Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-206/2023 03.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi(atası) X1 İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiaları üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasına məcburi qaydada köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, mən İddiaçı xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşam. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı bir övladı olub. Ailə qurduğu gündən toyundan cəmi bir neçə ay əvvəl alınmış, həyat yoldaşına məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatda olmaqla yaşamışıq. Nikah bağladığı vaxtdan aralarında narazılıqlar olsa da övladının xatirinə və valideynlərinin tövsiyyəsi ilə ailəsinin qorunub saxlanılmasına çalışmışdır. Lakin heç bir səbəb göstərilmədən məcburi şəkildə övladı ilə birlikdə həmin mənzildə yaşamağına cavabdeh və onun yaxın qohumları tərəfindən maneçilk yaradılır. Aralardakı nikahın pozulmasına görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə də müraciət edilib. Lakin boşanmağa razı deyil. Belə ki, oğlan uşağı onun himayəsindədir. Hesab edir ki, gələcəkdə onun şəxsiyyət kimi formalaşmasına görə ailədə atanın roluna ehtiyac vardır. Bundan əlavə olaraq o, 2017-ci il tarixdən fasiləsiz olaraq həmin mənzildə yaşamışdır. Övladı orada doğulub. Ona məxsus olan bütün məişət əşyaları həmin mənzildədir. Cavabdeh ailə qurduğu vaxt mənzili almaq üçün yaxın qohumlarından borc aldığını bildirmiş və uzun zaman işləyərək borc ödəmişdir. Həmin mənzildən istifadə etmək, öz övladı ilə birlikdə həmin mənzildə yaşamaq hüququna malikdir. Bütün əmlakı həmin mənzildə yerləşir. Onun və uşağının yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Onun və uşağının təhlükəsiz və rahat yaşamağı üçün hesab edir ki, mənzildən istifadə hüququm tanınmalı və həmin evə köçürülməlidir. Lakin cavabdeh və onun yaxın qohumları tərəfindən hüquqlarım kobud şəkildə pozularaq, öz yaşayış yerindən istifadəsinə maneçilik törədilir. Buna görə də həmin mənzilə məhkəmənin qərarı əsasında məcburi köçürülməli və orada yaşama hüququnun tanınması zərurəti yaranmışdır. Göründüyü kimi iddiaçı mübahisəli mənzilə gəlin köçmüş, cehiz əmlakı aparmış və orada yaşamışdır. Bundan əlavə cavabdeh həmin mənzili alarkən yaxın qohumlarından borc pul aldığını və uzun müddət borc ödədiyini bildirmişdir. Ailə həmin müddətdə maddi sıxıntılar çəkmişdir. Gəlin köçdüyü gündən bu günə kimi o, həmin ünvanda övladı ilə birlikdə pasport qeydiyyatındadır. Hazırda o, azyaşlı övladı ilə evsiz qalmışdır. Hesab edir ki, o və azyaşlı övladı pasport qeydiyyatı ünvan 1 ünvanında olduğundan, o, həmin mənzilə gəlin kimi köçdüyündən, 2017-ci ildən orada yaşadığından, azyaşlı uşağı ilə birgə həmin ünvana köçürülməlidir. Mübahisəli mənzildə hazırda cavabdeh yaşayır və onun tərəfindən istifadə olunur. İddiaçının isə mülkiyyətində və ya hər hansı hüquqla malik olduğu yaşayış sahəsi yoxdur. İddiaçının hazırda azyaşlı uşağı ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Cavabdehin valideyn kimi öz uşağını yaşayış yeri ilə təmin etmək vəzifəsi vardır. Tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra həmin mənzildə birlikdə yaşayıb təsərrüfat idarə etmişlər. Birgə nikahdan övladları dünyaya gəlmişdir. Ona görə də hesab edir ki, nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan sahəyə köçməklə və aralarında etibarlı ailə münasibətləri mövcud olduğundan iddiaçı mübahisəli mənzildən ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ əldə etmişdir. AR MPM, MM və Mənzil Məcəlləsinin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil və iddiaçının nümayəndəsi(atası) X3 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında izahatında iddia tələbinin heç bir əsas olmadığından iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubu görünür ki, Cavabdeh adına Bakı şəhəri 45 saylı DNK-nın 4Ə-141 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 2ənzil xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-1217/69 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2018-ci il tarixdə anadan olmuş və bu barədə 30 mart 2018-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1890 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. xx.xx.2018-ci il təvəllüdlü X4 atası- Cavabdeh, anası- İddiaçıdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-1221/69 nömrəli arayışdan görünür ki, Cavabdeh ilə X2 arasında nikah xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1812 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2ənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli qeydiyyata alınmaqla mülkiyyətindədir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon icra şöbəsinin məktubundan görünür ki ,Qaradağ rayon Sahil qəsəbəsinin 119 saylı MKİS-in xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı qeydiyyatda olduğu ünvan 2ənzil ünvanında yaşamır, icra tədbirləri nəticəsində İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, massiv 5 ünvanında yaşadığı müəyyən edilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azemis elektron məhkəmə sistemindən görünür ki, İddiaçı ünvan 2ənzil ünvanında qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli ilkin mediasiya prosesinə xitam verilməsi protokolundan görünür ki, tərəflər aralarında olan ailə mübahisəsi ilə bağlı mediasiya prosesi keçirilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə iddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə ilkin iddia tələbi təmin edilməsi,qarşılıqlı iddia tələbinin rədd edilməsi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh ilə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 1812 saylı akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2018-ci il təvəllüdlü X5 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı yanında və himayəsində saxlanılması, xx.xx.2022-ci il tarixdən(müvəqqəti aliment barəsində ərizəsinin verildiyi tarixdən) başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh İddiaçı xeyrinə hər ay 220(iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2360/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən müvəqqəti alimentin tutulması nəzərə alınması və alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməsi qət edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən xx.xx.2023-cü il taerixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apeliyasiya şikayəti verilmiş, hal-hazırda mülki iş Bakı Apeliyasiya Məhkəməsinin icraatındadır. Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minməmişdir. Tətbiq edilən hüquq normaları: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 8 oktyabr tarixli Qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindəmülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bu məqsədlərə nail olmaq üçün yaşayış sahəsinin mülkiyyətçisi və onun ailə üzvləri arasında həmin yaşayış sahəsinə dair qarşılıqlı hüquq və vəzifələrin həcmini müəyyən edən hüquqi əsasları, o cümlədən ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarını müəyyən etmək vacibdir. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasənfiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, hazırda həmin mənzildə cavabdeh yaşayır, qeyd edilən mənzil cavabdehin xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin hal-hazırda ailə üzvidir-arvadıdır. İddiaçı cavabdehlə evləndikdən sonra mübahisəli mənzildə yaşamış və həmin ünvana qeydiyyata düşmüşdür. Lakin sonradan aralarında mübahisələr olduğu üçün evdən çıxmışdır. Hazırda iddiaçı mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsinə dair izahatını isə həmin mənzilin tərəflərin birgə nikah dövründə əldə olunmadığından iddiaçının tələbinin qanunsuz və əsasız olması əsaslandırmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin predmeti “evə köçürülmə” barədə tələb olduğu üçün ilk öncə iddiaçının həmin mənzilə istifadə hüququnun olub-olmaması araşdırılmalıdır.Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə bağlanmış, həmin birgə nikahdan xx.xx.2018-ci il tarixdə X5 övladları olmuşdur. İddiaçı halhazırki mülki iş üzrə mübahisə predmeti olan mənzilə 2017-ci il tarixdən gəlin köçmüş və həmin ünvana qeydiyyata düşmüşdür. Beləliklə tərəflər arasında hüquq münasibətləri onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2017-ci il tarixdən yarandığından və iddiaçı və onun azyaşlı uşağı (arvadı və uşağı olduğuna görə) cavabdehin ailə üzvləri hesab olunduğundan onların mübahisəli mənzilə istifadə hüquqları var. Həmçinin məhkəmə hesab edir ki, müvafiq mübahisə üzrə qətnamə qəbul edilərkən tərəflər arasındakı nikahın pozulması barədə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-91/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almadığından (apeliyyasiya məhkəməsinin icraatındadır) hazırki işə baxılarkən tərəflər arasındakı nikah xitam verilməmiş hesab olunaraq, hazırkı mülki iş üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməli, İddiaçı azyaşlı övladı- xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 2ənzilinə köçürülməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı övladı- xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 2ənzilinə köçürülməlidir. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı övladı- xx.xx.2018-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 2ənzilinə köçürülsün. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-206/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-206/2023
03.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver