Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-49/2025 24.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Cavabdeh və tərcüməçi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın paylara uyğun olaraq naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən 93.30 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinə dair çıxarışa əsasən fərdi yaşayış evində 1/7 hissədə paylı mülkiyyətçidir. Lakin digər paylı mülkiyyətçi hazırki mülki iş üzrə Cavabdeh (6/7 hissədə pay sahibi) qanunsuz hərəkətləri səbəbindən sözügedən fərdi yaşayış evindən istədiyi kimi istifadə edə, istədiyi kimi sahib ola bilmir və digər mülkiyyətçi hüquqlarını həyata keçirə bilmir. Hazırki mülki iş üzrə cavabdehin rəsmi yaşayış yerinə paylı mülkiyyətin ayrılması və ya payın dəyərinin ödənilməsi barədə Təklif məktubu göndərilmişdir. Lakin cavabdeh təklifi cavabsız qoymuşdur. Yuxarıda göstərilən səbəblərdən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin paylara uyğun naturada faktiki bölgüsü, bu mümkün olmadıqda paylı mülkiyyətdə olan payın kompensasiya ödənilməklə itirilməsi, ödənilməyən təqdirdə ümumi əmlakın açıq hərracdan satışı və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamənin qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında izahatında qeyd etdi ki, o həmin evdə cavabdehlə birlikdə yaşamaq istəmir, əmlakın bölünməsini tələb edib, ekspert rəyinə əsasən bu bölgü mümkün olmayıb. Ona görə də onun payına düşən kompensasiyanı istəyir ki, özünə ev alsın. O kirayədə qalır, yaşamaq üçün evi yoxdur, xərçəng xəstəsidir, ona bir şey olsa qızı küçələrdə kimsəsiz qalmasın. Kompensasiya verilməyəcəyi təqdirdə evin hərracdan satılmasını tələb etdi . İddiaçı nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclaslarında qeyd etmişdir ki, ev Ali Məhkəməinin qərarı ilə bölünmüşdür. Digər vərəsələr öz paylarından cavabdehin xeyrinə imtina etmişdir, ona görə cavabdehin evə 6/7 hissədə, iddiaçının isə 1/7 payı müəyyən edilmişdir. Naturada bölgü mümkün olarsa razılaşarlar olmazsa digər prosessual hərəkətlərin davam etdirilməsinin zəruri olduğunu bildirdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə elektron kabinet ilə ərizə göndərərk, qeyd etmişdiri ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq və tikinti texniki ekspertiza keçirilmiş və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev.4 ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, eyni zamanda fərdi yaşayış evinin orta bazar qiyməti 78312, 60 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə xx.xx.2024-cü il tarixli, № 02/2024 qərardadında formalaşdırılmış mövqeyə görə həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Göründüyü kimi, hazırkı mülki işdə cəmi iki mülkiyyətçi var və onlardan biri payının ayrılmasını tələb edir və digər mülkiyyətçi tək qalır. Bu səbəbdən hazırkı işdə cavabdehə iddiaçının payını kompensasiya ödənilməklə onun paylı mülkiyyət hüququna xitam verilməsi mərhələsinə zərurət olmasa da tərəflərin qohum olduğu üçün bu imkan da araşdırılmış, lakin cavabdeh bu istəyə müsbət cavab verməmişdir. Cavabdehə dəfələrlə iddiaçının 1/7 hissədə payının əvəzini ödənilməklə fərdi yaşayış evinin tam olaraq onun adına qeydə alınması təklif olunmuş, lakin onun buna maddi imkanının olmadığını vurğulamışdır. Cavabdehin istər kompensasiya, istər əvəz şəklində hər hansı bir məbləğin ödənilməsindən imtina etməsi məhkəmə iclaslarının protokollarından və audio-videoyazıdan aydın şəkildə görünür. Bu səbəbdən hesab edirik ki, fərdi yaşayış evinin naturada bölünməsi mümkün olmadığından, cavabdeh pul əvəzinin (kompensasiyanın) ödənilməsindən qəti şəkildə imtina etdiyindən mübahisəli fərdi yaşayış evi məhz açıq hərracdan satılmalı və satış pulu mülkiyyətçilər arasında bölüşdürülməlidir. Hazırda mənzilin cəmi iki mülkiyyətçisi olduğundan və cavabdehin də dediyinə görə maddi durumunun çox aşağı olması, gəlirlərinin olmaması səbəbindən qapalı hərrac keçirilməsinə hər hansı bir zərurət yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, mülki işə iştirakımız olmadan, tərəfimizdən təqdim olunmuş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən, eləcə də ekspertiza rəylərinə və tərəflərin məhkəmə zalında verdiyi izahatlara əsaslanaraq iddia ərizəsinin təmin olunması barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir. Cavabdeh (tərcüməçi X1 iştirakı ilə) məhkəmə iclasında izahatında qeyd etdi ki, onun hazırda iddiaçının payına düşən kompensasiyanı-11187 manat məbləği verməyə imkanı yoxdur. O iddiaçıya qarşı olan digər qızıl-zınyət əşyalarının, əgər özləri olmasa dəyərinin geri qaytarılmasına dair iddia tələbindən imtina edəcəkdi, bir şərtlə ki, iddiaçı da bu iddiadan eyni zamanda evə olan payından imtina etmiş olsaydı. Lakin iddiaçı bu iddiadan imtina etmək istəsə də, evə olan payından imtina etməmişdir. Ona görə onlar arasında razılıq əldə olunmamışdır. Qətnamənin qəbul olunmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri aşadıraraq, hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xdimətinin Çıxarışına əsasən, Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev 4 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə, 6/7 hissədə isə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.Torpaq sahəsi dövlət mülkiyyətində olmaqla üzərində istifadə hüquq vardır. İş materiallarından olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/52xx-xx/5035 nömrəli ekspert rəyinin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi, ev.4 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin faktiki vəziyyətinə görə, mənzilin yalnız bir giriş-çıxış yolu olduğuna və tərkiblərində olan kommunal xidmətli sahələrni (mətbəx, dəhliz, və s.) yalnız bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna görə, o cümlədən iddiaçıya düşən sahənin yuxarıda göstərilən qaydalara zidd olması səbəbindən İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik əsasların tələblərinə uyğun fərdi yaşayış evinin tərəflərin payına uyğun olaraq bölünməsi texniki cəhətdən mümükün olmadığı müəyyən edilmişdir. Ekspertiza tədqiqatına təqdim edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsində yerləşən, 4 nömrəli fərdi yaşayış fərdi yaşayış evinin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 78312,60 manat (93,9 kv.m x834man) məbləğində müəyyən edilir. Aparılmış tədqiatın dəyəri 100 manat təşkil edir. İş materiallarından olan Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)- 110/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə miras qoyan X2 miras qalmış ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissədə, X8 1/7 hissədə, X11 1/7 hissədə, X3 1/7 hissədə, X4 1/7 hissədə, X10 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilsin. Miras qoyan X7 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə İddiaçı 1/7 hissədə, X8 1/7 hissədə, X11 1/7 hissədə, X5 1/7 hissədə, X4 1/7 hissədə, X10 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilsin. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə Cavabdeh ½ hissədə pay hüququ və X7 ½ hissədə pay hüququ müəyyən edilsin. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı S.Orucov döngəsi ev 10, 5 saylı mənzilə dair mülkiyyət hüququ üzrə X7 ½ hissədə olan pay hüququ miras əmlaka daxil edilsin və həmin əmlaka dair miras qoyan X7 1/2 hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, X8 1/7 hissədə, X11 1/7 hissədə, X3 1/7 hissədə, X4 1/7 hissədə, X10 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilsin. AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilə dair mülkiyyət hüququ üzrə Cavabdeh ½ hissədə və X6 ½ hissədə pay hüququ müəyyən edilsin. AUDİ S6 minik markalı, 10RA713 dövlət qeydiyyatı nömrə nişanlı avtomobilinə dair X7 ½ hissədə olan pay hüquq miras əmlaka daxil edilsin və həmin əmlaka dair miras qoyan X7 1/2 hissədə olan pay hüququ üzrə İddiaçı 1/7 hissədə, X8 1/7 hissədə, X11 1/7 hissədə, X3 1/7 hissədə, X4 1/7 hissədə, X10 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququ müəyyən edilməsi,qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarından olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5003/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər X9, Cavabdeh, X12 və X11 apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından olan AzərbaycanRespublikasıAliMəhkəməsi Mülkikollegiyasının 2(102)-266/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cavabdehlər X12, X13, X9, Cavabdeh tərəfindən verilmiş birgə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5003/2022 nömrəli mülki iş üzrə 20 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, miras qoyan X2 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinə dair mülkiyyət hüququ üzrə İddiaçı 1/7 hissədə, X8 1/7 hissədə, X11 1/7 hissədə, X3 1/7 hissədə, X4 1/7 hissədə, X10 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququnun müəyyən edilməsi, miras qoyan X7 ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 93,30 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi dövlət mülkiyyətində olan 0,011196 ha olan torpaq sahəsi üzərində olan istifadə hüququ üzrə İddiaçı 1/7 hissədə, X8 1/7 hissədə, X11 1/7 hissədə, X5 1/7 hissədə, X4 1/7 hissədə, X10 1/7 hissədə, Cavabdeh 1/7 hissədə pay hüququnun müəyyən edilməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan Cavabdeh apelyasiya şikayəti vermiş, məhkəmə iddiaçının miras əmlakdakı payını müəyyən edərkən onun Cavabdeh miras payının əvəzi olaraq kompensasiya kimi qəbul etdiyi qızıl-zinət əşyalarının dəyəri ilə miras əmlakın dəyərini müəyyən etmədiyini, iddiaçının qəbul etdiyi qızıl-zinət əşyalarını qəbul etdiyi miras əmlakın əvəzi kimi qiymətləndirmədiyini, tərəflərin ailə münasibətlərini, mirasın könüllü şəkildə və qarşılıqlı razılıqla bölüşdürülməsi barədə tərəflərin faktiki olaraq razılıq əldə etdiklərini nəzərə almadığını bildirərək, qətnamənin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərin apelyasiya şikayətinin iddiaçının qəbul etdiyi qızıl-zinət əşyalarını qəbul etməli olduğu miras əmlakın əvəzinə kompensasiya qismində qəbul etməsi barədə dəlillərini qiymətləndirərək, qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, miras paydan imtina notarial təsdiq edilmiş ərizə əsasında mümkündür. İndiki halda isə nə vərəsə qismində çıxış eədn iddiaçı tərəfindən verilmiş belə bir ərizənin olması halı, nə də miras şərikləri arasında mirasın bir miras şərikinə keçməsi və bunun müqabilində kompensasiya öədilməsi ilə bağlı razılaşmanın olması halı müəyyən edilməmişdir. Yuxarı instansiya məhkəmələri tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)- 110/2022 saylı, 17 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra digər payçılar öz paylarını Cavabdeh vermişlər, nəticədə ünvan 5 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 1/7 hissədə İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə, 6/7 hissədə isə Cavabdeh adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə həmçinin müəyən etdi ki, hazırda Qaradağ Rayon Məhkəməsinin icraatında iddiaçı Cavabdeh İddiaçı Tilat qızına qarşı qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə dair iddiası var. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə mübahisəni Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuş çərçivədə hüquiqi dəyərləndirmə aparmağı zəruri bilir. Mülki Məcəllənin 220-ci maddəsinin məzmunundan və Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarındakı izahlardan müəyyən olunur ki, ümumi paylı mülkiyyətdə olan əşyadan payın ayrılması aşağıdakı üç mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması; 2) kompensasiya (payın dəyəri) ödənilməsi; 3) əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi. Məhkəmə ümumi paylı mülkiyyətdə olan əşyadan payın natura formasında ayrılması ilə bağlı hissədə müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi ekspet rəyinə əsasən bölgüsü mümkün deyildir. Bununla bağlı iddiaçının fikrini soruşmuş, İddiaçı aralarında bölgü ilə bağlı razılığın mümkün olmadığını bildirmiş, özünün xərçəng xəstəsi olduğunu, ona nəsə olacağı təqdirdə yeganə qızı vardır ki, həmin evdə qızının yaşamaq istəməməsini bildirmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirələr aparılmış,onların barışmaları üçün cəhd göstərilmiş, mübahisənin alternativ yolu olan digər mülki iş üzrə-iddiaçı Cavabdeh İddiaçı Tilat qızına qarşı “qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə” iddiaçının iddiadan imtina etməsi məsələsini və cavanbdehi iddianı etiraf etməsi məsələsini müzakirəyə çıxarmış, tərəflər razılıq əldə etməmişlər. Yekunda iddiaçı hazırkı mülki iş üzrə iddia tələbinin təmin olunmasını xahiş etmiş, cavabdehdə qətnamə qəbul olunmasına etiraz etməmişdir. Məhkəmə həmçinin kompensasiya məbləği ilə da bağlı iddiaçının fikrini soruşmuş, iddiaçı ekspert rəyi ilə ona düşən məbləğdə payını tələb etmiş, aşağı məbləğ istəməmiş, cavabdeh də hazırkı halda pulu olmadığını bildirərək mahiyyəti üzrə qətnamə qəbul olunmasına etiraz etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, kompensasiya (payın dəyəri) ödənilməsi mərhələsidə məhkəmə qaydasında öz həllini tapa bilməmişdir. Məhkəmə əşyanın məhkəmə qərarı ilə açıq hərracdan satılması və əldə olunan vəsaitin paylara mütənasib surətdə mülkiyyətçilər arasında bölüşdürülməsi mərhələsinə keçid etməyi zəruri bilmiş, belə ki, iddiaçı pulunu israrla istəmiş, cavabdeh isə pul kompensasiya ödəmək istəməmiş, hazırkı mülki işi uzatmaq məqsədilə digər mülki iş üzrə iddiaçı Cavabdeh İddiaçı Tilat qızına qarşı “qızıl-zinət əşyalarının (dəyərinin) geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərində pul tələbinə” iş üzrə yekun qərarlardan sonra kompensasiya barədə fikirlərinin ola biləcəyi barədə müxtəlif bəhanələr gətirmişdir. Belə olan halda məhkəmə əmlakın açıq hərracda satılması məsələsini müzakirəyə çıxarmağı zəruri bilir. Məhkəmə qeyd edir ki, əmlakın bazar qiyməti ekspert rəyinə əsasən 78312,60 manat müəyyən olunmuşdur. Ona görədə əmlak həmmin qiymətlə açıq hərrac çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə onu da qeyd edir ki, əmlakın bazar qiyməti ekspert rəyinə əsasən 78312,60 manat təşkil edir və əmlak üzərində 2 mülkiyyətçi olmaqla iddiaçının payı 1/7, cavabdehin payı 6/7 hissə olmasını nəzərə alaraq hərracdan satıldıqdan sonra iddiaçının payı 11187.52 (on bir min bir yüz səksən yeddi manat əlli iki qəpik), cavabdehə düşən məbləğ isə 67125. 09 (altmış yeddi min bir yüz iyirmi beş manat doqquz qəpik) manat təşkil edir. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin məcəllənin 220.6-cı maddəsinə əsasən, bu məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 6 dekabr 2024-cü il tarixli 02/2024 qərardadından görünür ki, ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. İddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmələr həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq, mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdırlar. Ümumi paylı mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mümkün olmadıqda, iddiaçının tələbi üzrə məhkəmələr əşyanın bazar qiymətinə uyğun ədalətli kompensasiya məbləğini müəyyən etməli və cavabdeh tərəfin buna münasibəti baxımından müvafiq qərar qəbul etməlidirlər. Ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və əşyadan payın ayrılması barədə işlərə baxılarkən məhkəmələr qətnamənin nəticə hissəsində icra qaydası qismində əşyanın bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətini göstərməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırki iş üzrə cavabdeh iddiaçının ögey anasıdır. Mübahisə predmeti tərəflər iddiaçının atası X2 miras qalmışdır. Mübahisə predmeti barəsində tərəflərin payları qətnamə ilə müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan əmlak ümumi paylı mülkiyyət hüququ əsasında 6/7 hissədə pay hüququ ilə cavabdehə, 1/7 hissədə pay hüququ ilə iddiaçıya məxsus olması işin mübahisəsiz hallarındadır. Tərəflərin paylarına əsasən dövlət qeydiyyatından çıxarışları mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin ümumi paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evi açıq hərracdan satılmalı, həmin mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 6/7 (yeddidə altı) hissədə Cavabdeh, 1/7 (yeddidə bir) hissədə İddiaçı verilməli, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin satış qiyməti 78312,60 manat müəyyən olunmalıdır, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat və məbləğində pul vəsaiti iddia tələbi qismən cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ümumi paylı mülkiyyətdə olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan fərdi yaşayış evi açıq hərracdan satılsın, mənzilin satışından əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin payına mütənasib, yəni 6/7 (yeddidə altı) hissədə Cavabdeh, 1/7 (yeddidə bir) hissədə İddiaçı verilsin. Ümumi paylı mülkiyyətdə olan ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 93.90 kvadratmetr olan fərdi yaşayış evinin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiyməti 78312,60 (yetmiş səkkiz min üç yüz on iki manat, altmış qəpik) manat müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdehndan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-49/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-49/2025
24.02.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver