Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1418/2022 15.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi,ödənilmiş pul vəsaitinin,dəymiş maddi və mənəvi zərərin,məhkəmə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi,ödənilmiş pul vəsaitinin,dəymiş maddi və mənəvi zərərin,məhkəmə xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, . İddiaçı və Cavabdeh arasında bağlanılmış 175 m hasarının və kürsülü həyətin tə və tikilməsiişlərinin yerinə yetirilməsinə dair xx.xx.2021-ciiltarixli“Təmir üzrə podratmüqavilələ”lərinin ləğv edilməsinə, Cavabdehə ödənilmiş 25 970 (iyirmi beş min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılmasına, İddiaçıya məxsus torpaq sahəsində keydiyyətsiztikintimateraillarından keyfiyyətsizşəkildə tikilmiş və uçmuş hasarın və yarımçıq tikilinin cavabdehin hesabınasökülməsi vətorpaq sahəsinin boşaldılmasına Qiymət fərqi nəticəsində iddiaçıya dəymiş 3700 (üç min yeddi yüz) manat məbləğində maddi zərərin cavabdehdən tutularaq iddiaçı ödənilməsinə, Cavabdeh təqsiri üzündən iddiaçının məruz qaldığımənəvisarsıntıların – mənəvizərərin əvəzi kimi 10 000 (on min) manatməbləğinicavabdehdən iddiaçının xeyrimətutulmasına, Ödənilmiş 212 (iki yüz on iki) manat dövlət rüsumunun, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində xərcin, və ödəniləcək 1000 (bir min) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı qız ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iləİddiaçıarasında xx.xx.2021-ci il tarixli iki“Təmir üzrə podrat müqaviləl bağlanmışdır. Müqavilənin birinə əsasən, “Podratçı” Cavabdeh “Sifarişçi” İddiaçı sifarişinə əsasən Sifarişç məxsus ünvan 1ində yerləşən torpaq sahəsinin 175 m hasarının quraşdırılması işlərinin yerinə yetirib müvafiq qaydada təhvil verməsini, “sifarişçi”isə yerinə yetirilmiş işlərimüvafiq qaydadatəhvilalıb və müqavilənin 2-cimaddəsində nəzərdətutulanmuzdu “Podraçıya” ödəməyi öz öhdəsinə götü Digər müqaviləyəəsasən isə“Podratçı”HəsənovMəhəmməd Cənnət oğlu “Sifarişçi” İddiaçı sifarişinə əsasən Sifarişçiyə məxsus ünvan 1ində yerləşən torpaq sahəsində 130 m olan kürsülü həyət evinin təmir və quraşdırılma işlərinin yerinə yetirib müvafiq qaydada təhvil verməsini,“sifarişçi”isə yerinə yetirilmiş işlərimüvafiq qaydada təhvilalıb və müqavilənin 2-cimaddəsində nəzərdə tutulan muzdu “Podraçıya” ödəməyi öhdəsinə götürür. Hər ikimüqavilələrin 2.1.-ci bəndinəəsasən bumüqavilədə nəzərdətutulmuş işlərin ümumi dəyərimüqaviləyəəlavə olunmuş smetayaəsasənmüəyyən edilir. Hasarın tikilməsiilə bağlı podrat işlərinin ümumiməbləğimüqavilənin 2.5.-ci bəndinəəsasənmüqaviləyə əlavə olunan təsdiq edilmiş smetayaəsasən 4 900 (dörd min doqquz yüz) manat təşkiledir. Yaşayışevinin tikintisiilə bağlı podrat işlərinin ümumiməbləğimüqavilənin 2.5.-ci bəndinəəsasənmüqaviləyəəlavə olunan təsdiq edilmiş smetayaəsasən 29 000 (iyirmi doqquzmin) manat təşkiledir. Hər ikimüqavilələrin 2.4.-cü bəndinəəsasən, iş həcminin 30%-iavans olaraq, 30%-i,30%-iiş gedişində, qalan 10%-iisəiş bitəndə ödənilir. Hər ikimüqavilələrin 3.2.-ci bəndinə əsasən, “Podratçı” Müqavilə üzrə xx.xx.2021-ci il tarixində işə başlamalı və işləri 3 (üç) ay sonra xx.xx.2021-ci il tarixində“Sifarişçiyə”təhvil verməlidir. Sifarişçi İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixində hasarın tikilməsi üçün müqavilə şərtinə əsasən iş həcminin 30%-ni yəni 1 470 (bir min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti Podratçıya nəğd şəkildə ödənilib. Daha sonra Sifarişçi İddiaçı tərəfindən Podrat HəsənovMəhəmməd Cənnət oğluna xx.xx.2021-ciiltarixində 1 500 (bir min beş yüz) manat, xx.xx.2021ciiltarixində 8 000 (səkkiz yüz) manat, xx.xx.2021- ciiltarixində 8 000 (səkkizmin) manat, xx.xx.2021-ci il tarxində 5 000 (beş min) manat, xx.xx.2021-ci il tarixindəisə 2 000 (ikimin) manat məbləğində-ümumi 25 970 (iyirmi beş min doqquz yüz yetmiş) manat nəğd şəkildə ödənilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəlik tamşəkildə yerinə yetirilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz üzə götürdüyü öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqavilələrin 3.2.-ci bəndinə əsasən, “Podratçı” podrat işlərini podrat işlərinin başlandığı xx.xx.2021-ci il tarixindən 3 (üç) ay sonra yəni xx.xx.2021-ci il tarixində “Sifarişçiyə” təhvil verməli olduğu halda öz öhdəliklərini yerinə yetirməmişdir. Torpaq sahəsind aparılmış tikintiişlərinin tamşəkildəsonaçatdırılmamasıilə yanaşıaparılmış tikinti quraşdırmaişləri həmkeyfiyyətsiş şəkildə, tikinti norma və qaydalarına, layih və müqaviləyə uyğun şəkildəaparılmamış, həmdətikintiişlərində keyfiyyətsiztikintimateriallarından istifadəedilmişdir. İddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasına iştirak edərək,iddia ərizənin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında ekspert rəyi ilə qismən razı olduqlarını, işin keyfiyyətli olması ilə bağlı hissəi ilə razı olmadıqlarını, iddiaçı sifarişçi qismində podrat müqaviləsindən imtina edir, buna səbəb də podratçı qismində cavabdehin keyfiyyətsi iş görməsi, bundan əlavə iddiaçı üçün əlavə xərc yaratması smetadan kənara çıxması kimi hallar səbəb olmuş, cavabdehdən bu halların aradan qaldırılması tələb edilsə də, o buna görə əlavə xərcin ödənilməli olduğunu bidirmiş, halbuki həmin işə görə cavabdehə 25970 manat nəğd şəkildə pul ödənilmiş, ekspert rəyindən də göründüyü kimi həmin görülmüş işlərin dəyəri o qədər məbləğ təşkil etməmişdir, halbuki ona görə cavabdehə o qədər pul öədnilmişdir, onun əmək haqqı məbləği də həmin smeütanın tərkibinə daxil olmuşdur, həmçinin, iddiaçı mənəvi stress keçirtmişdir, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsini məhkəmədən xahiş etdi. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında cavabdehin işin yarımçıq icra edildiyini, görülmüş işlərin keyfiyyətli şəkildə müqavilə şərtlərinə uyğun təhvil verdiyini, işin yarımçıq qalmasına səbəb də iddiaçının özü olduğunu, iddiaçı cavabdehi ustaları həmin sahəyə girməyə icazə vermədiyini, ona görə də işlərinin yarımçıq qaldığın, 25970 manat pul vəsiatini təhvil aldığını, həmin pul vəsiatinə işi qiyməti, xidmət haqqı, hamısının daxil olduğunu, smetaya uyğun iş görüldüyünü, smetadan kənara çıxan işlər tələb edildiyindən cavabdeh həmin işləri görməkdən imtina etmiş, buna görə əlavə xərclər öədnilməli olduğu bildirilsə də, iddiaçı tərəfindən həmin ödənişlər edilməmiş, ekspert rəyində görülmüş işlərin dəyəri müəyyən edilmişdir, hesab edirik ki, qalan məbləğ də cavabdehin ustaların əməyinə çıxılmalıdır, həmçinin, müqavilənin ləğvi üçün də hər hansı əsas yoxdur, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin vəkili və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin məzmunundan görünür ki,İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən podratçı sifarişçinin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri,Novxanı kəndində yerləşən 175 m2 lik hasarın quraşdırılma işlərini yerinə yetirib, təhvil verməyi, sifarişçi isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alır və müqvailənin 2-ci maddəsində nəzərdə tutulan muzdu “Podratçı”ya ödəyir, ödəniş qaydası iş həcminin 30%-i avans olaraq ödənilməli, 30%-i iş gedə-gedə, qalan 30%-i isə iş bitəndə ödənilir, müqvailənin ümumi məbləği təsdiq edilmiş smetaya əsasən 4900 manat təşkil edir.iş xx.xx.2021-ci il tarixdə başlanılmalı, xx.xx.2021-ci il tarixdə təhvil verilməlidir. xx.xx.2021-ci il tarixli məlumatdan görünür ki, hasarın çəkilməsində görüləcək işlər hasarın çəkilməsi tək daşla ümumi sahəsi 175 kv.m, kubik, mişar daşı, 1 kv.m 18 AZN, hasar altı beton sahəsi 90 m, hündürlüyü 20x40, 1 m 20 AZN, armatur F12 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin məzmunundan görünür ki,İddiaçı ilə Cavabdeh arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən podratçı sifarişçinin tapşırıqlarına uyğun olaraq Bakı şəhəri,Novxanı kəndində yerləşən 130 kv.m olan kürsülü həyət evinin təmir və quraşdırma işlərinin yerinə yetirib təhvil verir, sifarişçi isə yerinə yetirilmiş işləri müvafiq qaydada təhvil alır, müqvailənin 2-ci maddəsində nəzərdə tutulan muzdu podratçıya ödəyir. ödəniş qaydası iş həcminin 30%-i avans olaraq ödənilməli, 30%-i iş gedə-gedə, qalan 30%-i isə iş bitəndə ödənilir, müqvailənin ümumi məbləği təsdiq edilmiş smetaya əsasən 29000 manat təşkil edir.iş xx.xx.2021-ci il tarixdə başlanılmalı, xx.xx.2021-ci il tarixdə təhvil verilməlidir. 0025268 №li Seriya MH Çıxarışın məzmunundan görünür ki, ünvan 1i, 0,10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində 79 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi xx.xx.2008-ci il qeyd edilmişdir. 6696812 №li xx.xx.2021-ci il tarixli, 696813 №li xx.xx.2021-ci il tarixli, 696814 №li xx.xx.2021-ci il tarixli, 696818 №li xx.xx.2021-ci il tarixli,696820 №li xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinin məzmunundan görünür ki, Cavabdeh boru tikintisi işi ilə bağlı 1500 manat, tikinti işləri ilə bağlı 8000 manat, tikinti işləri ilə bağlı 8000 manat, 5000 manat, 2000 manat olmaqla, cəmi 24500 manat ödəniş həyata keçirilmişdir. Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən İddiaçı məxsus torpaq sahəsində podrat müqvailəsi üzrə inşa edilmiş yarımçıq tikili barədə 47 saylı 28 mart 2022-ci il tarixli mütəxəssis rəyinin məzmunundan görünür ki, tikili tikinti norma və qaydalarına podrat müqaviləsinə əməl edilmədən inşa edilmişdir, layihə üzrə binanın ölçüləri qeyd eidlmiş, tikilidə dəmir-beton sütunların ümumiyyətlə birləşdirilmədiyini, hörgü zamanı divarların birləşmə yerləri, xüsusilə bu qovşaqların yuxarı hissələri tikinti norma və qaydalarına əməl edilmədən hörülmüş, tikintidə istifadə eidlmiş materialların keyfiyyəri müəyyən edilmiş,istifadə olunmuş ümumi materialların dəyəri 9507 manat, sərf olunmuş əmək haqqı 4493 manat olmaqla, cəmi 14000 manat müəyyən edilmiş, tikilidə istifadə edilmiş tikinti materiallarının keyfiyyət standartalarına və podrat müqaviləsinə qismən uyğun olduğu, yaşayış üçün yarasız olduğu, həyat və sağlamlıq üçün təhlükəli olduğu,tikiliyə sərf edilən materialların və əmək haqqının bügünki günə dəyəri 14537 manat, tikili dövrünə 14000 manat müəyyən edildiyi, layihənin hasarla bağlı orta bazar dəyəri 5100 manat, evin tam tikintisi ilə bağlı 32500 manat müəyyən edildiyi, tikilinin kürsü hissəsi heç bir zərurət olmadan qumlu torpaqla doldurulmuşdur ki, onun təmizlənməsi üçün əlavə vəsait lazımdır, bütün hesbaların faktiki tikiliyə aid olduğu qeyd edilmişdir. 14 oktyabr 2022-ci il tarixli 10/3473 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, tədqiqatın nəticəsi olaraq Bakı şəhəri,Novxanı kəndində yerləşən 175 kv.m olan hasarın inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə qeyd edilmiş və podratçı qismində Cavabdeh tərəfindən yerinə yetirilməsi öhdəliyi götürülmüş ilər tam icra olunmamışdır.Müqavilədə qeyd edilmiş hasarın 136,0 kv.m hissəsini inşa edilmiş və aparılmış tikinti işlərinin ümumi dəyəri 2448 manat və hasarın inşaasına dair inşa olunmayan hissəsinin dəyəri 2452.0 manat məbləğində müəyyən olunur.Sifarişçi ilə podratçının arasında bağlanmış müqaviləyə və əlavələrə görə mişar daşı ilə hörgü işlərinin 1 kv.m dəyəri 18 manat,hasarın bünövrəsinin betonunun tökülmə xərci 20 m təşkil edir.Bakı şəhəri,Novxanı kəndində yerləşən 130 kv.m olan kürsülü həyət evinin inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə qeyd edilmiş və podratçı qismində Cavabdeh tərəfindən yerinə yetirilməsi öhdəliyi götürülmüş işlər tam icra olunmamış və aparılmış təmir tikinti işlərinin ümumi dəyəri 16097.5 manat məbləğində müəyyən olunur.Aparılmış tikinti-təmir işlərin siyahısı,həcmi və dəyəri rəyin tədqiqat hissəsinə əlavə olunmuş smetada ətraflı göstərilmişdir.İcra edilməmiş işlərin dəyəri tikililərə təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər.İnşa olunmuş yaşayış evinin ölçüləri layihə sənədlərinə uyğundur.Lakin hasar və kürsülü həyət evinin inşa edilməsinə dair hər iki xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə podratçı tərəfindən inşa edilmiş və ya görülmüş işlərin yerinə yetirilməsində istifadə edilmiş tikinti materialları təmir-tikinti normalarına və keyfiyyət normalarına (standartlarına) cavab verib-verməməsinin müəyyən olunması tikinti-ekspertinin səlahiyyətinə aid deyildir.Tədqiq olunan ünvanda aparılmış tikinti işləri yarımçıq olduğundan podratçı tərəfindən hər iki müqavilə üzrə icra edilmiş işlər həmin müqavilə üzrə şərtləşdirilmiş tələblərə cavab verib-verməməsini müəyyən etmək mümkün deyildir.Bakı şəhəri,Novxanı kəndində yerləşən 175 kv.m olan hasarın tikinti üçün razılaşdırılmış müqaviləyə əsasən 4990 manat məbləğində müəyyən olunur.Lakin 130 kv.m olan kürsülü həyət evinin inşa edilməsinə dair xx.xx.2021-ci il tarixli “Təmir üzrə Podrat müqavilələri” üzrə layihənin və həmin müqavilələrdə qeyd edilmiş işlərin görülməsi üçün aparılmalı tikinti işlərinin dəyəri tikililərə təmir zamanı istifadə olunacaq tikinti materiallarından və tikintiyə sərf ediləcək xidmət haqqından asılı olaraq müəyyən edilə bilər.Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İş materiallarına 1 ədəd flaş kart əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 771-ci maddəsinə əsasən podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Həmin Məcəllənin 772.2-ci maddəsinə əsasən materialın təsadüfən məhv olması və ya zədələnməsi riski materialı vermiş tərəfin üzərinə düşür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh arasında hasarının tikintisi və evin tikintisi ilə bağlı xx.xx.2021-ci il tarixli iki podrat müqvailəsi bağlanılmış, bir müqavilənin predmetini ünvan 2i ünvanında yerləşən 175 kv.m lik hasarın quraşdırma işlərinin (görüələcək işlərin siyahısı əlavə edilmişdir) yerinə yetirilib təhvil verməsi, digər müqavilənin predmetini isə 130 kv.m olan həyət evinin təmiri və quraşdırılması işlərinin yerinə yetirilib təhvil verilməsi təşkil etmişdir. Müqavilə şərtlərinə əsasən podratçı hər iki müqavilə üzrə qeyd edilən işləri xx.xx.2021-ci il tarixdə sifarişçiyə təhvil verməlidir. İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi cavabdehə 25970 manat pul vəsaiti ödənilmişdir. Hər iki müqavilə üzrə işlər tam icra edilməmişdir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı podratçı qismində çıxış edən cavabdehin hər iki müqavilə üzrə öhdəliyini icra etmədiyini, işi tam icra edib ona təhvil vermədiyini, gördüyü işlərin keyfiyyətsiz olduğuu, əksinə ona ziyan vurduğunu, bununla da ona maddi və mənəvi ziyan vurulduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Cavabdeh tərəf iddia tələbini qismən qəbul edərək, hər iki müqavilə üzrə işlərin tam icra edilmədiyini, buna səbəb isə sifarişçi kimi iddiaçının onları ora qoymaması, iş görməyə icazə verməməsi olduğunu, işlərin tam keyfiyyətli olduğunu, ödənilmiş 25970 manat pul vəsiatinin də həm işlərin dəyəri, həm də xidmət haqqına aid olduğunu, ona görə də iddiaçıya ödəniləcək pul vəasiti onlarda qalmadığını, müqavilənin ləğv edilməsi üçün əsas olmadığını bildirmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekpert rəyi əsasında müəyyən edilmişdir ki, hasarın tikintisi ilə bağlı podrat müqaviləsi üzrə görülmüş işin ümumi dyəri 2448 manat, inşa olunmayan hissəsinin dəyəri 2452 manat təşkil etmiş, yaşayış evinin tikintisi ilə bağlı podrat müqaviləsi üzrə görülmüş işlərin ümumi dəyəri 16097,5 manat təşkil etmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekspert rəyi, tərəflərin izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış hər iki podrat müqaviləsi üzrə podratçı qismində çıxış edən cavabdeh hər iki müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada və tam icra etməmiş, bununla müqavilə şərtlərini pozumuşdur, hansı ki bu hal sifarişçi qismində çıxş edən iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin, sifarişçi məhz podratçının təqsirli hərəkətlərinə istinad edərək, hər iki podrat müqaviləsinin ləğv edilməsini tələb etmişdir.Cavabdeh tərəf isə müqavilənin icra edilməməsinin məhz iddiaçının təqsirindən baş verdiyini bidlirsə də, hər iki podrat müqaviləsi üzrə öhdəliyin sifarişçinin təqsiri nəticəsində icra edilməməsi və ya onun iradəsindən asılı olmayan səbəblərə görə icra edilməməsi halına dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbinin podrat müqavilələrinin ləğv edilməsi hissəsindən MM-nin 759-cu maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi hər iki podrat müqaviləsiin ləğv edilməsi hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə podratçı qismində cavabdehə ödənilmiş pul vəsaitinin geri qaytarılması hissəsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən cavabdehə 25970 manat məbləğində pul vəsaiti ödənilməsi halı işin mübahisəsiz halıdır. Həmçinin, məhkəmədə tədqiq edilmiş ekpsert rəyi əsasında müəyyən edilmişdir ki, hər iki podrat müqvailəsi üzrə görülmüş işlərin ümumi dəyəri 18545,5 manat (hasarla bağlı 2448 manat, yaşayış sahəsi ilə bağlı 16097,5 manat olmaqla) təşkil edir. İddiaçı və cavabdeh tərəfindən qeyd edilən halın müəyyən eidlməsi ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hər iki podrat müqaviləsi üzrə görülmüş işlərin ümumi dəyəri məhz ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, qeyd edilən hissədə iddia tələbi üzrə MM-nin 759.2-ci maddənin tələbləri mövcud olduğundan, habelə görülmüş 18545,5 manat dəyərində işlər iddiaçı tərəfindən təhvil alındığından, habelə iddiaçı tərəfindən həmin işlərə marağının itməsi halına dair heç bir sübut təqdim edilmədiyindən,podrat müqaviləsi üzrə cavabdehə 25970 manat məbləğində pul vəsaiti ödənildiyindən, podrat müqaviləsi ləğv edildiydiyindən, ödənilmiş qalıq (görülməyən işlərin dəyəri) 7424,5 manat (25970 manat-18545,5 manat olmaqla) pul vəsiati cavabdehdən tutularaq iddiaçıya geri qaytarılmalıdır. Həmçinin, məhkəmə cavabdehin qeyd edilən hissədə etirazın əsası ilə bağlı onu qeyd edir ki, cavabdeh həmin qalıq məbləğin əmək haqqı kimi hesaba alınmalı olduğunu bidlirsə də, tərəflər arasında bağlanmış müqavilə və təsdiq edilmiş smetada qeyd eidlən halla bağlı qeyd-şərt göstərilməmiş, muzd və görüləcək işlərin dəyəri müqavilənin ümumi məbləği qeyd olunmaqla, bu qaydada şərtləşdirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia tələbi qismən (qalıq 7424,5 manat hissəsində) təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin hasarın və yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsi ilə bağlı onu qeyd edir ki, qeyd edilən hissədə iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad edilən hallara (keyfiyyətsiz materiallardan istifadə edilməsi) və həmin tikililərə onun marağının itməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.Bununla bağlı süut qismində mütəxəssis rəyi təqdim edilmişdir ki, həmin rəy iddiaçı tərəfindən təqdim edilməklə, iş materialları, ekspert rəyi əsasında həmin sübutun mötəbərliyinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən isə qeyd eidlən halla bağlı başqa sübut vasitəsi təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddiaçının tələb hüququnun əsası müəyyən edilmədiyindən, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin qiymət fərqinin öədnilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddiaçı qiymət fərqi nəticəsində 3700 manat məbləğində maddi ziyan dəydiyini bildirsə də, cavabdehin təqsirli hərəkəti nəticəsində yaranmış qiymət fərqi ilə bağlı ona qeyd eidlən məbləğdə maddi ziyan dəyməsi halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da,qeyd edilən hissədə iddia tələbinin əsası kimi istinad edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin vuurlmuş 10000 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının cavabdehin hərəkətləri nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş mənəvi zərərin ödənilməsi hissəsində təmin olunmamalıdır. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 212 manat məbləğində dövlət rüsumu ödənilmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin tələbini əsas götürərək, iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq, hesab edir ki, ödənilmiş dövlət rüsumunun 94,25 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq, iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mütəxəssis xərcinin və hüquqi yardımla bağlı xərcin ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı 1000 manat məbləğində xərc çəkildiyini bidirsə də, qeyd edilən halla bağlı heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin ağlabatan məbləğ kimi qəbul edilə bilər. Ona görə də məhkəmə hesab edir ki, hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir.Həmçinin, məhkəmə mütəxəssis xərcinin ödənilməsi ilə bağlı hesab edir ki, qeyd edilən xərc hazırki mülki iş üzrə zəruri xərc qismində çıxış etmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında hasarın tikintisi ilə bağlı bağlanılmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və həyət evinin tikintisi ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilməli, Cavabdeh 7424,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 94,25 manat məbləğində hissəsi və hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiticavabdehdən tutularaq iddiaçıya ödənilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında hasarın tikintisi ilə bağlı bağlanılmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi və həyət evinin tikintisi ilə bağlı bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsi ləğv edilsin. Cavabdeh 7424,5 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı qıızna ödənilsin. Ödənilmiş dövlət rüsumunun 94,25 manat məbləğində hissəsi və hüquqi yardım göstərilməsi ilə bağlı çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №e-2(002)-1418/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1418/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver