Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2132/2024 14.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və övladlarını xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010 -cu il təvəllüdlü X5, xx.xx.2013 cü il təvəllüdlü X6 və xx.xx.2013 cü il təvəllüdlü X8 ilə Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanında yerləşən 4 otaqdan ibarət olan fərdi evinə köcürülməyi barədə qətnamə qəbul olunmasını xahış etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır, İddiaçı Cavabdeh ilə xx.xx.2006-cı-il tarixində nikaha daxil olaraq Bakı Şəhəri Qaradağ rayonu VVADQ şöbəsində 220 seriyalı nömrəsi ilə qeydə alınıb. Həmin nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4,xx.xx.2010 -cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 anadan olmuşdur. Qeyd etmək istəyir ki, birgə nikah dövründə təxmini 2007-ci ildə Qaradağ rayonu Qobustan qəsəbəsində bələdiyyə sənədi ilə torpaq sahəsi alıb elə həmin ildə də ev tikməyə başlamışlar, həmin ev 1 zal otaq 1 mətbəx 1 uşaq otağı 1 yataq otağı və 1 qonağ otagı inşa edilib. 2016 ci il tarıxındə cavabdeh bank borcunu ödəməkdən boyun qacırdığı üçün formal olaraq boşanmışlar, məhkəmənin qərarı ilə 800 manat məbləğində ona aliment təyin olunub və nikah faktiki pozulmadan bir ailə kimi yaşamışdılar. cavabdeh həmin ona təyin edilən alimenti bank kartından cıxararaq paşa banka vəsait yatırırdı və həmin illərdə evə lazım olan məişət avadanlığı alınıb, Həmin evdə olan səs artırıcı cihazı, telivizoru, yumşaq mebeli (divan böyük) TV atlığını və kombi aparatı alınmışdır. 2022-ci ilə kimi hər şey normal olsada cavabdeh ondan xəbərsiz 16 avqust 2022 ci il tarixində Aysel adlı xanımla nikaha daxil olmuşdur. Cavabdeh xx.xx.2022 ci il tarixində Bakı Şəhəri Qaradağ rayon məhkəməsinə Müraciət edərək alimentin azaldilmasını 620 manat olmasını xahiş edmişdir. Eyni anda məhkəmə verərək qeyd edib ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı yaşayış evin İddiaçı və uşaqlarına bağışlayıb çıxıb və hec bir tələbi olmayıb. Lakin, 21 noyabr 2022 ci il tarixində cavabdeh Elgün onların yaşadığı evə gələrək təhqir edici ifadələrlə onu və övladlarnı şərəf və ləyaqətini alcaldaraq evdən cıxmalarını tələb edib, əks halda uşaqlarla birlikdə həmin evi yandıracağı ilə hədə qorxu gəlib. iddiaçılar evi tərk etdikdən sonra Elayda evdə qalmış geyim və kitablarını götürməyə gəldikdə isə Elgün öz növbəsində atalıq hissini yaddan çıxararaq Elayda ya təhqir edici ifadələrlə təhqir edir və Elayda il aralarında mübahisə yaranır buradan da açıq aydın görünür ki bu evdə ata övlad sevgisi hörməti olmayıb. Və Elgün öz növbəsində Elaydanın qolundan tutaraq ona qarşı fiziki zorakılıq göstərib. Sonradan Qaradağ Rayon 11-ci polis bölməsində istintaq hərəkətləri başlayaraq CM sinin 128 ci maddəsi ilə cinayət işi başlanılıb və işə Qaradağ rayon məhkəməsində baxılaraq 1200 manat cərimə cəzası kəsilib. Və onuda qeyd edir ki cavabdeh evdə olan və onun adına alınan səs artırıcı cıhazı Telivizoru yumşaq mebeli (divan böyük) TV atlığını və kombi aparatını ondan xəbərsiz gəlib evdən götürüb və Aysel ilə qaldığları evə aparıblar. Belə ki o, 4 uşaqla 21 noyabr 2022-ci il tarixdən qapılarda qalır. Həmin ünvanda yerləşən evə getməyə belə qorxurlar, cünki cavabdeh onu həmin evdə gördüyü zaman onları öldürəcəyi ilə hədələyib və o da öz təhlükəsizliyini nəzərə alaraq həmin evə gedə bilmirlər. Sözügedən fərdi yaşayış sahəsi faktiki olaraq cavabdehin xüsusi mülkiyyətində deyil və həmən tikili birgə nikah dövründə tikildiyi üçün eyni zamanda uzun illər həmin mənzilin kommunal xərcinin ödənilməsində, mənzilin kommunal şəraitinin yaxşılaşdırılmasında ailə üzvü kimi iştirak etdiyindən hesab edir ki, həmin yaşayış sahəsindən bərabər hüquqlu istifadəçi olaraq istifadə etmək, həmin mənzildə yaşamaq onun konstitusion haqqıdır. Eyni zamanda hazırki vəziyyətdə cavabdeh onun və uşaqlarının həmin mənzilə daxil olmasına imkan vermədiyinə görə o, məhkəmənin müvafiq qərarı ilə mənzilə köçürülməlidir. Həmçinin hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlarının mübahisəli mənzildə yaşamaq, istifadə hüquqları və pasport qeydiyyatı olduğuna, həmçinin, onlar Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində orta məktəbdə təhsil aldığına və onun yaşamağa başqa yaşayış yeri olmadığına görə onun sözügedən fərdi yaşayış evində yaşamaq və istifadə hüququ tanınmalı, həmin mənzilə köçürülməli və pasport qeydiyyatına alınmalıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında qeyd etdi ki, iddianı müdafiə edir,tərəflər Ələt qəsəbəsində ev tikmişdir. Ələt bələdiyyəsinə sorğu verib, müəyyən edilib ki, torpaq iddiaçıya 2007-ci ildə verilib. Torpağın üzərində də ev tikilib. Ev tərəflərin nikah dövründə tikilmişdir. İddiaçı birgə nikah dövründə 4 uşağa baxıb və işləyib, amma indi uşaqlarla çöllərdə qalıb. Azərsu suyun çəkilmə vaxtı barədə rəsmi sənəd verib, amma cavabdeh dövlətin verdiyi sənədləri qəbul etmir. İddiaçı o evi tərk etməyib. Cavabdehin MTK-da evi var. Evin torpaq ayırma sənədi var. İddiaçının torpaqla bağlı gözləntilən hüquqları var. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı rəhmətə gedən bacısıgildə qalır. 2007-ci ildə bələdiyyə sənədi ilə torpaq almışdır. Sənəddə 4 sot görünsə də onda torpaq 6 sotdur. 2016-cı ildə evin ancaq 1 otağın etmişdir. Evi isə nikah pozulandan sonra tikib. Ev tikilənə kimi iddiaçı ilə uşaqlar iddiaçının babasıgildə qalıblar. Suyu və qazı 2018-2020-ci illər radələrində, evi tikəndən sonra çəkmişdir, çünki dedilər ki, orada yaşayış olandan sonra çəkiləcəkdir. Ev özbaşına tikilidir. Yenidən evlənmiş və ikinci ailəsindən 1 uşağı var. Əvvəl o evdə qalmış, sonra barəsində CM-nin 128-ci maddəsilə iş açılmış və o həmin dən çıxmışdır.O evdə indi heç kim qalmır. Ceyranbatanda ayı 400 manata kirayə qalır.İddiaçıgil o evə köçsə də, köçməsə də o həmin evə köçəcək, indi problem var deyə köçə bilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı cavab Cavabdeh arasında olan ailə mübahisəsinin həlli üçün ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-164/2023cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat miqdarımda cərimə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-4678/2016 saylı xx.xx.20216-cı il tarixli qətnamə ilə Cavabdeh Sərraf oğlu ilə İddiaçı arasında xx.xx.2006-cı il tarixində Qaradağ rayon qeydiyyat şöbəsində 220 nömrə ilə qeydə alınmış nikahlın pozulması, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 adlı uşaqlarının anaları İddiaçı yanında saxlanmalıarı və xx.xx.2016-ci il tarixindən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Sərraf oğlundan İddiaçı xeyrinə hər ay bir uşaq üçün 200 manat olmaqla cəmi 800 manat məbləğində aliment tutulmasınıqət edilmişdir. İş materiallarına əlavə edilmiş abonenet saldosundan görünür ki, Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanında yerləşən fərdi yaşayış evinin abonent kartı Cavabdeh Sərraf oğlunun adınadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 12/72 nömrəli məktubundan görünür ki, Ələt bələdiyyəsi tərəfindən 10/1 saylı 2007-ci il tarixli qərar ilə Cavabdeh Sərraf oğluna Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 400 kv.m2 torpaq sahəsi ayrılmışdır. Cavabdeh Sərraf oğlu vergi ödəyicisi kimi qeydiyyata alınmamaışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Cəmiyyətin elektron bazasında Cavabdeh Sərraf oğlunun abonent olaraq qeydiyyata alınmasına dair hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Azəriqaz” İB-in məhkəməyə ünvanlanmış məktubundan görünür ki, Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanında yaşayan Cavabdeh Sərraf oğlunun abonenet kodu **********00301-dir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC-nin xəbərdarlıq bildirişindən görünür ki, Cavabdeh Sərraf oğlunun Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanı abonent kodu **********70000-dir. İş materiallarına əlavə edilmiş Abonentin kartı üzrə çıxarışdan görünür k, Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanı üzrə su sayğacı üzrə istifadə tarixi xx.xx.2016-cı ildən müəyyən edilir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh Sərraf oğlunun Bakı şəhəri, Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanında fərdi yaşyış evi və ya torpaq sahəsinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azemis Elektron Məhkəmə Sistemindən tərəflərin qohumluq münasibətləri ilə bağlı edilmiş sorğudan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013 cü il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X7 atası Cavabdeh Sərraf oğlu, anası İddiaçıdır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən hallarından, tərəflərin məhkəmə iclasındakı izahatlarından görünür ki, tərəflər arasında nikah pozulmuş və birgə nikahdan olan uşaqlar iddiaçının himayəsindədir. Mübahisəli ev tərəflərin birgə nikah dövründə tikilmiş özbaşına tikilidir, iddiaçı və cavabdeh həmin evdə qeydiyyatsız yaşayıblar. Sonradan cavabdeh tərəfindən iddiaçının uşaqları ilə birlikdə həmin evdə yaşamağına və istifadə edilməsinə müəyyən maneələr yaradılmışdır. Hazırda iddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməyini tələb edir, cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməsinə etiraz etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək qeyd edir ki iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, hazıki vəziyyətə iddiçının yaşadığı yerdən məhrum edilməsi qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahublik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: -onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) - ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli ev tərəflərin birgə nikah dövründə tikilmiş özbaşına tikili olduğundan odur ki, birgə nikah dövründə əldə edilmiş əşyaya dair İddiaçı da cavabdehlə eyni həcmdə hüquqi gözləntisi, əşyadan istifadə etmək və sahiblik hüququ vardır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı mübahisə predmeti olan mənzildə yaşamaq hüququna malik olmaqla, həmin mənzilə dair mülkiyyətçi qismində “qanuni gözlənti hüququ”na malikdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçının həmin evdən istifadə etməsinə, yaşamasına maneələr törədilir. Bu hal isə iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də, iddia təmin edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanuna əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (azyaşlı övladları-xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010 -cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 ilə birlikdə) Bakı şəhəri, Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanında yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddia tələbi təmin edildiyindən Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı (azyaşlı övladları-xx.xx.2007-ci il təvəllüdlü X4, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 ilə birlikdə) Bakı şəhəri, Qaradağ Rayonu Ələt qəsəbəsi Şıxlar Massivi 30 ünvanında yerləşən 4 otaqdan ibarət olan fərdi yaşayış evinə köçürülsün. İş üzrə ödənilmiş 50(əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-2132/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2132/2024
14.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver