Məhkəmə qərarları › İş №e-2(002)-2007/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2007/2022

19.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2007/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehlərin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X16 Filialının nümayəndəsi X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçının cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 QSC-ə qarşı «əmək haqqından ödənilməmiş məcburi dövlət sosial sığorta haqqların tutulması və sığortaçıya ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 QSC-ə qarşı «əmək haqqından ödənilməmiş məcburi dövlət sosial sığorta haqqların tutulması və sığortaçıya ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətindən – 2017-ci ilin oktyabr-dekabr ayları üzrə 1 041 (bir min qırx bir manat) manat 27 (iyirmi yeddi) qəpik və 2018-ci ilin yanvar-dekabr ayları üzrə 4 164 (dörd min bir yüz altmış dörd manat) 96 (doxsan altı qəpik), cəmi 5 206 (beş min iki yüz altı) manat 23 (iyirmi üç) qəpik; Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən – 2020-ci ilin noyabr-dekabr ayları üzrə 564 (beş yüz altmış dörd) 04 (dörd) qəpik və 2021-ci il üzrə 488 (dörd yüz səksən səkkiz) manat 77 (yetmiş yeddi) qəpik, cəmi 1 052 (bir min əlli iki) manat 81 (səksən bir) qəpik cavabdehlər Cavabdeh2 QSCdənv ə Cavabdeh1 QSC-dəntutularaq iddiaçının İddiaçı xeyrinə sığortaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, Cavabdeh2 QSC-dən 2017-ci ilin yanvar-iyul və noyabr-dekabr ayları üzrə cəmi 0 manat 03 qəpik-2017-ci ilin avqust-oktyabr ayları üzrə cəmi 813.67 manat (avqust-249.07 manat,sentyabr-249.7,oktyabr-315.53 manat)-2018-ci il üzrə cəmi 4164.96 manat, Cavabdeh1 QSC-dən 2020-ci ilin yanvar-oktyabr ayları üzrə cəmi 0.04 manat,2020-ci ilin noyabrdekabr ayları üzrə cəmi 564.04 manat-2021-ci il üzrə 488,77 manat olmaqla yekun 1052.85 manat Cavabdeh1 QSC və Cavabdeh2 QSC-dən tutularaq iddiaçı X6 xeyrinə sığortaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı (bundan sonra mətndə – R. Məmmədov və ya İddiaçı)«Atilla Trans Services A” Qapalı Səhmdar Cəmiyyətində (əvvəlki adı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətində (əvvəlki adı X17 Services” Məhdud Məsuliyyətli Cəmiyyəti) işlədiyi müddətlərdə həmin müəssisələr tərəfindən R. Məmmədovun əmək haqqından məcburi dövlət sosial sığorta haqqları bəzi dövrlər üzrə tam ödənilməmişdir, digər dövrlər üzrə qismən ödənilmişdir: - "xxxx" MMC - 2017-ci ilin oktyabr-dekabr ayları və 2018-ci ilin yanvar-dekabr ayları üzrə – tam ödənilməmişdir; - Cavabdeh1 MMC - 2020-ci ilin noyabr-dekabr ayları və 2021-ci il üzrə – qismən ödənilmişdir. Həmin dövrlər üzrə R. Məmmədovun əmək haqqından ödənilməmiş məcburi dövlət sosial sığorta haqqları aşağıdakı kimidir: - "xxxx" QSC tərəfindən – 2017-ci ilin oktyabr-dekabr ayları üzrə 1 041 (bir min qırx bir manat) manat 27 (iyirmi yeddi) qəpik və 2018-ci ilin yanvar-dekabr ayları üzrə 4 164 (dörd min bir yüz altmış dörd manat) 96 (doxsan altı qəpik), cəmi 5 206 (beş min iki yüz altı) manat 23 (iyirmi üç) qəpik; - Cavabdeh1 QSC tərəfindən – 2020-ci ilin noyabr-dekabr ayları üzrə 564 (beş yüz altmış dörd) 04 (dörd) qəpik və 2021-ci il üzrə 488 (dörd yüz səksən səkkiz) manat 77 (yetmiş yeddi) qəpik, cəmi 1 052 (bir min əlli iki) manat 81 (səksən bir) qəpik. Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında cavabdeh tərəfindən iddiaçı barəsində sığorta haqlarının tam öədnilmədiyini, onlar dəqiqləşmə hesabatı təqdim etdiklərini desələr də, bu barədə sosial arayışda həmin məlumat əks olunmamış, edilmiş düzəlişlərdən sonra isə onların dəqqiləşdirilmə ərizəsi verdiklərini, ondan sonra heç bir dəyişiklik olmadığını, 2018-ci il üzrə tam həyat sığortası olunması halını qəbul etsə də, iddiaçı hesab edir ki, həmin il üzrə də sığorta haqqı ödənilməli idi, ona görə də bütün bu halların nəzərə alınaraq, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul edərək, izahat verərək, öz izahatında 2017-ci il üzrə əmək haqqının düzgün hesablanmaması hissəsini qəbul etdiklərini, 2018-ci il üzrə sığorta haqqının ödənilməməsi səbəbinin onun tam həyat sığortası üzrə ödənişin edildiyini, ona görə də o hissədə ümumiyyətlə qəbul etmədiklərini, digər aylarla bağlı isə hesabatı təqdim etdiklərini, hələki sistemə işlənilmədiyini, 818 manat həmin hissədə ödənilməmiş sığorta haqqı olmalı olduğunu, digər aylar üzrə də sığorta haqqının qalıq hissəsinin olduğunu bildiklərini, həmin halları qəbul etsələr də, qəbul etmədikləri halın onlar tərəfindən həmin çatışmazlıq aradan qaldırılmış olsa da, sistemə işlənilməməsi olduğunu, bunun günahkarı onlar olmadığını, bununla bağlı cavab məktubu da ala bilmədiklərindən, ona görə də məhkəməyə təqdim edə bilmədiklərini bildirərək, bu çatışmazlığı aradan qaldırdıqlarını, müvafiq qurumlara məlumat verildiyini, həmin ödənişin rübdən-rübə keçdiyinə görə bu qədər olduğunu, əslində onlarda olan sənədlərə görə borcunun görünmədiyini bildirərək, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, izahat verərək, pz izahatında onlarda olan sənədlərə cavabdehin borcunun olmasının görünmədiyini, dəqiqləşdirilmə hesabatlar təqdim edildikdə, həmin məlumatların sistemə işlənilməsi təmin edilərək, müvafiq quruma göndərilir, indiki halda onlarda olan məlumatda şirkətlərin ümumiyyətlə borcunun olmasının görünmədiyini bildirmişdir. Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X16 Filialının nümayəndəsi məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında onlarda olan sosial arayışda cavabdehin qalıq sığorta haqlarının dəqiq şəkildə qeyd edildiyini, cavabdeh ödəmiş olsa da, bu barədə onlara məlumat daxil olmadığından, onlar sistemdə düzəliş edə bilmədiklərini, hansı düzəliş edilibsə, avtomatik sistemdə göründüyünü, indiki halda isə şirkətin hansı aylar üzrə qalıq borcu məhz sosial arayışda aşkar göründüyünü bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: **********035100 №-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin məktubunun məzmunundan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili, Vəkil “X12 A” MMC-nin . ÖEN:**********) işçisi olmuş İddiaçı məcburi dövlət sosial ; Şorta haqları üzrə mövcud borclarının müəssisədən tələb edilməsi, aparılmış ödənişləri təsdiq edən sənədlərin təqdim edilməsi və hansı hüquqi sənədə əsasən 2018-ci il üzrə ödənişlərin Cəmiyyət tərəfindən tam aparılmaması ilə bağlı məlumatın təqdim edilməsi barədə sorğusuna baxılmışdır. Cəmiyyətin xx.xx.2022-ci il tarixə məcburi dövlət sosial sığortası haqqı üzrə heç bir borcu yoxdur və ödənişlər şəxslər üzrə yox cəmiyyətin mövcud borc məbləğlərinə görə aparılır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış elektron məlumat mübadiləsi haqqında Razılaşmaya əsasən qəbul edilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə hesabatlara aid məlumatların İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “X2 Sistemi” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nə ötürülməsi mütəmadi olaraq təmin olunur. İddiaçı (SSN: **********916, FİN: xxxxxxx) məcburi dövlət sosial sığortası üzrə məluatların məlumatların sığortaolunanların fərdi şəxsi hesablarında əks olunması məqsədi ilə aidiyyəti üzrə müraciət etməyiniz xahiş olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanununa əsasən 15-ci maddənin birinci hissəsinin on birinci abzasa "üzrə sığortaedənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığortalıya” sözləri "və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə” sözləri ilə əvəz edilmişdir. Qanunda dəyişiklik 2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə mindiyinin nəzərə alaraq, 2018-ci ildə sığortaoluna hesablanmış əmək haqqını tam olaraq həyatın yığım sığortasına yönəldilməsi ilə bağlı qanunvricilikdə hər-hansı bir məhdudiyyətin olmadığı səbəbindən məcburi dövlət sosial sığortası haqqına cəlb olunmamış və həmin dövrlər üzrə ödənişlər aparılmadığı edilmişdir. **********61800 №-li xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Lokal Gəlirlər Baş İdarəsinin məktubunun məzmunundan görünür ki, uçot baza məlumatlarına əsasən Cavabdeh1 MMC(**********) tərəfindən qeyd olunan dövrlər üzrə müvafiq hesabatlar təqdim olunmadığı qeyd edilmişdir. **********3 №-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məktubunun məzmunundan görünür ki, Nazirliyin “MərkəzləşdirilmişElektron İnformasiya Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində aşkar edilmiş sığortaedən Cavabdeh2 MMC (SUN: **********4) tərəfindən 2016-cı il. 2017-ci ilin l-lll rübləri, 2019-cu ilin İ rübü, 2020-ci ilin l-İV rübləri, “X17 Services' MMC (SUN: **********8) tərəfindən 2020-ci ilin İV rübü, 2021 -ci ilin l-lll rübləri üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumafa və rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən sığortaolunan İddiaçı (SSN: **********916) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlarını təqdim edirik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən servisedilmiş Cavabdeh2 MMC-nin 2018-ci ilin l-lll rübləri üzrə hesabat məlumatlarında uyğunsuzluqlar olduğu üçün MEİS-in “Sığorta" (Hesabat) altsisteminə inteqrasiya olunması mümkün olmamışdır. Hesabat məlumatlarında yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət ünvanlanmışdır. **********067000 №-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin məktubunun məzmunundan görünür ki, ‘X11 A” MMC (VÖEN:**********) tərəfindən 2019-cu ilin 2-ci, 3-cü və 4-cü rübləri üzrə dəqiqləşmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatların təqdim edilməsi təmin edilmiş və hesabatlarda İddiaçı (SSN: **********916, FİN:xxxxxxx) məcburi dövlət sosial sığortası haqqına cəlb olunan gəlirləri barədə məlumatlar öz əksini tapmışdır. Vergi ödəyicisindən alınan məlumatlara və keçirilmiş səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, 2018-ci ildə sığortaolunanın hesablanmış əmək haqqısı tam olaraq həyatın yığım sığortasına yönəldiyi üçün məcburi dövlət sosial sığortası haqqına cəlb olunmamış və həmin dövrlər üzrə ödənişlər aparılmamışdır. **********0 №-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məktubunun məzmunundan görünür ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində aşkar edilmiş sığortaedən Cavabdeh2 MMC (SUN: **********4) tərəfindən 2016-cı il, 2017-ci ilin l-lll rübləri, 2019-cu ilin l-İV rübləri, 2020-ci ilin l-İV rübləri, Cavabdeh1 MMC (SUN: **********8) tərəfindən 2020-ci ilin İV rübü, 2021 -ci ilin l-İV rübləri üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a və rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən sığortaolunan İddiaçı (SSN: **********916) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatlarını təqdim edilməsi qeyd edilmişdir. **********8 №-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının məktubunun məzmunundan görünür ki, Nazirliyin X1 sisteminin (bundan sonra-MEİS) "Sığorta" (Hesabat) altsistemində "X9"da "X17 Services" MMC-nin 1 oktyabr 2018-ci il tarixinədək rüblük hesabatları aşkar edilməmişdir. "X11 A" MMC-nin isə 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 85.386,18 manat Fonda borcu qalmışdır. Nəzərinizə çatdırırıq ki, 1 oktyabr 2020-ci il tarixindən 1 dekabr 2021-ci il tarixinədək sığortaedən "X17 Services" MMC-nin MEİS-in "Sığorta" (Hesabat) altsistemində “Sığortaolunanların hesabları" bölümündə sığortaolunan İddiaçı ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşağıdakı cədvəldə qeyd edilmişdir:Sığortaolunan (İddiaçı)-Sığortaedən (“X17 Services MMC)-dövr 1 oktyabr 2020-1 dekabr 2021-Gəlir:18375.67-Hesablanmış m.d.s.s.h-4593.90-Ödənilmiş m.d.s.s.h-3541.11. sığortaedən Cavabdeh1 MMC tərəfindən müvafiq dövrlərə aid məcburi dövlət sosial sığorta haqları üzrə borclar hələ də ödənilmədiyindən, M.Cəfərovun fərdi hesabında 1052,79 manat məbləğində çatışmayan vəsait formalaşmışdır. Sığortaedən, Cavabdeh2 MMC tərəfindən 2017-ci ilin 4-cü rübü və 2018-ci ilin 4 rübü üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlarda sığortaolunan İddiaçı məlumatları qeyd olunmadığı üçün MEİS-in “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Sığortaolunanİddiaçımumatlarının MEİS-in “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesablan” bölümünə əlavə edilməsi üçün sığortaedən, Cavabdeh2 MMC tərəfindən qeyd olunan dövr üçün məcburi dövlət sosial sığortası üzrə dəqiqləşdirilmiş hesabatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməlidir.Fondun rayon (şəhər) şöbələrində uçotda olan bütün sığortaedənlərin və sığortaolunanların uçotu Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında (bundan sonra Filial) mərkəzləşdiyi üçün cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC hal-hazırda Filialda uçotdadır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi və ’’Sosial Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. **********0 №-li xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məktubunun məzmunundan görünür ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta (Hesabat)” altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedənCavabdeh2 MMC (SUN: **********4) tərəfindən 2017-ci tn İV rübü, 2018-ci ilin l-İV rübləri üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə -esabaflarda adınız sığortaolunan kimi qeyd olunmamışdır. sığortaedən Cavabdeh1 MMC (SUN: '**********) tərəfindən 2020-ci ilin İV rübü, 2021 -ci ilin l-İV rübləri üzrə təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə hesabatlarda məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərə nisbətdə məcburi dövlət sosial sığorta haqları müəyyən edilmiş faizlə Hesablanmış, lakin sığortaedən tərəfindən 2020-ci ilin İV rübü və 2021-ci il ərzində tam ödənilmədiyi üçün fərdi şəxsi hesabınızda az məbləğdə əks olunmuşdur. sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları ödənildikcə Sizin və digər sığortaolunanların hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun bölüşdürülməsi təmin edilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə “Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və həmin Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanına əsasən 2019-cu il 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə olunmuşdur. 090 №li xx.xx.2020-cu il tarixli Əmək müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh1 MMC arasında əmək müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən İddiaçı sürücü peşəsinə işə qəbul olunmuş, işə xx.xx.2020-cu il tarixdən başlamış, hər ay ştat cədvəlinə uyğun olaraq vergi və digər ödənişlər daxil olmaqla, 1369.83 manat məbləğində əmək haqqı ödənilir. PB/BPŞ-OUT-01636-2022 №-li xx.xx.2022-ci il tarixli Paşa Bankın arayışından görünür ki,xx.xx.2017-ci il tarixdə Cavabdeh2 QSC (VÖEN **********) şirkəti tərəfindən İddiaçı Arif oğlu (FİN xxxxxxx) adına əmək haqqı kart hesabı açılmışdır. HYS-00235/18 №-li xx.xx.2019-cu il tarixli Paşa Həyatın sığorta şəhadətnaməsinin məzmunundan görünür ki, Sığorta olunan İddiaçı Sığortalı Cavabdeh2 MMC tərəfindən 54218.27 manat dəyərində xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək həyatın yaşam sığortası ilə sığortalanmışdır, aylıq sığorta haqqının məbləği Əlavə 2-yə əsasən müəyyən edildiyi qeyd edilmiş, aylıq sığorta haqqı Əlavə 2-də qeyd edilmişdir (1467,50 AZN). Sosial arayışın məzmunundan görünür ki, Cavabdeh1 MMC-in 2021-ci il tarixində 15636.01 manat gəliri- 3908.98 manat hesablanmış;3420.58 manat ödənilmiş haqqı: “X17 Services A” MMC-in 2020-ci il tarixində 14652.11 manat gəliri-3663.01 manat hesablanmış;3662.97 manat ödənilmiş haqqı: Cavabdeh1 MMC-in 2020-ci il tarixində 2739.66 manat gəliri-684.92 manat hesablanmış;466.83 manat ödənilmiş haqqı: “X17 Services A” MMC-in 2019-ci il tarixində 13782.46 manat gəliri-3445.59 manat hesablanmış;2558.58 manat ödənilmiş haqqı: “X17 Services A” MMC-in 2017-ci il tarixində 13407.51 manat gəliri-3351.89 manat hesablanmış;3351.86 manat ödənilmiş haqqı. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işçinin əsas hüquqlarından biri kimi işçilərin jişəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək qeyd edilmişdir. Həmin Məcəllənin 175 2-ci maddəsinə əsasən işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulur. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.İşçinin əmək kitabçasının bu Məcəllənin 87-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir.Qeyd hissəsində qeyd olunmuşdur ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 173.1-ci maddəsinə əsasən işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələri də daxildir. Həmin Məcəllənin 304 1-ci maddəsinə əsasən sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. Həmin Məcəllənin 307-ci maddəsinə əsasən işçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə ilə, «Sosial sığorta haqqında»Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ hüquqi aktlarla tənzimlənir. Sığorta olunmuş işçiyə “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılır, habelə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta şəhadətnaməsi (polisi) verilir. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda;c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 195-ci maddəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 9-ci maddəsinə əsasən — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır: sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər; Həmin Qanunun 18-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanılmış, iddiaçı cavabdeh şirkətdə işçi qismində çalışmış, hazırda əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh işəgötürən tərəfindən onun əmək haqqı məbləğində sosial sığorta haqqının düzgün hesablanaraq, tam tutulma, öədnilmə həyata keçirilmədiyini əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür. Cavabdeh tərəf iddia tələbində qeyd edilmiş “X13 A” QSC ilə bağlı 2017-ci il üzrə sosial sığorta haqqının düzgün hesablanmaması hissəsində qəbul etdiyini, bununla bağlı dədiqləşdirilmə hesabatı veridklərini, onlardan asılı olmayan səbəbdən sosial arayışda qeyd edilmədiyini, 2018-ci il üzrə sığorta haqqının tam olaraq həyat sığortası üzrə ödənildiyini əsas gətirərək, bu səbəbdən ödənilmədiyini, Cavabdeh1 QSC ilə bağlı qeyd edilmiş 2020-ci il və 2021-ci il üzrə düzgün hesablanmadığını, lakin həmin hissələrin də onlar tərəfindən düzəldildiyini, bununla bağlı dəqiqləşdirilmə hesabatı təqdim edildiyini bildirmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, əmək və sosial sığorta qanunvericiliyinin tələbinə əsasən sosial sığorta haqqının ödənilməsinin tələb etmək işçinin hüququ və ödənilməsini təmin etmək işəgötürənin vəzifəsi kimi qeyd edilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdeh işəgötürən tərəfindən iddiaçı işçi ilə bağlanmış əmək müqaviləsi üzrə Cavabdeh2 QSC ilə bağlı 2017-ci ilin yanvar-iyul, noyabr-dekabr ayı üzrə 03 qəpik məbləğində sosial sığorta haqqı ödənilməmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında və cavabdehin öz izahatı əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 QSC ilə bağlı 2017-ci ilin avqust-oktyabr ayları üzrə əmək haqqı düzgün qeyd edilməmiş, bu səbəbdən də sosial sığorta haqqı düzgün hesablanmamış, nəticədə 813 manat 67 qəpik sosial sığorta haqqı ödənilməli olduğu hala, ödənilməmiş, Cavabdeh1 QSC ilə bağlı isə 2020-ci üzrə 564,04 manat (oktyabr ayı üzrə əmək haqqı nəzərdə tutulmalı olduğu halda, nəzərdə tutulmadığından, sosial sığorta haqqı öədnilməmişdir, bu halı cavabdeh özü təsdiq etmişdir), 2021-ci il üzrə 488 manat 40 qəpik sosial sığorta haqqı ödənilməmişdir. Cavabdeh qeyd edilən hallarla bağlı sosial sığorta haqqının düzgün hesablanmadığını, ödənilmədiyini qəbul etsə də, həmin halların artıq aradan qaldırıldığını bildirmişdir. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən istinad olunan qeyd edilən hal (yol verilmiş çatışmazlığın aradan qaldırılması halı) müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 QSC-yə aid hissədə 2017-ci il üzrə, X17 Services QSC-yə aid hissədə 2020-ci il və 2021-ci il üzrə düzgün hesbalanmayan və tam ödənilməmiş sosial sığorta haqqının ödənilməsi hissəsində təmin edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, iddiaçı Cavabdeh2 QSC ilə bağlı 2018-ci il üzrə sosial sığorta haqqının tam ödənilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı həmin il üzrə əmək haqqının 100 faizi həcmində həyat yığım sığortası üzrə ödənildiyi müəyyən edilmişdir. Sosial sığorta haqqında qanunvericiliyin tələbinə əsasən həyat yığım sığortası üzrə ödənilən məbləğlərdən məcburi sosial sığorta haqqı hesablanmır. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 QSC-yə münasibətdə 2018-ci il üzrə ödənilməyən sosial sığorta haqqının tutulması hissəsində təmin edilməməlidir. Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında ” Azərbaycan Respubikası 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi üzrə məhkəməyə verilən iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, habelə iddia tələbi təmin edildiyindən, iş üzrə ödənilməli olan 38,67 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh2 QSC-dən 2017-ci ilin yanvar-iyul və noyabr-dekabr ayı üzrə ödənilməyən 03 (üç) qəpik, 2017-ci ilin avqust-oktyabr ay üzrə 813,67 manat məbləğində pul vəsaiti ödənilməyən məcburi sosial sığorta haqqının əvəzi olaraq və Cavabdeh1 QSC-dən 2020-ci il üzrə 564,04 manat, 2021-ci il üzrə 488,40 manat məbləğində pul vəsaiti ödənilməyən məcburi sosial sığorta haqqının əvəzi olaraq tutularaq sığortalı qismində İddiaçı xeyrinə sığortaçı qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə ödənilməli olan 38,67 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (işəgötürən) Cavabdeh2 QSC-dən 2017-ci ilin yanvar-iyul və noyabr-dekabr ayı üzrə ödənilməyən 03 (üç) qəpik məbləğində pul vəsaiti, 2017-ci ilin avqust-oktyabr ay üzrə 813,67 manat məbləğində pul vəsaiti ödənilməyən məcburi sosial sığorta haqqının əvəzi olaraq tutularaq və cavabdeh (işəgötürən) Cavabdeh1 QSC-dən 2020-ci il üzrə 564,04 manat, 2021-ci il üzrə 488,40 manat məbləğində pul vəsaiti ödənilməyən məcburi sosial sığorta haqqının əvəzi olaraq tutularaq sığortalı iddiaçı (işçi) İddiaçı xeyrinə sığortaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 38,67 manat məbləğində dövlət rüsumu cavabdehlər X11 A” QSC və Cavabdeh1 QSC-dən müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar