bu barədə 28 noyabr 2023-cü il tarixdə müvafiq akt qeydləri kitabında 467 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 07 dekabr 2023-cü il tarixli 361 saylı sərəncamından görünür ki, vətəndaş Rəsulov X10 RİH-ə ərizə ilə müraciət edərək yaşadığı Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Göstərilən xidməti mənzil vətəndaş İddiaçı mərhum atası X5 Yeni Bakı Broyler quşçuluq fabriki rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarına əsasən Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafiq olaraq işlədiyi müddət ərzində verilmişdir. Ailənin digər üzvləri mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılıqlarını bildirmişlər. Hazırda vətəndaş İddiaçı 2 nəfər ailə tərkibi ilə Müşfiqabad qəsəbəsi ev 5v, sahəsi 37.04 m2 olan 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Yuxarıda qeyd olunanları, ərizəçinin müraciətini və «İctimai mənzil komissiyası»nın rəyini nəzərə alaraq qərara alınmışdır ki: 1) Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, sahəsi 37.04 m2 olan 58 saylı mənzil xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı daimi yaşayış üçün verilsin və mənzilin kirayə müqaviləsi onun adına bağlansın (mənzildə qeydiyyatda olan şəxslər özü və bacısıdır); 2) Vətəndaş İddiaçı adına şəxsi maliyyə hesabının açılması Qaradağ rayon MKTB-nin 124 saylı MKİS-ə tapşırılsın; 3) Yaşayış sahəsinin ilkin hüquqi qeydiyyata alınaraq özəlləşdirilməsi üçün ƏMDX-nın müvafiq ərazi idarəsinə müraciət edilməsi İddiaçı tövsiyə olunsun; 4) Sərəncamın surəti aidiyyatı ünvanlara (qurumlara) göndərilsin. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq ərazi idarəsi tərəfindən 05 fevral 2024-cü il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 5v saylı evin 58 saylı mənzili (yeni qaydalarla: ünvan 2 M4, m2) xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində aidiyyatı reyestr kitabının müvafiq səhifəsində qeydiyyata alınmışdır. Ödəniş qəbzlərindən göründüyü kimi məhkəməyə ilk iddia ərizəsi təqdim olunması üçün ilk iddia üzrə iddiaçı tərəfindən 100 manat, qarşılıqlı iddia ərizəsi təqdim olunması üçün qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin məhkəmə araşdırması zamanı müəyyən olunmuş faktiki hallarından (iddia ərizəsində qeyd edilən bəzi məlumatlar – mənzilə görə ödənilməli borc məbləğinin qalması və s. həqiqətə uyğun olmayıb, işin faktiki halları kimi çıxış etmirlər) görünür ki, tərəflər xx.xx.2021-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2022-ci il tarixdə Nigar adlı qızları doğulmuşdur. Ailə ilk iddia üzrə iddiaçının mərhum atasına iş yerindən təqdim olunmuş xidməti mənzil olmuşdur. İlk iddia üzrə iddiaçının atası oğluna cavabdehlə birlikdə həmin mənzildə yaşamağa etiraz etməmişdir. Cavabdeh iddiaçının atasının ailə üzvü hesab olunmadığından mənzildən istifadə hüququna malik olan şəxslərin sırasında olmamışdır. Cavabdeh həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmamışdır. Cavabdehin həmin mənzildən istifadə hüququnun olmasına dair müvafiq şəkildə qeydiyyat aparılmamışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-2383/2023 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı Qaradağ rayonu Müşfiqabad qəsəbəsi ev 5v, 58 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq ona daimi yaşayış üçün verilməsi və kirayə müqaviləsinin onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Göstərilən xidməti mənzil vətəndaş İddiaçı mərhum atası X5 Yeni Bakı Broyler quşçuluq fabriki rəhbərliyinin və həmkarlar komitəsinin birgə qərarına əsasən Qaradağ rayon XDS İK-nın xx.xx.1987-ci il tarixli orderinə müvafiq olaraq işlədiyi müddət ərzində verilmişdir. Ailənin digər üzvləri mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına notarial qaydada təsdiq olunmuş razılıqlarını bildirmişlər. Hazırda vətəndaş İddiaçı 2 nəfər ailə tərkibi ilə Müşfiqabad qəsəbəsi ev 5v, sahəsi 37.04 m2 olan 58 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Mənzil üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil birgə nikah dövründə əldə edilmiş mənzil deyil. İddiaçı cavabdehlə nikahları pozulduğundan, sonuncudan mənzili tərk etməsini tələb etmiş, lakin cavabdeh mənzildən çıxmamışdır. Bu səbəbdən, ilk iddia üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan əlavə, «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı» insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiyyətini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçının təminat altında olan mülkiyyət hüquqları müdafiə edilməli, ilk iddia təmin edilməli, ilk iddia üzrə Cavabdeh yetkinlik yaşına çatmamış ailə üzvü xx.xx.2022-ci il təvəllüdlü X9 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılmalıdırlar. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində qeyd etmişdir ki, o, mübahisə edilən mənzilə gəlin köçdüyündən, həmin mənzildən istifadə hüququ tanınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməklə, müvafiq hüquqi qiymət verilməlidir. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin məzmunundan görünür ki, mülkiyyətçinin ailə üzvü tərəfindən digər ailə üzvlərinin, yəni ərinin, arvadının köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir və mütləq mənada yazılı razılaşmanın olması tələb olunur. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli qərarında Mülki Məcəllənin 228.5-ci maddəsində mülkiyyətçinin razılığı müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərərək göstərmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçinin digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Bu müddəa Mülki Məcəllənin 228.2-ci maddasində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənmiş razılaşmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Macəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Macəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razilaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi va ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqavilasi va ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1- ci maddasində nəzərdə tutulan «ailə üzvləri» anlayışının əhatə dairəsinə daxildir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının hal-hazırda iddia etdiyi cavabdehə məxsus evə köçürülməsi, sonuncunun mülkiyyət hüquqlarını məhdudlaşdırır, əmlakından sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarından göründüyü kimi, qarşılıqlı iddia tələbi əsassızdır, qarşılıqlı iddia tələbi üzrə iddiaçı qeyd olunan mənzilə köçərkən həmin mənzil qayınatasına verilmiş xidməti mənzil olmuşdur və qarşılıqlı iddia üzrə iddiaçı qayınatasının ailə üzvü statusuna malik olan şəxs deyil. Mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilən dövrdə isə qarşılıqlı iddia üzrə iddiaçı ilə həmin iddia üzrə cavabdeh arasında nikah münasibətləri mövcud olmamış, tərəflərin nikahı bunadək məhkəmə qaydasında pozulmuşdur. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, Cavabdeh və onun himayəsində olan X9 ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılmalıdırlar. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Cavabdeh İddiaçı qarşı «mənzildən istifadə hüquqlarının tanınması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh və onun himayəsində olan X9 ünvan 1 ünvanda (Yeni qaydalarla: ünvan 2 m4, m2) yerləşən mənzildən çıxarılsınlar. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Cavabdeh İddiaçı qarşı «mənzildən istifadə hüquqlarının tanınması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar