Məhkəmə qərarları › İş №e-2(002)-555/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-555/2024

11.01.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-555/2024 11.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə məbləğin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırması gedişində məlum olmuşdur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında iddiaçı X1 "xxxx" MMC-yə qarşı əmək haqqına əlavə məbləğin ödənilməsi tələbinə dair e-2(002)-132/2024 saylı mülki iş vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə hər iki mülki işin birbirilə əlaqəli olduğundan bir icraatda birləşdirilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar bugünki iclasda iştirakının mümkün olmadığını bildirmiş və məhkəmə iclasının 18 yanvar tarixinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, müvafiq iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi barədə e-2(002)–555/2024 saylı mülki işin iddiaçı X1 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair e-2(002)- 132/2024 saylı mülki işlə bir icraatda birləşdirildiyi və bundan sonra məhkəmə icraatının e- 2(002)-132/2024 nömrəsi ilə davam etdirildiyi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 43.2, 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə pul məbləğinin ödənilməsi tələbi barədə e-2(002)–555/2024 saylı mülki işin iddiaçı X1 "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə pul məbləğinin ödənilməsi tələbinə dair e-2(002)-132/2024 saylı mülki işlə bir icraatda birləşdirildiyi və bundan sonra məhkəmə icraatının e-2(002)-132/2024 nömrəsi ilə davam etdirildiyi nəzərə alınsın. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar