Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-556/2024 08.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinə olan dövr üzrə iddiaçı tərəfindən faktiki işlənilmiş, lakin əvəzi ödənilməmiş gecə növbəsi və bayram günləri üzrə əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində cərimə məbləğinin tətbiq edilərək tutulması, hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş 220 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, hazırda İddiaçı onun bank hesabına cavabdeh tərəfindən köçürülmüş məbləğlə razılaşdığını və bu səbəbdən iddiaçının iddiadan imtina etdiyini bildirərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmin ərizədə cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 iddiadan imtinanın qəbul edilərək mülki iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə, ərizənin dəlillərini, ona əlavə edilən sənədləri və iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbi ilə bağlı mübahisə hazırda həllini tapdığından, eyni zamanda iddiadan imtina qanuna zidd olmadığından, hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 261.0.4 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı əmək haqqına əlavə kimi ödənilməyən pul məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-556/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-556/2024
08.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver