Məhkəmə qərarları › İş №e-2(002)-2331/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2331/2022

05.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2331/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, X4 oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsinin, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçınun Cavabdeh ASC-ə qarşı “ömürlük təqaüdün ödənilməsi” tələbinə dair iddia ərizəsinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçınun Cavabdeh ASC-ə qarşı “ömürlük təqaüdün ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2019-cu il tarixdən etibarən mənə, ailə başçısının ölümü nəticəsində çəkmiş şəxs qismində ömürlük təqaüdün ödənilməsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mərhum həyat yoldaşı X3 01 iyul 2016-cı il tarixdə "xxxx" ASC ilə 116 saylı əmək müqaviləsini imzalayaraq şıxta hazırlama sexinin kran operatoru vəzifəsində işləmişdir. 17 yanvar 2017-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həyat yoldaşı X3 vəfat etmiş və buna görə də "xxxx" ASC-nin İdarə Heyətinin sədrinin 11 saylı 07 fevral 2017-ci il tarixli əmri ilə sözügedən əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən “ İstehsalatda bədbəxt hadisə haqqında” 01 saylı 07 fevral 2017-ci il tarixli akt tərtib edilmiş və həmin akt 16 fevral 2017-ci il tarixdə ona təqdim edilmişdir. 24 fevral 2017-ci il tarixdə "xxxx" ASC-yə ərizə ilə müraciət edərək həmin təşkilat tərəfindən ailə başçısını itirməyə görə ailəmizə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada maddi dəstək göstərilməsini xahiş etmişdir. Həmin təşkilatın 98 saylı 29 mart 2017-ci il tarixli məktubunda bildirmişdir ki, sizin 24 fevral 2017-ci il tarixli ərizənizə cavab olaraq bildirik ki, "xxxx" ASC-də 17 yanvar 2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində həyat yoldaşı X1 vəfat etməsi səbəbindən Sizə müəssisə tərəfindən Azərbaycan Respublikası Mülki Məcələsinə əsasən, (maddə 1121: Ailə başçısmm ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi, bənd 1121.3.3: əlli beş yaşından yuxan qaduüara-ömürlük) 380 manat məbləğində ömürlük təqaüd ödəniləcəkdir. 2017-ci ilin may ayından başlayaraq mənə hər ay sözügedən məktubda qeyd edilən məbləğdə təqaüd ödənilmişdir. Lakin bu ödəmələr 2019-cu ilin sentyabr ayından etibarən dayandınlmışdır. Ödəmələrin dayandırılmasının səbəbini öyrənmək məqsədi ilə şifahi müraciətimə "xxxx" ASCnin 26 saylı 19 oktyabr 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: “Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 6 noyabr 2017-ci il tarixində "xxxx" ASC yaradılmış və "xxxx" ASC-dən "xxxx" QSC BOKT-a keçmiş problemli aktivlər "xxxx" ASC-nin balansına verilmişdir. 05 yanvar 2018-ci il tarixində Cənab Prezidentin fərmanına əsasən "xxxx" QSC BOKT tərəfindən həmin əsas vəsaitlər "xxxx" ASC-dən götürülmüş və "xxxx" ASC-yə təhvil verilmişdir. Əsas vəsiatlərinin, avadanlıqlarının, xammal və köməkçi materialların ‘İnter Glass” ASC-dən alınması onun öz öhdəliklərini icra etmək imkanından məhrum etmiş və bu səbəbdən xx.xx.2019-cu il tarixindən Cavabdeh ASC rəsmi olaraq fəaliyyətini dayandırmışdır. Müəssisənin fəaliyyətini dayandırması Sizə hər ay edilən kompensasiya ödənişinin bundan sonra da ödənilməsini qeyri-mümkün etmişdir. Nəzərə almağınızı Sizdən xahiş edirik”. Bu səbəbdən "xxxx" X5 Cavabdeh ASC-nin hüquqi varisi olduğunu güman etmiş, həmin təşkilata müraciət edərək ödəmənin bərpa edilməsini təmin etmələrini xahiş etsəm də, buna məhəl qoymamış və bununla bağlı heç bir iş görülməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinə iddia ərizəsi ilə müraciər edərək ömürlük təqaüdün "xxxx" X7 tərəfindən bərpa edilməsini xahiş etmişəm. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1761/2020 saylı mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbim təmin edilməmişdir. Belə ki, məhkəmə prosessinin gedişində məhkəmə sorğusu ilə müəyyən edilmişdir ki, "xxxx" ASC Cavabdeh ASC-nin hüquqi varisi deyil və cavabdeh hələ də fəaliyyətini davam etdirir. Hesab edir ki, Cavabdeh ASC öhdəliklərinin yerinə yetirilməməsinə görə özü məsuliyyət daşıyır.Ona görə də qeyd eidlən halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək,iddia tələbini müdafiə edərək,öz izahatında iddiaçının 55 yaşının tamama olduğunu, heç bir yerdə işləmədiyini, xəstəliyinin olduğunu, lakin bununla bağlı əmək qabiliyyətini itirməsi halının müəyyən edilmədiyini, iddiaçının həyat yoldaşının himayəsində olduğunu, hətta cavabdeh tərəfindən də ona dair Əmr veridliyini,lakin pulun ödənilmədiyini, ona görə də indiki halda istədiklərinin məhz həmin əmrin icra olunmasının təmin edilməsidir, müəssisə fəaliyyətini dayandırmışdır, lakin ləğv olunmamışıdr, ona görə də hesab edirik ki, həmin verdiyi əmri icra etməli, həmin təqaüdü iddiaçıya ödəməlidir, bütün bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak edərək,öz izahatında iddaçı tərəfindən qeyd edilən hallarla bağlı onlara heç bir müraciət olunmadığını, istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı isə digər şöbə araşdırma apardığını, bu barədə məlumatlı olmadıqlarını, heç bir müraciət edilmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi səbəbindən ona ömürlük təqaüd təyin edilmişdir.Bununla bağlı müraciət edilməsi tələb edilmişdir. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2017-ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi səbəbindən ona 380 manat məbləğində ömürlük təqaüd ödəniləcəkdir. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 4 №li Əmrin məzmunundan görünür ki, xx.xx.2017ci ildə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi səbəbindən ailəsinə 2000 manat məblğində maddi yardım göstərilməsi qərara alınmışdır. 01 iyul 2016-ci il tarixli 116 №li Əmək müqaviləsinin məzmunundan görünür ki, X3 ilə Cavabdeh ASC arasında əmək müqaviləsi bağlanılmış, o kran operatoru vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin məzmunundan görünür ki, ƏMnin 74-cü maddəsinin e bəndinə əsasən (işçi vəfat etdikdə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixli 01 № li istehsalatda bədbəxt hadisə haqqınds Aktın məzmunundan görünür ki, 17 yanvar 2017-ci il tarixdə Cavabdeh ASC-nin Şıxta hazırlama sexinin kran operatoru Yarov Vahib baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur, ölüm səbəbi müvazinətini saxlaya bilməyərək, yerə yıxılması kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1121.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzinin ödənilməsi hüququna ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər, şəxsin ölümündən sonra doğulmuş uşağı, ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq, ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər malikdir. Həmin Məcəllənin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək, on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək, əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük, əlilliyi olan şəxslərə - əlillik müddəti üçün, ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Mülki Məcəllənin 1117 və 1121-ci maddəsi çıxış edir. Qeyd edilən maddənin tələbinə əsasən zərəçəkən-ailə başçısı öldüyü halda hansı şəxslərin zərərin əvəzini və hansı müddətə almaq hüququ dəqiq və birmənalı şəkildə qeyd edilmişdir. Hazırki mülki iş üzrə mülki qanunvericiliyin qeyd edilən maddəsinin tələbinə əsasən zərərin əvəzini almaq hüququ olan şəxslərə aid olan heç bir hal aşkar edilməmişdir. Məhkəmə iddiaçının istinad etdiyi yaşının 55 yaşdan yuxarı olması, ölən şəxsin onun həyat yoldaşı olması halı ilə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının zərəçəkən-ölmüş ailə başçısının himayəsində olması və əmək qabiliyyəti olmayan şəxs olması halı müəyyən edilməmişdir. Həmçinin, iddiaçı cavabdeh işəgötürənin bununla bağlı əmrinin olduğunu qeyd etsə də, qeyd edilən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu baxımından məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə MM-nin 1121-ci maddəsinin tələbinə əsasən iddiaçının belə bir hüququ mövcud olmamışdır. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh ASC-ə qarşı “ömürlük təqaüdün ödənilməsi” nə dair iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun Cavabdeh ASC-ə qarşı “ömürlük təqaüdün ödənilməsi”nə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar