Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2129/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «şəxsin ölmüş elan edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X9 İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, oğlu xx.xx.1991-ci il təvəllüdlü X22 2014-cü ildə X23 ilə rəsmi nikaha girməklə ailə qurmuşlar və bu nikahlarından bir övladları xx.xx.2015-ci il təvəllüdlü X12 anadan olmuşdur. X6 ailəsi ilə birlikdə 2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, naməlum yollarla Suriya Respublikasına, oradan da İraq Respublikasının ərazisinə gedərək, orada fəaliyyət göstərən “İŞİD” terror təşkilatına qoşulmuş və orada döyüş əməliyyatlarında həlak olmuşdur. Artıq 7 ildir ki, X6ndan xəbər yoxdur. Həyat yoldaşı X23 isə İraq Respublikası Silahlı qüvvələri tərəfindən əsir götürülərək, hal-hazırda həbsxanada saxlanılır. Qeyd etdi ki, onların övladı xx.xx.2015-ci il təvəllüdlü X1 anadan olmuşdur. Muhəmməd 2020-ci ilin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmiş və nənə kimi onun himayəsinə verilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 48 saylı Sərəncamı və xx.xx.2021-ci il tarixli, 87 saylı Sərəncamı ilə o, Ərizəçi nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X5 üzərində qəyyum təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1330/2020 saylı qətnaməsi ilə nəvəsi Muhəmmədin xx.xx.2015-ci ildə İraqda doğulması, uşağın soyadının Bədəlov, ata adının X22, anasının X24, milliyyətinin “azərbaycanlı” qeyd edilməsi qət edilmişdir. Bildirir ki, nəvəsi X12 hal-hazırda onun qəyyumluğu altındadır, onun bütün maddi və mənəvi tələbatlarını o, qarşılayır. O, isə özü Səngəçal Dəmiryol İdarəsində operator vəzifəsində işləyir, 350 manat əmək haqqı alır, lakin aldığı məvacib onun və nəvəsinin tələbatlarını qarşılamır. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşına çatmayan uşaqlara ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin nəvəsi X5 atası X9 ölməsini təsdiq edən sənəd olmadığına görə nəvəsinə ailə başçısını itirməyə görə sosial müavinə ala bilmir. Hazırda İraqda əsir olan gəlini X10 verdiyi məlumata əsasən oğlu Fərhad xx.xx.2015-ci il tarixində İraqın Hol ərazisində döyüşlər zamanı həlak olmuşdur. Onun ölümünü təsdiq edən fotoşəkili iddiaya əlavə edir. X35 Kimotəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, xx.xx.1991-ci il təvəllüdlü X9 2015-ci ilin noyabr ayından olduğu yer məlum deyil və onun üçün xx.xx.2020-ci ildə axtarış sorğusu açılmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-16797/2017 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin maraqlı şəxs X13 qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi” tələbinə dair ərizəsi təmin edilərək, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X9 Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamə ilə X9 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, naməlum yollarla Suriya Respublikasına, oradan da İraq Respublikasının ərazisinə gedərək, orada fəaliyyət göstərən “İŞİD” terror təşkilatına qoşulması təsdiq edilmiş və bu səbəbdən də onun qanunvericiliyə uyğun olaraq vətəndaşlığını itirməsi zərurəti yaranmışdır. Hesab edir ki, X6nun İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasında iddia tələbinni dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, oğlu xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X9 xx.xx.2015-ci il tarixində İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, ərizəçinin gəlini İraqda həbsxanadadır,nəvəsi halhazırda ərizəçinin himayəsindədir,ona saxlamağa ərizəçinin maddi imkanları çatmadığından sosial müavinət üçün müraciət etmək niyyətindədir, buna görə də uşağın atası X9 ölməsini təsdiq edən sənəd olmadığından uşağa ailə başçısını itirməyə görə sosial müavinətin təyin olmasında problemlər yaranır. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X17 məhkəmə iclasında ifadəsində bildirir ki, X14 tanıyırdı, belə ki onlar İraq Respublikasında qonşu idilər. Hadisə baş verəndə onun 11 yaşı var idi. O, 09 noyabr 2015-ci il tarixdə dayısı ilə bazara ərzaq almağa gedəndə səhrada iki aşmış maşın gördülər, onun dayısı hərbi əmir idi. O və dayısı yaxınlaşıb maşınlara baxanda o, ölmüş şəxslərdən birinin Fərhad olduğunu gördü. Fərhaddan başqa daha iki nəfər də ölmüşdü. Dayısı onların şəklini çəkib, üstündəki əşyaları götürdü.O,Fərhadın paltarlarını, telefonu və çəkilmiş şəkillərini gətirib onun yoldaşı Naziləyə verdi. Əsaslandırma hissəsi: Məhkəmə ərizəçinin və onun vəkilinin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş V-ЖГ seriyalı 407039 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X11 arasında nikah xx.xx.1990-cı il tarixdə Qaradağ rayonun qeydiyyat şöbəsində 471 saylı akt ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 958562 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X19 ilə X23 arasında nikah xx.xx.2014-cü il tarixdə Zaqatala rayonun qeydiyyat şöbəsində 155 saylı akt ilə qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş XV-ЖГ seriyalı 463389 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X8 atası X18, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş XV-ЖГ seriyalı 463389 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X8 atası X18, anası Ərizəçidır. İş materiallarına əlavə olunmuş AZ-İV seriyalı 541908 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X5 atası X22, anası X15r. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)- 16797/2017 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin maraqlı şəxs X13 qarşı “şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi” tələbinə dair ərizəsi təmin edilərək, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş X9 Azərbaycan Respublikasının vətəndaşlığını itirmiş hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 1330/2020 saylı qətnaməsindən görünür ki, 20 may 2015-ci ildə cinsi oğlan olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi,uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın adı Muhəmməd, doğum tarixi 20 may 2015-ci il, doğum yeri İraq, ata qrafasında atasının adı X22, ana qrafasında anasının adı X24, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməsi, qətnamə uşağın adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X35 Kimotəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X9 2015-ci ilin noyabr ayından olduğu yer məlum deyil və onun üçün xx.xx.2020-ci ildə axtarış sorğusu açılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 48 saylı Sərəncamından görünür ki, Ərizəçi xx.xx.2015-ci il təvəllüdlü Muhammed Abdulqadir oğlunun üzərində qəyyum təyin edilmişdi.Qəyyumluq müddəti azyaşlının həddibuluğa çatanadək müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 87 saylı Sərəncamından görünür ki, Ərizəçi Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 48 saylı Sərəncamı ilə nəvəsi xx.xx.2015-ci il təvəllüdlü Muhammed Abdulqadir oğlunun üzərində qəyyum təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-1330/2020 saylı qətnaməsinə əsasən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 48 saylı Sərəncamında dəyişiklik edilərək, azyaşlı xx.xx.2015-ci il təvəllüdlü Muhammed Abdulqadir oğlunun ad və soyadı dəyişdirilərək, “Muhəmməd Bədəlov” hesab edilməsi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ Rayon İcra Hakimiyyəti bacısının Sanqaçal qəsəbə inzibati ərazi dairəsi üzrə nümayənsdəliyinin 10.082023-cü il tarixli məktubundan görünür ki, X3 xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2 rayonu, Sanqaçal qəsəbəsi, Massiv 2, keçid 1, Ev 1-də yaşamışdır. Mərhum 1997-ci ilin sentyabrında Sanqaçal qəsəbəsində 222 saylı orta məktəbin 1-ci sinifinə gedib. 2005-ci ildə eyni məktəbin 9-cu sinifini bitirib və 16 saylı Peşə liseyinə daxil olmuşdur. 2009-cu ildə Peşə liseyin bitirmişdir. 2009-2011-ci illərdə Hərbi xidmət dövrü keçib. 2014-ci ilin İyul ayının 1-də ailə həyatı qurub. X3 2014-cü il 10 sentyabr Türkiyəyə respublikasma getmişdir və oradan İraq dövlətinə keçirilmişdir. 2015-ci il mayın 20-si X37 şəhərində oğlu dünyaya gəlib. 2015-ci ilin noyabr ayının 9-da X4 şəhərində qətlə yetirilib. Qeyd edək ki 2019-cu ilin mart ayının 12-də mərhumun oğlu Muhəmməd Azərbaycan respiblikasma gətirilmişdir. Hal-hazırda X12 nənə və babasının himayəsindədər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli AR DİN Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin sorğuya cavab məktubundan da görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X13 xx.xx.2013-cü il tarixdə verilmiş C00192299 nömrəli ümümvətəndaş pasportu və xx.xx.2008-ci il tarixdə verilmiş AZE 06499780 nömrəli şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Miqrasiya Xidmətinin xx.xx.2018-ci il tarixli 08/913 nömrəli məktuba əsasən (vətəndaşlıqdan məhrum olma səbəbi) xx.xx.2018-ci il tarixdə deaktivləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli arayışdan və əmək kitabçasının surətindən görünür ki, X22 xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək "xxxx" MMC-də fəhlə peşəsində çalışımışdır. İş materialarına fotoşəkillər əlavə edilmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır . Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən məhkəmə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır; 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmədə qeyd edir ki, hazırki iş üzrə ərizəçi məhkəmədən barəsində 7-8 ildir ki xəbər çıxmadığı oğlunun ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qeyd edir ki, nəvəsi üçün ailə başçısının itirlməsinə görə sosial müavinətin təyin edilməsi üçün hazırki faktın müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara və sübütlara qiymət verərək, X9 xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk edərək, naməlum yollarla Suriya Respublikasına, oradan da İraq Respublikasının ərazisinə gedərək, orada fəaliyyət göstərən “İŞİD” terror təşkilatına qoşulması Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-16797/2017 saylı qətnaməsi ilə öz təsdiqini tapdığını və X9 xx.xx.2015-ci il tarixdə İraq Respublikasında öldürüldüyünə dair şahid ifadəsini əsas götürərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1991-ci il təvəllüdlü X22 xx.xx.2015-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməlidir Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X22 ölmüş elan edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.4-cü maddəsinə əsasən X9 ölüm günü xx.xx.2015-ci il hesab edilsin. X22 ölüm yeri İraq Respublikası hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2(002)-2129/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2129/2023
12.09.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver