Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2329/2024 26.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 257,42 (iki yüz əlli yeddi manat qırx iki qəpik) manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra İddiaçı MMC) ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh arasında telekommunikasiya xidmətlərinin göstərilməsi barədə xx.xx.2020-ci il tarixli müqavilə imzalanmışdır. Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinə əsasən, xx.xx.2023-cü ildən xx.xx.2023cü il tarixinədək internet xidmətindən istifadəyə görə 257,42 manat məbləğində rabitə borcu yaranmışdır. Yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmişdir. Qeyd olunan halları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə Abunəçi arasında Xidmət müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ilə onun müştərisi Cavabdeh arasında telekommunikasiya sahəsində xidmətlərin təqdim edilməsi ilə əlaqadar hüquq və öhdəliklərini və onların qarşılıqlı məsuliyyəti barədə razılaşma əldə edilmiş, həmin müqaviləyə əsasən Aztelekom MMC müştəriyə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair, müştəri isə göstərlmiş xidmətlərin dəyərinin ödənilməsinə dair öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yuxarıda qeyd edilən müqavilə üzrə ödənişlər istifadəçi tərəfindən həyata keçirilməmişdir. İstifadəçinin xx.xx.2023xx.xx.2023-cü il tarixinədək 257.42 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1100-03-20/08-205 saylı müqaviləyə əsasən, müəssisəyə məxsus infrastruktur (telekommunikasiya xidmətləri, port, VLAN, kabelkanalizasiya qurğularından və digər sahə və avadanlıqlardan istifadə) xidmətlərindən istifadəyə görə xx.xx.2023-cü il tarixdən bugünədək 257.42 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi iə bağlı şifahi müraciətlər edilməsinə baxmayaraq, borc bugünədək ödənilməmişdir. Borcun 5 gün ərzində ödənilməsini xahiş edilmiş və ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsaqsən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında telekommunikasiya xidmətlərindən istifadə edilməsinə dair müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair öhdəlik götürmüş, cavabdeh isə həmin xidmətlərin müqabilində şərtləşdirilmiş qaydada və məbləğdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında hansı xidmətlərin görülməsi, görülmüş xidmətlərin xidmət haqqına dair müvafiq razılaşma olmuş, tərəflər həmin razılaşmaya uyğun öz üzərilərinə müvafiq öhdəliklər götürmüşlər. İddiaçı tərəf müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəf istifadə edilmiş xidmətlərə dair ödənişlərin icra edilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyərək, iddiaçı qarşısında ödənişlərin yerinə yetirilməsinə dair borc öhdəliyi yaranmışdır. Həmçinin, iş materiallarından görünür ki,telefon xidmətlərinin göstərilməsinə dair məlumatlar, danış vaxtları və ona dair xidmət haqları elektron abunə məlumatlarında öz əksini tapmışdır. Həmçinin, iş materiallarından görünür ki, cavabdehin iddiaçı qarşısında müvafiq müqavilə üzrə yaranmış borcun məbləği 257.42 manat təşkil edir. Ona görə də məhkəmə borc öhdəliyinin aşkar olduğunu əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. İş materiallarına əlavə edilmiş qəbzin məzmunundan aydın olur ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi çəkilmiş məhkəmə xərcini tutulması hissəsində cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 257.42 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 257.42 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-2329/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2329/2024
26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver