Məhkəmə qərarları › İş №e-2(002)-329/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-329/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-329/2022 02.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı MMC-in nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-in Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş 1850 manat məbləğində zərər pulu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 38.5 manat məbləğində dövlət rüsumu olan pulun, ümumilikdə cəmi 1888.5 manat pulun tutularaq, İddiaçınə verilməsini təmin edən müvafiq məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PK-*** olan, sedan tipli, buraxılış ili 2015, mühərrik nömrəsi 0058616, BAN 345392, şəhadətnamə nömrəsi 983059, rəngi qara olan “DONG FENG S30” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 22 sentyabr 2020-ci il tarixində İddiaçı MMC-yə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, Bakı şəh, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Orucov küç, ev.46, m.49 ünvanında qeydiyyatda olan hazırki mülki iddia tələbimiz üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **-PK-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2015 olan, Ban 345392 olan, qara rəngli, “DONG FENG S30 minik ” marka modelli xidməti avtomaşının 22 sentyabr 2020-ci il tarixindən verildiyi vaxtdan 30 (otuz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **-PK-*** qeydiyyat nişanlı avtomobil 28 oktyabr 2020-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində hərəkət edərkən idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Qəzanın Cavabdeh günahı ucbatından törədildiyi Qaradağ RPİ DYPŞ-nin 28.10.2020-ci il tarixli protokolunda da öz əksini tapmışdır. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına xeyli miqdarda ziyan dəymişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müracət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Qeyd olunan səbəbdən Cavabdeh qarşı hazırki iddia tələbimizdə məhkəməyə müraciət edirik ki, cavabdehdən avtomobilə dəymiş 1850 (min səkkiz yüz əlli) manat və həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 38.5 (otuz səkkiz tam onda beş) manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı MMC nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 13.01.2022-ci il hazırlı iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, Dong-Feng markalı 90PK428 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən Cavabdeh yol nəqliyyat hadisəsi törətmiş, barəsində İXM-nin 327.2-ci maddəsi ilə inizibati xəta haqqında protokol tərtib edilmişdir. İş materialalrında olan 22.09.2020-ci il tarixli 915/i nömrəli nəqliyyat vasitəsinin icarə müqaviləsinin məzmunundan aydın olur ki, icarəyəverən İddiaçıMMC tərəfindən ona məxsus olan Dong Feng S30” markalı minik 90-Pk-428 dövlət qeydiyyat nömrəli avtomobil icarəçi qismində çıxış edən Cavabdeh icarəyə verilmişdir. İş materiallarından görünür ki, Dong Feng S30” markalı minik 90-Pk-428 dövlət qeydiyyat nömrəli avtomobilin sahibi "xxxx" MMC çıxış edir. İş materialalrında olan 03.11.2020-ci il tarixli qüsur aktın məzmunundan aydın olur ki, “Dong Feng S30” markalı minik 90-Pk-428 dövlət qeydiyyat nömrəli avtomobilinə dəymiş ziyanın məbləğinin ümumilikdə 1850 manat olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki,mübahisə predmeti olan əmlakın qanuni sahibi qismində İddiaçı MMc çıxış edir. Həmçinin, işin mübahisəsiz hallarından görünür ki, Cavabdeh tərəfindən idarə olunan “DONG FENG S30 minik” markalı AZ **-PK-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş qüsur aktı əsasında müəyyən edilmidşir ki, cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 1850 manat maddi ziyan vurulmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddia tələbini qəbul etmişdir. Bu halda, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 38,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əmlaka vurulmuş maddi ziyanın əvəzi olaraq 1850 manat məbləğində pul vəsaiti və öədnilmiş 38.5 manat məbləğində dövlət rüsumu olan tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 119, 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əmlaka vurulmuş maddi ziyanın əvəzi olaraq 1850 manat məbləğində pul vəsaiti və ödənilmiş 38.5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar