Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-4716/2025 19.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İddiaçı Tələbkar cavabdehər Qaradağ rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların X1 üzrə Dövlət Komitəsinə qarşı «məhkəmə qərarının icra olunması və icrasının təmin edilməsi» tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Tələbkar cavabdehlər Qaradağ rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların X1 üzrə Dövlət Komitəsinə qarşı «məhkəmə qərarının icra olunması və icrasının təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində məhkəmə qətnaməsinin icra olunmasının qanunsuz hesab edilməsi və qətnamənin dərhal icra edilməsi ilə bağlı tədbirlərin görülməsi xahiş edilsə də, hansı icra məmurunun qərarından və ya hərəkətlətindən şikayət edilməsi barədə hər hansı məlumat əks olunmamışdır. Bundan əvvəl isə iddiaçı Tələbkar cavabdeh Qaradağ rayon İcra və Probasiya şöbəsinə qarşı «məhkəmə qərarının icra olunması və icrasının təmin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4678/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı tərəfindən eyni məsələ ilə bağlı qeyd edilmiş nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 46.6-cı maddəsinə əsasən, icra məmurunun bu Qanunun 46-cı maddəsi ilə nəzərdə tutulmuş qərarlarından tərəflər onların surətlərini aldıqdan sonra 3 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) qərarlarından məhkəməyə şikayət vermək hüququ təsbit olunmuşdur. Bu hüququn realizə edilməsi qaydasıda qanunla müəyyən edilmişdir. Belə ki, borclu və ya tələbkar icra məmurnun hərəkətlərindən (hərəkətsizliyindən) qərarlarından məhkəməyə şikayət verə bilər, ancaq hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Sözügedən normanın tələbinə əsasən tələbin nədən ibarət olması, tələbin kimə yönəldilməsi, bir neçə cavabdeh olduqda həmin tələblərin onların hər birinə qarşı yönələn tələb ərizədə öz əksini tapmalıdır. Hazırki iddia ərizəsində qərarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilən icra məmurunun adı qeyd edilməmiş, cavabdeh olaraq Qaradağ rayon İcra və Probasiya şöbəsi və Azərbaycan Respublikası Qaçqınların X1 üzrə Dövlət Komitəsi göstərilməsinə baxmayaraq Azərbaycan Respublikası Qaçqınların X1 üzrə Dövlət Komitəsinə qarşı tələbin nədən ibarət olması qeyd edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı orqana qarşı yönələn iddialara mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılır. Beləliklə iddiaçı həm sözügedən işlə bağlı həm iddia ərizəsi ilə müraciət edərkən, həm də cavabdeh olaraq qərarından şikayət verilən icra məmuru əvəzinə icra orqanını göstərməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur Göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya icra məmuru və onun qərarı hərəkətləri (hərəkətsizliyi) göstərilməklə məhkəməyə şikayətlə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Tələbkar cavabdehər Qaradağ rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Qaçqınların X1 üzrə Dövlət Komitəsinə qarşı «məhkəmə qərarının icra olunması və icrasının təmin edilməsi» tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-4716/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-4716/2025
19.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver