Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-3766/2023 23.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı mənzilə köçürmə və mənzildən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamentinin xüsusi təyinatlı yaşayış sahəsinin icarə müqaviləsi əsasında onlara 4 nəfərdən ibarət ailə tərkibi nəzərə almaqla ayrılmış Bakı şəhər Qaradağ rayon, Müşfiqabad qəsəbəsi, Yeni massiv Bina 20-də yerləşən 2 otaqlı, 21 saylı mənzilə uşaqları ilə birlikdə onun yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi şərti ilə köçürülməyini təmin etmək məqsədilə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş icraata qəbul edilərək işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclası 23 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, işin müstəsna aidiyyatlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərildiyini, cavabdehin rəsmi qeydiyyat ünvanının ünvan 2ri köçkün olduğunu bildirmişdir. Cavabdeh X1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin fikrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır, hazırkı iş müsətsna aidiyyətlə bağlı prosessual qanunvericiliyin müəyyən etdiyi aidiyyət qaydasına aid olan işlərin kateqoriyasına daxil deyildir. Göstərilənlərə əsasən, mülki iş ərazi aidiyyəti qaydalarının pozulması ilə icraata götürüldüydən və ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyi üçün məhkəmə bu qənaətə gəlir ki, hazırkı mülki iş baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Beləliklə məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPMin 26, 35, 45, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh X1 qarşı “Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Mənzil İstismarı Departamentinin xüsusi təyinatlı yaşayış sahəsinin icarə müqaviləsi əsasında onlara 4 nəfərdən ibarət ailə tərkibi nəzərə almaqla ayrılmış Bakı şəhər Qaradağ rayon, Müşfiqabad qəsəbəsi, Yeni massiv Bina 20-də yerləşən 2 otaqlı, 21 saylı mənzilə uşaqları ilə birlikdə onun yaşayış sahəsindən istifadə qaydasının müəyyən edilməsi şərti ilə köçürülməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №e-2(002)-3766/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-3766/2023
23.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver