Məhkəmə qərarları › İş №e-2(002)-414/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-414/2025

27.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-414/2025 27.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə), Qanuni nümayəndə, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı mənzilə köçürmə və mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi, İşin halları

1. “X11” MTK ilə X3 arasında bağlanmış 1275№-li xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, X8 yolu 24, 24i saylı binanın tikintisi başa çatdıqdan sonra, 1-ci blokun 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 54 kv.m təşkil edən, 41 saylı mənzil “Kooperativ” “Payçı”-ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürürlər.

2. “X11” MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərinə əsasən, İddiaçı 36500 manat, 300 manat, 600 manat, 350 manat və 250 manat pay haqqını ödəmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1453/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsinə əsasən, iddiaçı X4 ilə cavabdeh Məmmədova (Zamanova) Əsmər Əsgər qızı arasında Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 24 noyabr 2012-ci il tarixdə 1196 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx xxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh5 cavabdeh Məmmədova (Zamanova) Əsmər Əsgər qızının himayəsində saxlanılması, X1 xx xxxxxx 2012-ci il təvəllüdlü Cavabdeh5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində alimentin tutularaq Məmmədova (Zamanova) Əsmər Əsgər oğluna ödənilməsi qət edilmişdir.

4. “X11” MTK tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən, sorğuda adı çəkilən vətəndaşlardan yalnız Qanuni nümayəndə dair məlumatlara görə, o X8 yolu bina 24 İ 41 saylı mənzildə yaşayır. Cavabdeh1, Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 həmin ünvanda yaşamırlar.

İddia tələbi

5. İddiaçı cavabdehlər Qanuni nümayəndə, Cavabdeh1, Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə), Cavabdeh6, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilinə köçürülməsi, cavabdehlər Qanuni nümayəndə azyaşlı övladı Cavabdeh5 ilə birlikdə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilindən çıxarılması barədə xahiş etmişdir.

6. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilinə köçürülməsi, cavabdehlər Qanuni nümayəndə azyaşlı övladı Cavabdeh5 ilə birlikdə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilindən çıxarılması, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilində olan 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, mətbəx mebeli, yataq mebeli, 1 ədəd kombi, 1 ədəd Ariston su qızdırıcısı, 1 ədəd soyuducu, 1 ədəd paltaryuyan maşın, 5 ədəd lustra, 1 ədəd paltar dolabı, girəcəkdə paltar asmaq üçün dolabın cavabdehlərin qanunsuz sahibliyindən alınaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İşin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddiaçının vəkili və nümayəndəsi Nümayəndə yenidən iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilinə köçürülməsi, cavabdehlər Qanuni nümayəndə azyaşlı övladı Cavabdeh5 ilə birlikdə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilindən çıxarılması barədə xahiş etmişdir.

8. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “X11” MTK ilə İddiaçı arasında bağlanmış 1275 nömrəli xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzili pay dəyəri tam ödənilməklə MTK tərəfindən İddiaçı təhvil verilmişdir. Bundan sonra, İddiaçı həmin mənzili təmir etdirmiş və müxtəlif əşyalar alaraq ora yerləşdirmişdir. Həmin ünvanda o, əri ilə birlikdə yaşamışdır. Sonradan qeyd edilən mənzilə onun oğlu X4 və onun arvadı olan cavabdeh Qanuni nümayəndə azyaşlı övladı Cavabdeh5 ilə birlikdə köçərək yaşamağa başlamışlar. Rabil Məmmədov ilə Qanuni nümayəndə arasındakı nikah Xətai Rayon Məhkəməsinin e-2(011)-1453/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bundan sonra, cavabdeh Qanuni nümayəndə dəfələrlə mənzili tərk etməsi üçün xəbərdarlıq edilsə də, o mənzili tərk etməkdən imtina edir. Hətta mənzilin açarını dəyişərək iddiaçını ora buraxmır. İddiaçı hazırda mənzili tərk edərək başqa ünvanda yaşamağa məcburdur. Cavabdeh azyaşlı övladından başqa həmin mənzilə qohumları olan digər cavabdehləri də gətirərək mənzili tərk etmək istəmir. Digər cavabdehlərdən Cavabdeh3 Əsmərin bacısı, Zamanov X6 qardaşı, Cavabdeh6 Əsmərin anası və Cavabdeh1 isə Əsmərin qardaşı arvadıdır. Cavabdehlərin hər biri digər ünvanlarda qeydiyyatdadır və özlərinə məxsus yaşayış evi vardır. Lakin onlar hüquqdan sui-istifadə edərək iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilində yaşayaraq onun əşyalarından (stol, 6 ədəd stul, divan, mətbəx mebeli, yataq mebeli, kombi, ariston, soyuducu, paltaryuyan maşın, 5 ədəd lustra, paltar dolabı, girəcəkdə paltar asmaq üçün dolab və s.) istifadə edirlər. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qalması və tərk etməməsi iddiaçının hüquqlarını kobudcasına pozmaqdadır. İddiaçı ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompleksi, 24 İ nömrəli evin 41 nömrəli mənzilinə köçürülməli və cavabdehlər Qanuni nümayəndə övladı Cavabdeh5 ilə birlikdə, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 və digər şəxslər həmin mənzildən çıxarılmalıdır. Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

9. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, istinad etmişdir.

10. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və bildirdi ki, evin mülkiyyətçisi iddiaçıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Cavabdehlər həmin mənzildə qeydiyyatda olmasalar da, orada yaşayırlar. İddiaçı mübahisəli evdə yaşayan zaman Əsmər və Rabilə həmin evə köçməyi təklif edib, onlar da uşaqları ilə birlikdə iddiaçı orada yaşaya-yaşaya həmin evə köçüb yaşayıblar. Əsmər və Rabil həmin evdən öncə bir neçə dəfə ev dəyişdiriblər. Əsmər və Rabil başqa evdən hazır evə köçüblər, evin əşyaları da onlar evə köçən zaman evdə idi. İddiaçı da evi nə Rabilə, nə də Əsmərə bağışlayıb. İddiaçı evdə yaşayıb. O, Əsmərdən başqa digər cavabdehlərin də həmin evdə yaşamasını eşidib, buna görə də onları cavabdeh kimi iddia ərizəsində qeyd edib. Əsmər evi qanunsuz olaraq zəbt edib, iddiaçını evə buraxmır, ona evdə yaşamağa icazə vermir. Mənzilin çıxarışı yoxdur. Evi iddiaçı və Rabil təmir edib. Cavabdehə görə iddiaçı evdən çıxmağa məcbur qalıb. Əsmər və azyaşlı övladı ilə birlikdə həmin mənzilin açarını dəyişərək yaşayır. İddiaçı hazırda kirayədə qalır, öz mənzilinə istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir.

12. Cavabdeh Qanuni nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması ilə bağlı məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini qəbul etmədiyini və iddiaçı keçmiş qaynanasıdır. İddiaçının oğlu Rabil ilə 2011-ci ildə evlənmiş, nikahı 2024-cü ildə pozulub. İddiaçı onu evə qeydiyyata salmayıb. Ev birgə nikah dövründə alınıb. Evə iki-üç il öncə köçmüşdür. Rabil onun üçün ayrıca kirayə ev tutacağını demiş, ancaq tutmamışdır. İddiaçıya evdə birlikdə yaşamağı təklif etsə də iddiaçı buna razı olmamışdır. Hazırda qızı ilə birlikdə evdə yaşayır, digər cavabdehlər həmin evdə yaşamırlar. Digər cavabdehlərdən Zaur qardaşı, Bağdagül onun həyat yoldaşı, Təranə anası və Aygün isə bacısıdır. Aygün uşaqları ilə birlikdə Maştağa qəsəbəsində, Zaur və Bağdagül isə Türkiyənin Balıkesir şəhərində yaşayırlar. Anası Təranə də həmin evdə yaşamır. İddiaçı ona demişdi ki, qızın Xədicə 18 yaşına çatdıqdan sonra evi onun adına keçirəcək, lakin sözünə əməl etmədi. Başqa evi yoxdur, anası Lökbatan qəsəbəsində yerləşən başqa bir evdə tək qalır.

13. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə baxışının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13 Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndlər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

15. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”si: Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

15. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 110-1.1. Kooperativ üzvlərinin kooperativə verdiyi əmlak pay haqları kooperativin pay fondunu təşkil edir. Kooperativin pay fondu kooperativin kreditorlarının maraqlarına təminat verən kooperativ əmlakının minimal həddini müəyyənləşdirir. Kooperativə daxil olarkən ödənilən üzvlük haqqı pay fonduna daxil deyildir və kooperativin üzvü kooperativdən çıxdıqda qaytarılmır. Maddə 110-1.3. Kooperativin pay fondunun və mütləq payın həcmi, mütləq və əlavə payların ödənilmə qaydası, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilmə qaydası nizamnamə ilə müəyyənləşdirilir. Qiymətləndirməyə bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada məşğul olan şəxslər cəlb edilə bilər. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 8.0. Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: ....8.0.5. mənzil-tikinti kooperativində üzvlük; Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Maddə 109.4. Mənzil-tikinti kooperativləri kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı: .. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. ...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Fəsil 15 . 88-92-ci maddələrində, Qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; Baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; Nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; Yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi; Ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi nəzərdə tutulmuşdur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 13.7. Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2 Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 8 oktyabr 2013-cü il tarixli qərarı Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. b) Əsaslandırma

23. İddia qismən əsaslıdır.

24. İşin mübahisəsiz hallarına görə, cavabdehlərdən Qanuni nümayəndə İddiaçı keçmiş gəlinidir. Qanuni nümayəndə ilə Rabil Məmmədov (iddiaçının oğlu) 2012-2024-cü illər ərzində rəsmi nikahda olublar, Cavabdeh5 onların birgə nikahından doğulub. Digər cavabdehlər cavabdeh Qanuni nümayəndə qohumlarıdır.

25. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə ki, “X11” MTK ilə İddiaçı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, sahənin tam dəyərini müqavilədə qeyd edilən həcmdə və qayda ilə ödədikdən sonra mübahisəli mənzilin payçıya verilməsini razılaşdırmışlar.

26. Həmin əqdin mübahisələndirilməsi və etibarsız hesab edilməsi ilə bağlı hallar hazırkı mülki işin araşdırılması zamanı müəyyən edilməmişdir. Bununla da, İddiaçı “X11” MTK-nın üzvü olmaqla pay haqqını tam ödəyərək (ödəniş qəbzləri işə əlavə edilmişdir) Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir.

27. İddiaçının tələbi cavabdehlərin qeyd edilən mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsindən ibarətdir.

28. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün ilk növbədə, mübahisəli mənzilin cavabdehlərin sahibliyində olub-olmaması, cavabdehlərin mənzildə yaşamaq üçün hansı hüquqi əsaslara malik olması, cavabdehin mülkiyyətçinin ailə üzvü (digər qohumu) olduğu halda isə yaşayış sahəsindən istifadə hüququnun yaranıbyaranmamasına qiymət verilməlidir.

29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh1 - digər cavabdeh Qanuni nümayəndə qohumlarıdır. Onlar Bakı şəhəri, ünvan 1 ünvanında ümumiyyətlə yaşamırlar və mənzil həmin şəxslərin sahibliyində deyildir.

30. Odur ki, həmin cavabdehlərə münasibətdə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (MM 157.2-ci maddəsi, vindikasiya tələbi) təmin edilməsi üçün əsaslar yoxdur.

31. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbində göstərilən “digər şəxslər” ifadəsi konkretləşdirilmədiyi üçün bu hissədə araşdırma aparılması mümkün olmamışdır. Odur ki, iddia həmin hissədə də təmin edilə bilməz.

32. Cavabdeh Qanuni nümayəndə (mülkiyyətçinin keçmiş gəlini) münasibətdə məhkəmə hesab edir ki, onun yaşayış sahəsindən istifadə hüququnun olub-olmamasını qiymət verilməlidir

33. Yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).

34. İddiaçı ilə cavabdeh Qanuni nümayəndə arasında məhdud əşya hüququ mənasında yaşayış sahəsindən istifadə hüququ deyil, ailə münasibətləri mövcud olmuşdur.

35. İşin müəyyən edilmiş hallarına əsasən, mübahisəli mənzil 2021-ci ildə əldə edilmiş və cavabdeh Qanuni nümayəndə məhkəmə iclasında bildirmişdir ki, son 2-3 ildir orada yaşayır.

36. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8.10.2013-cü il tarixli qərarına və Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə əsasən, mübahisəyə qeyd edilən hissədə xx.xx.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir.

37. Cavabdeh Qanuni nümayəndə Mənzil Məcəlləsinin tələblərinə əsasən, hüquqlarının sosial təminatı kimi mübahisəli yaşayış sahəsində istifadə hüququnun yaranması üçün o, mülkiyyətçinin “ailə üzvü” və ya “digər qohumlar” kateqoriyasına aid olan şəxs olmalı idi.

38. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarının tələblərindən göründüyü kimi, cavabdeh Qanuni nümayəndə yaşayış sahəsi mülkiyyətçisinin nə ailə üzvlərinə (mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri), nə də digər qohumlar, (Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər) aid olmadığından, həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında mübahisəli yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də mövcud deyildir.

39. Odur ki, mübahisəli yaşayış sahəsi hazırda cavabdeh Qanuni nümayəndə faktiki sahibliyində olduğundan, ona münasibətdə mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (MM 157.2-ci maddəsi, vindikasiya tələbi) əsaslıdır və təmin edilməlidir.

40. Məhkəmə yuxarıda qeyd edilənləri və mülkiyyət hüququnun insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biri kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunmasını nəzərə alaraq hesab edir ki, cavabdeh Qanuni nümayəndə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompeksi, ev 24İ, 41 saylı mənzildən çıxarılması hissəsində iddia təmin edilməlidir.

41. Cavabdeh5 (qanuni nümayəndəsi Qanuni nümayəndə) aid hissədə məhkəmə qeyd edir ki, o, cavabdeh Qanuni nümayəndə yetkinlik yaşına çatmayan (12 yaş) övladı, iddiaçının nəvəsidir.

42. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə, digər qohumlar (Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan) mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

43. Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

44. İşin halları bundan ibarətdir ki, Cavabdeh5 Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, anası Məmmədova (Zamanova) Əsmər Əsgər qızının himayəsində saxlanılmış və yetkinlik yaşına çatanadək saxlanılması üçün atası X1 hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

45. Məhkəmə onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

46. Odur ki, yetkinlik yaşına çatmayan Cavabdeh5 mülkiyyətçinin himayəsində olmamasını, öz atasından aliment almasını nəzərə alaraq, eləcə də, Qanuni nümayəndə münasibətdə mənzildən çıxarılma tələbi təmin edildiyi və Cavabdeh5 yaşayış yeri valideyninin yaşayış yeri hesab edildiyi üçün məhkəmə həmin hissədə də iddianın təmin edilməsi qənaətinə gəlir.

47. İddiaçının mübahisəli mənzilə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçı mübahisəli mənzilə dair istifadə və sahiblik hüquqlarını həyata keçirə bilmir.

48. Halbuki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.

49. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir.

50. Məhkəmə qeyd edilən halları əsas götürərək hesab edir ki, mülkiyyət hüququ qanunla qorunan hüquq olduğundan iddiaçının mənzilə köçürülmə barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

Məhkəmə xərcləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

52. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

53. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmiş və buna görə ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad edilmişdir.

54. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından və dövlət rüsumunun iddiaçının azad edildiyi 50 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Nəticə

55. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompeksi, ev 24İ, 41 saylı mənzilinə köçürülsün. Cavabdeh Qanuni nümayəndə və yetkinlik yaşına çatmamış övladı Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub qapısı yaşayış kompeksi, ev 24İ, 41 saylı mənzilindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiçının azad edildiyi 50 manat məbləğində dövlət rüsumu cavabdeh Qanuni nümayəndə tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar