Məhkəmə qərarları › İş №e-2(002)-2058/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2058/2022

24.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2058/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla əlaqədar pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X1 qarşı borcla əlaqədar pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehistifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4777.44 manat borc və ödənilmiş 67.77 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00948 olan Cavabdehelektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı"xxxx" ASC-yə cəmi 4777.44 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 4777.44 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Aşağıdakı hüquqi əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehn məhkəmə iclasında iştirak edərək,iddia tələbini qismən qəbul edərək, öz izahatında həmin abonent kodu üzrə yaşayış sahəsinin qaynanasına aid olduğunu, özünün həmin evə 1995-ci ildə gəlin köçdüyünü, 2015-ci ilədək həmin evdə qaynanası ilə birlikdə yaşadıqlarını, daha sonra həmin evdə baldızları da yaşadığından, o öz ailəsi ilə birlikdə kirayə qaldılarını, sonra qaynanası 2020-ci ildə vəfat etdikədn sonra yenidən köçüb həmin evdə yaşadıqlarını, indiyədək də həmin evdə yaşadıqlarını, borc barədə məlumatlı olduğunu, müqaviləni də öz adına bağlamışdır ki, həmin borcun silinməsinə köməklik göstərilsin, həmin abonent üzrə qeyd edilən məbləğdə borcun olduğunu bildiklərini qeyd edərək, ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin eidlməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-cı il tarixli, 28541 saylı Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında Qobu qəsəbəsi, Natavan küçəsi abonent ünvanı üzrə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Abonent kodu **********00948 olan abunə haqqında çıxarışdan görünür ki, abonent kodu **********00948 olan ünvan üzrə Cavabdehnn "xxxx" Açıq Səhmdar Cəmiyyətinə elektrik enerjisindən istehlaka görə 3602,79 manat borcu və 1174,65 manat vurulmuş ziyana görə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə” Qaydalarının 8.14-cü maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Həmin Qaydaların 9-cu maddəsinə əsasən İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır. İstehlakçı aşağıda göstərilən səbəblərlə əlaqədar dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında fors-major hadisə ilə əlaqədar; kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik veriliş xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və ya kabel elektrik veriliş xətlərinin mexaniki zədələnməsi və s.) nəticəsində baş vermiş qəzalarla əlaqədar məsuliyyət daşımır: Həmin Qaydaların 10.1-ci maddəsinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qismində çıxış edən elektrik enerji təchizatı müəssiəsi tərəfindən xx.xx.2013-cı il tarixdən hazıradək qeyd edilən abonent üzrə istehlakçıya elektrik enerjisindən istifadə edilməsi ilə bağlı xidmətlər göstərilmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı arasında qeyd edilən abonet ünvanı üzrə müqavilə xx.xx.2022-ci il tarixdə bağlanılmış, həmin traixədək qeyd edilən abonent üzrə Məmmədova Gülxanım (cavabdehin qaynanası) arasında bağlanılmış müqavilə mövcud olmuşdur, Məmmədova Gülxanım isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Həmçinin, cavabdehin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, cavabdeh həmin ünvanda əvvəlki istehlakçı Məmmədova Gülxanım ilə birlikdə yaşamış, həmin abonent ünvan üzrə elektrik enerjisindən istifadə etmiş, həmçinin hazırda da faktiki olaraq həmin abonent ünvanı üzrə cavabdeh istehlakçı qismində çıxış edir, habelə cavabdeh qeyd edilən borc barədə məlumatlı olmaqla, yeni müqavilə bağlamışdır. Bundan əlavə, məhkəmə onu qeyd edir ki, cavabdeh həmin abonent ünvanı üzrə 2015-2020-ci illərdə mənzildə yaşamadığını, kirayə qaldıqlarını bildirsə də, həmin hala dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bununa da, cavabdehin həmin illərdə qeyd edilən abonent ünvanı üzrə istehlakçı olmaması halının müəyyən eidlməsi mümkün olmamışdır. Bu halda, məhkəmə hesab edir ki, qeyd edilən müqavilənin Məmmədova Gülxanım adına bağlanmış olsa da, cavabdehin həmin abonent üzrə onunla bərabər istehlakçı olması, habelə əvvəlki istehlakçı vəfat etdikdən sonra yeni müqavilənin məhz cavabdehlə bağlanması, cavabdehin həmin müqvailəni bağlayarkən borc barədə məlumatlı olması, cavabdehin əvvəlki istehlakçı ilə birlikdə həmin abonent üzrə 1995-ci ildə istehlakçı olması halı ( qeyd edilən hallar işin mübahisəsiz halları qismində çıxış edir) aşkar olduğundan, iddiaçı cavabdehə qarşı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Həmçinin, məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən eidlmişdir ki, qeyd edilən abonet üzrə elektrik enerjisindən istifadə edilməsinə görə istehlakçının qalıq borcunun məbləği 3602,79 manat təşkil edir. İddiaçı cavabdehin abonent üzrə qalıq borcunun 4777,44 manat olduğunu bildirsə də, həmin hala dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmədə tədqiq edilmiş abonent kartı haqqında məlumatlar əsasında müəyyən edilmişdir ki, qeyd edilən abonent ünvanı üzrə 1174,65 manat məbləğində pul vəsaiti (63 manat, 824,31 manat, 51,23 manat,236,11 manat) sayğac dəyişilməsi, EİQ pozulması ilə bağlı vurulmuş ziyan məbləği kimi qeyd edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia tələbinin əsasını məhz MM-nin 1096cı maddəsinin və yuxarıda qeyd edilən Qaydaların 9-cu bəndinin tələbləri təşkil edir. Lakin məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehin hansı qnaunsuz hərəkətləri nəticəsində ona qeyd eidlən məbləğdə maddiz ziyan vurulması, vurulmuş ziyanın məhz onun təqsirli hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, qeyd edilən halla bağlı sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi elektrik enerjisindən istifadə edilməsinə görə yaranmış borcun tutulması hissəsində qalıq borcun aaşkar olduğu hissədə təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 67,77 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən hüquq normasını əsas götürərək, hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumunun 56,02 manat məbləğində olan hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə yaranmış 3602,79 manat məbləğində borc pul vəsaiti və 56,02 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadə edilməsinə görə yaranmış 3602,79 manat məbləğində pul vəsaiti və 56,02 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar