Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-4795/2025 02.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Babayeva Nərmin Sahib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi və əvəzində yeni mənzil verilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi və əvəzində yeni mənzil verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4345/2025 saylı 02 fevral 2026-cı il tarixli qərardadı ilə hazırkı mülki işin 2(002)-4345/2025 saylı mülki işlə bir icraatda birləşdirilməsi və birləşdirilmiş mülki işə 2(002)-4345/2025 nömrəsinin verilməsi qərara alınmışdır. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlərdir. Məhkəmə müvafiq iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi və əvəzində yeni mənzil verilməsi tələbi barədə 2(002)–4795/2025 saylı mülki işin iddiaçılar Cavabdeh1, X1, X6 cavabdeh "xxxx" X3rşı söküntü işlərinin dayandırılması və binanın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair 2(002)-4345/2025 saylı mülki işlə bir icraatda birləşdirildiyi və bundan sonra məhkəmə icraatının 2(002)-4345/2025 nömrəsi ilə davam etdirildiyi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 43.2, 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı mənzilin boşaldılaraq təhvil verilməsi və əvəzində yeni mənzil verilməsi tələbi barədə 2(002)–4795/2025 saylı mülki işin iddiaçılar Cavabdeh1, X1, X6 cavabdeh "xxxx" X3rşı söküntü işlərinin dayandırılması və binanın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair 2(002)-4345/2025 saylı mülki işlə bir icraatda birləşdirildiyi və bundan sonra məhkəmə icraatının 2(002)-4345/2025 nömrəsi ilə davam etdirildiyi nəzərə alınsın. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-4795/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-4795/2025
02.02.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver