Məhkəmə qərarları › İş №e-2(002)-1892/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1892/2024

06.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1892/2024 06.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" MMC Cavabdeh qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 27, ev 35C, mənzil 29 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh və onun ailə üzvlərinin istifadə etməsinə qadağa qoyulması, həmin mənzilin onlar tərəfindən boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh məhkəməyə ünvanladıqları ərizələrdən görünür ki, onlar hazırki mülki iş üzrə məhkəmə mübahisəsini barışıq sazişi ilə tamamlamaq barədə qarşılıqlı razılığa gəlmişlər, imzalanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış 29 iyul 2024cü il tarixli barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış 29 iyul 2024-cü il tarixli Barışıq Sazişinə görə: “Biz, bir tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs "Az Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “iddiaçı") etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil2 şəxsində, digər tərəfdən ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh (bundan sonra "cavabdeh") iddiaçının “mənzildən istifadə edilməsinə qadağa qoyulması və boşaldılması" tələbi üzrə AR MPM-nin 52.3-cü və 191-ci maddələrinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-1892/2024 saylı mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişinin bağlanılması üçün razılığa gəldik: 1) Mülki iş üzrə Cavabdeh iddianı qəbul edərək, qeyd edilən mənzil üzrə yaranmış 20700 (iyirmi min yeddi yüz) manat borcun 15000 (on beş min) manat məbləğini bu saziş imzalandığı vaxt nağd şəkildə ödəməyə razılıq verir. Qalan 5700 (beş min yeddi yüz) manat məbləği isə hissə-hissə 6 ay ərzində (2024-cü ilin sentyabr ayından) ödəyəcəkdir. 2) İddiaçı "mənzildən istifadə edilməsinə qadağa qoyulması və boşaldılması" barədə cavabdehǝ qarşı olan iddiadan imtina edir. 3) Tərəflər onlar arasında yaranmış mübahisənin həll olunduğunu və bir-birlərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və mülki iş üzrə icraata xitam verilməsini təsdiq edirlər. 4) Barışıq sazişinın şərtlərinə əməl edilməməsi halında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş məhkəmə qərardadı icraya yönələcək. 5) Bu Barışıq sazişi məhkəmə iclas protokoluna qeyd edilməklə məhkəmə qərardadı ilə təsdiq edilir. 6) Bu Barışıq sazişi üç nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə hər bir tərəfdə bir nüsxə qalmaq şərti ilə.” Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə müəyyən edir ki, tərəflər arasında mübahisə barışıq yolu ilə aradan qaldırılmışdır, barışıq sazişinin şərtləri tərəflərin və üçüncü şəxslərin mənafeyinə zidd deyildir. Odur ki, barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 191, 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tərəflər arasında aşağıdakı məzmunda bağlanmış 29 iyul 2024-cü il tarixli Barışıq Sazişi təsdiq edilsin. “Biz, bir tərəfdən ünvan 2 ünvanında qeydiyyatda olan hüquqi şəxs "Az Komfort” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “iddiaçı") etibarnamə üzrə səlahiyyətli nümayəndə Vəkil2 şəxsində, digər tərəfdən ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh (bundan sonra "cavabdeh") iddiaçının “mənzildən istifadə edilməsinə qadağa qoyulması və boşaldılması" tələbi üzrə AR MPM-nin 52.3-cü və 191-ci maddələrinə əsasən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-1892/2024 saylı mülki iş üzrə aşağıdakı şərtlərlə barışıq sazişinin bağlanılması üçün razılığa gəldik: 1) Mülki iş üzrə Cavabdeh iddianı qəbul edərək, qeyd edilən mənzil üzrə yaranmış 20700 (iyirmi min yeddi yüz) manat borcun 15000 (on beş min) manat məbləğini bu saziş imzalandığı vaxt nağd şəkildə ödəməyə razılıq verir. Qalan 5700 (beş min yeddi yüz) manat məbləği isə hissə-hissə 6 ay ərzində (2024-cü ilin sentyabr ayından) ödəyəcəkdir. 2) İddiaçı "mənzildən istifadə edilməsinə qadağa qoyulması və boşaldılması" barədə cavabdehǝ qarşı olan iddiadan imtina edir. 3) Tərəflər onlar arasında yaranmış mübahisənin həll olunduğunu və bir-birlərinə qarşı gələcəkdə heç bir iddialarının olmadığını və mülki iş üzrə icraata xitam verilməsini təsdiq edirlər. 4) Barışıq sazişinın şərtlərinə əməl edilməməsi halında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qəbul edilmiş məhkəmə qərardadı icraya yönələcək. 5) Bu Barışıq sazişi məhkəmə iclas protokoluna qeyd edilməklə məhkəmə qərardadı ilə təsdiq edilir. 6) Bu Barışıq sazişi üç nüsxədə tərtib olunur, bir nüsxəsi məhkəmədə, digər nüsxələri isə hər bir tərəfdə bir nüsxə qalmaq şərti ilə.” İddiaçı "Az Komfort” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı mənzildən istifadə edilməsinə qadağa qoyulması və mənzilin boşaldılması tələbinə dair iddiası barədə e-2(002)- 1892/2024 saylı mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar