Məhkəmə qərarları › İş №e-2(002)-3211/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3211/2025

03.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3211/2025 03.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı intizam tənbehinə dair qəbul edilmiş 14-2-19/3-3-16/2025 saylı, 11 iyun 2025-ci il tarixli əmrin ləğv olunması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı intizam tənbehinə dair qəbul edilmiş 14-2-19/3-3-16/2025 saylı, 11 iyun 2025-ci il tarixli əmrin ləğv olunması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, qanunvericilikdə nəzərdə tutulmuş inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmaması, həmçinin təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar SOCAR-ın Metanol Zavodunun direktoru X3 14-2-19/3-3-16/2025 saylı, 11 iyun 2025-ci il tarixli əmri ilə barəsində tətbiq edilən intizam tənbehinin ləğv olunması və mediasiya prosesi ilə bağlı 60 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda böyük mühəndis vəzifəsində işləyir. Zavodun direktoru X3 14-2-19/3-3-16/2025 saylı, 11 iyun 2025-ci il tarixli əmri ilə barəsində töhmət intizam tənbehi tətbiq edilmişdir. Əmrin surəti kargüzarlıq şöbəsinin əməkdaşı tərəfindən xx.xx.2025-ci il tarixdə ona təqdim edilmişdir. Əmrlə tanış olduqda, orada intizam tənbehinə səbəb olmuş hadisə ilə bağlı təhrif edilmiş məlumatın olduğunu müəyyən etmişdir. Həmçinin, qeyd etmək istəyir ki, intizam tənbehinin verilməsi tamamilə qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixdə nahar fasiləsi zamanı ayağını iş masasının üzərinə qoyub istirahət edən zaman şöbə rəisi otağa daxil olaraq bu şəkildə oturması ilə bağlı ona irad bildirmiş, o isə nahar vaxtı olduğunu dedikdən sonra şöbə rəisi qışqırmağa və onu hədələməyə başlamış, ona cavab olaraq “səsini kəs ə” sözlərini demişdir. Hadisə bundan ibarətdir. Əslində “səsini kəs ə” sözlərini dediyinə görə təəssüf hissi keçirmişdir, lakin həmin sözləri şöbə rəisinin qışqıraraq onu təhdid etdiyinə görə demişdir. Bundan sonra isə ona əsassız olaraq intizam tənbehi verilmişdir. Belə ki, nahar fasiləsi zamanı tərəfindən edilən hərəkət həmin an otaqda olan və ya otağa daxil olan şəxslərə qarşı yönəlməmişdir. İnsidentin baş verməsinə səbəb X7 və nəqliyyatın təşkili şöbəsinin rəisi X9 onunla yüksək tonla danışması və bununla da etik davranış qaydalarını pozması, onu açıq-aşkar təhdid etməsidir. O, heç bir mübahisənin baş verməsinə şərait yaratmamışdır, əksinə çox sakit səslə, onunla yüksək tonla danışmaqla etik davranış qaydalarını pozan şöbə rəisinin danışıq tonunu aşağı salmasını tələb etmişdir. Barəsində ard-arda rəhbərlik tərəfindən tənbeh tədbirlərinin tətbiq edilməsinə dair yönəlmiş təqdimatlar, habelə Logistika və nəqliyyatın təşkili şöbəsinin rəisi X9 dəfələrlə digər həmkarlara onunla ünsiyyətin qurulmamasına dair göstərişləri, başqa diskriminasiya yönümlü hərəkətləri sübut edir ki, Logistika və nəqliyyatın təşkili şöbəsinin rəisi X9 onun şəxsinə qarşı yönəlmiş qərəzli münasibəti yaranmışdır. Hadisə onun istirahət və nahar etmək üçün fasilə vaxtında, yəni 27 may 2025-ci il tarixdə saat 12:00-13:00 aralığında baş verdiyindən, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti istisna olunur. 27 may 2025-ci il tarixli xəbərdarlığın həmin gün baş vermiş və əmrdə öz əksini tapmış hadisə ilə hər-hansı əlaqəsi yoxdur, həmin xəbərdarlıq səhhətində baş vermiş pozuntu səbəbindən işə gecikməsi ilə bağlı olmuşdur. Əmrdə qeyd olunmuş “Zavodun X15”nda nahar vaxtı ayaqların iş masasının üzərinə qoyulmaması ilə bağlı bənd mövcud deyil. Onun davranışının hansı etik normalara və davranış qaydalarına zidd olması aydın deyil. Onun davranışı müəssisəyə və ya digər şəxslərə maddi zərərə səbəb olmamışdır. Hadisə ilə bağlı onun yazılı izahatı alınmamışdır. Əmrdə iddia olunan müəssisəX15nın hansı bəndinin pozulmasına dair istinad verilmir. Əmək münasibətlərində, həmçinin intizam tənbehi tətbiq edilərkən işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı qanunvericiliyin müddəalarına əməl olunmamışdır. Əmri aldıqdan sonra onun tərəfindən Metanol zavodunun direktoru X6 yazılı surətdə müraciət edilərək əmrin ləğv edilməsi xahiş edilmişdir. Lakin xx.xx.2025-ci il tarixdə ona təqdim edilmiş cavabda barəsində tətbiq edilmiş intizam tənbehinin qüvvədə saxlanılması barədə məlumat verilmişdir. Sonuncu sənədlə tanış olduqda bir daha elə qənaətə gəlmək olar ki, intizam tənbehi qərəzli və qeyri-qanunidir. Belə ki, araşdırmanın aparılmasında onun iştirakı təmin edilməmişdir. Bir daha qeyd edir ki, hadisə nahar vaxtı olduğundan onun əməli intizam pozuntusu kimi qiymətləndirilə bilməzdi. Həmçinin, tənbeh verilmədən əvvəl onun izahatı alınmamışdır. Ona görə də əmr tamamilə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdehin etirazı ilə bağlı bildirir ki, cavabdehin məhkəməyə təqdim etdiyi “işçinin izahat verməyə cağırışa gəlmədiyi barədə” akt saxtadır. Aktın müəssisənin rəsmi sənəd dövriyyəsindən keçirilməməsi onun saxta olmasını sübut edir. xx.xx.2025-ci il tarixli əmr həmin sistem üzərindən həyata keçirildiyi halda, xx.xx.2025-ci il tarixli aktın hansı səbəbdən sistemə daxil edilməməsi şübhə doğurur və bu sənədin sonradan tərtib olunmasına dəlalət edir. Əlavə olaraq nəzərə çatdırır ki, işəgötürən xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, ondan izahatın verilməsi aktda qeyd olunduğu kimi xx.xx.2025-ci il tarixdə deyil, xx.xx.2025-ci il tarixdə tələb olunmuşdur. Başqa sözlə, ona işəgötürən tərəfindən izahat vermək üçün müraciət intizam tənbehi tətbiq olunduqdan sonra olmuşdur. Bu bir daha onu sübut edir ki, əmr ondan izahat alınmadan verilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən iddia müddətinin onun tərəfindən ötürüldüyü və bu səbəbdən iddianın rədd edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edilmişdir. Lakin qeyd olunan mövqe əsassızdır. Belə ki, 13 iyun 2025-ci il tarixdə ona qarşı tətbiq olunmuş intizam tənbehi barədə əmrlə tanış olduqdan dərhal sonra müəssisə rəhbəri Xaqani Babayevə bu əmrin ləğvi barədə müraciət etmişdir. Müvafiq müraciətlə bağlı cavab yalnız 10 iyul 2025-ci il tarixində, yəni onun müraciətindən 26 təqvim günündən sonra təqdim edilmişdir. Bu halı ona qarşı qərəzli süründürməçilik kimi qəbul edir və onun növbəti hüquqi addımlarını gecikdirmək səbəbi daşıdığını düşünür. Cavabı aldıqdan dərhal sonra, 10 iyul 2025-ci il tarixində mediasiya təşkilatına müraciət etmiş, 21 iyul 2025-ci il tarixli arayışla prosesin davam etdirilməsinin mümkünsüzlüyü rəsmiləşdirilmişdir. Beləliklə, qanuna uyğun olaraq, bu dövr ərzində iddia müddətinin axımı dayanmışdır. 23 iyul 2025-ci il tarixdə ilkin olaraq məhkəməyə müraciət etmiş, lakin iddia ərizəsi forma və məzmunun pozulması ilə bağlı xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır. Bu tip proses onda birinci haldır və hüquqi baxımdan savadsızlığına görə qeyd olunan çatışmazlıqlara yol vermişdir, lakin dərhal həmin çatışmaqlıqları aradan qaldırmağa çalışmış və 28 iyul 2025-ci il tarixində yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir, ona görə də hesab edir ki, iddia müddəti ötürülməmişdir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zaman cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh tərəf iddia tələbinə qəti etiraz edir. Belə ki, iddiaçı iddia ərizəsində edilən hərəkətin (ayaqların uzadılaraq masaya qoyulmasını) həmin an otaqda olan və ya otağa daxil olan şəxslərə qarşı yönəlmədiyini qeyd etmişdir. Halbuki, hərəkətlərin hansı niyyətlə törədilməsinin müəyyən edilməsi bəzən çox çətin, bəzən isə qeyri-mümkün olur. Bir sıra hallarda isə sadəcə hərəkətin edilməsi artıq etik normaların pozulmasına səbəb olur. Burada yol verilən hərəkət də (otaqdakılara məhəl qoymadan ayaqların uzadılaraq masaya qoyulması) eyni qəbildəndir. Üstəlik intizam tənbehinin tətbiq edilməsinin səbəbi yeganə olaraq bu hərəkət olmamışdır. İddiaçının əvvəllər də işə gecikməsi və intizamsızlıq halları olmuş, bununla bağlı ona şifahi və yazılı xəbərdarlıqlar edilmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixli əmrlə Zavodun X15nın pozulması ilə əlaqədar ona yazılı xəbərdarlıq edilmiş, hadisə də elə həmin tarixdə baş vermişdir. İddiaçı bildirir ki, insidentin baş verməsinə səbəb SOCAR-ın X7 və nəqliyyatın təşkili şöbəsinin rəisi X9 onunla yüksək tonla danışması və bununla da etik davranış qaydalarını pozması, həmçinin onu açıqaşkar təhdid etməsidir. Qeyd edilməlidir ki, insidentin iddiaçının özünün də etiraf etdiyi kimi qeyrietik hərəkətin törədilməsi nəticəsində başladığı göz qabağındadır. İddiaçı bildirir ki, o, heç bir mübahisənin baş verməsinə şərait yaratmamış, əksinə çox sakit səslə, onunla yüksək tonla danışmaqla etik davranış qaydalarını pozan Logistika və nəqliyyatın təşkili şöbəsinin rəisi X8 danışıq tonunu aşağı salmasını tələb etmişdir. İddiaçının öz rəhbərinə və otaqdakı digər yoldaşlarına məhəl qoymayaraq, ayaqlarını uzadaraq masanın üzərinə qoyması, həmçinin rəhbəri onu bu hərəkətdən çəkindirmək istədiyi zaman rəhbərinə qarşı “səsini kəs ə” kimi qeyrietik ifadələrdən istifadə etməsi mübahisənin yaranmasına və davam etməsinə şərait yaratmışdır. İddiaçı bildirir ki, onun şəxsinə qarşı yönəlmiş qərəzli münasibət yaranmışdır. Metanol Zavodunun rəhbərliyi bütün işçilərə qarşı bərabər münasibət göstərməklə, baş verən hadisələri adekvat və obyektiv dəyərləndirməkdədir. İndiyə qədər Zavoda qarşı bununla bağlı hər hansı bir məhkəmə mübahisəsinin yaranmamış olması da buna sübutdur. İddiaçı bildirir ki, hadisə onun istirahət və nahar etmək üçün fasilə vaxtında, yəni 27 may 2025-ci il tarixdə saat 12:00-13:00 aralığında baş verdiyindən ümumiyyətlə əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti istisna olunur. Əvvəla, hadisənin başlanma anı 12:50 radələrində olmuş, hadisə uzanaraq iş vaxtı müddətində də davam etmişdir. Əlavə olaraq vurğulanmalıdır ki, hadisə Zavod ərazisində, zavodun əməkdaşları arasında baş vermişdir. X15na, xüsusilə də əxlaqi və etik normalara işçilər arasında əməl olunması isə mühüm əhəmiyyət kəsb edir. Qaydalara fasilə vaxtı əməl edilməyib, yalnız iş vaxtı əməl edilməsi çox absurd bir mənzərə yaradardı. İddiaçı bildirir ki, 27 may 2025-ci il tarixli xəbərdarlığın həmin gün baş vermiş və əmrdə öz əksini tapmış hadisə ilə hər-hansı bir əlaqəsi yoxdur, belə ki, həmin xəbərdarlıq səhhətində baş vermiş pozuntu səbəbindən işə gecikməsi ilə bağlı olmuşdur. Qeyd edilməlidir ki, iddiaçıya intizam tənbehinin tətbiq edilməsinin yeganə səbəbi baş verən bu insident deyildir. İntizam tənbehi ilə bağlı əmrdə də qeyd olunduğu kimi, iddiaçıya əvvəllər də daxili intizamı qaydalarını pozması nəticəsində xəbərdarlıqlar edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, əmrdə qeyd olunmuş “Zavodun X15”nda istirahət vaxtında ayaqların iş masasının üzərinə qoyulmaması ilə bağlı bənd mövcud deyildir. Aydın məsələdir ki, “Zavodun X15”nda qeyri-etik və qadağan olunan hərəkətlər bir-bir sadalana bilməz. Bütün bu hərəkətlər qeyri-etik davranışlar ifadəsi ilə əhatə olunmuşdur. İddiaçı qeyd edir ki, onun davranışının hansı etik normalara və davranış qaydalarına zidd olması aydın deyildir. Bütün bu hadisələrdən sonra iddiaçının etdiyi hərəkətlərin mahiyyətini anlamaması və edilən hərəkətlərin qeyri-etik təbiətini dərk etməməsi, verilən qərarın doğruluğunu və yerində olmasını bir daha sübut edir. İddiaçı qeyd edir ki, onun davranışı müəssisəyə və ya digər şəxslərə maddi zərərə səbəb olmamışdır. İddiaçıya tətbiq edilmiş intizam tənbehi ilə bağlı əmrdə onun hərəkətlərinin birbaşa hər hansı bir maddi zərərə səbəb olması qeyd edilməmişdir. Lakin bu iddiaçının əmək intizamı qaydalarını pozmasını istisna etmir. İddiaçı hadisə ilə bağlı onun yazılı izahatının alınmadığını iddia etmişdir. Bununla bağlı bildirir ki, məsələ ilə bağlı iddaçı izahat verməsi üçün dəvət edilmiş, lakin o, izahat verməkdən imtina etmişdir. Bu aktlaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin aktın elektron qaydada tərtib edilməsi zərurəti olmadığından, bu barədə hər hansı normativ sənəd olmadığından, aktda qeyd olunan şəxslər tərəfindən qanunamüvafiq qaydada tərtib edilərək təsdiq olunmuşdur. Aktın guya saxtalığı barədə iddiaçının dəlili tamamilə əsassızdır. İddiaçı müəssisə rəhbərinin cavab məktubunda izahat üçün xx.xx.2025-ci ildə dəvət edildiyini qeyd edir, lakin həmin dəvət onun müəssisə rəhbərinə müraciəti ilə bağlı olmuşdur. İntizam tənbehi verilməzdən əvvəl işçi izahat vermək üçün hüquq şöbəsinə dəvət edilmiş, lakin o, izahat verməkdən imtina etmiş, bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Hesab edir ki, intizam tənbehi barədə əmr tamamilə qanuni və əsaslıdır. Əmrdə intizam tənbehinin tətbiq edilməsinin səbəbləri aydın şəkildə göstərilmiş, işçinin yol verdiyi nöqsanlar qeyd edilmişdir. İddiaçıya tətbiq edilən intizam tənbehi işçinin əvvəllər də yol verdiyi pozuntular nəzərə alınmaqla, son olaraq törətdiyi hərəkətlərin nəticəsində verilmişdir. İddiaçıya intizam tənbehi qanunauyğun qaydada verilmiş, qanun pozuntusuna yol verilməmişdir. Ona görə də iddia əsassızdır. Eyni zamanda, cavabdeh hesab edir ki, iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, iddiaçı bildirir ki, 11 iyun 2025-ci il tarixli əmrin surəti ona 13 iyun 2025-ci il tarixdə verilmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatının "ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə" arayışından görünür ki, mediasiya barədə bildiriş tərəflərə xx.xx.2025-ci il tarixdə göndərilmiş, ilkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixdə keçirilmişdir. ünvan ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı mediasiya prosesinin başlanılması ilə bağlı müraciəti 10 iyul 2025-ci il tarixdə Mediasiya Təşkilatına daxil olmuş və 11 iyul 2025-ci il tarixində qeydə alınmışdır. Göründüyü kimi, 11 iyun 2025-ci il tarixli əmrin surəti xx.xx.2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim olunmuş, o, mediasiya prosesinin başlanılması ilə bağlı ünvan 10 iyul 2025-ci il tarixdə müraciət etmiş, 10 iyul 2025-ci il tarixdən 21 iyul 2025-ci il tarixədək mediasiya prosesi davam etdirilmişdir. İddia ərizəsi Elektron Məhkəmə İnformasiya Sistemində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddia müddətinin axımı xx.xx.2025-ci il tarixdən başlanmış, 10 iyul 2025-ci il tarixdə iddia müddətinin axımı dayanmış, iddia müddətinin axımı arayışın təqdim olunduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən bərpa olunmuşdur. Beləliklə, İddiaçı 13 iyun 2025-ci il tarixdən iddia müddətini xx.xx.2025-ci il tarixədək 3 (üç) gün ötürmüşdür. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qənamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsassız hesab edilərək təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Metanol zavodunun direktoru ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 087 saylı əmək müqaviləsinin və ona əlavələrin surətlərindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda Logistika şöbəsinin böyük mühəndisi vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Müqavilənin 4.18-ci bəndinə əsasən, nahar vaxtı saat 12:00-dan saat 13:00-a qədərdir. Müqavilənin 3.3-cü bəndinə əsasən, işçi Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməlidir. İş materiallarında olan “SOCAR-ın Metanol zavodunun X15”nın surətindən görünür: 1.2. Bu X15 (bundan sonra “Qaydalar”) Əmək Məcəlləsinin 182, 183 və 184-cü maddələrinə uyğun olaraq, zavodda çalışan işçilərin əmək və icra intizamını, iş vaxtını, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatları, daxili davranış və ünsiyyət məsələlərini, idarəetmə sistemində tabeçilik, ixtisas dərəcələrinin artırılması, sənədlərin hazırlanması və rəsmiləşdirilməsi məsələlərini, işçilərin ezamiyyətə və məzuniyyətə göndərilməsi, zavodun ərazisinə giriş-çıxışı, iş otaqlarının və əmək vasitələrinin istismarı, sənədlərin saxlanması və xidməti (və ya kommersiya) sirrinin qorunması, yanğından və əməyin təhlükəsizliyinin mühafizə qaydalarına əməl edilməsi, zavodun əmlakının qorunub saxlanması və əmək funksiyaları ilə əlaqədar digər münasibətləri tənzimləyir. 1.6. iş yeri-işçinin öz vəzifə funksiyalarını icra etdiyi əsas yerdir. 4.2. İşçinin əsas vəzifələri: 4.2.2. əmək intizamına və bu Qaydalara əməl etmək, müəyyən edilmiş iş günü (vaxtı) müddətini pozmamaq, bütün iş vaxtını yalnız öz vəzifələrinin yerinə yetirilməsinə sərf etmək, digər işçilərin əmək vəzifələrinin yerinə yetirilməsinə maneçilik törədən hərəkətlərdən çəkinmək; 5.1. İşçi vəzifə borclarını yerinə yetirərkən iş yoldaşları, rəhbərləri və tabeliyindəki şəxslərlə mədəni, mehriban və nəzakətlə davranmalı, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə icra etməlidir. 5.3. İşçi vəzifə funksiyalarının yerinə yetirilməsi prosesində münasibətdə olduğu və Zavodun əməkdaşı olmayan şəxslərlə mədəni davranmalı və Zavodun nüfuzunun ləkələnməməsinə çalışmalıdır. 5.5. şöbə rəisləri- şöbənin hər bir işçisinə tapşırıq və göstərişlər verir və görülən işlər barədə hesabatlar tələb edir. 5.6. İşçi yalnız birbaşa tabe olduğu struktur bölməsi rəhbərinin və Zavodun rəhbərliyinin (direktor və direktor müavinlərinin, baş mühəndisin, iqtisadiyyat və uçot departamentinin rəisinin) tapşırıqlarını yerinə yetirməyə borcludur. 5.9.1. Hər bir işçi iş yerində cəmiyyətdə ümumi qəbul edilmiş əxlaq və etik normalar çərçivəsində davranış sərgiləməlidir. 14.1. Əmək və icra intizamının işçi tərəfindən pozulması, o cümlədən, bu Qaydalara uyğun olaraq işçiyə aid edilmiş vəzifələrin yerinə yetirilməməsi və ya kobud səhvlərə yol verilməsi işçinin intizam məsuliyyətini yaradır və intizam tənbehinin tətbiq edilməsi üçün əsas verir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun Nizamnaməsinin 2.3-cü bəndindən görünür ki, zavodun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi, SOCAR-ın daxili normativ sənədləri və hazırki Nizamnamə əsasında tənzimlənir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun direktorunun “əmək və icra intizamı barədə” xx.xx.2023-cü il tarixli əmrinin surətindən görünür ki, Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı yazılı xəbərdarlıq elan edilməsi, qanunların və Zavodun intizam qaydalarının pozulmasının yolverilməzliyinin işçi İddiaçı nəzərinə çatdırılması, onun intizam qaydalarını gələcəkdə pozduğu təqdirdə daha ciddi intizam məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilməsi əmr edilmişdir. Həmin əmrdən görünür ki, işçi İddiaçı 30 avqust 2023-cü il tarixdə heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Bundan əlavə, işçi İddiaçı xx.xx.2023-cü il tarixdə heç bir üzrlü səbəb olmadan işə 21 dəqiqə gecikmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun direktorunun “əmək və icra intizamı barədə” xx.xx.2024-cü il tarixli əmrinin surətindən görünür ki, Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı yazılı xəbərdarlıq elan edilməsi, qanunların və Zavodun intizam qaydalarının pozulmasının yolverilməzliyinin işçi İddiaçı nəzərinə çatdırılması, onun intizam qaydalarını gələcəkdə pozduğu təqdirdə daha ciddi intizam məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilməsi əmr edilmişdir. Həmin əmrdən görünür ki, işçi İddiaçı 17 sentyabr 2024-cü il tarixdə 34 dəqiqə işə gecikmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunun direktorunun “əmək və icra intizamı barədə” xx.xx.2025-ci il tarixli əmrinin surətindən görünür ki, Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı yazılı xəbərdarlıq elan edilməsi, qanunların və Zavodun intizam qaydalarının pozulmasının yolverilməzliyinin işçi İddiaçı nəzərinə çatdırılması, onun intizam qaydalarını gələcəkdə pozduğu təqdirdə daha ciddi intizam məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilməsi əmr edilmişdir. Həmin əmrdən görünür ki, xx.xx.2025-ci il tarixdə Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı səhhətində problemlərin yaranmasını əsas gətirərək, onunla bağlanmış əmək müqaviləsinə əsasən saat 8:00-da işə başlamalı olduğu halda, iş yerinə saat 10:54 dəqiqədə gəlməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Zavodun X15nın tələblərini pozmuşdur. İş materiallarında olan Logistika və nəqliyyatın təşkili şöbəsinin rəisi X18 tərəfindən SOCAR Metanol zavodunun direktoruna ünvanlanan izahatın surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdən hazırki vaxta kimi SOCAR Metanol zavodunda Logistika və nəqliyyatın təşkili şöbəsinin rəisi vəzifəsində çalışır. Şöbə üzrə tabeliyində 2 nəfər əməkdaş-böyük mühəndis İddiaçı və mühəndis X10 vardır. Hər iki işçini xx.xx.2019-cu il tarixdən tanıyır. Yusif Həsənov şöbəyə kömək məqsədilə dəvət edilmişdir. Rəhbərlik etdiyi şöbənin əməkdaşlarının xidməti iş otağı 2 otaqdan ibarətdir. Onun iş otağının yanında 3 nəfər işçidən, o cümlədən İddiaçı ibarət işçi bir iş otağında yerləşirlər. Digər otaqlar zavodun İnsan resursları şöbəsinin işçilərinin xidməti iş otaqlarıdır. Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı xidməti iş otağında olan yazı masasının üstünə ayaqlarını qoyduğuna və otağa daxil olan işçilərə qarşı hörmətsizlik etdiyinə görə dəfələrlə şöbə rəisi kimi ona öz iradını bildirsə də, İddiaçı heç bir məhəl qoymamış, ayaqlarını yazı masasının üstünə qoymağı davam etdirmişdir. xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində şöbəyə kömək üçün dəvət olunan Dəmir yol xidməti sahəsinin mühəndisi Həsənov Yusifdən işlə bağlı söz soruşmaq məqsədilə mühəndislər işləyən otağa daxil olmuşdur. Daxil olan zaman İddiaçı əlləri qoynunda, ayaqları isə iş masasının üstünə qoyulmuş formada uzanıqlı oturmağının şahidi olmuşdur. İddiaçı iş otağında həmkarı, Hafis İsgəndərovun və Yusif Həsənovun olmasına məhəl qoymamış, göstərilən vəziyyətdə, ayaqlarını yazı masasına qoyaraq oturmaqla iş yoldaşlarına qarşı hörmətsizlik etməkdən əlavə, onun, yəni şöbə rəisinin də otağa daxil olmasına məhəl qoymayaraq, demək olar ki, ədəbsiz vəziyyətdə oturmağı davam etdirirdi. Həsənov Yusifdən söz soruşarkən sualla bağlı bir məqamı dəqiqləşdirmək üçün yenidən öz otağına qayıtmış və sonra təkrar mühəndislər oturan otağa qayıtmış, İddiaçı yenə də həmin vəziyyətdə oturduğunu görüb ondan soruşmüşdur: "Faiq bu nə forma oturmaqdır?". O isə oturuşunu düzəltmədən ona demişdir: "Nahar vaxtıdır, nə istəyərəm onu da edərəm, tonunu sal aşağı". O, "Mən sənin atan yaşında kişiyəm" deyərək otağı tərk etmiş və otaqdan çıxanda Faiq ona: "səsini kəs ə" deyərək cavab vermişdir. Bu zaman otaqda onlardan əlavə İsgəndərov Hafis, Həsənov Yusif vardı. Dəhlizdə isə zavodun İnsan resursları şöbəsinin aparıcı mütəxəssisi Əliyeva Nərmin var idi. O da bu mübahisəni eşidirdi. Məlumat üçün bildirir ki, bu hal əvvəllər də (ilk günlərdən bəri) təkrarlandığından, onun qarşısının alınması məqsədilə şəxsən tərəfindən ona dəfələrlə şifahi irad bildirilmişdir. Lakin göstərilən iradlara baxmayaraq, İddiaçı eyni davranışları davam etdirmiş, mövcud nizam-intizam qaydalarına əməl etməmişdir. Bundan əlavə, işçinin əmək intizamında da ciddi nöqsanlar müşahidə olunmuşdur. Belə ki, müxtəlif dövrlərdə o, işə gecikmə və iş yerini özbaşına tərk etmə hallarına yol vermişdir. Bu səbəbdən, tərəflərindən daxili əmrlər ilə ona bir dəfə şifahi, iki dəfə isə yazılı xəbərdarlıq edilmişdir. İddiaçı intizam qaydalarını pozması ilə əlaqədar dəfələrlə ona irad bildirməyinə baxmayaraq o, bundan nəticə çıxarmamış, oxşar hərəkətləri davam etdirmişdir. Bununla əlaqədar Zavodun rəhbərliyinə yazılı müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, İddiaçı işə münasibəti və vəzifə öhdəliklərinə yanaşması da qənaətbəxş deyil. Ona həvalə olunan tapşırıqların icrasında ləngimələr, vaxtında yerinə yetirilməmələr və icrada səhvlər təkrarlanmaqdadır. Yuxarıda qeyd olunan hallar bir daha göstərir ki, İddiaçı əmək və intizam qaydalarına ciddi yanaşmır, iş mühitində etik davranış prinsiplərinə riayət etmir, ona həvalə olunmuş vəzifələri məsuliyyətlə yerinə yetirmir və bu, şöbənin ümumi fəaliyyətinə mənfi təsir göstərir. İş materiallarında olan “işçi tərəfindən iş vaxtı davranış qaydalarının pozulması haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, SOCAR X7 və nəqliyyatın təşkili şöbəsinin rəisi X18, İnsan resursları şöbəsinin İnsan resursları üzrə aparıcı mütəxəssisi X14, İnsan resursları şöbəsinin mütəxəssisi X4, Dəmir yolu xidməti sahəsinin böyük mühəndisi X19 tərəfindən bu akt, Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı iş vaxtı davranış qaydalarını pozması faktının qeydə alınması məqsədilə tərtib edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində Logistika və nəqliyyatın təşkili şöbəsinin rəisi X18 şöbə mühəndislərinin yerləşdiyi otağa daxil olmuş və həmin vaxt otaqda Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı işçi masası və stulundan istifadə edərkən qeyri-etik vəziyyətdə, yarı uzanmış halda, ayaqlarını iş masasının üzərinə qoyulmuş vəziyyətdə yatdığı müşahidə edilmişdir. Bu vəziyyət təqribən 13:08-ə qədər davam etmiş, işçi həmin müddət ərzində ayaqlarını masanın üzərindən götürməmişdir. Şöbə rəisi bir müddət işçinin qeyri-etik vəziyyətdən duraraq oturuşunu düzəltməsini gözləsə də, işçi davranışını dəyişməmişdir. Şöbə rəisi X18 işçiyə "bu nə forma oturuşdur?" sualı ilə müraciət etdikdə, İddiaçı kobud şəkildə "nahar vaxtıdır, nə istəsəm onu da edə bilərəm" cavabını vermişdir. Şöbə rəisi tərəfindən işçiyə "atan yaşında insanam, heç olmasa ona hörmət et” iradını bildirdikdən sonra, şöbə rəisi otaqdan çıxmaq üçün üzünü qapıya tərəf çevirmiş və otaqdan çıxarkən (qapı açıq idi), işçi İddiaçı yüksək səslə "səsini kəs ǝǝ..." ifadəsini işlətdiyi eşidilmişdir. Aktın məzmunu uca səslə oxunmuş və X18, X14, X4 tərəfindən imza edilmişdir. İş materiallarında olan X11 SOCAR Metanol Zavodunun direktoruna ünvanladığı xx.xx.2025-ci il tarixli yazılı izahatından görünür ki, o, SOCAR X17 yolu xidməti sahəsinin böyük mühəndisi vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixində tərtib olunmuş “işçi tərəfindən iş vaxtı davranış qaydalarının pozulması” haqqında akta şahid qismində imza atmaqdan imtina etməsi barədə bildirir ki, həmin aktda adı keçən işçi İddiaçı ilə gündəlik münasibətləri mövcuddur və Faiq onun iş yoldaşıdır. İş yoldaşı ilə münasibətlərinin pozulmaması məqsədi ilə akta imza atmaqdan çəkinmişdir. Eyni zamanda qeyd edir ki, hadisə baş verən zaman otaqda olmuşdur və aktın məzmunu ilə tanışdır. Lakin göstərdiyi səbəblərə görə imza etməmişdir. İş materiallarında olan “işçinin izahat vermək üçün çağırışa gəlmədiyi barədə” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, aktı imzalayan şəxslər: X1, X20 və X12 təsdiq etmişlər ki, SOCAR X7 və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı xx.xx.2025-ci il tarixdə, saat 11:00-da Zavodun Hüquq şöbəsinin böyük hüquq məsləhətçisi X1 tərəfindən, adları göstərilən iştirakçıların: X2 Komitəsinin sədri/İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin şöbə rəisi X5 iştirakı ilə, xx.xx.2025-ci il tarixli X9 xidməti yazısında əks olunan (intizam qaydalarının pozulması barədə) məlumatlara dair yazılı izahat vermək məqsədilə hüquq şöbəsinə dəvət edilmişdir. Lakin işçi İddiaçı göstərilən vaxtda hüquq şöbəsinə gəlməkdən və yazılı izahat verməkdən imtina etmişdir. İş materiallarında olan SOCAR Metanol zavodunun direktorunun xx.xx.2025-ci il tarixli, 14-2- 19/3-3-16/2025 saylı “əmək və icra intizamı barədə” əmrinin surətindən görünür ki, Zavodun Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı töhmət elan edilməsi, qanunların və Zavodun X15nın pozulmasının yolverilməzliyinin İddiaçı nəzərinə çatdırılması, onun gələcəkdə oxşar hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tədbirlərinin görüləcəyi haqqında xəbərdar edilməsi əmr edilmişdir. Həmin əmrdən görünür ki, Zavodun Logistika və nəqliyyatın təşkili şöbəsinin böyük mühəndisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Zavodun X15nın tələblərini pozduğuna görə xx.xx.2025-ci il tarixli əmrlə yazılı xəbərdarlıq elan edilmiş, Qanunların və Zavodun X15nın pozulmasının yolverilməzliyi İddiaçı nəzərinə çatdırılmış. gələcəkdə oxşar hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tədbirlərinin görüləcəyi haqqında xəbərdar edilməsinə baxmayaraq, müvafiq nəticə çıxarmamış, yenidən intizam qaydalarını pozmuşdur. Belə ki, ona xidməti iş otağında ayaqlarını yazı masasının üstünə qoymasının etik normalara və davranış qaydalarına zidd olması barədə dəfələrlə həmkarları tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, göstərilən hərəkətlərini davam etdirmiş, xx.xx.2025-ci il tarixdə şöbə rəisi X18 rəhbərlik etdiyi şöbənin mühəndislərinin xidməti iş otağına daxil olarkən, İddiaçı ayaqlarını yazı masasının üstünə qoyaraq oturduğuna görə sonuncuya iradını bildirdikdə, İddiaçı xidmət etdiyi şöbənin rəisinin haqlı iradlarına məhəl qoymayaraq etik davranış qaydalarına zidd hərəkətlərini davam etdirməklə mübahisənin baş verməsinə şərait yaratmışdır. İş materiallarında olan İddiaçı tərəfindən SOCAR Metanol zavodunun direktoru Xaqani Babayevə ünvanlanan “14-2-19/3-3-16/2025 saylı əmrlə bağlı” ərizənin surətindən görünür ki, İddiaçı müvafiq töhmətin ləğvinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı ünvanlanan bildirişin surətindən görünür ki, o, Zavodun direktoruna ünvanladığı müraciətin araşdırılması üçün xx.xx.2025-ci il tarixdə saat 11:00-da hüquq şöbəsinə dəvət edilmişdir. İş materiallarında olan SOCAR Metanol zavodunun direktoru Xaqani Babayev tərəfindən İddiaçı ünvanlanan məktubun surətindən görünür ki, “siz əmək intizamına və müəssisənin daxili idarəetmə sisteminə qarşı ciddi şəkildə hörmətsizlik göstərmisiniz. Belə davranış müəssisəsinin intizam mühitini pozmaqla yanaşı, kollektivin iş prosesinə mənfi təsir göstərir. Buna görə də, xx.xx.2025-ci il tarixli intizam tənbehi (töhmət) əmri dəyişdirilmədən saxlanılır. Gələcəkdə əmək müqaviləsinin, müəssisəX15nın tələblərinə ciddi şəkildə riayət etməyiniz mütləqdir. Təkrarlanan pozuntuların qarşısının alınması məqsədilə daha ciddi intizam tədbirlərinin tətbiq olunacağı barədə xəbərdar edilirsiniz.” İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatının rəhbərinin sorğuya cavabından görünür ki, İddiaçı ünvan mediasiya prosesinin başlanılması ilə bağlı müraciətinin 10 iyul 2025-ci il tarixində təşkilat tərəfindən qeydə alındığı, qeyd olunan müraciət əsasında müvafiq qanunvericiliyə uyğun şəkildə ilkin mediasiya sessiyasının təşkil edildiyi və xx.xx.2025-ci il tarixində MŞB/9/2025-00893 nömrəli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışın tərəflərə təqdim olunduğu bildirilmişdir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə, Metanol zavodunun X15na, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli əmrlərə, xx.xx.2025-ci tarixli və xx.xx.2025-ci il tarixli aktlara, Y.Əzizovun, Y.Həsənovun yazılı izahatlarına, xx.xx.2025-ci il tarixli əmrdən sonra işçinin işəgötürənə yazılı müraciətinə və ona cavab məktubuna əsasən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixli əmrlə töhmət tənbeh tədbiri tətbiq edilmədən əvvəl iddiaçıya bir neçə dəfə (o cümlədən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə) əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisəX15nı pozduğuna görə yazılı xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixdə iş yerində baş verən hadisə ilə bağlı iddiaçı özü də şöbə rəisinə “səsini kəs ə” sözlərini dediyini etiraf edir, bununla yanaşı iş materiallarında olan yazılı sübutlar da hadisənin xx.xx.2025-ci il tarixli əmrdə təsvir olunduğu kimi baş verdiyini təsdiq edir, həmçinin hadisənin mahiyyəti onun X15nın (o cümlədən həmin qaydaların 4.2.2-ci, 5.1-ci, 5.9.1-ci bəndlərinin) pozuntusu kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, iddiaçının hadisənin nahar vaxtı baş verməsi və bu səbəbdən intizam məsuliyyətinin istisna edilməsi barədə dəlili xx.xx.2025-ci il tarixli aktla təkzib olunur, eyni zamanda məhkəmə hesab edir ki, qeyd olunan intizam qaydalarının (o cümlədən mədəni, mehriban və nəzakətlə davranma, iş yerində cəmiyyətdə ümumi qəbul edilmiş əxlaq və etik normalar çərçivəsində davranış sərgiləmə kimi vəzifələrin) nahar vaxtı pozula biləcəyinin iddia edilməsi hüquqdan sui-istifadə xarakteri daşıyır. Bundan əlavə, işçidən yazılı izahatın tələb edilməməsi barədə dəlillər xx.xx.2025-ci tarixli və xx.xx.2025ci il tarixli aktlarla təkzib olunur. İddiaçı ondan izahatın xx.xx.2025-ci il tarixdə tələb edildiyini bildirsə də, iş materiallarından həmin izahatın xx.xx.2025-ci il tarixli əmrdən sonra onun zavodun direktoruna ünvanladığı müraciətlə bağlı olduğu aydın olur. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, xx.xx.2025-ci il tarixli əmrin qanunazidd olması barədə dəlillər sübuta yetirilmədiyindən və iş materiallarnda olan sübutlarla təkzib edildiyindən, iddia əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən, b) əmək intizamına və müəssisəX15na əməl etmək; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 11.1-ci maddəsinin d) bəndinə əsasən, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisəX15nı pozduqda, qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biridir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, müəssisələrdə əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə müəssisəX15 qəbul edilə bilər. Həmin Məcəllənin 186.1-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsaəsn, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisəX15nı pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək. Həmin Məcəllənin 182.3-cü maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bundan əlavə, məhkəmə müəyyən edir ki, xx.xx.2025-ci il tarixli əmrin surətinin xx.xx.2025-ci il tarixdə işçiyə təqdim edildiyi, mediasiya prosesinin 10-21 iyul 2025-ci il tarixləri arasında baş verdiyi, iddia ərizəsinin qanunla müəyyənləşdirilmiş qaydada məhkəməyə xx.xx.2025-ci il tarixdə verildiyi nəzərə alınmaqla, iddiaçı cəmi bir neçə gün iddia müddətini ötürmüş, lakin həmin müddətin bərpası barədə ərizə verməmişdir, onun məhkəməyə bu barədə müraciəti isə yalnız müddətin ötürülmədiyinin nəzərə alınması ilə bağlı olmuşdur. Qeyd olunanlara əsasən, həmçinin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi həmçinin iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Həmin Məcəllənin 296.7-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-cü il tarixli Qərarına əsasən, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi imkanının müəyyən müddətlə məhdudlaşdırılmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, mülki iş üzrə sübutlara, məhkəmə iclasında müəyyən edilən hallara və yuxarıda sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə müəyyən edir ki, iddia tələbi təmin edilmədiyindən, mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavoduna qarşı intizam tənbehinə dair qəbul edilmiş 14-2-19/3-3-16/2025 saylı, 11 iyun 2025-ci il tarixli əmrin ləğv olunması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar