Məhkəmə qərarları › İş №e-2(002)-2077/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2077/2021

25.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2077/2021 25.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Federasiyasının vətəndaşı, xx xxx 1976-cı il təvəllüdlü Cavabdehın Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 45 saylı evin 49 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini, qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsini xahış etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 45 saylı evin 49 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh onun qardaşıdır. Qardaşı həmin evdə rəsmi qeydiyyatda olmuş, lakin o, 2009-2010-cu illərdən Rusiya Federasiyasına köçüb Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Buna baxmayaraq Cavabdeh hal-hazıradək ona məxsus olan mənzildə pasport qeydiyyatında qalmışdır. Belə ki, bununla əlaqədar o, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən rəsmi məlumat almış, Miqrasiya Xidmətinin 24 fevral 2021-ci il tarixli məktubu ilə Rusiya Federasiyasının vətəndaşı, xx xxx 1976-cı il təvəllüdlü Cavabdeh müvəqqəti olma müddətinin 16 iyul 2020-ci il tarixədək uzadılması və ünvan 1 ünvanda qeydiyyata alınması bildirilmişdir. Göründüyü kimi xx xxx 1976-cı il təvəllüdlü Cavabdeh Rusiya Federasiyasının vətəndaşıdır və hal-hazırda Azərbaycanda olsa da, xarici ölkə vətəndaşı kimi müvəqqəti olaraq başqa ünvanda qeydiyyata alınmışdır. Yəni bir xarici ölkə vətəndaşının ona məxsus mənzildə daimi qeydiyyatda saxlanması onun hüquqlarının pozulması ilə yanaşı qanunvericiliyin tələblərinə də ziddir. Qeyd edilən mənzil onun atasına məxsus olmuş, həmin mənzil vərəsəlik qaydasında onun adına keçmiş, bu zaman cavabdeh notarial qaydada ərizə verərək, miras əmlakın onun adına keçməsinə etiraz etmədiyni bildirmişdir.Qanunvericiliyin tələbinə əsasən cavabdehin mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmış olsa da, həmin mənzilə mülkiyyət hüququ ona keçən zaman cavabdeh mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik vermiş, bu üzdən həmin mənzilə mülkiyyət hüququnun ona keçməsi cavabdehin həmin məzildən istifadə hüququna xitam verilməsi üçün əsas olmuşdur.Beləliklə də, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ yaranmış olsa da, həmin mənzilə mülkiyyət hüququnun ona keçməsi onun istifadə hüququ üçün xitam verilməsinə əsas olmuş, hətta bundan sonra cavabdehin ona məxsus mənzildə xarici ölkə vətəndaşı kimi yaşaması, onun həmin mənzilə istifadə hüququnun yaranmasına əsas olmamışdır.Çünki cavabdeh onun qardaşı olsa da, onun ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi kimi onunla birlikdə yaşamaq və məndən özünün saxlanılmasını tələb etmək hüququ yoxdur və belə olduğu halda cavabdehin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında onun yaşayış sahəmdən istifadə etmək səlahiyyəti də yoxdur. İddiaçı vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinin həcminin azalmasına dair ərizə təqdim edərək, xx xxx 1976-ci il təvəllüdlü Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, dəqiqləşdirmə ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh Raşıdınoviç məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MA seriyalı ******* nömrəli qeydiyyat vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 45 saylı evin, 49 saylı mənzili İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 152 saylı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında 23.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı (08.11.1994-cı ildən), X1-iddiaçının qızı (26.03.2004-ci ildən), X6-iddiaçının oğlu (29.01.2011-cü ildən) Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 45 saylı evin, 49 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Nazirliyi Yaşayış yeri üzrə və qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı (08.11.1994-cı ildən), X1 (26.03.2004-ci il iyul ayından), X6 və Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 45 saylı evin, 49 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 22 oktyabr 2010-cu il tarixli Cavabdeh Dövlət Notariat Kontoruna yazılmış ərizəsindən görünür, onun atası X4 20.07.2010-cu il tarixdə vəfat etmişdir.Onun ölümündən sonra miras qalmış əmlakdan ona düşən məcburi payı qəbul etmir və bununla əlaqədar gələcəkdə müddətin bərpası üçün heç bir notariat və məhkəmə orqanlarına müraciət etməyəcək. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Qaradağ rayon Məhkəməsinin sorğusuna verilmiş 16.08.2021-ci il tarixli cavab məktubuna əlavə olunmuş 30 mart 1983-cü il tarixli, 203886 nömrəli orderin sürətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 45 saylı evin, 49 saylı mənzil X3 və onun dörd ailə üzvünə yaşamaq üçün verilmişdir. Həmin orderdə Cavabdeh adı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin 24.02.2021-ci il tarixli 05/857 nömrəli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Cavabdeh müvəqqəti olma müddəti 16.07.2020-ci ilədək uzadılmış və ünvan 2 ünvanında qeydiyyatda alımışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 15.04.2021-ci il tarixli Bakı şəhər, Qaradağ rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış məktub ərizəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ. Nəbiyev küçəsi, 39 saylı evin, 19 saylı mənzilindən iddiaçının ərizəsi əsasında cavabdehin çıxarılması mümkün olmadığından məhkəməyə müraciət edilməsi təklif edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır lakin həmin evdə yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşaması işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə mübahisəli hüquq münasibətləri Cavabdeh ilə 2000-ci ilin sentyabrın 1-dək ( 30.03.1983-cü il) yarandığından-Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Mülki işin məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, iddiaçının izahatı və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh həmin mənzilə 2000-ci il sentyabrın 1-dək olan müddətdə qeydiyyata düşmüşdür. Hal-hazırda həmin mənzildən daimi olaraq köçmüşdür. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirildiyindən iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin, 49 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi, 45 saylı evin, 49 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavadehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar