Məhkəmə qərarları › İş №e-2(002)-507/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-507/2025

10.09.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-507/2025 10.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi , İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsində tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ rayonu X8 İcraiyyə Komitəsinin 29 aprel 1991-ci il tarixli 2/48 nömrəli qərarı ilə iddiaçının vəfat etmiş həyat yoldaşı olan X6 fərdi yaşayış evinin tikilməsi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış 600 kv m. torpaq sahəsində cavabdehlər Cavabdeh1 tərəfindən tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X7 tərəfindən iddia tələbinə dəqiqləşmə verərək, Qaradağ rayonu X8 İcraiyyə Komitəsinin 29 aprel 1991-ci il tarixli 2/48 nömrəli qərarı ilə iddiaçının vəfat etmiş həyat yoldaşı olan X6 fərdi yaşayış evinin tikilməsi üçün Lökbatan qəsəbəsi, 6-cı massivdən ayrılmış 600 kv m. torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli e-2(002)- 507/2025 saylı qərardadı ilə mülki iş üzrə Cavabdeh2 əlavə cavabdeh kimi cəlb edilmişdir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli e-2(002)-507/2025 saylı qərardadı ilə mülki iş üzrə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili X7 məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair qərardad qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, hazırlıqdan geri üçün cavabdehin razılığı tələb olunmur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 isə elektron kabinetlə ərizə göndərərk, hazırkı iş üzrə iddia qaldıran – İddiaçı keçmiş həyat yoldaşı X4 və özünün razılığı ilə satıldığını əvvəldən bilə-bilə cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 əmlakın ələ keçirtmək məqsədilə 3-cü şəxs – X2 ilə əlbir olub, birgə hərəkət edərək məhkəməyə saxta sənədlər təqdim ediblər. Hazırda sənədlərin saxtalığının məhkəmə tərəfindən müəyyən edildiyini bilərək, məsuliyyətdən yayınmaq üçün iddia ərizəsini geri götürmək barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edib. Hesab edirəm ki, təqdim olunan sənədlərdə cinayət faktı aşkar edildiyindən məhkəmə iş üzrə xüsusi qərardad çıxarmalı və bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yuxarıda göstərilənlərə əsasən, iş üzrə iddiaçı – İddiaçı və 3-cü şəxs X1 əməllərində cinayət tərkibinin araşdırılması və hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verməyinizi xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarından görünür ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə ərizəni nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsində tikilmiş tikililərin cavabdehlərin hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş 100(yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar