Məhkəmə qərarları › İş №e-2(002)-3333/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3333/2024

25.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3333/2024 25.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11000 manat məbləğində pulun alınıb ona verilməsinə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o iş üzrə cavabdeh kimi cəlb etmək istədiyi Cavabdeh onun qızının həyat yoldaşıdır. Bir neçə ay bundan əvvəl cavabdeh ondan borc pul istədi. Ona təxminən 10.000 manata qədər məbləğin qısa müddət ərzində tapılmasını xahiş etdi və bildirdi ki, əlində vacib işi var, yəni təcili olaraq ucuz avtomobil təklif olunur ki, həmin avbtomobili almaq üçün ümumilikdə 11000 manat pul lazımdır və ondan həmin məbləği ona borc olaraq verməyi xahiş etdi və söz verdi ki, alacağı avtomobili onun həyat yoldaşı olan onun qızınn adına qeydiyyatdan keçirəcəkdir, yəni avtomobil qızının mülkiyyətində olacaqdır. O, həmin məbləği ona borc olaraq verdi və şərti də bu oldu ki, alacağı avtomobili qızının adına rəsmiləşdirir, həm də borcunu qısa müddətdə qaytarır. Cavabdeh ondan 6000 ABŞ dolları və 800 AZN, ümulikdə həmin zaman olan kursla 11000 manat təşkil edən məbləği borc olaraq götürüb sonra aldığı avtomobili qızının adına qeydiyyata qeyd etdirmədiyi ona məlum oldu. Bununla da cavabdehlə onun arasında borc məbləğinin ona verilməsi üçün aralarında olan şərti pozdu. O, onun nədən belə hərəkət etdiyini soruşduqda, o, bildirdi ki, guya avtomobili qızının adına keçirmək üçün lazım olan ödənişləri etməyə pulu çatmadı və ona görə də avtomobili hazırki vəziyyətdə qızının adına qeydiyyata aldıra bilmədi. Aradan bir müddət keçmiş mən onunla telefon əlaqəsi saxladım və borc verdiyim məbləği bir həftə müddətində qaytarmağı tələb etdi. O, cavab verərək 11000 manat ona borcu olduğunu etiraf edərək həmin məbləği bir həftəyə tapıb düzəldə bilməyəcəyini, lakin qısa müddətə düzəldib verəcəyinə söz verdi. Bizim danışıqdan dərhal sonra o, onun zənglərinə cavab vermədi və nəhayət, o, artıq bu barədə ona vermiş olduğu 11000 manatın tələbi barədə məhkəməyə müraciət edəcəyini bildirdi, o, da cavabında hara istəyirsən müraciət et dedi. Onun smayılov Əli Mətləb oğluna 11000 pulu qısa müddə qaytarmaq şərtilə manat borc verdiyim barədə tələbim onun votsapla mənə verdiyi cavablarda, məhkəməyə təqdim edəcəyim audio diskdəki yazışmalarda öz təsdiqini tapır. Bundan başqa, onun həyat yoldaşı olan mənim qızı Mehriban bu danışıqların və şərtlərin şahidi olaraq məhkəmədə onun iddiasını təsdiq edə bilər. İddiaçı məhkəmə iclasında izahatında qeyd etdi ki, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında qeyd etdi ki, iddiaçının əsl adı Tofiqədir, öz aralarında ləqəb olaraq Ləman adından isitfadə olunur. Cavabdeh iddiaçının qızının yoldaşıdır. Aralarında borc müqaviləsi yazılı bağlanmamışdır. Lakin iddiaçının cavabdehə 11000 manat məbləğində pulun verilməsi halı onlar arasında olan vatsap yazışmaları və həmin yazışmalarda olan cavabdehin müvafiq məbləğdə borcun etirafı ilə sübut olunur. Hazırda tərəflərin öz aralarında olan yazışmaların sübut kimi qəbul edilməsi həm məhkəmə təcrübəsində qəbul edilən haldır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli teleqramla məhkəmə iclaslarında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini və iddia tələbi ilə qətiyyən razı olmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş tərəf arasında olan vatsap tazımalarından görünür ki, Cavabdeh İddiaçı 11000 manat məbləğində borcunun olduğunu və ona geri qayatacağını etiraf etmişdir. İş materialına əlavə edilmiş səs yazısından gorunur ki, cavabdeh Əliİsmayılaova 6000 ABŞ dolları və 800 manat pul verilməsi sübut olunur. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qaynanasıdır. Hazırda başqa səbəblərdən dolayı cavabdeh ilə iddiaçının qızının nikah münasibəti pisləşmiş, iddiaçı da verdiyi pulu geri istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən, əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur.Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmə qeyd edir ki, həm vaçap yazışmaları, həm səs yazıları, eyni zamanda cavabdehin məhkəmə iclası barədə məlumatlı olmasına baxmayaraq məhkəməyə gəlməməsi məhkəmyə iddianın təmin olunması qənaətinə gəlməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki hallarından və işin materillarından göründüyü kimi, iddiaçı cavabdehə pul borc vermiş, cavabdeh isə razılaşdırılmış müddət ərzində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh öhdəliyi tam və vaxtında icra etməmişdir. Nəticədə iddiaçı məhkəməyə müraciət edərək cavabdehdən 11000 manat borc pulunu tələb edir və məhkəməyə iddia tələbini əsaslandıracaq sübut kimi isə onlar arasında olan vastap yazışmalarını təqdim edir, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Beləliklə məhkəmə qeyd edir ki cavabdehdən 11000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 125 manat dövlət rüsumu ödədiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11000 manat və 125 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 11000(on bir min) manat və 125(yüz iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar