Məhkəmə qərarları › İş №e-2(002)-1942/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1942/2024

11.10.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1942/2024 11.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, tərcüməçi X1, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilmədiyi təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbləri barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilmədiyi təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, mənzil 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 37.90 kvadratmetr olan mənzilin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda payın kompensasiya ödənilməklə itirilməsi, ödənilmədiyi təqdirdə əmlakın açıq hərracdan satışı və satış pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, mənzil 5 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 37.90 kvadratmetr ümumi sahəsi olan mənzildə 1/14 hissədə paylı mülkiyyətçisidir. Cavabdeh isə 13/14 hissədə paylı mülkiyyətçidir. İddiaçı mənzildən faktiki olaraq istifadə edə bilmir, bu səbəbdən payının ayrılmasını tələb edir, ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Paylar nəzərə alınanda aydın olur ki, mənzilin fiziki bölgüsü mümkünsüzdür. Lakin iddiaçı tərəf qiymətləndirmə barədə ekspert rəyi ilə razıdır, belə ki, ekspert rəyi ilə müəyyən edilmiş dəyərin 1/14 hissəsi, yəni 2714,29 manat məbləğində kompensasiya ödənilməklə payının itirilməsinə, həmin məbləğ ödənildikdən sonra cavabdehin tam payda mülkiyyət hüququnun müəyyən edilməsinə etiraz etmir. Qeyd olunanların nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, ekspert rəyi ilə razıdır və onun tərəfindən İddiaçı mənzilin dəyərinin 1/14 hissəsi, yəni 2714,29 manat məbləğində kompensasiya ödənilməklə iddiaçının 1/14 hissədə pay hüququnun itirilməsinə razıdır, həmin məbləğ ödənildikdən sonra isə onun mənzilə tam payda mülkiyyət hüququ müəyyən edilməlidir. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin verdiyi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6cı S.Orucov döngəsi, ev 10, 5 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yusif Nağıyev küçəsi, giriş 76, M1, m1) Cavabdeh 13/14 hissədə və İddiaçı 1/14 hissədə paylı mülkiyyətlərindədir və bu barədə reyestr kitabında qeydiyyat aparılmışdır. İş materiallarında olan “X2 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli rəyinin surətindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində İddiaçı Tilat qızının və Cavabdeh paylı mülkiyyətində olan, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı Seymur Orucov döngəsi, ev 10, 5 saylı mənzilin (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yusif Nağıyev küçəsi, giriş 76, M1, m1) bazar dəyəri 38000 (otuz səkkiz min) manat təşkil edir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, 5 saylı mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yusif Nağıyev küçəsi, giriş 76, M1, m1) iddiaçının 1/14 hissədə, cavabdehin 13/14 hissədə paylı mülkiyyətindədir. Ekspert rəyinə əsasən mənzilin dəyəri 38000 manat müəyyən edilmişdir və hazırda tərəflər həmin rəylə razıdır. İddiaçı payının ayrılmasını tələb etməkdə, eyni zamanda payının həcmini nəzərə alaraq fiziki bölgünün mümkünsüz olduğunu təsdiq etməkdədir. Hazırda tərəflər mənzilin dəyərinin 1/14 hissəsi, yəni 2714,29 manat məbləğində kompensasiyanın cavabdeh tərəfindən ödənilməklə iddiaçının payının itirilməsinə və həmin məbləğ ödənildikdən sonra cavabdehin tam payda mülkiyyət hüququnun müəyyən edilməsinə razıdırlar. Qeyd olunanlara və tərəflər arasında razılığa əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı 2714,29 manat məbləğində kompensasiya ödənilməklə İddiaçı mənzilə 1/14 hissədə pay hüququ itirilməli və qeyd olunan kompensasiya məbləği ödənildikdən sonra Cavabdeh həmin mənzilə tam payda mülkiyyət hüququ müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən, mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, eyni zamanda hər iki tərəf ekspertizanın keçirilməsi və ekspert rəyi ilə razı olduğundan, ekspertizanın xərci tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı 2714,29 manat (iki min yeddi yüz on dörd manat iyirmi doqquz qəpik) məbləğində kompensasiya ödənilməklə İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 10, 5 saylı mənzilə (Yeni qaydalarla: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Yusif Nağıyev küçəsi, giriş 76, M1, m1) 1/14 hissədə pay hüququ itirilsin və qeyd olunan kompensasiya məbləği ödənildikdən sonra Cavabdeh həmin mənzilə tam payda mülkiyyət hüququ müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 225 manat, Cavabdeh 225 manat məbləğində pul tutularaq “X2 Mərkəzi” MMC-nin aşağıdakı hesabına ödənilsin: **********, AZ75PAHA40060AZNHC**********, "xxxx" ASC, kod: 505141, VÖEN:**********, S.W.İ.F.T BİK: PAHAAZ22, Müxbir hesab: AZ82NABZ********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar