Məhkəmə qərarları › İş №e-2(002)-27/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-27/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-27/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN-00007-05/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə olan 7468.14 manat əsas borc, 1025.83 manat faiz borcu, 373.40 manat dəbbə borcu, ümumilikdə 8867.37 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 108.68 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2019cu il tarixli, XDENG-00007-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, 16 saylı evin 54 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh2 tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. İddia iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 42000 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə Cavabdeh2 mülkiyyətinə vermiş, Cavabdeh2 isə həmin kreditdən şəxsi istifadə məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2022-ci il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı qismində Cavabdeh1 xx.xx.2019-cu il tarixdə iddiaçıyla XDENG-00007- 05/19 A saylı ipoteka müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247- 50, ev 16, 54 saylı mənzili Bakı şəhərində bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli XDENG-00007-05/19A saylı ipoteka müqaviləsinə əsasən Bank "xxxx" ASC-də ipotekaya qoyulmuşdur. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir.Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə iddiaçı cavabdehlə arasında olan kredit müqaviləsinin 3.2.7-ci 6.1-ci bəndlərinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 7468.14 manat, faizlərin məbləği 1025.83 manat, dəbbə borcu 373.40 manat təşkil edir. Beləliklə cavabdehin xx.xx.2023-cü il tarixinə ümumi borcu 8867.37 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi, o cümlədən vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən borcverən borcalanın kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənişini 3 (üç) təqvim günündən çox gecikdirdikdə 4-cü təqvim günündən etibarən kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5 %-i məbləğində gündəlik cərimə tətbiq edir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə, girov saxlayan (kreditor) tələblərinin ödənilməsi üçün girov qoyulmuş əşyaya tutma yönəldə bilər. Həmin məcəllənin 317-ci maddəsinə əsasən, təminat vasitəsi ipoteka olan əsas öhdəlik borclu tərəfindən icra olunmadıqda və ya lazımınca icra olunmadıqda, ipoteka saxlayan, daşınmaz əşyanın satılmasını tələb edə bilər. İpoteka haqqında qanunun 34-cü maddəsinə əsasən, borclunun əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ verir. Bu halda ipoteka saxlayan, ipoteka haqqında qanunun 39-cu maddəsinə əsasən, məhkəməyə müraciət edə bilər. İddiaçı Bank "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinə dəqiqləşmə verərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, XDEN- 00007-05/19A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə olan 6598.77 manat əsas borc, 373.40 manat dəbbə borcu, ümumilikdə 6972.17 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 108.68 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqının Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan xx.xx.2019-cu il tarixli, XDENG-00007-05/19A saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, ev 16, 54 saylı mənzilə tutmanın yönəldilməsi, mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə elektron kabinetlə ərizə göndərərək, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında qeyd etdi ki, krediti Nəsimi almışdır. Qohumudur. O, işdədir, gələ bilmir.Məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında izahatlarında qeyd etmişdir ki, məbləğin çox olduğunu mübahisələndirmişdir. O əlavə etmişdir ki, pandemiyadan əvvəl 42000 manatı iş qurmaq üçün götürmüşdür. Pandemiyaya kimi 6-7 ay pul ödəmişdir. Bütün ödəniş qəbzləri onda evdədir. Artıq da pul ödəyib. Banka dəfələrlə getdi, lakin onunla razılaşmadılar. Bank deyir 6500 manat nəğd ödəməlidir, kecən ilin dekabr ayından 1500 manat ödəmişdir. Məhkəmə iddia ərizəsi ilə eyni zamanda işin faktiki hallarını araşdıraraq, iddiaçı tərəfin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC tərəfindən Cavabdeh2 42000 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə kredit verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh1 ilə Bank "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış XDENG-00007-05/19 A saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 tam mülkiyyət hüququ ilə özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247- 50, ev 16, 54 saylı mənzili Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün Bank "xxxx" ASC-də ipoteka qoyulmuşdur. Həmin müqaviləyə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş hallar baş verdikdə ipoteka predmetinə tutma yönəldilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış XDENG-00007-05/19 A saylı müqaviləyə xx.xx.2020-ci il tarixli əlavədən görünür ki, Cavabdeh2 ilə Bank "xxxx" ASC arasında bağlnmış xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsinin şərtləri dəyişdirilmiş, müqavilə müddəti ərzində borcalan kreditin ödənilməsində 21.07.202-ci il tarixdən başlamaqla 4 ay güzəşt müddəti müəyyən edilməklə müqavilənin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş və lazımı qaydada təsdiq edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247- 50, ev 16, 54 saylı mənzili mülkiyyət hüququ yüklü edilən şəxs Cavabdeh1, xeyrinə hüquq yüklü edilən hüquqi şəxs isə Bank "xxxx" ASC-dir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247- 50, ev 16, 54 saylı mənzil Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 borcu aşağıdakı kimidir: - cəmi 6972,17 manat-bundan 6598,77 manat əsas, 373,4 manat cərimə borcu. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş (xəbərdarlıq) məktubundan görünür ki, Bank "xxxx" ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 məhkəmə qaydasında ipoteka predmetinə tutmanın yönəldulməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3695 saylı, xx.xx.2024-cü il tarixli rəydən görünür ki ,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, XDEN- 00007-05/19A saylı oğlunun Bank "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 17 noyabr 2023-cü il tarixə (sual üzrə tarixə):əsas borc üzrə-2.284.75 manat, faiz borcu üzrə-375.14 manat, 20 noyabr 2023-cü il tarixə (sual üzrə tarixə): əsas borc üzrə-2.284.75 manat, faiz borcu üzrə-379.52 manat. Qeyd edilir ki, xx.xx.2019-cu il tarixli, XDEN-00007-05/19A saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən ona cərimə borcu hesablanmadı. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(002)- 1142/2024 saylı qərardadı ilə iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təmin edilməklə, rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/397 saylı, xx.xx.2025-ci il tarixli rəydən görünür ki ,rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallar 2019-cu i tarixli, XDEN-00007-05/19A saylı kreditler arasında bağlanmış 21 avqustun nəzərə alaraq Cavabdeh2 oğlunun Bank "xxxx" ASC borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: ASC-yə olan: xx.xx.2023-cü il tarixə: əsas borc üzrə-2.284,75 manat; faiz borcu üzrə- 340,11 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə-1.221,20 manat; faiz borcu üzrə-33,55 manat, xx.xx.2024-cü il tarixə: əsas borc üzrə-868,13 manat, faiz borcu üzrə-164,17 manat hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli, AS 08-002/25 saylı mütəxəssis rəyinindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, 16 saylı evin 54 saylı mənzilinin xx.xx.2025-ci il tarixinə real bazar-ədalətli bazar dəyəri-115000 manat, Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, 16 saylı evin 54 saylı mənzilinin xx.xx.2025-ci il tarixinə likvid dəyəri(bazar dəyərindən 10% aşağı)-103500 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, məhkəməyə iddia ərizəsinin təqdim olunması üçün 109 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mülki iş üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Beləliklə, işdə olan sübutlarla müəyyən olunmuşdur ki, bağlanmış xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsinə əsasən Bank "xxxx" ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 42000 manat məbləğində kredit verilmişdir, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, 16 saylı evin 54 saylı mənzili kredit verən Bank "xxxx" ASC-nin xeyrinə yüklü etmişdir. Cavabdeh2 kredit müqaviləsi şərtlərini pozaraq və ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin və faizlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə kredit alanın banka borcu yaranmışdır. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən borcun tutulması barədə iddia tələbi təmin edilməli, həmçinin borcun ödənilməsi məqsədilə tutma ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlaka tutma yönəldilməli və həmin mənzil açıq hərracdan satılaraq, əldə olunan vəsait hesabına borc ödənilməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinin məhkəmənin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətinin göstərməli olmasına dair müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyi ilə müəyyən olunmuş likvid qiyməti yəni 103000 manat müəyyən olunmalıdır. Həmçinin məhkəmə əlavə edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehdən əsas borc və dəbbə pulu tələb etdiyindən, hazırda mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/397 saylı, xx.xx.2025-ci il tarixli rəyi nəzərə alaınmaqla xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsi Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə-868,13 manat, dəbbə pulu üzrə isə iddiaçının tələb etdiyi məbləğdə-373,40 manat məbləğdə olmaqla cəmi 1241,53 manat borc tutulmalıdır.. Məhkəmə dəbbə pulunu tam təmin edərkən kreditin məbləğini, verilmə tarixini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bank vəsatət göndərərək ekspert rəyi ilə razılaşmamış, məhkəmə vəsatəti nəzərə alıb təkrar ekspertiza təyin etmiş, rəy daxil olduqdan sonra yenə də iddiaçı vəsatət vermiş və təkrar ekspertiza təyin olunmasını xahiş etmiş, məhkəmə vəsatəti təmin etməmişdir. Vəsatətlə bağlı məhkəmə qeyd edir ki, ekspert rəy verərkən MM-nin 432.4-cü maddəsini nəzərə almışdır. Həmin maddəyə görə əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İddiaçı isə iddia tələbində faiz borcu tələb etmir, ödənilən məbləğ əsas borcdan silinmişdir. Dəbbə pulu hissəsi isə məhkəməyə aid olan səlahiyyətdir. Həmin ödənilən məbləğləri bank dəbbə borcuna özü tərəfindən silinməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 109 manat məbləğində dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 32,41 manat məbləğində dövlət rüsumu və 40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmasına münasibətdə qeyd edir ki, burada ipoteka qoyan Cavabdeh1dur ki, o öz əmlakı ilə krediti ipoteka ilə yüklü olunmasına dair müqavilə bağlamış və məsuliyyəti ipoteka predmeti olan əmlakın qiyməti həddindədir. Qalan məbləğ üçün o məsuliyyət daşıya bilməz. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 Bank "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsinə əsasən 863,13 manat əsas, 373,40 manat faiz olmaqla cəmi 1241,53 manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 32,41 manat dövlət rüsumu, 40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı Cavabdeh2 Bank "xxxx" ASC -nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, 16 saylı evin 54 saylı mənzilinə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı, evin ilkin satış qiyməti 103500 manat həddində müəyyən edilməli, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği Bank "xxxx" ASC-nin xeyrinə ödənilməli, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı, evin satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh2 tutularaq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 dövlət nəfinə tutulmalıdır. Həmçinin 400(dörd yüz) manat məbləğində müstəqil ekspertiza xərci isə Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsinə əsasən 863,13 manat əsas, 373,40 manat faiz olmaqla cəmi 1241,53(bir min iki yüz qırx bir manat, əlli üç qəpik) manat borc və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş 32,41(otuz iki manat qırx bir qəpik) manat dövlət rüsumu, 40(qırx) qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsinə əsasən tələb üzrə tutulma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov küçəsi, məhəllə 3247-50, 16 saylı evin 54 saylı mənzilinə yönəldilsin. Həmin mənzil açıq hərracdan satılsın. Mənzilin ilkin satış qiyməti 103500(yüz üç min beş yüz manat) manat həddində müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsinə saylı kredit müqaviləsi üzrə 1241,53 manat borc məbləği Bank "xxxx" ASC-nin ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Evin satışından əldə edilmiş vəsait xx.xx.2019-cu il tarixli XDEN-00007-05/19 A saylı kredit müqaviləsi üzrə 1241,53 manat borc məbləğinin tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləğ Cavabdeh2 tutularaq Bank "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə keçirilmiş 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 dövlət nəfinə tutulsun. 400(dörd yüz) manat məbləğində müstəqil ekspertiza xərci isə Cavabdeh2 "xxxx" MMC-nin xeyrinə ödənilsin. (VÖEN:**********, Hesab: AZ74AİİB400600F**********112, Bank: "xxxx" ASC-nin Mərkəzi filialı, Bankın VÖENİ: №**********, Müxbir hesab: AZ37NABZ********************, KOD:200026, SWİFT: AİİBAZ2XXXX) Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar