Məhkəmə qərarları › İş №e-2(002)-1656/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1656/2025

05.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1656/2025 05.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cehiz əşyalarının, onlar mövcud olmadıqda isə dəyərlərinin cavabdehlərdən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cehiz əşyalarının, onlar mövcud olmadıqda isə dəyərlərinin cavabdehlərdən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan - 1. Qara klassik qadın şalvarı – 4 ədəd, 360 manat; 2. Loro piano klassik qadın ayaqqabısı – 1 ədəd, 95 manat; 3. Göy don – 1 ədəd, 145 manat; 4. Çəhrayı don – 1 ədəd, 200 manat; 5. Yasəmən rəngli qadın köynəyi – 1 ədəd, 60 manat; 6. Qara rəngli qadın köynəyi – 2 ədəd, 90 manat; 7. Narıncı rəngli qadın köynəyi – 1 ədəd, 60 manat; 8. Qadın plaşı – 2 ədəd, 240 manat; 9. Gödəkcə – 1 ədəd, 80 manat; 10. Qadın çəkməsi – 2 ədəd, 180 manat; 11. Ağ keta – 1 ədəd, 70 manat; 12. Uşaq geyimləri; 13. Gödəkcə – 2 ədəd, 200 manat; 14. Çəkmə – 1 ədəd, 90 manat; 15. Köynək – 6 ədəd, 180 manat; 16. Şalvar – 6 ədəd, 200 manat; 17. Şərf papaq – 1 ədəd, 30 manat; 18. Keta – 1 ədəd, 55 manat; 19. «Samsung» markalı televizor – 1 ədəd, 1.024 manat; 20. Şirəçəkən – 1 ədəd, 100 manat; 21. Blender – 1 ədəd, 50 manat; 22. Blender – 1 ədəd, 30 manat; 23. Kofemolka – 1 ədəd, 30 manat; 24. Mikser – 1 ədəd, 40 manat; 25. Ütü – 1 ədəd, 90 manat; 26. Elektrik çayniki – 1 ədəd, 50 manat; 27. «Samsung» markalı soyuducu – 1 ədəd, 1.455 manat; 28. Ütü altı – 1 ədəd, 100 manat; 29. Elektrik sobası – 1 ədəd, 150 manat; 30. Tozsoran – 1 ədəd, 130 manat; 31. Əl tozsoranı – 1 ədəd, 90 manat; 32. Pərdə qonaq otağı üçün – 1 ədəd, 250 manat; 33. Pərdə yataq otağı üçün – 1 ədəd, 200 manat;

34. Xalça qonaq otağı üçün – 1 ədəd, 300 manat; 35. Xalça yataq otağı üçün – 2 ədəd, 200 manat; 36. Xalça dəhliz üçün – 2 ədəd, 100 manat; 37. Divan üstü örtük – 2 ədəd, 70 manat; 38. Yastıq bambuk – 3 ədəd, 90 manat; 39. Yorğan bambuk – 2 ədəd, 120 manat;

40. Döşək bambuk taxt üçün – 1 ədəd, 120 manat; 41. Döşək kiçik ölçülü – 1 ədəd, 90 manat; 42. Ədyal – 2 ədəd, 100 manat; 43. Yataq örtüyü dəst + yastıq – 1 ədəd, 60 manat;

44. Hamam dəsmalı – 4 ədəd, 120 manat; 45. Əl-üz dəsmalı – 10 ədəd, 160 manat; 46. Stəkan dəsmalı – 10 ədəd, 60 manat; 47. Süfrə – 1 ədəd, 60 manat; 48. Pəncərəyə ağ örtük – 3 ədəd, 120 manat; 49. «Galaksi» qazan dəsti – 7 parça, 350 manat; 50. «Galaksi» tava dəsti – 5 parça, 270 manat; 51. Alüminium qazan dəsti – 5 parça, 250 manat; 52. Şirəli qazan – 3 parça, 150 manat; 53. «Tefal» aş qazanı – 1 ədəd, 100 manat;

54. «Tefal» balaca qazan – 1 ədəd, 50 manat; 55. «Tefal» tava, böyük ölçülü – 1ədəd, 70 manat; 56. Aşsüzən dəmir – 2 ədəd, 80 manat; 57. Aşsüzən plastmass – 1 ədəd, 10 manat; 58. Göyərti dograyan şüşə taxta – 1 ədəd, 30 manat; 59. Göyərti doğrayan taxta – 1 ədəd, 6 manat; 60. Ələk – 1 ədəd, 10 manat; 61. Sürtgəc – 1 ədəd, 8 manat; 62. Taxta qaşıq dəsti – 6 ədəd, 25 manat; 63. Yumurta çırpan – 1 ədəd, 5 manat; 64. Kartof doğrayan – 1 ədəd, 3 manat; 65. Plastmass qab – 4 ədəd, 30 manat; 66. Bıçaq dəsti – 6 parça, 90 manat; 67. Qaşıq-çömçə dəsti – 6 parça, 100 manat; 68. Salat doğrayan – 1 ədəd, 2 manat; 69. Qrafinka dəsti – 2 ədəd qrafinka, 12 ədəd stəkan, 130 manat; 70. Çay servisi – 6 fincan, 6 nəlbəki, 65 manat; 71. Çaynik böyük – 2 ədəd, 100 manat; 72. Çaynik kiçik ölçülü – 1 ədəd, 15 manat; 73. Ədviyyat qabı dəsti – 7 parça, 120 manat; 74. Ərzaq yığma qabı – 12 ədəd, 100 manat; 75. Qazan altı dəmir – 2 ədəd, 20 manat; 76. Plastmass süpürgə – 1 ədəd, 20 manat; 77. Döşəməsilən vedrə – 1 ədəd, 30 manat; 78. Meyvə qabı – 2 ədəd, 120 manat; 79. Konfet qabı – 2 ədəd, 100 manat; 80. Qənd qabı – 2 ədəd, 100 manat; 81. Mürəbbə qabı – 2 ədəd, 80 manat; 82. Duz qabı – 6 ədəd, 30 manat; 83. Kül qabı – 2 ədəd, 50 manat; 84. 3 mərtəbəli şirniyyat qabı – 2 ədəd, 60 manat; 85. Şirniyyat qabı – 3 ədəd, 70 manat; 86. Məcməyi – 1 ədəd, 15 manat; 87. Tort beli (lopatası) – 2 ədəd, 20 manat; 88. Paltar asan, dəmir – 1 ədəd, 90 manat; 89. Saxlama qabı – 6 ədəd, 70 manat; 90. Mətbəx qabları; 91. Nəlbəki – 12 ədəd, 60 manat;

92. Stəkan – 12 ədəd, 60 manat; 93. Mürəbbə rozetkası – 12 ədəd, 40 manat; 94. Boşqab dərin – 12 ədəd, 120 manat; 95. Boşqab böyük ölçülü – 12 ədəd, 100 manat; 96. Boşqab orta ölçülü – 12 ədəd, 80 manat; 97. Boşqab balaca ölçü – 12 ədəd, 60 manat; 98. Çəngəl – 12 ədəd, 80 manat; 99. Xörək qaşığı – 12 ədəd, 80 manat; 100. Çay qaşığı – 12 ədəd, 60 manat; 101. Qonaq dəsti; 102. Stəkan – 12 ədəd, 120 manat; 103. Nəlbəki – 12 ədəd, 120 manat; 104. Mürəbbə rozetkası – 12 ədəd, 72 manat; 105. Boşqab dəsti böyük ölçülü – 24 ədəd, 180 manat; 106. Boşqab dəsti orta ölçülü – 24 ədəd, 144 manat; 107. Boşqab dəsti balaca ölçülü – 24 ədəd, 120 manat; 108. Bulud böyük ölçülü – 6 ədəd, 90 manat;

109. Bulud orta ölçülü – 6 ədəd, 72 manat; 110. Bulud balaca ölçülü – 6 ədəd, 60 manat;

111. Kasa böyük ölçülü – 6 ədəd, 90 manat; 112. Kasa orta ölçülü – 6 ədəd, 72 manat;

113. Kasa kiçik ölçülü – 6 ədəd, 60 manat; 114. Çəngəl – 24 ədəd, 120 manat; 115. Xörək qaşığı – 24 ədəd, 120 manat; 116. Çay qaşığı – 24 ədəd, 96 manat; 117. Böyük badə – 24 ədəd, 240 manat; 118. Kiçik badə (qədəh) – 12 ədəd, 60 manat; 119. Aş qaşığı – 2 ədəd, 20 manat; 120. Şəkərbura bəzəyən – 2 ədəd, 4 manat; 121. Yumurta fırçası – 1 ədəd, 2 manat; 122. Divar saatı – 1 ədəd, 50 manat; 123. Güldan – 2 ədəd, 100 manat; 124. «Gold» yataq dəsti (taxt + matras, şifonyer, dolabça 2ədəd, siyirtmə) – 2.500 manat; 125. «Gold» qonaq otağı dəsti (masa + 6 ədəd miz, güzgülü siyirtmə) – 2.000 manat; 126. Elektron blinçik tavası – 1 ədəd, 40 manat; 127. Çay servisi – 12 ədəd, 70 manat; 128. Qalın ədyal taxt üçün – 2 ədəd, 120 manat; 129. Qalın yorğan taxt üçün – 2 ədəd, 300 manat; 130. Pufik – 1 ədəd, 100 manat; 131. Buxar ütüsü – 1 ədəd, 45 manat; 132. Çarpayı – 1 ədəd, 600 manat - ibarət cehiz əşyalarının naturada, bu mümkün olmadıqda isə onların ümumi dəyəri olan 19.465 manat pul vəsaitinin və ödənilmiş 148,4 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cehiz əşyalarının, onlar mövcud olmadıqda isə dəyərlərinin cavabdehlərdən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.13-cü maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 21.9, 21.9.1-ci maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır. Göründüyü kimi, iddia ərizəsinə «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müvafiq arayış və ya protokol əlavə edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 259.0.13-cü maddəsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cehiz əşyalarının, onlar mövcud olmadıqda isə dəyərlərinin cavabdehlərdən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin ödənilmiş 148,4 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra onun yenidən məhkəməyə eyni tələblə müraciət etmək hüququ var. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.13, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «cehiz əşyalarının, onlar mövcud olmadıqda isə dəyərlərinin cavabdehlərdən alınaraq ona qaytarılması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 148,4 manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra onun yenidən məhkəməyə eyni tələblə müraciət etmək hüququ var. Qərardadın tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır.

Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar